1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi



Yüklə 93,38 Kb.
səhifə1/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
  1   2   3   4   5   6   7   8   9   ...   43
Huquq 75


1.Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi.

Ümumi hüquq nəzoriyyəsindon bizə məlumdur ki, hər bir cəmiyyətin mövcud olması və normal fəaliyyəti üçün hüququn, hüquqi nizamasalmanın olması obyektiv, zəruri bir haldır. Yəni başqa sözlə, cəmiyyət olan yerdə hüquq da olmalıdır. Əgər dünyada olan dövlətləri bir cəmiyyət kimi, belə demək mümkünsə, dünya dövlətlərinin ailəsi kimi təsəvvür etsək, onda belə bir məntiqi nəticəyə gələ bilərik ki, bu cəmiyyətin özündə də hüquqa obyektiv ehtiyac vardır. Bu hüquq beynəlxalq hüquq adlanır. Beynəlxalq hüquq dövlətlər arasındakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemidir.O, məhz dövlətlər arasındakı müxtəlif xarakterli münasibətləri hüquqi çərçivəyə salmaq üçün yaranmışdır. Beynəlxalq hüquq normaları dövlətlərarası münasibətlər sisteminin, demək olar ki, hər bir aspektini əhatə edir. Bu normalar vasitəsilə dənizdən, hava məkanından və kosmik fəzadan istifadə olunması, beynəlxalq telekommunikasiyalar, poçt xidmətləri, mal və sərnişinlərin hava vasitəsilə daşınması və pul köçürülməsi nizama salınır; beynəlxalq ticarət həyata keçirilir; ətraf mühitin mühafizəsi, insan hüquqlannm beynəlxalq müdafiəsi, cinayətkarlann verilməsi və s. kimi dövlətlərin ümumi mənafeyində olan məsələlər həll olunur. Bununla əlaqədar demək lazımdır ki, beynəlxalq hüquq diplomatiya və xarici siyasətlə üzvi surətdə bağlıdır. Xarici siyasətin həyata keçirilməsi və diplomatik təcrübə beynəlxalq hüquqa uyğun olmalıdır. Digər tərəfdən, diplomatiya beynəlxalq hüquq normalannın yaradılmasının ən mühüm vasitəsi kimi çıxış edir.



2. Beynəlxalq ümumi hüququn xüsusiyyətləri və inkişaf mərhələləri.

Təbii ki, obyektiv mənada hüquqa xas olan əlamətlər beynəlxalq hüquq normaları üçün də səciyyəvidir. Ən əsası, bu normalar da müvafiq subyeklər üçün hüquqi ümumməcburi xarakter daşıyır və onların yerinə yetirilməsi müəyyən sanksiya ilə təmin edilir. Lakin beynəlxalq hüquq onu dövlətdaxili (milli) hüquqdan fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Bu xüsusiyyələr, hər şeydən öncə, beynəlxalq hüququn mövcud olduğu və faliyyət göstərdiyi dövlətlərarası mühitlə və suveren, formal baxımdan birbirindən asılı olmayan dövlətlərin olması ilə əlaqədardır. Birincisi, fiziki və hüquqi şəxslər və dövlət orqanları arasıdakı münasibətləri nizama salan dövlətdaxili hüquqdan fərqli olaraq, beynəlxalq hüquq dövlətlər və beynəlxalq hüququn digər subyektləri (beynəlxalq təşkilatlar və s.) arasıda yaranan münasibətləri nizama salır. İkincisi, beynəlxalq sistemdə qanunverici orqan yoxdur. Heç bir beynəlxalq təşkilat və ya orqan, o cümlədən Birləşmiş Millətlər Təşkilatı dövlətlər üçün hüquqi cəhətdən məcburi olan normalar yaratmaq səlahiyyətinə malik deyildir. Beynəlxalq təşkilatların orqanlarından biri kimi fəaliyyət göstərən parlametlər də (məsələn, Avropa İttifaqıda - Avropa parlamenti, Avropa Şurasıda – Parlament Assambleyası və s.) milli parlamentlərə xas olan bəzi əlamətlərə malik olsalar da, “qanunvericilik” səlahiyyətindən məhrumdurlar. Üçüncüsü, beynəlxalq sistemdə, dövlətin daxilində olduğu kimi, mərkəzləşdirilmiş icra və məhkəmə mexanizmi yoxdur. Beynəlxalq hüquq normalarının yerinə yetirilməsinin təmin edilməsi dövlətlərin öz ixtiyarına buraxılmışdır; beynəlxalq hüququn yaradıcısı və başləca təminadçısı dövlətlərdir. Lakin bəzi hallarda bu funksiyanı dövlətlər müqavilələr vasitəsilə bu və ya digər dərəcədə beynəlxalq təşkilat və ya orqanlara həvalə edirlər. BMT-nin Təhlükəsizlik Şurası beynəlxalq sülhə və təhlükəsizliyə real qorxu yaradan dövlətə qarşı hərbi və qeyri-hərbi sanksiyalar tətbiq edə bilər. BMTnin Beynəlxalq Məhkəməsi ilə bağlı qeyd etmək lazımdır ki, o, bu və ya digər işə yalnız müvafiq dövlətlər buna razılıq verdikdə baxa bilər. Sadə dillə desək, ən ağır beynəlxalq hüquq pozuntusu törətmiş döbləti belə onun razılığı olmadan Beynəlxalq Məhkəməyə “vermək” olmaz. Beynəlxalq hüququn xüsusiyyətlərini düzgün başa düşmək ücün olduqca mühim bir məqama diqqət yetirmək lazımdır. Əslində biz burada beynəlxalq hüququ dövlətdaxili hüquqdan fərqləndirən daha bir cəhəti nəzərə çatdırmaq istəyirik. Söhbət ondan gedir ki, səlahiyyətli dövlət orqanları tərəfindən müəyyən olunmuş və ya tanınmış hüquq normaları prinsip etibarilə dövlətin bütün ərazisinə və bu ərazidə olan bütün hüquqi bə fiziki şəxslərə şamil edilir. Beynəlxalq hüquq isə belə yekcins deyildir və ola da bilməz. Bu baxımdan beynəlxalq hüquq anlamı elə qəbl edilməməlidir ki, söhbət burada yalnız dünyanın bütün dövlətlərini əhatə edən, bütün dövlətlərin riayət etməli olduğu hüquqdan gedir. Qeyd edildiyi kimi, beynəlxalq hüququ dövlətlər özü yaradır və bunun nəticəsində iki dövlət arasında bağlanan ikitərəfli müqavilə də, bütöv regionu əhatə edən razılaşma da və bütün dünya dövlətləri ücün məcburi olan norma da beynəlxalq hüquq deməkdir. Bunu nəzərə almaqla, beynəlxalq hüquq sisteminin özündə ümumi beynəlxalq hüququ və partikulyar beynəlxalq hüququ ayırmaq olar. Beynəlxalq məhkəmə təcrübəsində çox geniş istifadə olunan “ümumi beynəlxalq hüquq ” termini vasitəsilə bütün dövlətlər məcburi olan beynəlxalq hüquq normaları ifadə olunur. Bu normalara hamılıqla tanınmış prinsiplər və ya hamılıqla tanınmış normalar da deyirlər. Partikulyar beynəlxalq hüquqa isə müəyyən regionda və ya iki dövlət arasında mövcud olan normalar daxildir. Bu baxımdan, məsələn, hər hansı bir dövlətin beynəlxalq hüququ pozması dedikdə, biz bunu, daha dəqiq desək, həmin dövlətin bu və ya digər səviyyədə öz üzərinə götürdüyü beynəlxalq öhdəliyi pozması kimi başa düşməliyik.

3. Beynəlxalq hüquq normalarının növləri.

Beynəlxalq hüquq normaları öz məzmununa və formasına görə olduqca müxtəlifdir. Bir sıra meyarlara əsaslanmaqla, onlan müxtəlif növlərə ayırmaq olar.

Subyekt-ərazi sferasına görə beynəlxalq hüquq normalarının üç növü fərqləndirilir: 1) ümumi normalar; 2) regional normalar və 3) ikitərəfli (bilateral) normalar.

Bu normalann içərisində ümumi beynəlxalq hüququn imperativ normaları xüsusi yer tutur. Bu norma yalnız ümumi beynəlxalq hüququn eynilə bu xarakterdə olan yeni bir norması ilə dəyişdirilə bilər.


Regional normalar müəyyən bir coğrafi regionda yerləşon dövlətləri bağlayan beynəlxalq hüquq normalarıdır. Məsələn, Latın Amerika ölkələri arasında elə normalar mövcuddur ki, onlar digər regionlarda qəbul olunmamışdır. Buna misal olaraq diplomatik sığınacaq hüququnu göstərmək olar.

İkitərəfli normalar iki dövlət arasında bağlanmış müqavilədə əks olunmuş normalardır.

Nizamasalma üsuluna görə beynəlxalq hüquq normalanmn iki növünü ayırmaq olar: 1) imperativ normalar və 2) dispozitiv normalar.

İmperativ normalar o normalara deyilir ki, onlarda nəzərdə tutulmuş yeganə davranış variantından dövlətlər heç cür kənara çıxa bilməzlər. Yuxanda biz imperativ normaların xüsusi bir növü olan jus cogens normalarının izahını vermişdik. İmperativ normaya misal kimi nüvə silahının yayılmamasmı nəzərdə tutan beynəlxalq hüquq normasını göstərmək olar.

Dispozitiv normalar alternativ davranış variantı nəzərdə tutan normalardır. Dövlətlər başqa cür razılığa gəlməklə, normada göstərildiyindən fərqli hərəkət edə bilərlər. Məsələn, dövlətin hava məkanından onun birbaşa razılığı olmadan istifedə olunmasını qadağan edən norma dispozitiv normadır.

Xarakterinə görə beynəlxalq hüquq normalarının 3 növləri ilə fərqləndirilir: 1) sə- lahiyyətverici normalar 2) məcburedici normalar və 3) qadağanedici normalar .

Formasına görə beynəlxalq hüquq normaları iki növə ayrılır: 1) yazılı təsbit olunmuş normalar 2) yazılı təsbit olunmamış normalar.

Qüvvədə olma müddətinə görə beynəlxalq hüquq normalanmn iki növünü göstərmək olar: I) müddətsiz normalar və 2) müddətli normalar.

Müddətsiz normaların hüquqi qüvvəsi heç bir formal müddətlə məhdudlaşdırılmamışdır. Beynəlxalq hüququn əsas prinsiplərini, digər beynəlxalq adət hüquq nonnalannı buna misal göstərmək olar. Bəzi hallarda beynəlxalq müqavilə müddəalarının da müddətsiz qüvvədə olması nəzərdə tutulur.

Müddətli normalar qüvvəsi müəyyən müddət üçün (adətən, bir ildən başlayaraq iyirmi ilə qədər) nəzərdə tutulan normalardır.
4.Beynəlxalq hüququn mənbələri. ( yeniden bax )

Hər hansı davranışın hüquqa uyğun olub-olmamasını müəyyən etmək üçün biz bu davranışı özündə əks etdirən müvafiq hüquq normasını axtanb tapmalı oluruq. Bu normanın harada öz əksini tapması, haradan götürülməsi praktik baxımdan müstəsna əhəmiyyətə malik olan «hüququn mənbəyi» anlamı ilə bağlıdır.

Hüququn mənbəyi dedikdə, hüquq normasının ifadə forması başa düşülür.

Beynəlxalq hüququn mənbələri BMT Beynəlxalq Məhkəməsi Statutunun 38-ci maddəsində göstərilmişdir. Həmin maddəyə görə, Beynəlxalq Məhkəmə ona təqdim olunmuş mübahisələri həll edərkən I) beynəlxalq müqaviləyə; 2) beynəlxalq hüquqi adətə; 3) hüququn ümumi prinsiplərinə və hüquq nonnalarmı məzmununu müəyyən etmək üçün köməkçi vasitə kimi 4) məhkəmə qərarlarına və 5) tanınmış alimlərin rəylərinə əsaslana bilər.

Göstərilən bu maddədə beynəlxalq hüququn mənbələrinin siyahısını vennək məqsədi güdülməmişdir. Bundan əlavə, müasir beynəlxalq hüququn mühüm mənbəyi olan beynəlxalq təşkilatların qətnamələri bu maddədə heç nəzərdə tutulmamışdır.

Beynəlxalq müqavilə beynəlxalq hüququn əsas mənbələrindən biri olub, iki və ya daha artıq dövlət (və ya beynəlxalq hüququn digər subyekti) arasında bağlanan, qarşılıqlı beynəlxalq hüquq və vəzifələr müəyyən edən razılaşma kimi başa düşülür.
Beynəlxalq hüquqi adət beynəlxalq praktikada təşəkkül tapmış və məcburi norma kimi tanınmış davranış qaydasıdır.


Yüklə 93,38 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə