1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   4   5   6   7   8   9   10   11   ...   70

Azərbaycan  Respublikasının  da  Konstitusiyası  bu  prinsipi  təsbit  edərkən,  mövcud 
sistem nəzərə alınmış və özünəməxsus bir bölgü işlənib hazırlanmışdır. 
Konstitusiyanın preambulasında Azərbaycan Respublikası Konstitusiyasının 1991-ci il 
18  oktyabr  tarixində  qəbul  edilmiş  “Azərbaycan  Respublikasının  Dövlət  Müstəqilliyi 
haqqında”  Konstitusiya  Aktına  əsaslanması  haqqında  müddəa  əks  olunmuşdur.  Məhz  bu 
aktda  da  ilk  dəfə  olaraq  Azərbaycan  Respublikasında  hakimiyyətin  bölgüsü  təsbit 
olunmuşdur. 
Yeni  Konstitusiyaya  əsasən  dövlət  hakimiyyəti  hakimiyyətlərin  bölünməsi  prinsipi 
əsasında həyata keçirilir. Qanunverici hakimiyyəti Milli Məclis həyat keçirir, icra hakimiyyəti 
Azərbaycan  Respublikası  Prezidentinə  mənsubdur,  məhkəmə  hakimiyyətini  isə  ədalət 
mühakiməsi yolu ilə məhkəmələr həyata keçirir.       
Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. 
İcra hakimiyyətini bölgü çərçivəsində, əsasən prezident təmsil edir, bununla belə, hakimiyyət 
bölgüsü  mexanizmində  Nazirlər  Kabineti  də  iştirak  edir.  İcra  hakimiyyəti  bütövlükdə  icra 
hakimiyyəti  sisteminə  daxil  olan  bütün  orqanlar  tərəfindən  həyata  keçirilir.  Məhkəmə 
hakimiyyətini  Azərbaycan  Respublikası  məhkəmələri  ədalət  mühakiməsi  yolu  ilə  həyata 
keçirir. Qanunverici hakimiyyət yalnız bir orqanda təşkilatlanıb, onun yerli orqanları yoxdur. 
İcra  hakimiyyəti  çoxsaylı  orqanlar  sistemində  təşkilatlanıb,  bütün  səviyyələrdə  müxtəlif 
orqanlara  malikdir.  Məhkəmə  hakimiyyəti  də  daxilən  hər  bir  üzvü  (hər  bir  məhkəmə)  geniş 
muxtariyyətə malik olan orqanlar sistemi tərəfindən həyata keçirilir, yəni bir məhkəmə digər 
məhkəmənin işinə müdaxilə edə bilməz, hər bir məhkəmə ayrılıqda məhkəmə hakimiyyətinin 
daşıyıcısıdır.  Ölkənin  ali  orqanları  səviyyəsində  hər  üç  hakimiyyət  budağı  arasında 
tarazlaşdırma və çəkindirmə sistemi qarşılıqlı şəkildə realizə olunur. Həm Milli Məclis, həm 
də prezident, həm də Konstitusiya Məhkəməsi bir-birinə konstitusion səlahiyyətlər vasitəsilə 
təsir  edir.  Hakimiyyət  budaqları  daxilində  ikinci  səviyyədə  mənzərə  bir  qədər  fərqlidir.  Bu 
orqanlardan  sonra  gələn  və  orqanlar  iyerarxiyasında  mühüm  rola  malik  orqanlar,  ancaq  və 
ancaq  icra  hakimiyyətində  dəqiq  və  təşkilatlanmış  şəkildə  mövcuddur.  Burada  söhbət 
mərkəzi icra hakimiyyəti orqanlarından gedir. 
Demokratik  dövlətin  ayrılmaz  xüsusiyyətlərindən  biri  də  burada  plüralizmin 
mövcudluğudur, yəni onun ideoloji və siyasi müxtəlifliyə malik olmasıdır. 
Siyasi  müxtəliflik  özünü  aşağıdakılarda  göstərir:  birincisi,  çoxpartiyalılıq;  ikincisi, 
ictimai  birliklərin  qanun  qarşısında  bərabərliyi;  üçüncüsü,  ictimai  birliklərin  sərbəst 
fəaliyyəti;  dördüncüsü,  məqsəd  və  fəaliyyəti  Azərbaycan  Respublikasının  konstitusiya 
quruluşunun  məcburi  dəyişdirilməsi  və  onun  bütövlüyünün  pozulmasından,  dövlətin 
təhlükəsizliyinin  sarsıdılması,  silahlı  birləşmələr  yaradılması,  sosial,  irqi,  milli  və  dini 
düşmənçiliyin  qızışdırılmasından  ibarət  olan  ictimai  birliklərin  təşkil  edilməsi  və 
fəaliyyətinin qadağan olunması 
  
Hüquqi      dövlət.      Ölkəmizdə  həyata  keçirilən  konstitusion  islahatların  məqsədi 
demokratik  dəyərlərin  təsbit  olunması  və  gerçəkləşdirilməsi  mexanizmlərinin  işlənib 
hazırlanmasıdır. 
Hüquqi dövlət anlayışı özündə konstitusion demokratik dövlət anlayışında mövcud olan 
əlamətləri birləşdirir. Lakin hüquqi dövlətin spesifik əlamətlərinin üzərində dayansaq hüquqi 
dövlət haqqında daha geniş, aydın təsəvvür yaratmış olarıq. 
Bu prinsiplər əsasən, aşağıdakılardır: 
1.  Hüququn aliliyi prinsipi; 
2.  Hakimiyyətin bölgüsü prinsipi; 
3.  Hamının qanun qarşısında bərabərliyi; 
4.  Hüquq və azadlıqların üstünlüyü prinsipi; 
5.  İnsan və vətəndaşın hüquq və azadlıqlarının real təminatı prinsipi. 
6.  Qarşılıqlı məsuliyyət, yəni şəxsin dövlət və dövlətin şəxs qarşısında məsuliyyəti; 


7.  Məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi. 
Azərbaycan  Respublikası  Konstitusiyasında  təsbit  olunan  -  «Azərbaycan  hüquqi 
dövlətdir»  formulasına  belə  dövlət  quruculuğunun  başlıca  məqsədi,  vəzifəsi  və  istiqaməti 
kimi baxmaq lazımdır. 
Hüququn  aliliyi  prinsipi  hüquqi  dövlətin  ən  mühüm  prinsipidir.  Bu  prinsip  öz 
təzahürünü  hər  şeydən  əvvəl  qanunun  aliliyində  tapır.  Başqa  sözlə,  ictimai  həyatın  bütün 
sferalarına  aid  olan  əsas  ictimai  münasibətlər  qanunqüvvəli  aktlarla  deyil,  yalnız  qanunla 
nizama  salınmalıdır.  Ölkəmizdə  Konstitusiya  ən  yüksək  hüquqi  qüvvəyə  malik  olan 
qanundur. Konstitusiya təkcə qanunvericilik sisteminin yox, eyni zamanda hüquq sisteminin 
əsasını  təşkil  edir.  Digər  tərəfdən  Konstitusiya  -  dövlətin  bütün  ərazisində  birbaşa  hüquqi 
qüvvəyə  malikdir.  Azərbaycan  Respublikası  Konstitusiyasının  147-ci  maddəsində 
Konstitusiyanın əsas qanun kimi bir sıra özünəməxsus əlamətləri təsbit edilmişdir. 
«I.  Azərbaycan  Respublikası  Konstitusiyası  Azərbaycan  Respublikasında  ən  yüksək 
hüquqi qüvvəyə malikdir. 
II.  Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. 
III. Azərbaycan 
Respublikasının 
Konstitusiyası 
Azərbaycan 
Respublikasının 
qanunvericilik sisteminin əsasıdır». 
Hüquqi dövlətin növbəti prinsipləri - hər kəsin qanun qarşısında bərabərliyi və insan 
və  vətəndaşların  hüquq  və  azadlıqlarının  üstünlüyü  konstitusion  quruluşun  humanist  əsası 
kimi qəbul edilir. 
Hüquqi  dövlətdə  dövlət,  insan  və  vətəndaşların  təbii  hüquq  və  azadlıqlarının 
Konstitusiyada  təsbit  edilməsi  ilə  yanaşı,  bu  hüquq  və  azadlıqların  realizə  edilməsi 
təminatlarını, həmçinin onların müdafiə edilməsi vəzifəsini daşıyır. 
Azərbaycan  dövlətinin  mahiyyətini  təşkil  edən  xarakterik  cəhətlərdən  biri  də  onun 
sosiallığıdır,  yəni  sosial  dövlət  olmasıdır.  Azərbaycan  Respublikasının  sosial  dövlət  kimi 
siyasətinin əsas istiqamətini insanın azad inkişafı və onun ləyaqətli həyatının təmin edilməsi 
şərtləri  təşkil  edir.    bu  da  Konstitusiyanın  I  və  II  bölmələrində  təsbit  edilmişdir. 
Konstitusiyaya əsasən insanların sağlamlığı və əməyin  müdafiəsi; əmək haqqının təminatlı 
minimum məbləğdə müəyyən edilməsi; ailələrin, analığın, atalığın və uşaqların, əlil və yaşlı 
vətəndaşların  dövlət  tərəfindən  himayə  edilməsinin  təmin  edilməsi;  dövlət  təqaüdlərinin, 
yardımların  və  sosial  müdafiənin  digər  təminatlarının  müəyyən  edilməsi  və  s.  hüquqi 
dövlətin əsas prinsiplərini təşkil edir.  
Dünyəvi      dövlət.        Dövlətin  bu  xarakteristikası  özündə  onu  ehtiva  edir  ki, 
Azərbaycan  Respublikasında  din  dövlətdən  ayrıdır,  başqa  sözlə,  bunlar  qarşılıqlı  fəaliyyət 
göstərir, bir-birilərinin işlərinə qarışmırlar. 
Azərbaycan  Respublikası  Konstitusiyasının  7-ci  maddəsinə  əsasən,  Azərbaycan 
dünyəvi  dövlətdir.  Azərbaycan  dövlətinin  dünyəvi  dövlət  xarakteristikası  özünü  aşağıdakı 
amillərdə  göstərir.  Birincisi,  rəsmi,  qanuniləşdirilmiş  dinin  mövcud  olmaması  -  heç  bir  din 
məcburi  müəyyən  edilməmişdir.  İkincisi,  dinin  dövlətdən  ayrılması.  Üçüncüsü,  bütün  dini 
etiqadların  qanun  qarşısında  bərabərliyi.  Bu  müddəalar  Azərbaycan  Respublikası 
Konstitusiyasının 18-ci maddəsində təsbit olunmuşdur. 
Azərbaycan  Respublikası  Konstitusiyanın  18-ci  maddəsinə  görə,  Azərbaycan 
Respublikasında  din  dövlətdən  ayrıdır  və  bütün  dini  etiqadlar  qanun  qarşısında  bərabərdir, 
insan  ləyaqətini  alçaldan  və  ya  insanpərvərlik  prinsiplərinə  zidd  olan  dinlərin  yayılması  və 
təbliği qadağandır, habelə dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. 
Bununla  belə,  respublika  qanunvericiliyi  dini  birliklər  üçün  aşağıdakıları  müəyyən 
edir: 

dini birliklər qanuna uyğun olaraq öz fəaliyyətlərini qurur və həyata keçirir; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə