1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı


Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq təşkilatlar



Yüklə 391,8 Kb.
səhifə159/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   151   152   153   154   155   156   157   158   159
beyn-lxalq-h-quq (1)

Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq təşkilatlar. Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi, əsas etibarilə, BMT sistemində - həm BMT orqanları, həm də BMT-nin ixtisaslaşdırılmış təsisatları çərçivəsində həyata keçirilir.

Baş Assambleya yanında Atom radiasiyasının təsiri üzrə Elmi Komitə, Kosmik fəzanın dinc məqsədlərlə istifadəsi üzrə Komitə kimi köməkçi orqanlar fəaliyyət göstərir.
EKOSOK təbiətin qorunmasının beynəlxalq məsələlərinə dair tədqiqatlar aparır, məruzələr tərtib edir və bu məsələlər üzrə Baş Assambleyaya, BMT
üzvlərinə və müvafiq ixtisaslaşdırılmış təsisatlara tövsiyələr verir. EKOSOK yanında Təbii ehtiyatlar üzrə Komitə fəaliyyət göstərir.
YUNESKO “İnsan və biosfer” beynəlxalq proqramı işləyib hazırlamışdır və onun yerinə yetirilməsini əlaqələndirir. Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında 1972-ci il Konvensiyası bu təşkilat çərçivəsində işlənib hazırlanmışdır. YUNESKO-nun Hökumətlərarası okeanoqrafiya komissiyası dəniz mühitinin mühafizəsi ilə bağlı tədqiqatlar aparır və tövsiyələr hazırlayır.
Ümumdünya səhiyyə təşkilatı atmosfer havasının çirklənməsi problemi ilə məşğul olur və dövlətlərin müvafiq qanunvericiliyini təhlil edir.
Beynəlxalq dəniz təşkilatı dəniz mühitinin mühafizəsi məsələləri ilə məşğul olur, müvafiq konvensiyalar işləyib hazırlayır.
Ərzaq və kənd təsərrufatı təşkilatı torpaqların, meşələri, suların, flora və faunanın mühafizəsi məsələləri ilə məşğul olur və bununla bağlı müvafiq konvensiya layihələri hazırlayır.
Beynəlxalq mülki aviasiya təşkilatı ətraf mühitin aviasiya səs-küyündən mühafizəsi ilə bağlı texniki-hüquqi qaydalar işləyib hazırlayır.
Atom enerjisi üzrə beynəlxalq agentlik (MAQATE) insanı və ətraf mühitin radiasiyadan mühafizəsi proqramını həyata keçirir.
Lakin BMT sistemində başlıca funksiyası ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı əlaqələndirmək olan xüsusi mexanizm mövcuddur: bu, 1972-ci ildə yaradılmış Ətraf mühit üzrə BMT Proqramıdır (YUNEP). YUNEP-in fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: a) ayrı-ayrı təbii obyeklərin mühafizəsi; b) təbiətə zərərli təsirin müxtəlif növləri ilə (məsələn, səhralaşma, çirklənmə və s. ilə) mübarizə; c) təbii ehtiyatların rasional istifadəsi; ç) beynəlxalq ekoloji standartların işlənib hazırlanması və s. YÜNEP-in dəstəyi ilə Aralıq dənizinin çirklənmədən qorunması haqqında 1976-cı il Konvensiyası, Dəniz mühitinin çirklənmədən qorunması haqqında 1978-ci il Küveyt regional Konvensiyası, Havanın uzaq məsafələrə transsərhəd çirklənməsi haqqında 1979-cu il Konvensiyası və digər mühüm beynəlxalq müqavilələr işlənib hazırlanmış və qəbul edilmişdir.
YUNEP-in əsas orqanları bunlardır. İdarəetmə şurası (ali rəhbər orqan); başında İcraçı direktor dayanan Katiblik və Ətraf mühit fondu.
Yüklə 391,8 Kb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə