1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   2   3   4   5   6   7   8   9   ...   70

Konstitusiya müxtəlif funksiyalara malikdir. Onun əsas funksiyası hüquqi funksiyadır. 
O,  nə  qədər  müxtəlif  sosial  hadisələrlə  əlaqədar  olsa  da,  konstitusiya  hüquq  normaları 
sistemidir  və  bütün  hüquq  sisteminə  xas  olan  tənzimləmə,  qoruma  funksiyalarını  yerinə 
yetirir. O həm də qanunvericilik sistemində bütün digər normaların keyfiyyət və xarakterinin 
müəyyən  edilməsi  üçün  başqa  heç  bir  hüquqi  aktın  malik  olmadığı  funksiyanı  -  hüquq 
normalarının  hüquqauyğunluğunun  qiymətləndirilməsi,  müəyyənləşdirilməsi  funksiyasını 
yerinə yetirir. 
Konstitusiyanın  ikinci  funksiyası  onun  sosial  funksiyasıdır.  Konstitusiya  ölkədəki 
sosial  təbəqələrin  ortaq  mənafe  və  maraqlarını  aşkara  çıxarır.  O,  sosial  sistemin  başlıca 
ünsürlərini bir-birilə əlaqələndirir və onlara hüquq çərçivəsində davranış imkanı verir, onları 
təşkilatlandırır.  Ailə,  din  kimi  sosial  təsisatlara,  atalıq,  analıq  kimi  sosial  dəyərlərə  təsir 
göstərərək,  bütün  sosial  sistemdə  mövcud  münasibətlərə  təsir  edir  və  yeni  dəyərlərin 
formalaşması  üçün  zəmin  yaradır.  Konstitusiya  sosial  sistemin  sabitliyini  təmin  edir,  onun 
inkişafının  ümumi  əsaslarını  müəyyənləşdirir.  Təhsil,  elm  kimi  sosial  sistemin  yaşamasına 
birbaşa  təsir  göstərən  ünsürlərə  təsir  etməklə  konstitusiya  bu  sistemin  həyati  əhəmiyyətli 
maraqlarının müdafiəsini öz üzərinə götürmüş olur. 
Üçüncü  funksiya  ölkənin  siyasi  sistemi  ilə  bağlı  olan  siyasi  funksiyadır. 
Konstitusiyanın  bu  funksiyası  hakimiyyətin  təşkili  və  dövlətin  əsasları  ilə  birbaşa  bağlıdır. 
Konstitusiya  fərdlərin  siyasi  sistemdə,  siyasi  durumda  davranış  qaydalarını  müəyyən  edir, 
siyasi qüvvələrin hakimiyyəti əldə etməsinin sivil forma və üsullarını təsbit edir və nəhayət, 
siyasi  partiyaların  təşkili  və  fəaliyyətinin  hüquqi  əsasını  formalaşdırır.  Siyasi  sistemə  giriş-
çıxış birbaşa konstitusiyadan asılıdır desək, yəqin ki, yanılmarıq. Siyasi sistemin əsas «oyun 
qaydaları» burada müəyyənləşdirilir. Məhz konstitusion normalar bütün siyasi qüvvələr üçün 
ümumi  imperativlər  müəyyən  edir  və  siyasi  sistemdə  bu  imperativlərə  riayət  olunmasına 
nəzarət  edir  (siyasi  partiyaların  fəaliyyətinin  Konstitusiya  Məhkəməsi  tərəfindən 
qiymətləndirilməsi buna misal ola bilər). 
Dördüncü  funksiya  tərbiyəvi  funksiyadır.  Bu  funksiya,  hər  şeydən  əvvəl,  hər  bir 
insanda  konstitusiyaya,  qanunlara,  insan  və  vətəndaşın  hüquq  və  azadlıqlarına  və  dövlətə 
hörmət ruhu aşılayır. O eyni zamanda müəyyən dünyagörüşünü ifadə edir. 
Tərbiyəvi  funksiya  həm  də  insan  -  cəmiyyət  -  dövlət  münasibətlərinin  qarşılıqlı 
əlaqəsini və onların məsuliyyətini müəyyən etməkdə böyük rol oynayır. 
Konstitusiyanın  hüquqi  qüvvəsi  məsələsi  son  illər  konstitusiya  hüquq  elmində  aktiv 
müzakirə olunan məsələlərdən biridir. Bu ondan irəli gəlir ki, konstitusiyanın hüquqi qüvvəsi 
onun  xüsusiyyətlərinə  görə  digər  aktların  hüquqi  qüvvəsindən  fərqlənir.  Hüquqi  aktların 
qüvvəsi onların nəyə və necə, hansı dairədə tətbiq olunmasını ifadə edir. Hüquq normaları bir 
sistem olduğuna görə onların tətbiqi və hüquqi qüvvəsi də bir-birindən asılıdır. Elə buna görə 
də  hüquqda  birbaşa  hüquqi  qüvvə  və  dolayı  hüquqi  qüvvə  anlayışları  vardır.  Bir  qayda 
olaraq, aktlar birbaşa hüquqi qüvvəyə malikdir. Birbaşa hüquqi qüvvə onu ifadə edir ki, aktın 
nəzərdə tutulmuş  fakta tətbiqi  üçün başqa bir akta ehtiyacı  yoxdur  və özü konkret  hala təsir 
edə bilər. Başqa sözlə, birbaşa  hüquqi  qüvvədə  hüquqi  nizamasalma, sadəcə, aktın  öz gücü, 
öz  imkanları  hesabına  həyata  keçirilir.  Dolayı  hüquqi  qüvvə  isə,  əksinə,  onu  ifadə  edir  ki, 
aktın nəzərdə tutulmuş konkret hala tətbiqi üçün başqa hüquqi akt da olmalıdır və həmin akt 
olmadan  onun  tətbiqi  qeyri-mümkündür.  Burada  aktın  realizə  olunması  bir  başqa  aktla 
şərtləndiyinə  görə  ona  dolayı  hüquqi  qüvvə  deyilir.  Dolayı  hüquqi  qüvvəsi  olan  akt  ortaya 
çıxmış konkret halı tənzimləmək üçün bir başqa aktın olmasını tələb edir. Lakin burada aktın 
dolayı  hüquqi  qüvvəsi  ilə  fərdi  hüquqi  tənzimləmənı  qarışdırmaq  olmaz.  Ümumiyyətlə, 
bütün  hüquq  sistemi  reallığa  iki  cür  təsir  edir:  1)  normativ  nizamasalma;  2)  fərdi  hüquqi 
nizamasalma.  Fərdi  hüquqi  nizamasalma  hüququn  tətbiqi  prosesinə  aid  olub,  aktın  hüquqi 
qüvvəsindən  asılı  deyil  və  bir  çox  hallarda  tətbiq  olunur.  Fərdi  hüquqi  nizamasalma 


mərkəzləşdirilmiş qaydada, yalnız dövlət orqanları tərəfindən  həyata keçirilə  və  ya  fərdlərin 
özləri  tərəfindən  realizə  oluna  bilər.  Məsələn,  əmək  müqaviləsi,  mülki  müqavilə  fərdlərin 
özləri  tərəfindən  həyata  keçirilən  fərdi  hüquqi  nizamasalma  vasitəsidir.  Fərdi  hüquqi 
nizamasalma  vasitəsi  qanunun  tələblərini  reallığa  çevirmək  üçün  baş  vermiş  faktı 
incəliklərinə  qədər  tənzim  edən  hüququn  tətbiqi  mərhələsidir.  İstənilən  məhkəmə  qərarı, 
hökmü fərdi hüquqi tənzimləmə vasitəsidir. Dolayı hüquqi qüvvəyə malik olan aktın realizə 
olunmaq  üçün  fərdi  hüquqi  nizamasalmaya  deyil,  normativ  hüquqi  nizamasalmaya  ehtiyacı 
olur.  Başqa  sözlə,  dolayı  hüquqi  qüvvəyə  malik  aktın  -  qanunun  tətbiq  olunması  üçün 
sərəncam,  əmr  verilməmişdən  əvvəl  (fərdi  hüquqi  nizamasalma  vasitəsi)  mütləq  başqa  bir 
normativ hüquqi akt verilməlidir.  
Azərbaycan  Respublikası  Konstitusiyasının  147-ci  maddəsinə  görə,  konstitusiya 
Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Bu o deməkdir 
ki,  heç  bir  akt  konstitusiyaya  zidd  ola  bilməz  və  konstitusion  müddəalar  birbaşa  praktikada 
tətbiq  edilir.  Yəni  hər  hansı  qanunun  olub-olmamasından  asılı  olmayaraq,  vətəndaş 
konstitusion normaların realizə edilməsini tələb edə bilər. 
Konstitusiyanın əsas normaları birbaşa tətbiq olunmaq  imkanına  malikdir.  Burada  isə 
əsas problemlərdən biri norma-prinsiplərin birbaşa təsbit olunmasıdır. 
Konstitusiyanın  birbaşa  tətbiqində  məhkəmə  hakimiyyətinin  rolu  xüsusilə  yüksəkdir. 
Məhz məhkəmə pozulmuş hüquq və azadlıqları müdafiə edir və hüququn tətbiqi ilə də ən çox 
elə o məşğuldur. 
Hər  bir  Konstitusiya  ən  yüksək  hüquqi  qüvvəyə  malik  olan  əsas  qanun  kimi  özünün 
hüquqi  mahiyyəti  ilə bərabər, sosial-siyasi  mahiyyətə də  malikdir. Bu da ondan ibarətdir ki, 
Konstitusiya  qəbul  olunduğu  zaman  özündə  mövcud  olan  siyasi  qüvvələrin  nisbətini 
təcəssüm etdirir.  
Azərbaycan  Respublikası  Konstitusiyası  suverenliyi,  müstəqilliyi  və  dövlət 
hakimiyyətinin  aliliyini  təsbit  edən  hüquqi  təsis  sənədidir.  O,  Konstitusiya  quruluşuna 
sistemli  baxışa  əsas  verir,  dövlət  institutları  sistemində  balans  yaradır,  Konstitusiya 
quruluşunun sabitliyini təmin edir. 
Azərbaycan  Respublikasının  Konstitusiyası  yalnız  dövlətin  təşkilini  deyil,  həm  də 
qeyri-dövlət  sahələrini  -  sosial-iqtisadi  quruluşun  əsaslarını,  cəmiyyətin  mədəni  həyatını, 
insan  və  vətəndaşın  hüquq, azadlıq  və  vəzifələrini əhatə edir. Onun tənzimləyici rolu bütün 
dövlət  orqanizminə  aiddir.  Odur  ki,  Azərbaycan  Respublikasının  Konstitusiyası  onun 
Konstitusiya  quruluşunun  əsaslarmı,  insan  və  vətəndaşın  hüquqi  statusunu,  vətəndaş 
cəmiyyətinin  əsas  cəhətlərini,  unitar  dövlət  quruluşunu,  Azərbaycan  Respublikasında 
qanunverici,  icra  və  məhkəmə  hakimiyyəti  orqanlarının  təşkili  və  fəaliyyəti  prinsiplərini, 
yerli özünüidarəetmənin əsaslarım təsbit edir. 
§5.  Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri 
Azərbaycan 
Respublikasının 
ilk 
Konstitusiyası 
1921-ci 
il 
29 
mayda 

Ümumazərbaycan  Sovetlər  Qurultayı  tərəfindən  qəbul  edilmişdir.  O,  Konstitusiyanın 
sosialist  tipdə  inkişafının  başlanğıcını  qoymuş,  Azərbaycanın  sonrakı  konstitusiyaları  SSRİ 
konstitusiyalarına  müvafiq  olaraq  qəbul  edilməklə  bu  qəbildən  olan  prinsipləri  inkişaf 
etdirmişdir. 
1921-ci  il  Azərbaycan  SSR-in  Konstitusiyasından  sonra  respublikamızda  baş  verən 
ictimai  siyasi  dəyişikliklər  nəticə  etibarilə  1927,  1937,  1978  və  1995-ci  illərdə  yeni 
konstitusiyaların qəbulunu zəruri etmişdir. 
1978-ci ildə qəbul edilmiş, 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və 
dəyişikliklərə  məruz  qalmış  və  bunun  nəticəsində  ilkin  redaktəyə  nisbətən  əhəmiyyətli 
şəkildə  dəyişiklikliyə  uğrayan  Azərbaycan  SSR-in  Konstitusiyası,  1995-ci  il  Azərbaycan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə