1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


Sabit cərəyanlı elektrik hərəkət vasitələri



Yüklə 10,11 Mb.
səhifə24/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   20   21   22   23   24   25   26   27   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

60.Sabit cərəyanlı elektrik hərəkət vasitələri


61.Dəyişən cərəyanlı elektrik hərəkət vasitələri


62.Elektrik hərəkət vasitələrinin mexaniki hissəsi



63.Vaqon təsərrüfatının əsas vəzifəsi
Vaqon təsərrüfatı dəmiryol nəqliyyatının əsas aparıcı sahələrindən biri hesab olunur. Vaqon təsərrüfatının əsas fondları (vaqonlar, tikili və qurğular, texnoloji avadanlıqlar, yük qaldırıcı nəqliyyat vasitələri və s.) dəmir yolunun bütün əsas fondlarının təqribən 15%-ni və işçi kontingentinin 12-16%-ni təşkil edir.vaqon təsərrüfatının əsas funksiyası daşıma prosesini fasiləsiz olaraq saz və işəyararlı vaqonlarla təmin etməkdir. Bu məqsədlə onun əsas vəzifəsinə aşağıdakı məsələlər daxildir:

  • vaqon konstruksiyalarında baş verən dağılma və imtinaları vaxtlı-vaxtında müəyyən edərək aradan qaldırmaq;

  • reysdə olan vaqonların texniki xidmət və cari təmir işlərini yerinə yetirmək;

  • vaqonların iri həcmli əsaslı və depo təmiri əməliyyatlarını yerinə yetirmək və vaqonların təftişi;

  • vaqonların yük və sərnişin daşımalarına hazırlanması;

  • yeni vaqon konstruksiyalarının və onlara olan sifarişlərin texniki tapşırıqlarının hazırlanmasını təşkil etmək;

  • köhnə vaqon konstruksiyalarının modernizasiyası və xidmət müddəti başa çatmış vaqonların inventar parkdan silinməsi;

  • yeni vaqonların alınması, texniki istismarı və onlardan istifadə etmənin səmərəliliyinin artırılması.

Azərbaycan dəmir yolu şəbəkəsində vaqon təsərrüfatına Yük Daşımaları Departamenti rəhbərlik edir.

64.Vaqonların texniki xidmət və təmir sistemi
Texniki xidmət
Vaqon təsərrüfatında texniki xidmət (TX) işlərinin səmərəli təşkili vaqonların düyün və detallarının yeyilmə intensivliyini azaldır, nasazlıqları və dayanmaları vaxtı-vaxtında xəbərdar edir və onları aradan qaldırır. Sərnişin vaqonları aşağıdakı TX növlərindən keçir:

  • TX-1 – vaqon hər reysə yola düşəndən qabaq texniki xidmət məntəqələrində, qatarların tərtib olunma stansiyalarında yerinə yetirilir. Bu xidmət həm də aralıq stansiyalarında yol boyunca yerinə yetirilir.

  • TX-2 – yay və qış mövsümü daşımalarına keçməklə əlaqədar yerinə yetirilir.

  • TX-3 – vaqon istismara buraxılandan 6 ay sonra onun əsas düyünləri (detalları) vahid texniki müayinədən keçirilərkən, qeydiyyat məntəqələrində, xüsusi təmir yollarında və vaqon depolarında tərkibdən ayrılmaqla yerinə yetirilir.

Yük vaqonlarının texniki xidməti çeşidləmə və sahə stansiyalarında reysə hazırlanarkən yerinə yetirilir. Yük vaqonları həm də qrup şəklində daşınmaya hazırlıq məntəqələrində texniki xidmətdən keçirilir. Refrijerator qatarları və seksiyalarının texniki xidməti gündəlik baxışdan, 15 və 30 gündən sonra keçirilən baxışlardan, avadanlıqların 50,100,200 və 400 saat işindən sonra keçirilən baxışdan və profilaktik təmirdən (5 vaqon seksiyaları üçün) ibarətdir.
ARV (avtonom refrijerator vaqonları) üçün aşağıdakı xidmət növləri müəyyənləşdirilib:

  • TX-1 – bilavasitə vaqonun yüklənməsindən qabaq yerinə yetirilir;

  • TX-2 – 24-30 sutkadan bir yüklü vaqon yolda olarkən həyata keçirilir;

  • TX-3 – yükün təyinat məntəqəsində boşaldılması zamanı yerinə yetirilir;

  • QXT-1 – (qısaldılmış texniki xidmət) dizel -generator avadanlığı 200-220 saat işlədikdən sonra yerinə yetirilir;

  • QXT-2 - dizel -generator avadanlığı 400-500 saat işlədikdən sonra yerinə yetirilir;


Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə