1. Disfunksional uşaqlıq qanaxması rast gəlinir: a yuvenil dövrdə b südəmər dövrdə



Yüklə 297,9 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix14.06.2018
ölçüsü297,9 Kb.
#48563
1   2   3   4   5   6   7   8   9   ...   14

8

B) aybaşı ərəfəsində

C) ovulyasiya vaxtı

D) aybaşı siklinin günündən asılı olmayaraq

E) aybaşının 14-cü günündən başlayaraq

42. Yalançı amenoreya müşahidə olunur:

A) uşaqlıq boynu kanalının atreziyasında

B) uşaqlıq cisminin aplaziyasında

C) qonadların disgeneziyasında

D) nevrogen anoreksiyada

E) itsenko-Kuşinq xəstəliyində

43. Fizioloji amenoreya müşahidə olunmur:

A) nevrogen anoreksiyada

B) postmenopauzada

C) laktasiya dövründə

D) hamiləlikdə

E) uşaqlıq dövründə

44. Cinsiyyət orqanlarının virus infeksiyaları üçün xarakterik deyil:

A) uşaqlıq borularının zədələnməsi

B) yoluxmanın cinsi yolla baş verməsi

C) yüksək kontagiozluq

D) gedişin resudivləşən olması

E) törədicinin yüksək onkogenliyi

45. Cinsiyyət orqanlarının vərəmində birinci ocaq əsasən harada yerləşir?

A) ağciyərlərdə

B) sümükdə

C) sidik çıxarıcı orqanlarda

D) limfa düyünlərində

E) peritonda

46. Uşaqlıq artımlarının vərəminin əsas klinik simptomudur:

A) sonsuzluq

B) amenoreya

C) menorragiya

D) xroniki çanaq ağrıları

E) metrorragiya

47. Süzənək infeksiyasının yayılma yolları:


9

A) intrakanalikulyar

B) hematogen

C) perinevral

D) kontakt

E) limfogen

48. Uşaqlıq artımlarının kəskin iltihabi xəstəliklərinin mümkün olan fəsadı deyil:

A) amenoreya

B) məhdud və yayılmış peritonit

C) absesləşmə

D) xroniki çanaq ağrıları

E) xroniki hala keçmə

49. Endokrin sonsuzluq hansı xəstəliyin nəticəsi deyil?

A) disherminomanın

B) adrenogenital sindromun

C) hipofizin prolaktin ifraz edən şişinin

D) yumurtalığın tekomasının

E) hipotalamo-hipofizar disfunksiyanın

50. Uşaqlığın miomasının xarakterik xüsusiyyətləri:

A) xoşxassəli, hormondanasılı şişdir

B) eninəzolaqlı əzələ toxumasından inkişaf edir

C) pubertat dövrdə müşahidə olunur

D) maliqnizasiyaya meyllidir

E) neytral dövrdə müşahidə olunur

51. Amenoreya ilə müşahidə olunan hansı patologiyada yeniyetmələrə təcili yardım 

göstərilə bilər?

A) qızlıq pərdəsinin tam atreziyasında 

B) Rokitanski-Kyüstner-Mayer sindromunda

C) hiperprolaktinemiyada

D) testikulyar feminizasiya sindromunda

E) Şereşevski-Terner sindromunda

52. Yuvenil dövrdə disfunksional uşaqlıq qanaxmalarında hormonal hemostaz məqsədilə hansı 

preparatdan istifadə olunur?

A) rigevidon

B) buserelin

C) progesteron


10

D) zidovudin

E) norkolut

53. Oksitosini əsasən hansı hüceyrələr sintez edir?

A) hipotalamus nüvələri

B) sarı ciim

C) yumurtalıqların interstisial hüceyrələri

D) yumurtalıqların qranulyoz hüceyrələri

E) adenohipofiz

54. Cinsi yetişkənliyin ləngiməsi üçün xarakterik deyil:

A) sümük yaşının təqvim yaşını nəzərəçarpacaq dərəcədə qabaqlaması

B) süd vəzilərinin hipoplaziyası

C) yevnuxoid bədən quruluşunun olması

D) sümük yaşının təqvim yaşından geri qalması

E) ikincili cinsi əlamətlərin zəif inkişaf etməsi

55. Birincili alqodismenoreyanın müalicəsində istifadə edilmir:

A) androgenlər

B) sedativ preparatlar

C) spazmolitiklər

D) hestagenlər və estrogenlər-hestagenlər

E) analgetiklər 

56. Hormohal hemostaz hansı hallarda effektli deyil?

A) uşaqlıq boşluğunda döl yumurtasının qalıqları qalarsa

B) emdometriumun qeyri-tam sekretor transformasiyası zamanı

C) pubertat dövrün disfunksional uşaqlıq qanaxmasında

D) sadə endometrial hiperplasiyada

E) mürəkkəb endometrial hiperplaziyada

57. Kombinə olunmuş oral kontraseptivlərlə hormon əvəzedici müalicəyə əks göstərişdir:

A) süd vəziləri və cinsiyyət orqanlarının hormondan asılı bədxassəli şişləri

B) endometrioz

C) menometrorragiya

D) dəmir defisitli anemiya

E) arterial təzyiqin normal olması

58. Polikistoz yumurtalaqlar sindromunda icra olunan cərrahi əməliyyata aid deyil:

A) ikitərəfli ovariektomiya

B) yumurtalıqların pazvari rezeksiyası


11

C) yumurtalıqların termokauterizasiyası

D) yumurtalıqlarin termovaporizasiyası

E) yumurtalıqlarin dekapsulyasiyası

59. 1-8 yaşlı qızlarda vulvovaginitin əsas səbəblərindən biridir:

A) qurd invaziyası

B) hormonal dərman preparatlarının qəbulu

C) uşaqlıq yolunun travması

D) şəkərli diabet

E) uşaqlıq yolunda yad cisim

60. Genital xlamidioz üçün hansı orqanın zədələnməsi xarakterdir?

A) uşaqlıq boruları və uşaqlıq boynu

B) yumurtalıqlar

C) endometrium

D) miometrium

E) uşaqlıq yolu

61. Aspermiya:

A) eyakulyatın olmamasıdır

B) spermatozoidlərin <20·10

6

/ml olmasıdır 

C) eyakulyatda spermatozoidlərin olmamasıdır

D) normal morfologiyalı spermatozoidlərin <14% olmasıdır

E) spermatozoidlərin hərəkətliyinin azalmasıdır

62. Sonsuzluq zamanı laparoskopiyaya göstəriş:

A) polikistoz yumurtalıqlar sindromu

B) lütein fazasının çatışmazlığı

C) hipotirloz

D) hiperprolaktinemiya

E) davamlı anovulyasiya

63. Hamiləliyin erkən müddətlərinnin diaqnostikası üçün qanda təyin edilən hormon:

A) xorionik qonadotropin

B) tireotron hormon

C) somatotrop hormon

D) prolaktin

E) estradiol

64. Uşaqlıq boynunun fon xəstəliklərinə aid deyil:

A) proliferativ leykoplagiya


Yüklə 297,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə