1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   62   63   64   65   66   67   68   69   70

hakimiyyətinin başçısıdır. İcra hakimiyyəti prezidentə mənsubdur. Prezident, icra hakimiyyəti 
sahəsində vacib və mühüm səlahiyyətlərə malikdir. 
Nazirlər Kabineti icra hakimiyyətini həyata keçirir, dövlət idarəetmə orqanları sisteminə 
daxil  olan  orqanların  fəaliyyətinin  əlaqələndirilməsini  təmin  edir,  həmin  orqanların 
fəaliyyətini birləşdirir, istiqamətləndirir  və  yoxlayır. Nazirlər  Kabineti onun tabeliyində olan 
icra hakimiyyəti orqanlarına rəhbərliyi həyata keçirir, onların fəaliyyətinə nəzarət edir. 
Azərbaycan  Respublikasının  Konstitusiyası  iqtisadi  və  sosial  inkişafın  müxtəlif 
sahələrində Nazirlər Kabinetinin əsas səlahiyyətlərini müəyyən edir. 
Mərkəzi  icra  hakimiyyət  orqanları  dedikdə,  nazirliklər,  dövlət  komitələri,  baş  idarələr  və 
digər qurumlar başa düşülür. Bu orqanlar prezidentin fərmanı ilə yaradılır, yenidən təşkil olunur 
və  ləğv  edilir.  Məsələn,  prezidentin  fərmanı  ilə  İqtisadi  İnkişaf  Nazirliyi,  Nəqliyyat  Nazirliyi, 
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi,  Fövqəladə  Hallar  Nazirliyi  və  s.  kimi  yeni  nazirliklər 
yaranmışdır.  Prezident  mərkəzi  icra  hakimiyyət  orqanlarının  sisteminin  (strukturunun) 
təkmilləşdirilməsi və qaydaya salınması üçün vaxtaşırı fərmanlar verir. 
Mərkəzi  icra  hakimiyyəti  orqanları  içərisində  güc  strukturları  (nazirlikləri)  xüsusi  rola 
malikdir.  Söhbət  Müdafiə  Nazirliyindən,  Daxili  İşlər  Nazirliyindən  və  Milli  Təhlükəsizlik 
Nazirliyindən gedir. Bu nazirliklər icra hakimiyyətinə xüsusi güc verir. 
Mərkəzi  icra  hakimiyyəti  orqanları  özlərinin  əsasnamələri  əsasında  fəaliyyət  göstərir. 
Əsasnamə  onların  hayata  keçirdikləri  fəaliyyətin  hüquqi  əsasını  təşkil  edir.  Bu  hüquqi 
sənəddə  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  səlahiyyət  və  funksiyaları  göstərilir,  onların 
hüquqi statüsü müəyyənləşdirilir. 
Yerli  icra  hakimiyyəti  orqanları  icra  hakimiyyəti  orqanlarının  (dövlət  idarəetmə 
orqanlarının)  vahid  sisteminə  daxil  olan  odandır.  Yerli  icra  hakimiyyəti  orqanları  dedikdə, 
icra  hakimiyyəti  başçıları  başa  düşülür.  Yerli  icra  hakimiyyəti  başçıları  yerlerdə  icra 
hakimiyyətini  həyata  keçirirlər.  Onları  vazifəyə  prezident  təyin  və  azad  edir.  Yerli  icra 
hakimiyyəti  başçıları  dövlət  idarəetmesini  yerlərdə  həyata  keçirən  əsas  orqandır.  Onların 
fəaliyyətinin  hüquqi  əsasını  «Yerli  icra  hakimiyyətləri  haqqında»  Əsasnamə  (1999)  təşkil 
edir. 
Yerli  icra  hakimiyyəti  başçılarının  səlahiyyətlari  prezident  tərəfindən  müəyyən  edilir. 
Onlar  prezidentin  qarşısında  məsuldurlar.  İcra  hakimiyyət  orqanlan  dövlət  hakimiyyət 
səlahiyyetlərine malik olan orqanlardır. Onlar inzibati siyasi, sosial-mədəni və müəyyən dərəcədə 


istehsal-əmək fəaliyyətinə rəhbərliyi həyata keçirirlər.  
 
Fiziki  şəxslər  inzibati  hüquq  münasibətlərinin  subyеkti  kimi.  İnzibati    hüquq  
münasibətlərində  çıxış edən subyektlərdən biri fiziki şəxslərdirBütün fiziki şəxslərin hamisi 
üçün  inzibati  hüquq  münasibətlərində  iştirak  etmək  üçün  eyni  (bərabər)  hüquqi  imkan 
verilmişdir.  Belə  ki,  Konstitusiyada  bərabərlik  hüququ  təsbit  olunmuşdur.  İrqindən, 
milliyyətindən,  dinindən,  dilindən,  cinsindən  ve  digər  amillərdən  asılı  olmayaraq  hər  kəsin 
hüquq  və  azadlıqlarının  bərabərliyinə  təminat  verilir  (Konstitusiyanın  25-ci  maddəsi).  Bu 
hüquq  bərabərliyi  bütün  hüquq  münasibətlərinə,  o  cümlədən  fiziki  şəxslərin  inzibati  hüquq 
münasibətlərində iştirakına da aiddir. 
Fiziki şəxslərin inzibati hüquq münasibətlərində iştirak etməsinin müxtəlif halları vardır. 
Onlar  dövlətin  idarə  olunmasında  iştirak  etdikdə,  in  zibati  hüquq  münasibəti  yaranır.  Bu 
zaman fiziki şəxslər həmin münasibətin subyektinə çevrilirlər. Fiziki şəxslərin dövlətin idarə 
olunmasında iştirak etmək hüququ vardır (Konstitusiyanın 55-ci maddesi). 
Fiziki  şəxslar  dövlət  idarəetmə  orqanlarına  müraciət  etdiyi  hallarda  da  inzibati  hüquq 
münasibəti  yaranır.  Konstitusiya onlara dövlət orqanlarına  müraciət etmək hüququ  vermişdir 
(Konstitusiyanın  57-ci  maddesi).  Məsələn,  vətəndaş  pensiya  almaq  üçün  müvafiq  dövlət 
orqanına  müraciət  edir.  Başqa  misalda  vətəndaş  yaratdığı  müəssisəni  dövlət  qeydiyyatına 
aldırmaq üçün ərizə ilə dövlət orqanına müraciət edir və s. 
Fiziki şəxslər dövlət orqanlarında qulluq etdiyi hallarda da inzibati hüquq münasibəti yaranır 
və  onlar  belə  halda  həmin  münasibətin  subyektı  olurlar.  Konstitusiya  vətəndaşlara  dövlət 
orqanlarında qulluq etmək hüququ vermışdir (Konstitusiyanın 55-ci maddasi). 
Fiziki  şəxslər  inzibati  hüquq  pozuntusu  (inzibati  xəta)  törətdiyi  hallarda  inzibati 
məsuliyyət  münasibətinin  subyekti  olurlar.  Bu  münasibət  isə  inzibati  hüquq  münasibəti 
deməkdir. Məsələn, yol hərəkəti qaydalarını pozan sürücü inzibati  məsuliyyət münasibətinin 
subyekti olur. 
İnzibati hüquq münasitbətlərində müxtəlif qurumlar iştirak edə bilər. Dövlət müəssisə va 
idarələri həmin qurumlardan biridir. Onlara aiddir: sənaye müəssisələri; rabitə müəssisələri; 
nəqliyyat müəssisələri; ticarət müəssisələri; mədəniyyət idarələri; təhsil idarələri və s. 
Dövlət  idarə  və  müəssisələrini  inzibati  hüquq  münasibətlərində  müdiriyyət  təmsil  edir. 
Müdiriyyət  dövlət  idarə  və  müəssisələrini  idarə  edən  orqandır.  O,  dövlət  idarə  və 
 


müəssisələrinə rəhbərlik edir. Müdiriyyət idarəçilik funksiyasını yerinə yetirir. 
Müdiriyyət vəzifəli şəxslər deməkdir. Müəssisə və idarənin rəhbərləri, struktur bölmə və 
hissələrinin  (sexlərin,  şöbələrin,  briqadaların)  rəis  və  müdirləri  müdiriyyət  anlayışına 
daxildirlər. Müdiriyyətə direktor və ya müdir (və yaxud direktorlar şurası) rəhbərlik edir. O, 
tabe olduğu idarəetme orqanı qarşısında öz fəaliyyətinə görə məsuliyyət daşıyır. 
Dövlət  müəssəsə  və  idarələrindən  başqa,  inzibati  hüquq  münasibatlərində  kommersiya 
təşkilatları, içtimai birliklər və dini qurumlar da subyekt qismində çıxış edə bilərlər. 
İcra hakimiyyəti orqanları ayrı-ayrı struktur bölmələrdən (şöbələrdən, idarələrdən) təşkil 
olunur.  Hər  bir  struktur  bölmə  vəzifələrin  məcmusudur.  Bu  vəzifələri  tutan  şəxslər  dövlət 
qulluqçuları adlanırlar. 
Dövlət  qulluqçusu  dedikdə,  maaşlı  dövlət  qulluğu  vəzifəsini  tutan  Azərbaycan 
Respublikasının  vətəndaşı başa düşülür. Ona  maaş  yalnız  dövlət  büdcəsi  vəsaitindən  verilir. 
Dövlət qulluğu vəzifəsi stat cədvəlində nəzərdə tutulan və ona uygun olan struktur vahididir. 
Dövlət  qulluqçusu  məhz  stat  cədvəlində  nəzərdə  tutulan  və  göstərilən  vəzifəni  tutur.  Stat 
cədvəli isə dövlət orqanının normativ aktı ilə müəyyən edilir. 
Dövlət  qulluqçuları  dövlət  orqanlarının  səlahiyyətlərinin  həyata  keçirilməsini  təmin 
etmək üçün peşəkar fəaliyyetlə məşgul olurlar. Bu fəaliyyətə dövlət qulluğu deyılır. 
Dövlət  qulluğu  dedikdə,  dövlətin  məqsəd  və  funksiyalarının  həyata  keçirilməsi 
sahəsində  dövlət  qulluqçularının  öz  vəzifə  səlahiyyətlərini  yerinə  yetirməsi  başa  düşülür. 
Dövlət qulluğu dövlət aparatı işçilərinin fəaliyyəti deməkdir. 
Dövlət  qulluğu  inzibati  hüququn  əsas  anlayışlarından  biridir,  icra  hakimiyyəti  daxili 
cəhətdən dövlət qulluğu ilə xarakterizə olunur. 
Dövlət  vəzifəli  şəxsləri  dövlət  qulluqçularının  xüsusi  qrupunu  təşkil  edirlər.  Dövlət 
vəzifəli  şəxsləri  odur  ki,  onlar  siyasi  və  ya  inzibati  vəzifə  tuturlar  və  ya  hakimiyyət 
səlahiyyətlərinə malik olurlar. 
Vətəndaş  dövlət  qulluğuna  daxil  olarkən  and  içir.  Andiçimə  təntənəli  şəraitdə 
Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  altında  Konstitusiyaya  əl  basmaqla  həyata 
keçirilir. 
Dövlət  qulluqçularının  hüquqi  vəziyyati  ilə  bağlı  məsələlər,  habelə  dövlət  qulluğu 
sahəsində  dövlətlə  dövlət  qulluqçuları  arasında  yaranan  münasibətlər  «Dövlət  qulluğu 
haqqında» qanunla tənzimlənir. Bu qanun 2001-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. 


 
İnzibati məsuliyyət. İnzibati xəta və onun tətkibi.  Hüquqi məsuliyyətin bir neçə növü 
vardır  ki,  inzibati  məsuliyyət  bunlardan  biridir.  İnzibati  məsuliyyət  şəxslər  tərəfindən 
törədilən  inzibati  xətaya  (inzibati  hüquq  pozuntusuna)  görə  hüquqi  məsuliyyət  formasıdır. 
Məsələn,  vətəndaş  xırda  oğurluq  edir.  Başqa  bir  misalda  sürücü  yol  hərəkəti  qaydalarını 
pozur.  Belə  hallarda  təqsirkar  şəxs  inzibati  məsuliyyətə  cəlb  edilir  və  ona  müvafiq 
meəsuliyyət tədbirləri tətbiq olunur. 
İnzibati  məsuliyyət  dedikdə,  inzibati  hüquq  pozuntusu  (inzibati  xəta)  törətdiyinə 
görə təqsirkar şəxsə tətbiq edilən məcburiyyət tədbiri başa düşülür.  
İnzibati  məsuliyyətin  yaranması  üçün  müəyyən  əsasın  olması  tələb  edilir.  İnzibati  xəta 
məhz  belə  əsas  hesab  olunur.  Buna  inzibati  məsuliyyətin  faktiki  əsası  deyilir.  İnzibati  xəta 
inzibati hüquq pozuntusu deməkdir. O, hüquq pozuntusunun növlərindən biridir. 
İnzibati  xəta  dedikdə,  qanunla  (İnzibati  Xətalar  Məcəlləsi  ilə)  qorunan  ictimai 
münasibətlərə  qəsd  edən  hüquqazidd,  təqsirli  və  inzibati  məsuliyyətə  səbəb  olan  əməl 
başa düşülür. 
İnzibati  xətalar  vətəndaşların  siyasi,  sosial  və  əmək  hüquqlarına,  əhalinin  sağlamlığı, 
ətraf  muhitin  qorunması,  yol  hərəkəti,  rabitə,  iqtisadi  fealiyyət,  ticarət,  maliyyə-sığorta, 
vergilərin  ödənilməsi,  gömrük  və  digər  dövlət  qaydalarına,  ictimai  qaydaya,  ictimai 
təhlükəsizliyə,  mülkiyyətə  və  s.  qəsd  edir.  İnzibati  xəta  cinayətdən  ictimai  təhlükəlilik 
dərəcəsinə görə fərqlənir. 
İnzibati  məsuliyyətin  yaranması  üçün  təkcə  faktiki  əsas,  yəni  inzibati  xətanın  özü 
kifayət etmir.  Bunun üçün həm də hüquqi əsasın olması vacibdir. Hüquqi əsas inzibati xəta 
tərkibi  adlanır,  inzibati  məsuliyyətin  yaranması  üçün  həm  faktiki  əsasın  (inzibati  xətanın 
özü), həm də hüquqi əsasın (inzibati xəta tərkibinin) olması lazımdır. 
İnzibati xəta tərkibi dedikdə, törədilmiş əməli inzibati xəta kimi xarakterizə edən və 
İnzibati Xətalar Məcəlləsində göstərilən əlamətlərin məcmusu başa düşülür. 
İnzibati xəta tərkibi dörd əlamətdən ibarətdir. Həmin əlamətlərə aiddir: 
• inzibati xətanın obyekti; 
• inzibati xətanın obyektiv cəhəti; 
• inzibati xətanın subyektiv cəhəti; 


• inzibati xətanın subyekti. 
İnzibati  xətanın  obyekti  dedikdə,  qəsdlərdən  qorunan  ictimai  münasibətlər  başa 
düşülür. Məsələn, vətəndaş öz qonşusunun qiyməti əlli manat olan geyim şeylərini oğurlayır 
(oğurlama  yolu  ilə  xırda  talama).  Belə  halda  inzibati  xəta  göz  qabağındadır.  Onun  obyekti 
mülkiyyət münasibətidir. 
İnzibati xətanın obyektiv cəhəti dedikdə, inzibati məsuliyyətə səbəb olan əməlin xarici 
(görünən,  müşahidə  edilən)  tərəfi  başa  düşülür.  Həmin  əməl  iki  formada  törədilir:  hərəkət 
formasında (məsələn, meşə fondu sahalarində özbaşına ot biçilməsi və mal-qara otarılması və 
ya  xırda  oğurluq  və  s.);  hərəkətsizlik  formasında  (məsələn,  statistik  məlumatların 
verilməməsi). 
İnzibati xətanın subyektiv cəhəti dedikdə, şəxsin inzibati xətanın törədilməsi ilə bağlı 
psixi fəaliyyəti başa düşülür. O, inzibati məsuliyyətə səbəb olan amalin daxili tərəfidir. Təqsir 
inzibati xətanın subyektiv cəhətinin mühüm hissəsi olub, onun məzmununu əhata edir. 
Təqsir  dedikdə,  şəxsin  törətdiyi  və  inzibati  məsuliyyətə  səbəb  olan  əməlinə  psixi 
münasibəti başa düşülür. Onun iki forması vardır: qəsd (məsələn, zor tətbiq etməklə işçini 
tətillərdə iştirak etməyə məcbur etmə və ya meşə fondu torpaqlamı özbaşına tutmaq və s.); 
ehtiyatsızlıq. 
İnzibati xətanın subyekti dedikdə, qanunla müəyyən edilən yaş həddinə çatmış fiziki 
və  anlaqlı  şəxs,  habelə  hüquqi  şəxs  başa  düşülür.  Fiziki  şəxslər  yalnız  o  halda  inzibatı 
rnəsuliyyətə cəlb edilə bilərlər ki, inzibati xəta törədərkən onlann on altı yaşı tamam olsun. 
Diğər  tərəfdən  yalnız  anlaqlı  şəxslər  inzibati  xətanın  subyekti  ola  bilərlər.  İnzibati  xəta 
törədən zaman şəxs anlaqsız vəziyyətdə olduqda, inzibati məsuliyyətə cəlb edilmir. Anlaqsız 
vəziyyətdə  olmaq  dedikdə,  xroniki  psixi  xəstəlik,  psixi  fəaliyyətin  müvəqqəti  pozulması, 
kəmağıllılıq və başqa psixi xəstəlik nəticəsində fiziki şəxsin öz əməlinin faktiki xarakterini 
və  ictimai  təhlükəsizliyini  dərk  etmək  və  ya  onu  idarə  etmək  iqtidarında  olmaması  başa 
düşülür. 
Hüquqi şəxsler də inzibati xətanın subyekti ola bilər. Onlar inzibati xətalara görə inzibati 
rnəsuliyyətə cəlb edilir. 
İnzibati xəta tərkibinin bütün əlamətləri mövcud olduqda təqsirkar şəxsə inzibati tənbeh 
tətbiq edilir. 
 


İnzibati  tənbeh  və  onun  növləri.  İnzibati  tənbeh  dövlət  məcburiyyət  tədbiri  olub, 
törədilmiş inzibati xətaya görə təqsirkar şəxşə tətbiq olunur. Onun iki əsas məqsədi vardır:  
 
xüsusi xəbərdaredici məqsəd;  
 
umumi xəbərdaredici məqsəd.  
İnzibati  tənbehin  xüsusi  xəbərdaredici  məqsədi  inzibati  xəta  törədən  şəxsi  qanunlara 
əməl  etmək  ruhunda  tərbiyələndirməkdən,  habelə  onun  tərəfindən  yeni  inzibati  xəta 
töredilməsinin qarşısını almaqdan ibarətdir. 
İnzibati  tənbehin  umumi  xəbərdaredici  məqsədini  isə  cəmiyyət  üzvlərinin  yeni  inzibati 
xəta törətmələrinin qarşısını almaq təşkil edir. 
Qanunda  (İnzibati  Xətalar  Məcəlləsində)  nəzərdə  tutulan  inzibati  xəta  törətmiş 
şəxsi cəzalandırmaq üçün tətbiq edilən məsuliyyət tədbirinə inzibati tənbeh deyilir. 
İnzibati  tenbəhin  növləri  İnzibati  Xətalar  Məcəlləsinin  23-cü  maddəsində  nəzərdə 
tutulmuşdur. Burada onların qəti və dəqiq siyahisi verilir. 
Xəbərdarlıq  inzibati  tənbehin  növlərindən  biridir.  Hüquqazidd  əməlin  yolverilməzliyi 
barədə  şəxslərə  edilən  rəsmi  xəbərdaredici  tədbirə  xəbərdarlıq  deyilir.  Xəbərdarlıq  yazılı 
formada edilir. 
İnzibati cərimə inzibati tənbehin növlərindən biri sayılır. İnzibati Xətalar Məcəlləsində 
nəzərdə tutulmuş  hallarda  hakim  və səlahiyyətli orqan  (vəzifəli şəxs) tərəfindən təyin edilən 
və  təqsirkar  şəxsdən  dövlətin  xeyrinə  məcburi  tutulan  pul  məbləğinə  inzibati  cərimə  deyilir. 
İnzibati  cərimə  bir  qayda  olaraq,  Azərbaycan  Respublikasının  dövlət  büdcəsinə  mədaxil 
olunur. 
Müsadirə  təqsirkar  şəxsə  tətbiq  edilən  inzibati  tənbeh  növlərindən  biridir.  Müsadirə 
dedikdə,  inzibati  xəta  törətmiş  şəxsin  xüsusi  mülkiyyətində  olan,  habelə  inzibati  xətanın 
törədilməsində alət olmuş və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin məcburi 
qaydada və əvəzsiz (ödənişsiz) dövlət mülkiyyətinə keçməsi başa düşülür. 
İnzibati  həbs  ən  kəskin  inzibati  tənbeh  tədbiridir.  Bu  tədbir  ayrı-ayrı  inzibati  xəta 
növlərinə görə (məsələn, xırda oğurluğa görə)  müstəsna  hallarda tətbiq olunur. İnzibati  həbs 
15  günədək  müəyyən  edilir.  Bəzi  kateqoriya  şəxslər  üçün  inzibati  həbsin  tətbiq  edilməsinə 
yol verilmir. Həmin şəxsləra aiddir: hamilə qadınlar, himayəsində azyaşlı uşaq olan qadınlar, 
on  səkkiz  yaşına  çatmayan  şəxslər,  birinci  və  ya  ikinci  qrup  elillər,  altmış  yaşına  çatmış 
qadınlar, altmış beş yaşına çatmış kişilər. 


Bunlardan  başqa,  təqsirkar  şəxslərə  digər  inzibati  tənbeh  növləri  də  tətbiq  edilə  bilər. 
İnzibati tənbehin digər növləri İnzibati Xətalar Məcəlləsində göstərilmişdir. 
Xəbərdarlıq, inzibati cərima və ya inzibati həbs əsas inzibati tənbeh növləridir. Müsadirə 
və diğərləri isə həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. 
İnzibati  xətalar  haqqında  işlərə  yalnız  səlahiyyəti  olan  orqanlar  (vəzifəli  şəxslər)  baxa 
bilər.  Həmin  orqanlara  (vəzifəli  şəxslərə)  aiddir:  rayon  (şəhər)  məhkmələri,  yetkinlik  yaşına 
çatmayanların işləri üzrə komissiyalar, müvafiq icra hakimiyyəti orqanları (vəzifəli şəxslər). 
 
 
Qeyd: 
1. 
«İnzibati»  sözünün  rus  dilinda  qarşılığı  kimi  «адmинисtраtивное»  ifadasi  işlədilir. 
«адmинисtраtивная» sözü latınca «idara» manasını bildirir.  
2. 
Oğurlanmış  əmlakın  dəyəri  şərtı  maliyyə  vahidinin  otuz  mislindən  yuxarı  olmadıqda, 
bu, xırda oğurluq hesab edilir.
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə