1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   2   3   4   5   6   7   8   9   ...   70

Hakimiyyətin  xalqa  məxsus  olması  onun  demokratik  metodlarla  həyata  keçirilməsini, 
dövlət hakimiyyətinin xalq qarşısında hesabat verməsini qabaqcadan müəyyənləşdirir. 
Dövlət  hakimiyyətinin  başlıca  vəzifəsi  -  insanın  hüquq  və  azadlıqlarının,  şərəf  və 
ləyaqətinin tanınması, onlara  riayət olunması  və  müdafiəsidir. Belə  ki, demokratik dövlətdə 
insan, onun hüquq və azadlıqları - ali dəyərlərdir. 
 
§4.  Dövlətin əsas qanunu kimi konstitusiyanın anlayışı və sosial-iqtisadi mahiyyəti. 
Konstitusiya  anlayışı  latın  dilində  olan  «constitucio»  sözündən  olub  hərfi  mənası 
«quruluş»,  «təsisat»,  «qurmaq»,  «təsis  etmək»  deməkdir.  Etimoloji  baxımdan  konstitusiya 
terminindən  ilk  dəfə  Qədim  Romada  imperator  hakimiyyətinin  ayrı-ayrı  aktlarının 
adlandırılması  üçün  istifadə  olunmuşdur.  Orta  əsrlərdə  Avropada  feodal-zadəgan 
imtiyazlarını  nəzərdə  tutan  aktlar  da  sözün  hərfi  mənasına  uyğun  olaraq  bu  cür 
adlandırılmışdır. 
İlk  yazılı  Konstitusiya  (yəni,  daxili  struktura  malik  vahid,  əsas  qanun)  kimi  1787-ci 
ildə  qəbul  edilmiş  və  bu  günə  qədər  fəaliyyət  göstərən  ABŞ-ın  Konstitusiyasının  adını 
çəkmək olar.  Avropada  ilk  yazılı konstitusiyalar 1791-ci  il Polşa  və  Fransa Konstitusiyaları 
olmuşdur. 
Konstitusiya dövlətin ali qanunu kimi bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir: 
1.  Konstitusiyanın  xüsusi  subyekt  -  xalq  tərəfindən  qəbul  edilməsi.  Qeyd  etmək 
lazımdır  ki,  konstitusiya  digər  üsullarla  da  qəbul  olunur.  Konstitusiya  xalq  tərəfindən  qəbul 
olunsa da, bəzən yuxarıdan (mütləq monarxiyalarda) bir növ bağışlanılır. Lakin bu istisnadır 
və demokratik konstitusiyalar üçün xarakterik deyildir. 
2.  Dövlət  və  cəmiyyətin  Əsas  Qanunu  kimi  Konstitusiya  başqa  qanunlardan  fərqli 
olaraq  təsisedici,  birbaşa  xarakter  daşıyır.  O,  ictimai  münasibətlərin  geniş  dairəsini, 
bunlardan bütün cəmiyyət üzvlərinin, bütün vətəndaşların köklü maraqlarmı əhatə edən daha 
vaciblilərini tənzimləyir.  Konstitusiya dövlətin konstitusiya quruluşunu,  insan  və vətəndaşın 
başlıca  hüquq,  azadlıq  və  vəzifələrini,  dövlətin  ictimai-iqtisadi  əsaslarını,  onun  milli-ərazi 
quruluşunu,  dövlət  hakimiyyəti  və  yerli  özünüidarəetmə  sistemini  təsbit  edir,  hüquq 
qaydasının  və  qanunçuluğun  əsaslarmı  müəyyən  edir.  Ona  görə  də  konstitusiya  normaları 
dövlət  orqanları,  siyasi  partiyalar,  ictimai  təşkilatlar,  vəzifəli  şəxslər  və  vətəndaşların 
fəaliyyəti üçün əsasdır. Konstitusiya normaları bütün başqa hüquq normalarına  münasibətdə 
daha yüksək hüquqi qüvvəyə malikdir. 
3.  Konstitusion  nizamasalmanın  hərtərəfliliyi.  Göstərildiyi  kimi,  Konstitusiya  çox 
geniş  və  mürəkkəb  olan  sosial-siyasi  sistemin  əsaslarını  müəyyənləşdirir.  Aydındır  ki,  bir 
sahəni  əhatə  etməklə  konstitusiya  bütün  sistemi  müəyyən  edə  bilməz.  Onun  bir  norması 
bəzən  bir  neçə  sahə  üçün  çıxış  nöqtəsi  rolunu  oynayır.  Məsələn,  mülkiyyət  hüququ  bütün 
iqtisadi  sistem  üçün  müstəsna  əhəmiyyətə  malik  olmaqla  onun  çıxış  nöqtəsini  təşkil  edir. 
Seçki sistemi siyasi sistemin əsasını təşkil  edən çox  mühüm elementlərdən biridir. Elə buna 
görə  də  konstitusion  normalar  bir  çox  hallarda  konkret  olmur  və  aid  olduğu  məsələnin  ən 
əsas tərəflərini müəyyən edir. 
4.  Konstitusiya,  artıq  qeyd  edildiyi  kimi,  bütün  hüquq  sisteminin  başlanğıcı  kimi, 
hüququn  əsas  mənbəyidir.  O,  cari  qanunvericilik  üçün  hüquqi  bazadır  və  onun  xarakterini 
müəyyən edir. Cari qanunvericilik Konstitusiyanın müddəalarını inkişaf etdirir. Bəzi hallarda 
Konstitusiyada  bu  və  ya  digər  qanunun  qəbul  edilməsi  haqqında  göstəriş  olur  (məsələn, 
Azərbaycan  Respublikası  Konstitusiyasının  142-ci  maddəsində  göstərilir  ki,  bələdiyyələrə 
seçkilərin  qaydaları  qanunla  müəyyən  olunur).  Qanunvericiliyin  hüquqi  bazası  kimi 


Konstitusiya  bütün  hüquq  məkanında  əsas  mərkəzdir.  O,  bütünlükdə  hüququn  inkişafında 
uzlaşmaya və hüququn sistemləşdirilməsinə kömək edir. 
5.  Konstitusiya  ən  yüksək  hüquqi  qüvvəyə  malikdir.  Əsas  Qanun  kimi 
Konstitusiyanın  aliliyi  onda  təzahür  edir  ki,  bütün  qanunlar  və  dövlət  orqanlarının  digər 
aktları onun əsasında və ona uyğun olaraq qəbul edilir. Konstitusiyaya ciddi və dəqiq riayət 
etmək  bütün  dövlət  orqanları,  ictimai  birliklər,  bütün  vətəndaşlar  üçün  ən  ali  davranış 
normasıdır. 
6.  Konstitusiyanın  yuxarıda  göstərilən  xüsusiyyətlərindən  doğan  ayrıca  hüquqi 
xassələri də mövcuddur. Bunlara legitimlik, reallıq və stabillik xassələri aiddir. 
Konstitusiyanın legitimliyi dedikdə aşağıdakılar nəzərdə tutulur: 
1.  Konstitusiyanın  xalq  tərəfindən  seçilmiş  ali  nümayəndəli  hakimiyyət  orqanı 
tərəfindən qəbul edilməsi. 
2.  Ümumxalq  səsverməsi  (referendum)  yolu  ilə  qəbul  edilməsi  (Azərbaycan 
Respublikasının Konstitusiyası). 
3. Xüsusi təsis yığıncağı tərəfindən qəbul edilməsi. 
Konstitusiyanın reallıq xassəsinə aşağıdakılar daxildir: 
1.  Konstitusiya  müddəalarının  nizama  saldığı  ictimai  münasibətlərin  xarakterinə 
uyğun gəlməsi. 
2.  Konkret  tarixi  şəraitdə  tarixi,  siyasi,  etnoqrafik,  iqtisadi  xüsusiyyətlərin  nəzərə 
alınması. 
3. 
Konstitusiya 
 
müddəalarının 
 
sosial 
 
nəticələrini 
 
əvvəlcədən 
görmək (məqsəd və nəticə). 
4. Konstitusiyanın real təminat verməsi. 
Qeyd  etdiyimiz  kimi,  Konstitusiyanın  hüquqi  xassələrindən  biri  də  onun  stabilliyidir. 
Konstitusiya  uzun  müddət  üçün  nəzərdə  tutulan  normativ  hüquqi  sənəd  olduğuna  görə  o, 
konstitusion tənzimləmənin obyekti olan ictimai  münasibətlərə məqsədyönlü təsir etməlidir. 
Bunun üçün cəmiyyətdə aşağıdakı şərtlərin olması zəruridir: 
1.  Qanunçuluq rejiminə ciddi əməl olunmalıdır. 
2. Hər hansı hüquq pozuntusuna qarşı dözümsüzlük tərbiyə edilməlidir. 
3. Konstitusiyanın 
səmərəli 
müdafiə 
mexanizmi 
olmalıdır. 
Konstitusiya   ən   yüksək  hüquqi   qüvvəyə   malik   olan   və   bir   tərəfdən 
insan  və  cəmiyyət  arasında,  digər  tərəfdən  isə  insan  və  dövlət  arasında  münasibətlərin 
əsaslarını  nizamlayan  hüquq  normaları  sistemidir.  Bu  hüquq  normaları  bir  və  ya  bir  neçə 
normativ  hüquqi  aktda  -  əsas  qanunlarda  cəmlənə  bilər.  Həmin  normalar  çoxsaylı  normativ 
hüquqi  aktlardan,  eləcə  də  məhkəmə  presedentlərindən  və  konstitusiya  adətlərindən  ibarət 
ola bilər. 
Konstitusiya  maddi  mənada  özündə  yazılı  aktı,  aktlar  məcmusunu  və  yaxud 
Konstitusiya  adətlərini  təcəssüm  etdirir.  Bu  da  ilk  növbədə  insan  və  vətəndaş  hüquq  və 
azadlıqlarını bəyan edir və onlara təminat verir, eləcə də konstitusiya quruluşunun əsaslarını, 
idarəetmə  formasını  və  ərazi  quruluşunu,  mərkəzi  və  yerli  hakimiyyət  orqanlarının  təşkili 
əsaslarını, onların səlahiyyətlərini  və qarşılıqlı  münasibətlərini, dövlət rəmzlərini  və ölkənin 
paytaxtmı müəyyən edir. 
Demokratik  hüquqi  dövlətdə  Konstitusiya  nəinki  dövlətin,  habelə  xalqın  dövlətçilik 
iradəsini,  suverenliyi  ifadə  etdirən  cəmiyyətin  də  əsas  qanunudur.  Konstitusiya  insanın  və 
vətəndaşın  əsas  hüquq  və  azadlıqlarını,  hakimiyyətin  ictimai-siyasi  institutlarını  və  xalqın 
özünüidarə  sistemini  təsbit  edir,  vətəndaş  cəmiyyətinin  formalaşmasının  və  inkişafının 
hüquqi əsası kimi çıxış edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə