1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə14/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   10   11   12   13   14   15   16   17   ...   159
beyn-lxalq-h-quq (1)

Məhkəmə qərarları. Məhkəmə qərarları beynəlxalq hüququn “köməkçi” mənbəyi kimi xarakterizə olunmur, çünki onldr bilavəstə hüquq yaratmır, artıq mövcud olan hüququ bəyan edir. Bu, məsələn, BMT Beynəlxalq Məhkəməsi Statutunun 59-cu maddəsindən aydın görünür. Maddədə deyilir: “Məhkəmənin qərarı yalnız işin tərəfləri üçün və yalnız həmin konkiret iş üçün məcburi qüvvəyə malikdir”. Beləliklə, anqlo-sakson hüquq sistemindən fərqli olaraq, beynəlxalq hüquqda stare decisis (presedent) prinsipi tanınmır. Lakin BMT Beynəlxalq Məhkəməsinin qərarı beynəlxalq hüquqda əhəmiyyətli rol oynayır. Birincisi, bu qərarda beynəlxalq hüquq normalarının, xüsusi ilə adət normalarının dəqiq

məzmunu müəyyən edilir. İkincisi Beynəlxalq Məhkəmənin qərarı beynəlxalq adət hüququnun inkişafına əhəmiyyətli təsir göstərir, çünki hər hansı davamlı, ardıcıl və eyni cür praktikanın və zəruri opinio yuris-in olması, faktik olaraq məhz Beynəlxalq Məhkəmə tərəfindən konkret işlərin həlli zamanı ortaya çıxarılır. Buna əlavə, Məhkəmənin qərarı, müvafiq sahə hüququn necə inkişaf etdiyini və etməli olduğunu göstərməklə, sonrakı praktikaya həlledici təsir edə bilər. Bu səbəbdən BMT Beynəlxalq Məhkəməsinin özü, digər beynəlxalq məhkəmələr, habelə milli məhkəmə orqanları BMT Beynəlxalq Məhkəməsinin qərarlarına olduqca nüfuzlu mənbə kimi istinad edirlər.
Qeyd edək ki, məhkəmə qərarı dedikdə, təkcə BMT Beynəlxalq Məhkəməsinin qərarı deyil, habelə beynəlxalq arbitraj məhkəmələrinin, ixtisaslaşmış beynəlxalq məhkəmələrin (məsələn, Avropa insan hüquqları məhkəməsinin Dəniz hüququ üzrə Beynəlxalq Tribunalın), milli məhkəmələrin çıxartdığı qərarlar nəzərdə tutulur.

    1. Beynəlxalq təşkilatların qətnamələri. Beynəlxalq təşkilatların öz nizamnamə fəaliyyəti çərçivəsində çıxardığı qərar və qətnamələr, prinsip etibarilə, beynəlxalq hüququn “köməkçi” mənbəyidir. Çünki onlar formal-hüquqi baxımdan məcburi norma yaratmır; bu qərar və qətnamələrdə ya beynəlxalq hüququn qüvvədə olan prinsip və normaları bəyan edilir, ya da tövsiyə xarakterli yeni normalar əks olunur. Deyilənlər müəyyən mənada BMT Baş Assambleyasının qətnamələrində də aid edilə bilər. Bu qətnamələr yekdil səslə qəbul olusa da, hüquqi cəhətdən məcburi deyildir. Yəni dövlət Baş Assambleyanın qətnaməsində öz əksini tapmış davranış qaydasına, hətta o, bu qətnamənin lehinə səs vermiş olsa da, əməl etməyə borclu deyildir. Bununla belə, bu qətnamələr beynəlxalq hüquqda çox mühüm rol oynayır və xüsusilə də dövlötlörin praktikasının müəyyə yönümdə inkişafına və opinio yuris-in formalaşmasına böyük təsir göstərir. Həmin qətnamələr ya müəyyən beynəlxalq hüquqi adətin formalaşması üçün təkan, ya da belə bir adət normasının artıq təşəkkül tapdığını göstərən ən mühüm sübut rolunu oynaya bilər. Bu baxımdan, BMT Baş Assambleyasının qətnamələri ilə qəbul olunmuş bir sıra müstəsna əhəmiyyətli sənədlər, məsələn, 1948-ci ildə qəbul

olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsini, Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında 1960-cı il Bəyannaməsini, Təcavüzün tərifi haqqında 1974-cü il Qətnaməsini müəyyən mənada müvafiq beynəlxalq adət hüququ normalarının “yaradıcısı” hesab etmək olar.
Sonda qeyd edək ki, BMT-nin Baş Assambleyasının BMT-nin daxili fəaliyyəti ilə bağlı çıxardığı qətnamələr, o cümlədən BMT-yə yeni dövlətlərin qəbul edilməsi, BMT Beynəlxalq Məhkəməsinin hakimlərinin seçilməsi, büdcə və s. məsələlər üzrə qətnamələr BMT-nin bütün üzvəri üçün məcburi qüvvəyə malikdir.



Yüklə 391,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə