1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə7/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   2   3   4   5   6   7   8   9   10   ...   159
beyn-lxalq-h-quq (1)

Nizamasalma üsuluna görə beynəlxalq hüquq normalarının iki növünü ayırmaq olar: 1) imperativ normalar və 2) dispozativ normalar.
Imperativ normalar o normalara deyilir ki, onlarda nəzərdə tutulmuş yeganə davranış variantından dövlətlər heç cür kənara çıxa bilməzlər. Yuxarıda biz imperativ normaların xüsusi bir növü olan jus cogens normalarının izahını vermişdik. İmperativ normaya misal kimi nüvə silahının yayılmamasını nəzərdə tutan beynəlxalq hüquq normasını göstərmək olar.
Dispozitiv normalar alternativ davranış variantı nəzərdə tutulan normalardır. Dövlətlər başq cür razılığa gəlməklə, normada göstərildiyindən fərqli hərəkət edə bilərlər. Məsələn, dövlətin hava məkanından onun birbaşa razılığı olmadan istifadə olunmasını qadağan edən norma dispozitiv normadır.
Normada nəzərdə tutulmuş göstərişin xarakterinə görə beynəlxalq hüquq normalarının aşağıdakı növləri fərqləndirilir:1) səlahiyyətverici normalar (dövlətə
və ya beynəlxalq hüququn digər subyektinə hər hası bir hərəkəti etmək hüququ verən normalar);
2) məcburedici normalar (hər hası bir hərəkəti yerinə yetirmək vəzifəsi müəyyən edən normalar) və 3) qadağanedici normalar (müəyyən hərəkətin edilməsini qadağan edən normalar).
Formasına görə beynəlxalq hüquq normaları iki nöbə ayrılır: 1) yazılı rəsmi təsbit olunmuş normalar və 2) yazılı təsbit olunmamış normalar.
Birinci növ normalara müqavilə normaları daxildir. Yazılı təsbit olunmamış normalara isə dövlətlərin praktikasında meydana gələn və bu praktikanın özündə mövcud olan beynəlxalq adət hüquq normaları və hüquq ümumi prinsipləri aiddir.
Qüvvədə olma müddətinə görə beynəlxalq hüquq normalarının iki növünü göstərmək olar: 1) müddətsiz normalar və 2) müddətli normalar.
Müddətsiz normaların hüquqi qüvvəsi heç bir formal müddətlə məhdudlaşdırılmamışdır. Beynəlxalq hüququn əsas prisiplərini, digər beynəlxalq adət hüquq normalarını buna misal göstərmək olar. Bəzi hallarda beynəlxalq müqavilə müddəalarının da müddətsiz qüvvədə olması nəzərdə tutulur.
Müddətli normalar qüvvəsi müəyyən müddət üçün (adətən, bir ildən başlayaraq iyirmi ilə qədər) nəzərdə tutulan normalardır.
Beynəlxalq hüquq normaları, habelə maddi və prosessual normalara bölünür. Maddi normalarda dövlətlərin və beynəlxalq hüququn digər subyektlərinin hüquq və öhdəlikləri ehtiva olunur (məsələn, ayrı-ayrı əsas insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı dövlətlər üçün beynəlxalq öhdəliklər müəyyən edən normalar). Prosessual normalar isə maddi normalarının həyata keçirilməsinin təşkilati-prosedur aspektlərini müəyyən edir (məsələn, insan hüquqları üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə yaradılan orqanların səlahiyyətlərini, təşkili və fəaliyyət qaydasını müəyyən edən normalar). Maddi normalar öz növbəsində tənzimləyici və mühafizəedici normalara, prosessual normalar isə təşkilati, prosedur, protokol normalarına bölünür.


    1. Yüklə 391,8 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə