1. Çatı ayağı sisteminin quraşdırılması. İstilik qatının düzülməsi



Yüklə 11,37 Kb.
tarix25.06.2018
ölçüsü11,37 Kb.
#51358

d:\макеты\управляющая компания\плетнев\шапки_11.jpgводный знак а4

Dam örtüyü sisteminin quraşdırılması
1. Çatı ayağı sisteminin quraşdırılması.

2. İstilik qatının düzülməsi.

İstilik qatının piltələri lazım olan ölçüdən enli kəsilir, və çatı ayaqlarının arasına basılaraq qoyulur.



3. Hidroizolyasiya və buxar mühafizə örtüyünün düzülməsi.

Örtüklər düzülərkən qayda mövcuddur: necə açılır, eləcə də düzülür. Örtüklər çatı ayağı üzrə ( üz tərəfindən – hidroizolyasiya, iç tərəfdən – buxar mühafizəsi) karnizdən dam örtüyünün yəhəri istiqamətində azı 150 mm üst-üstə üfüqi vəziyyətdə düzülür.



4. Novun qarmaqlarının quraşdırılması.

5. Döşənəyin quraşdırılması.

Döşənək kimi taxtadan istifadə edilir.



6. Karniz lövhəsinin quraşdırılması.

Karniz lövhələri damaltı boşluğu bağlayırlar, rütubətin və zibilin düşməsindən qoruyurlar.



7. Alt daxili su novunun quraşdırılması.

Alt daxili su novunun altında tam döşənək yerinə yetirilir. Universal sıxlaşdırıcı qoyulur. Daxili su novunun alt qırağı karniz taxtasının üstündən qoyulur. Daxili su novları üfüqi vəziyyətdə birləşərkən ən azı 300 mm üst-üstə qoyulmalıdır.



8. Dam örtüyü vərəqlərinin qaldırılması.

9. Dam örtüyü materialının quraşdırılması.

Vərəqlər ciddi üfüqi qaydada karnizdən 50 mm çıxıntıyla karniz xətti üzrə bərabər düzəldilməlidir.



10. Dam örtüyü materialının özü deşən şuruplarla bərkidilməsi.

11. Qıraq lövhənin quraşdırılması.

Qıraq lövhəsi karnizdən dam örtüyü yəhəri istiqamətində quraşdırılır, özü deşən şuruplarla qıraq taxtasına 350 mm-dən bir bərkidilir. Lövhələri üst-üstə 100 mm qoyurlar, zəruri hallarda lövhələri kəsirlər.



12. Üst daxili su novunun quraşdırılması.

İki enişi birləşdirərkən daxili küncdə özü genişlənən sıxlaşdırıcıdan sonra quraşdırılır.



13. Birləşmə taxtalarının quraşdırılması.

Kirəmit vərəqi və qoşulma elementi arasında universal sıxlaşdırıcının qoyulması zəruridir. Damın əyilmə yerlərində fasiləsiz hidroizolyasiyaya riayət edilir.

14. Dam örtüyü yəhərinin quraşdırılması.

Dam örtüyü yəhərinin altındakı boşluqda olan hidroizolyasiya örtüyündə dam örtüyü yəhərinin uzunluğu boyunca ən azı 200 mm enində boşluq var. Dam örtüyü yəhəri döşənəyə dalğanın üstündən hər iki tərəfdən özü deşən şuruplarla bərkidilir.



15. Təhlükəsizlik elementlərinin quraşdırılması.

Qarsaxlayan damın enişləri boyunca karnizə paralel, eləcə də mansarda pəncərələrinin üstündən quraşdırılır. Karnizdə bərkidilmə qadağandır. Nərdivan və keçid körpüləri quraşdırılarkən bərkidilmə yerlərində tam döşənəyin edilməsi zəruridir. Bərkidilmə dalğanın əyilmə yerinə edilir.



d:\макеты\управляющая компания\плетнев\нижний колонтитул.jpg

Yüklə 11,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə