1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   2   3   4   5   6   7   8   9   ...   70

respublika,  artıq  adı  çəkilən  İtaliyadan  başqa,  Türkiyə,  Almaniya,  Avstriya  və  s.  bu  kimi 
ölkələr hesab olunur. 
Prezidentli  respublika  ilk  növbədə  onunla  səciyyələnir  ki,  prezident  dövlət  başçısı  və 
hökumət  başçısı  səlahiyyətlərini  daşıyan  ali  vəzifəli  şəxsdir.  Dövlət  başçısı  xalq  tərəfindən 
birbaşa  seçilir  və  odur  ki,  onun  mandatının  hüquqi  qüvvəsi  parlamentin  mandatının  hüquqi 
qüvvəsinə bərabər  olur.  Belə respublikada  hökumət prezidentin özü tərəfindən  təşkil  olunur 
və parlament qarşısında siyasi məsuliyyət daşımır. Hökumət prezident qarşısında məsuliyyət 
daşıyır  və ona  hesabat  verir, yalnız prezident qarşısında istefa  verir. Xalq tərəfindən  seçilən 
prezidentin,  bununla  bərabər  parlamenti  buraxmaq  hüququ  yoxdur.  Prezidentli  respublika 
kimi, məsələn, Amerika Birləşmiş Ştatlarını, Azərbaycan Respublikasını göstərmək olar. 
Bəzi  ölkələrdə  qarışıq  xarakter  daşıyan  respublika  idarə  forması  mövcuddur,  yəni 
prezidentli  respublikanın  əlamətləri  ilə  yanaşı  (dövlət  başçısı  əhali  tərəfindən  seçilir,  icra 
hakimiyyətinin  başçısıdır,  hökuməti  təşkil  edir  və  s.)  parlamentli  respublikanın  (hökumət 
parlament  qarşısında  cavabdehlik  daşıyır,  prezident  tərəfindən  parlamentin  vaxtından  əvvəl 
buraxılması  mümkündür  və  s.)  əlamətlərinin  mövcud  olduğu  ölkələrdir.  Qarışıq  idarəetmə 
forması olan ölkələrə Fransanı, Rusiya Federasiyasını aid etmək olar. 
Bir  sıra  Latın  Amerikası  ölkələri,  Tropik  Afrika  dövlətləri  üçün  idarəetmənin  başqa 
forması  -  super  prezidentli  respublika  xarakterikdir.  Onun  əsas  əlaməti  həddən  artıq 
böyüdülmüş  və  mahiyyət  etibarilə  nəzarət  edilməyən  prezident  hakimiyyətidir  (prezident 
əhali tərəfindən seçilir, parlamenti buraxmaq, referendum keçirmək və s. hüququ var). 
2.  Dövlət  quruluşunun  forması  dedikdə,  dövlətin  ərazi  və  ya  milli-ərazi  təşkili  başa 
düşülür, yəni bu dövlətin ərazisi necə qurulub, hansı hissələrdən ibarətdir və onların hüquqi 
vəziyyəti necədir. 
Dövlət  öz  quruluş  formasına  görə  unitar  və  federativ  ola  bilər.  Dövlətlərin  birləşmə 
forması, onların arasında ittifaq konfederasiya hesab olunur. 
Unitar  dövlət  (latın  dilində  «unus»  -  «vahid»,  «tək»  deməkdir)  –  sadə,  bəsit,  vahid 
dövlətdir  ki,  onun  tərkibi  bir  qayda  olaraq  inzibati  -  ərazi  vahidlərindən  (vilayət,  mahal, 
rayon,  departament  və  s.)  ibarətdir.  Unitar  dövlətə  Azərbaycan,  Yaponiya,  Fransa,  İtaliya, 
Efiopiya  misal  ola  bilər.  Belə  dövlətlərdə  federasiyadan  fərqli  olaraq  vahid  konstitusiya, 
dövlət  hakimiyyətinin  vahid  ali  nümayəndəli  orqanları,  vahid  hökuməti,  vahid  vətəndaşlığı, 
vahid  maliyyə  -  kredit  və  pul  sistemi  və  s.  olur.  Ayrı-ayrı  hallarda  milli  azlıqlar  olduqda 
unitar  dövlətin  tərkibinə  muxtar  dövlət  quruluşunun  xüsusi  statusundan  istifadə  edən  bir  və 
ya  bir  neçə  siyasi  ərazi  vahidi  də  daxil  ola  bilər.  Muxtar  qurumların  mövcudluğu  belə 
dövlətlərin unitarizminə heç bir xələl gətirmir. 
Federativ dövlət (latın dilində «fedus» - «ittifaq» deməkdir) - mürəkkəb ittifaq dövləti 
olub, bir sıra dövlətlərin və dövlət qurumlarının -  federasiya 
subyektlərinin 
birliyinin 
nəticəsidir. 
Federasiya  subyektləri  (ştat,  torpaq,  dövlət)  öz  xüsusi  inzibati-ərazi  bölgüsünə 
malikdirlər. 
Unitar  dövlətdən  fərqli  olaraq  federasiya  ali  hakimiyyət  orqanının  iki  sisteminə  - 
federal orqanlar və federasiya subyektlərinin müvafiq hakimiyyət orqanlarına, iki növ hüquqi 
aktlara  -  federasiya  və  federasiya  subyektlərinin  hüquqi  aktlarına,  həmçinin  federasiyanın 
subyektlərinin  vətəndaşlığına  malikdir.  Federativ  dövlətlərə  Rusiya  Federasiyası,  ABŞ, 
Almaniya və s. aiddir. 
Konfederasiya  (latın  dilində  «konfederasio»  -  «birlik»  deməkdir)  -  federasiya  ilə 
müqayisədə  dövlətlərin  bu  və  ya  digər  məqsədlərlə      müvəqqəti  olaraq  birləşdiyi,  çox  da 


möhkəm  olmayan  birliyidir  ki,  burada  dövlətlər  tam  şəkildə  müstəqilliklərini  saxlayırlar. 
Federasiya ittifaq dövləti, konfederasiya isə dövlətlər ittifaqıdır. Federasiyanın hüquqi statusu 
milli  qanunvericiliklə  müəyyən  olunduğu  halda,  konfederasiyanın  hüquqi  statusu  bir  qayda 
olaraq  beynəlxalq  hüquqla  müəyyən  olunur,  lakin  burada  milli  qanunvericiliyin,  xüsusilə 
konstitusiya  hüquqi  müddəalarında əhəmiyyəti az deyildir. Konfederasiyanın tərkibinə daxil 
olan 
dövlətlər 
beynəlxalq 
hüququn 
müstəqil 
subyekti 
olaraq 
qalır 
və 
öz 
dövlət  suverenliyini  saxlayır.  Konfederasiyada  federasiyadan  fərqli  olaraq  vahid  ərazi 
yoxdur,  onun  ərazisi  konfederasiya  üzvlərinin  -  ayrı-ayrı  dövlətlərin  ərazilərindən  ibarətdir. 
Konfederasiyada  vahid  vətəndaşlıq  da  yoxdur.  İttifaqa  daxil  olan  hər  bir  ayrıca  dövlətin  öz 
vətəndaşlığı  var.  Konfederasiya  subyektlərinin  ittifaqdan  sərbəst  çıxmaq,  habelə  ittifaq 
hakimiyyətinin qəbul etdiyi aktları qəbul etməkdən imtina etmək və ya tanımaq hüququ var. 
Odur 
ki, 
konfederasiyanın 
dövlət 
quruluş 
forması 
hesab edilməsi məqsədə müvafiq deyil. 
Konfederasiya  müəyyən  məsələlərlə  bağlı  formalaşdırıldığına  görə  onun  həll  etdiyi 
işlərin  predmeti  çox  da  genişsahəli  məsələləri  əhatə  etmir  (xarici  siyasət,  müharibə  və  sülh 
məsələləri,  vahid  ordunun  formalaşdırılması,  vahid  iqtisadi  məkanın  yaradılması  və  s.). 
Konfederasiyanın  büdcəsi  üçün  məcburi  surətdə  üzvlük  haqlarının  yığılması  imkanı  kimi, 
konfederasiyanın  bilavasitə  vergi  qoymaq  hüququ  da  yoxdur.  Onun  büdcəsi  konfederasiya 
subyektlərinin  könüllü  ödəmələri  əsasında  təşkil  olunur.  Bir  qayda  olaraq  konfederasiyada 
vahid pul dövriyyəsi mövcud deyil. 
Başqa sözlə, bir neçə dövlətin konfederasiyada (federasiyadan fərqli olaraq) birləşməsi 
bir  qayda  olaraq  yeni  dövlətin  yaranmasına  gətirib  çıxarmır.  Konfederasiyada  dövlətlər, 
adətən  müəyyən  məqsədə  çatmaq  üçün  birləşir.  Bu  zaman  onlar  öz  fəaliyyətlərini 
əlaqələndirmək  üçün  xüsusi  birgə  orqanlar  yaradırlar.  Bir  qayda  olaraq  onların  qərarları 
konfederasiyaya  daxil  olan  ayrı-ayrı  ölkələrin  vətəndaşları  üçün  bu  dövlətlərin  orqanları 
tərəfindən təsdiq edildikdən sonra məcburi xarakter daşıyır. Məsələn, 1848-ci ilədək İsveçrə 
konfederasiya  olmuşdur.  1982-ci  ildə  konfederativ  ittifaqda  Qambiya  və  Seneqal  birləşmiş, 
bununla  da  Seneqambiya  konfederasiyası  meydana  gəlmişdi  ki,  o  da  bir  neçə  ildən  sonra 
süqut etdi. Azərbaycan Respublikası bu gün MDB-yə daxildir ki, bu birliyə konfederasiyanın 
bir sıra əlamətləri məxsusdur. 
Yuxarıda  deyilənlərlə  bərabər  dövlətin  idarə  olunmasının  demokratikliyi  və  ya 
antidemokratikliyi nöqteyi-nəzərindən dövlətin formasını xarakterizə etmək olar. Belə dövlət 
formasının mahiyyəti «siyasi rejim» adlanır. 
Siyasi  rejim  cəmiyyətdə  siyasi  azadlıqların  səviyyəsi,  şəxsiyyətin  hüquqi  vəziyyəti, 
dövlət  hakimiyyətini  həyata  keçirmək  vasitəsi  olan  metod  və  üsullarla  (demokratik, 
antidemokratik) xarakterizə olunur. 
Demokratik  rejim  vətəndaşlara  məxsus  geniş  hüquq  və  azadlıqların  tanınmasını, 
müxalifət  partiyalarının  leqal  fəaliyyətini,  hökumətin  müvafiq  seçkilərdə  qələbə  çalmış 
partiyalardan təşkil olunmasını və s. nəzərdə tutur. 
Antidemokratik  rejim  şəraitində  insanların  hüquq  və  azadlıqlarının  boğulması, 
dövlətin  vətəndaş  cəmiyyətinin  bütün  sferalarına  müdaxilə  etməsi,  hakimiyyətin  ali 
nümayəndəli orqanının (parlamentin) ləğv edilməsi və ya onun oyuncaq idarəyə çevrilməsi, 
hökumətin hakimiyyəti ələ alan ordu tərəfindən təşkil olunması və s. istisna edilmir. 
Dövlət  formasını,  onun  siyasi  rejimini  xarakterizə  etmək  üçün  «demokratiya»  (xalq 
hakimiyyəti) anlayışı mühüm əhəmiyyət kəsb edir. Bu anlayışla dövlət quruluşu məlum olur, 
buna  görə  idarəetmə  əksəriyyətin  iradəsi  ilə  həyata  keçirilir,  hakimiyyətin  yeganə  mənbəyi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə