1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı


Beynəlxalq hüququn məcəllələşdirilməsi (kodifikasiyası) daxilən uzlaşdırılmış iri hüquqi akttların yaradılması məqsədilə beynəlxalq hüquq normalarının rəsmi sistemləşdirilməsinədeyilir



Yüklə 391,8 Kb.
səhifə9/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   5   6   7   8   9   10   11   12   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq hüququn məcəllələşdirilməsi (kodifikasiyası) daxilən uzlaşdırılmış iri hüquqi akttların yaradılması məqsədilə beynəlxalq hüquq normalarının rəsmi sistemləşdirilməsinədeyilir.


Məcəllələşdirmə zamanı beyəlxalq hüquq normaları nəinki vahid sistemə gətirilir,
həmçinin bu normalar daha dəqiq ifadə olunur bə beynəlxalq adət hüququ şəklində təşəkkül tapmış normalar da buraya daxil edilir. Lakin məcəllələşdirmə prosesi heçdə bununla məhdudlaşmır və praktikada bu proses mövcud normaların dəyişdirilməsi və yaxud yeniləşdirilməsi, habelə tamamilə yeni normaların yaradılması ilə, yəni beyəlxalq hüququn mütərəqqi inkişafı ilə müşaiət olunur.
Beyəlxalq hüququn məcəllələşdirilməsi və mütərəqqi inkişafı aşağıdakı vəzifələri yerinə yetirir: a) qüvvədə olan beyəlxalq hüququ beynəlxalq münasibətlərin həmin inkişaf dövrünün təlabatına uyğunlaşdırmaq; b) ona tələb olunanyeni hüquq normaları əlavə etmək; c) köhnəlmiş normaları kənar etmək və mövcud normalar arasındakı ziddiyyətləri aradan qaldımaq; ç) beyəlxalq hüququn müvafiq sahəsini və ya insitutunu bir normativ kompileks şəklinə salmaq.
Məcəllələşdirmə rəsmi qeyri-rəsmi olur. Rəsmi məcəllələşdirmə, əsasən, BTM çərçivəsində aparılır. Qeyri-rəsmi məcəllələşdirmə isə ayrı-ayrı amillə, milli insitutlar və yaxud beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən (bunların içərisində hər ikisi 1873-cü ildən fəaliyyət göstərən və müxtəlif ölkələrin alimlərini özündə birləşdirən Beynəlxalq Hüquq Assosiyasiyasını və Beyəlxalq Hüquq İnstitunu xüsusilə ayırmaq lazımdır) həyata keçirilir.
Beyəlxalq hüququn məcəllələşdirilməsi və mütərəqqi inkişafı işinin təşkili BTM Baş Assambleyasının səlahiyyətinə daxildir (BTM Nizamnaməsinin 13-cü maddəsi). Baş Assombleya tərəfindən bu məqsədlə 1947-ci ildə xüsusi kömıkçi orqan - Beyəlxalq hüquq komissiyası təsis edilmişdir. Komissiya müxtəlif hüquqi sistemləri təmsil edən, Komissiyada şəxsi keyfiyyətdə fəaliyyət göstərən, Baş Assambleya tərəfindən 5 il müddətinə seçilən 34 tanınmış beynəlxalq hüquşünasdan ibarətdir. İndiyə qədər Beyəlxalq hüquq komissiyası bir sıra məcəllələşdirimiş beynəlxalq aktların, o cümlədən Diplomatik əlaqələr haqqıda 1961-ci il Vyana Konvensiyasının, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyasının, Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının, Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinin (1995-ci il) və digər mühüm aktların mətinlərini işləyib hazırlamışdır. Hazırda Komissiya aşağıdakı məsələlər üzrə Məcəllə layihələri üzərində işləyir: Dövlətlərin
məsuliyyəti; Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər; Beynəlxalq müqavilələrə qeyd-şərtlər; Beyəlxalq hüquqla qadağan olunmayan hərəkətlərin zərərli nəticələrinə görə beynəlxalq məsuliyyət və b.


    1. Yüklə 391,8 Kb.

      Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə