1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı


Beynəlxalq hüquq normalarının növləri



Yüklə 391,8 Kb.
səhifə6/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   2   3   4   5   6   7   8   9   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq hüquq normalarının növləri. Beynəlxalq hüquq normaları öz məzmununa və formasına görə olduqca müxtəlifdir. Bir sira meyarlara əsaslanmaqla, onları müxtəlif növlərə ayırmaq olar.

Subyekt-ərazi dairəsinə görə beynəlxalq hüquq normalarının üç növü fərqləndirilir: 1) ümumi normalar ; 2) regional normalar; 3) iki tərəfli (bilateral) normalar.
Ümumi beynəlxalq hüquq normalarının tərifini biz yuxarıda verdik. Bu normaların içərisində jus cogens normaları (ümumi beynəlxalq hüququn imperativ normaları) xüsusi yer tutur. Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 53-cü maddəsində jus cogens normasının anlayışı verilmişdir: həmin maddəyə əsasən, jus cogens-ümumi beynəlxalq hüququn normasıdır; bütövlükdə dövlətlərin beynəlxalq birliyi tərəfindən qəbul edilir və
tanınır; bu cür normadan geri çəkilmək yolverilməzdir; bu norma yalnız ümumi beynəlxalq hüququn eyniylə bu xarakterdə olan yeni bir norması ilə dəyişdirilə bilər. Jus cogens normalarına misal olaraq aşağıdakıları göstəmək olar: təcəvüzün qadağan olunması, başqa dövlətlərin sərhədlərini pozmamaq, dinc əhalini zorla bir ərazidən başqa bir əraziyə köçürməmək, başqa dövlətlərin daxili işlərinə qarışmamaq və s. Dövlətlər hətta qarşılıqlı razılıq əsasında jus cogens normasının ziddinə hərəkət edə bilməzlər. Belə ki, istənilən belə bir müqavilə tam etibasız sayılır və onun heç bir hüquqi qüvvəsi ola bilməz. Eyniylə, yeni bir jus cogens norması yarandıqdan sonra bu normaya zidd olan bütün beynəlxalq müqavilələr hüquqi cəhətdən etibarsız olur və onlar xitam olunmuş sayılır. Jus cogens normasının pozulması ilə bütün dövlətlərin hüquq və mənafeləri pozulmuş sayılır.
Reqional normalar müəyyən bir coğrafi regionda yerləşən dövlətləri bağlayan beynəlxalq hüquq normalarıdır. Məsələn, Latin Amerikası ölkələri arasıda elə normalar mövcuddur ki, onlar digər regionlarda qəbul olunmamışdır. Buna misal olaraq diplomatik sığıncaq hüququnu göstərmək olar.
İkitərəfli normalar iki dövlət arasıda bağlanmış müqavilədə əks olunmuş normalardır.

Yüklə 391,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə