1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.

səhifə1/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   70


MÖVZU 2: HÜQUQ SİSTEMİNİN KONSTİTUSİYA ƏSASLARI 
 
P L A N 
1. Dövlətin anlayışı.  Dövlətin formaları. 
2. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti. 
3. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti.  
4. Dövlətin əsas qanunu kimi konstitusiyanın anlayışı və sosial-iqtisadi mahiyyəti. 
5. Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri.  
6. Azərbaycan dövlətinin konstitusiya statusu. 
7.  İnsan  və  vətəndaşın  hüquqi  statusunun  anlayışı  və  prinsipləri.      İnsan  və 
vətəndaşın əsas hüquq və azadlıqları:   sosial-iqtisadi və hüquqlar.  
8. Azərbaycan Respublikası vətəndaşlığı . 
9.Qeyri-hökumət təşkilatlarının (İctimai birliklərin) hüquqi statusunun əsasları. 
 
1. Dövlətin anlayışı. Dövlətin formaları. 
Dövlət,  cəmiyyətin  daxili  təkamülünün  məhsulu  olub,  obyektiv  olaraq,  təşkilati 
yetkinliyə məruz qalmışdır. Müxtəlif zamanlarda və müxtəlif şəraitdə dövlət cəmiyyəti idarə 
edən  təşkilati,  hökmranlıq  mexanizmi  kimi  çıxış  edir.  Dövlətin  daimi  mahiyyəti  yoxdur,  o, 
deyildiyi  kimi  ibtidai  icma  cəmiyyətində  olmamış,  yalnız  ibtidai  icma  cəmiyyətinin  final 
mərhələsində  müxtəlif  səbəblərdən,  hər  şeydən  əvvəl  yaşamağın  yeni  təşkilati-əmək 
formaları  və  insanların  təkrar  istehsalı  ilə  əlaqədar  yaranmışdır.  Söhbət  təsərrüfat  həyatının 
təşkilinin  yeni  formasına  keçiddən  gedir  ki,  bu  da  cəmiyyətin  sosial  təbəqələşməsinə, 
siniflərin  meydana  gəlməsinə,  dövlətin  cəmiyyət  həyatının  yeni  təşkilati  forması  kimi 
təşəkkül tapmasına gətirib çıxarır. 
Dövlət, cəmiyyətin təşkilati forması kimi bir sıra əlamətlərə malikdir. 
Bu əlamətlər aşağıdakılardır: 
1.  Dövlət  orqanlarında  təmsil  olunan,  dövlət  hakimiyyəti  kimi  çıxış  edən  ictimai 
hakimiyyətin  xüsusi  olaraq  mövcudluğu.  Onu  idarəetmə  və  məcburetmə  vəzifələrini  yerinə 
yetirən  insanların  xüsusi  təbəqəsi  həyata  keçirir.  İnsanların  bu  xüsusi  təbəqəsi  dövlət 
hakimiyyətinin səlahiyyətləri  verilmiş dövlət aparatını təşkil edirlər,  yəni  icra  üçün  məcburi 
olan  aktları  yaratmaq,  zəruri  hallarda  insanların  davranışlarını  dövlət  orqanlarının  qəbul 
etdiyi  qərarlarda  öz  ifadəsini  tapan  tələblərə  tabe  etdirmək  üçün  dövlət  təsirinə  əl  atmaq 
imkanları olur. 
2. 
Əhalinin ərazi  üzrə bölünməsi. Dövlət  hakimiyyəti  müəyyən ərazi çərçivəsində 
həyata keçirilir və bu ərazidə yaşayan bütün insanlara şamil edilir. İbtidai icma cəmiyyətində 
insanların hakimiyyətə tabeliyi onların  müəyyən qəbiləyə məxsusluğu, yəni qan qohumluğu 
əlaqələrindən  asılı  olmuşdur.  Dövlətin  əlaməti  həmin  dövlətin  ərazisində  olan  bütün 
insanlara onun hakimiyyətinin təsirilə xarakterizə olunur. 
3.  Dövlətin  suverenliyi,  yəni  dövlət  hakimiyyətinin  daxildə  və  xaricdə  hər  hansı 
digər  hakimiyyətdən  asılı  olmaması.  Dövlət  suverenliyi  dövlətə  öz  işlərini  sərbəst  və  azad 
surətdə  həll  etmək  hüququ  verməklə  onu  başqa  əlamətləri  ilə  bərabər  cəmiyyətin  digər 
təşkilatlarından (məsələn, siyasi partiyalar) fərqləndirir. 
4.  Bütün  dövlət  orqanlarının  fəaliyyəti  hüquq  normalarına  əsaslanır.  Dövlət 


cəmiyyətdə  yeganə  təşkilatdır  ki,  qanunvericiliyi  həyata  keçirir,  yəni,  bütün  əhali  üçün 
məcburi olan qanunlar və digər normativ aktlar qəbul edir. 
Dövlətə - sosial qrupun, xalqın iradə və maraqlarını ifadə edən xüsusi dövlət aparatına 
malik olan cəmiyyətin siyasi hakimiyyətinin xüsusi təşkilatı kimi tərif vermək olar. 
Dövlət,  onun  mexanizmi  (dövlət  orqanları  sistemi)  birdəfəlik  və  həmişəlik  olaraq 
dəyişməz şəkildə qalmır. 
Dövlət onun təşkilatının siyasi forması kimi cəmiyyətin dəyişməsi ilə bərabər dəyişir. 
Biz  quldarlıq, 
feodalizm, 
burjua  cəmiyyətlərinin 
və  s.  dövlət 
mexanizminin 
xüsusiyyətlərindən  danışa  bilərik.  Bu  dövlətlərin  təsnifatına  bir  növ  yanaşmadır,  bunlarla 
yanaşı  başqaları  da  mövcuddur.  Məsələn,  avtoritar,  totalitar,  hüquqi  dövlətləri  də  dövlət 
rejiminə  görə  təsnifləşdirmək  olar.  Əgər  hüquqi  dövlət  mənən  azad,  səlahiyyətli  insan 
şəxsiyyətini  tanımağa  əsaslanırsa,  totalitar  dövlətdə  insanların  şəxsi  təşəbbüsü  nəzərə 
alınmır. 
Totalitar  dövlət  hədd  qoyulmadan  vətəndaşların  şəxsi  həyatına  öz  müdaxiləsini 
genişləndirərək,  onların  bütün  fəaliyyətini  öz  hakimiyyətinin  əhatəsinə  və  məcburi  qaydada 
tənzimləməyə  düçar  edir.  «Totus»  sözü  latınca  «tam,  bütöv»  deməkdir.  Totalitar  dövlət 
vətəndaş cəmiyyətini udan hər cür rəzalətə qadir dövlətdir. Belə idarəetmə, bir qayda olaraq, 
hakimiyyət  bölgüsü  mexanizminin  olmamasına,  sahibkarların  inhisarına,  təkpartiyalılığa  və 
s. əsaslanan diktaturada mövcud ola bilər. 
Avtoritar  dövlət  onunla  xarakterizə  olunur  ki,  o,  cəmiyyətin  bütün  sferalarına  nüfuz 
etmir, onun güclü mərkəzləşdirilmiş hakimiyyəti totalitar rejimdə olduğu kimi hər şeyə qadir 
deyil.  Lakin  avtoritar  dövlət  cəmiyyətin  həyat  fəaliyyətinin  elə  sahələrinə  müdaxilə  edir  ki, 
demokratik  rejim  şəraitində  dövlət  bu  işlərə  qarışmır.  Avtoritarizm  adətən,  şəxsi  diktatura 
elementləri ilə birləşir. 
Əgər hüquqi dövlət tipi haqqında danışılsa, onun meydana gəlməsi və inkişafı Avropa 
ölkələrində XVIII əsr və XIX əsrin sonlarına aid edilir. Hüquqi dövlət quruculuğuna bu gün 
respublikamızda  da  başlanılmışdır.  Azərbaycan  Respublikasının  demokratik,  hüquqi, 
dünyəvi və unitar dövlət kimi inkişafı aşağıdakıları nəzərdə tutur: 
Azərbaycan  Respublikasında  suverenliyin  daşıyıcısı  və  dövlət  hakimiyyətinin  yeganə 
mənbəyi Azərbaycan xalqıdır; 
demokratiya (xalq hakimiyyəti) siyasi və iqtisadi cəhətdən müxtəliflik, çoxpartiyalılıq 
əsasında həyata keçirilir; 
dövlət, onun orqanları, idarələri, vəzifəli şəxslər bütün cəmiyyətə xidmət edirlər, onun 
hər hansı bir hissəsinə yox, insan və vətəndaş qarşısında məsuliyyət daşıyırlar. 
insan, onun hüquq və azadlıqları - ali dəyərdir. 
dövlət hakimiyyəti sistemi qanunverici, icraedici və məhkəmə hakimiyyətinin bölgüsü 
ilə səciyyələnir. 
Dövlətin  sosial  təyinatı,  onun  fəaliyyətinin  xarakter  v  məzmunu  öz  ifadəsini  dövlətin 
funksiyasında tapır ki, bu da onun fəaliyyətinin əsas istiqamətləri ilə əlaqədardır. 
Funksiyanın  təsnifatının  əsasında  dövlətin  fəaliyyət  sahəsi  durur,  yəni  ictimai 
münasibətlərin  o  sahəsi  ki,  dövlət  ona  təsir  edir.  Bundan  asılı  olaraq  dövlətin  funksiyaları 
daxili və xarici funksiyalara ayrılır. 
1.   Daxili  funksiya  -  bu  ölkə  daxilində  dövlət  fəaliyyətinin  başlıca  istiqaməti  olub, 
dövlətin daxili siyasətini  xarakterizə edir. Bunlara aiddir: qoruyucu  və nizamlayıcı 
funksiya. 
Qoruyucu  funksiyaların  həyata keçirilməsi  bütün  maddiləşmiş və  hüquqla  nizamlanan 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   70


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə