1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   2   3   4   5   6   7   8   9   10   ...   70

Respublikası Əsas Qanunu qəbul edilənədək qüvvədə olmuşdur. 
Azərbaycan  Respublikasının  yeni  Konstitusiyasının  qəbulu  ölkədə  baş  verən  köklü 
ictimai-siyasi  və  iqtisadi  dəyişikliklərin  hüquqi  cəhətdən  təsbit  olunması  zərurəti  ilə 
şərtlənirdi. 
1995-ci ilin yazında Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Azərbaycan 
Respublikasının yeni Konstitusiyasının layihəsi hazırlanmışdır.  
Yeni  Konstitusiya  12  noyabr  1995-ci  ildə  ümumxalq  səsverməsi  yolu  ilə  qəbul 
edilmiş  və  27  noyabr  1995-ci  ildə  ümumxalq  səsverməsinin  nəticələri  nəşr  edildiyi  andan 
qüvvəyə  minmişdir.  Konstitusiyalı  quruluşun  əsaslarını  möhkəmləndirərək,  Azərbaycan 
Respublikası  Konstitusiyası  Azərbaycanı  -  respublika  idarəetmə  formasına  malik,  unitar, 
demokratik,  hüquqi,  dünyəvi  dövlət  kimi  müəyyən  edir.  Konstitusiya  özündə  ümumbəşəri 
dəyərləri təsbit etməklə aşağıdakı prinsipləri müəyyən etdi: 
1.  İnsan,  onun  hüquq  və  azadlıqları  ali  dəyərlərdir  (insan  və  vətəndaşın  hüquq  və 
azadlıqlarının tanınması, riayət olunması və müdafiəsi dövlətin vəzifəsidir); 
2.  Suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır; 
3.  Sosial  siyasət  insanın  layiqli  həyatını  və  sərbəst  inkişafını  təmin  edən  şəraitin 
yaranmasına istiqamətlənib; 
4.  Dövlət,  xüsusi  və bələdiyyə  mülkiyyət  formaları eyni qaydada tanınır  və  müdafiə 
olunur; 
5.  Dövlət  hakimiyyəti  qanunverici,  icraedici  və  məhkəmə  hakimiyyəti  bölgüsü 
əsasında həyata keçirilir; 
6.  Yerli  özünüidarəetmə  demokratik  hüquqi  dövlətin  əsas  elementlərindən  biri  kimi 
tanınır və ona təminat verilir; 
7.  İdeoloji  və siyasi  müxtəliflik, çoxpartiyalılıq  tanınır. Heç bir  ideologiya dövlət  və 
ya məcburi xarakterli ola bilməz; 
8.  Beynəlxalq  hüququn  hamılıqla  qəbul  edilmiş  prinsip  və  normaları,  Azərbaycan 
Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələr  onun  qanunvericilik 
sisteminin tərkib hissəsidir. 
Azərbaycan  Respublikasının  Konstitusiyası  ali  hüquqi  qüvvəyə,  birbaşa  təsirə 
malikdir  və  Azərbaycan  Respublikasının  bütün  ərazisində  tətbiq  olunur.  Azərbaycan 
Respublikasında  qəbul  olunan  qanunlar  və  qanundan  aşağı  qüvvəli  normativ  hüquqi    aktlar 
Azərbaycan  Respublikası  Konstitusiyasına  zidd  olmamalıdır  (Azərbaycan  Respublikası 
Konstitusiyası, maddə 147). 
Bir  ictimai  formasiyadan  digərinə  keçid  bütövlükdə  cəmiyyət  həyatının  müxtəlif 
sferalarında  köklü  dəyişikliklərin  baş  verməsinə  səbəb  olur  ki,  bu  da  Azərbaycan 
Respublikasının  12  noyabr  1995-ci  Konstitusiyasına  ilk  konstitusion  dəyişikliklərin 
edilməsini  zəruri  etdi.  24  avqust  2002-ci  ildə  ümumxalq  səsverməsi  -  referendum  yolu  ilə 
Azərbaycan  Respublikası  Konstitusiyasının  24  maddəsində,  18  mart  2009-cu  ildə  isə  46 
maddəsinə  əhəmiyyətli  dəyişiklik  və  əlavələr  edildi.  Bu  əlavə  və  dəyişikliklərin  edilməsi 
respublikamızda həyata keçirilən demokratik islahatların tələblərindən irəli gəlmişdir. 
 
§6. Azərbaycan dövlətinin konstitusiya statusu 
Konstitusiya  quruluşunun  əsasları  Azərbaycan  Respublikasının  Konstitusiyasının  I 
bölməsində  təsbit  olunmuşdur.  Konstitusiya  quruluşunun  əsasları  ayrı-ayrı  dövlətlərin 
konstitusiyalarında  müxtəlif  adlar  altında  verilmişdir.  Məsələn,  İtaliya  və  Almaniya 
Federativ  Respublikasının  Konstitusiyasında  «Əsas  Prinsiplər»,  Fransa  Respublikası 
Konstitusiyasında  «Suverenlik  haqqında»,  Türkiyə Respublikası  Konstitusiyasında  «Ümumi 
Əsaslar» və s. 
Azərbaycan  Respublikası  Konstitusiyasında  isə  cəmiyyətin  və  dövlətin  fundamental 


əsasları,  həyata  keçirilməsi  ölkəmizdə  konstitusion  dövlətin  bərqərar  olunmasına  yönələn 
başlıca  prinsiplər  isə  «Ümumi  müddəalar»  adı  altında  təsbit  olunmuşdur.  Bu  bölmədə  öz 
əksini tapan normalar norma-prinsiplər, məqsəd normaları, vəzifə-normaları hesab olunur. 
Konstitusiya  quruluşunun  əsaslarının  aşağıdakı  struktur  elementləri  vardır:  xalq 
hakimiyyəti;  xalq  suverenliyi;  insan  və  vətəndaşların  hüquq  və  azadlıqlarının  üstünlüyü; 
Azərbaycan  dövlətinin  forma  və  mahiyyəti;  hakimiyyət  bölgüsü;  sosial  və  iqtisadi  əsaslar; 
dövlət  hakimiyyətinin  əsasları;  yerli  özünüidarəetmənin  tanınması  və  təmin  olunması,  onun 
müstəqilliyi və dövlət hakimiyyətindən ayrılması. 
Konstitusiya  quruluşu  dar  və  geniş  mənada  anlaşılır.  Dar  mənada  Konstitusiya 
quruluşu  -  Konstitusiyada  təsbit  olunan  və  mövcud  qanunvericilikdə  inkişaf  etdirilən 
dövlətin təşkili üsullarıdır. 
Geniş mənada konstitusiya quruluşu - ali hakimiyyət və idarəetmə orqanlarının təşkili; 
dövlət  quruluşu  və  insan,  vətəndaş  cəmiyyəti  və  dövlət  arasındakı  hüquqi  əlaqələrlə  bağlı 
meydana  çıxan,  başlıca  olaraq  Konstitusiya  normaları  ilə  nizama  salman  iqtisadi,  sosial, 
siyasi, hüquqi, ideoloji münasibətlərin məcmusudur. 
Konstitusiya  quruluşunun  əsasları  -  dövlətin  hüquqi  tabeçiliyini  təmin  edən  və  onu 
konstitusion  dövlət  kimi  xarakterizə  edən  başlıca  prinsiplərin  məcmusudur.  Bu  prinsiplər 
bütövlükdə konstitusiya hüquq sisteminin ideya və hüquqi bazasını təşkil edir. 
Ölkəmizdə  konstitusion  dövlət  quruculuğu  istiqamətində  yeni  addım  1991-ci  il  18 
oktyabr  tarixli  «Dövlət  Müstəqilliyi  haqqında»  Konstitusiya  Aktının  qəbulundan  sonra 
atılmış oldu. Artıq bu Aktda Konstitusiya quruluşunun mühüm prinsipləri öz təsbitini tapmış 
oldu.  Məsələn,  «Azərbaycan  Respublikasında  suveren  hakimiyyət  Azərbaycan  xalqına 
məxsusdur»  (10-cu  maddənin  I  hissəsi);  «Azərbaycan  xalqı  müstəqil,  dünyəvi,  demokratik, 
unitar  dövlət  yaradır»  (12  maddənin  I  hissəsi);  «Azərbaycan  Respublikasında  dövlət 
hakimiyyəti hakimiyyətin bölunməsi prinsipinə əsaslanır»  (12-ci maddənin II hissə-si) və s. 
Qeyd etmək lazımdır ki, Akt yeni Konstitusiyanın işlənməsi üçün əsas hesab olunurdu. 
Demokratik  dövlət.  Azərbaycan  Respublikasının  Konstitusiyası  Azərbaycan 
dövlətinin  başlıca  əlamətlərini  təsbit  etmişdir  ki,  bu  da  dövlətin  mahiyyətini  müəyyən  edir. 
Konstitusiyanın  7-ci  maddəsinin  I  hissəsində  deyilir:  Azərbaycan  dövləti  demokratik, 
hüquqi, dünyəvi, unitar respublikadır. 
Azərbaycan  dövlətinin  demokratik  xarakteri  özünün  ifadəsini  konstitusiya 
quruluşunun aşağıdakı struktur elementlərində tapır: 
a) xalq hakimiyyəti; 
b) hakimiyyətin bölgüsü; 
 
c) siyasi plüralizm; 
ç) yerli özünüidarəetmə. 
Xalq  hakimiyyəti  -  dövlət  hakimiyyətinin  yeganə  mənbəyidir.  Onu  cəmiyyət  özü 
müəyyən  edir.  Xalq  suverenliyinin  həyata  keçirilməsi  üsulları  aşağıdakılardır:  suveren  və 
müstəqil dövlətin yaradılması, başqa dövlətə müstəqil birləşmə və ya onların birləşməsi, xalq 
tərəfindən azad şəkildə  müəyyən edilən  hər  hansı siyasi statusun  müəyyən edilməsi.  Xalqın 
iradəsi  demokratik  dövlətin  yeganə  bazisidir  və  dövlət  hakimiyyətinə,  onun  formasının 
dəyişməsinə mandat məhz ondan gəlir. 
Azərbaycan  Respublikası  Konstitusiyanın  1-ci  maddəsinə  əsasən,  Azərbaycan 
Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. 
Xalq hakimiyyəti aşağıdakı əsas formalarla həyata keçirilir: 

Bilavasitə  demokratiya.  Bu  zaman  xalq  ona  məxsus  olan  dövlət  hakimiyyətini 
bilavasitə həyata keçirir. 

Nümayəndəli  demokratiya.  Xalqı  təmsil  edən,  onun  iradəsi  ilə  fəaliyyət  göstərən 
dövlət hakimiyyəti və yerli özünüidarə orqanları vasitəsilə həyata keçirilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə