1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   5   6   7   8   9   10   11   12   ...   70


dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının vəzifələrini icra etmir; 

dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak etmir; 

siyasi partiyaların və hərəkatların fəaliyyətində iştirak etmir və onlara maliyyə və digər 
yardım göstərmir. 
Respublika  idarəetmə  forması.      Dövlət  və  hüquq  nəzəriyyəsi  kursundan  məlum 
olduğu  kimi,  dövlətin  forması  anlayışı  özündə  üç  müstəqil  elementi  birləşdirir:  idarəetmə 
forması, dövlət quruluşu forması və dövlət rejimi (siyasi rejim). 
Azərbaycan  Respublikası  Konstitusiyasının  7-ci  maddəsi  dövlətimizin  başlıca 
əlamətlərini  göstərməklə  yanaşı  onu,  idarəetmə  formasına  görə  respublika  kimi  təsbit 
etmişdir.  Respublikanın  başlıca  əlamətləri  -  dövlət  başçısının  seçkilər  vasitəsilə  bu  vəzifəni 
əldə  etməsi  və  Konstitusiya  ilə  müəyyən  olunmuş  müddətdə  öz  səlahiyyətlərini  həyata 
keçirməsidir.  Bu  xüsusiyyətlər,  respublikanı  dövlət  başçısı  vəzifəsini  tutmağın  irsi  xarakter 
daşıdığı monarxiyadan fərqləndirir. 
Azərbaycan  Respublikası  Konstitusiyası  dövlətimizi  respublikanın  hər  hansı  bir 
növünə  (parlamentli,  prezidentli,  qarışıq)  aid  olduğunu  birbaşa  olaraq  təsbit  etmir.  Dövlət 
başçısının  konstitusion statusunun təhlili,  onun  hakimiyyətin digər  qolları,  hər şeydən əvvəl 
parlamentlə  qarşılıqlı  fəaliyyəti  ölkəmizdə  prezidentli  respublikanın  mövcudluğu  haqqında 
nəticə çıxarmağa imkan verir. 
Belə bir nəticəyə aşağıdakılar da əsas verir: prezident həm dövlət başçısı, həm də icra 
hakimiyyətinin  başçısıdır;  prezident  ümumi,  bərabər  və  birbaşa  seçkilər  nəticəsində  xalq 
tərəfindən  seçilir;  hökumət  parlament  tərəfindən  deyil,  prezident  tərəfindən  təşkil  olunur, 
prezident qarşısında məsuliyyət daşıyır və hesabat verir; hökumət parlament qarşısında deyil, 
prezident  qarşısında  istefa  verir;  prezidentin  parlamenti  buraxmaq  səlahiyyəti  yoxdur; 
parlamentin prezidentə impiçment tətbiq etmək səlahiyyəti var. 
Unitar  dövlət  quruluş  forması.    Hər  bir  dövlətdə  onun  dövlət  quruluşunun  forması 
əhəmiyyətli  rol  oynayır. Bu  həmin  dövlətin  mahiyyəti,  habelə dövlətlə onun  tərkib  hissələri 
(inzibati  -  ərazi  vahidləri,  muxtar  təsisatlar,  federasiya  subyektləri)  arasındakı  münasibətlər 
ilə müəyyən edilir. Öz növbəsində dövlət quruluşunun forması dövlət hakimiyyətini və onun 
həyata keçirilmə metodlarının mövcudluğunu möhkəmləndirir. 
Dövlət  quruluşu  bir  qayda  olaraq  ölkənin  Konstitusiyasında  və  onun  əsasında  qəbul 
edilmiş digər normativ hüquqi akflarda təsbit olunur. 
Azərbaycan  Respublikası  Konstitusiyası  (7-ci  maddə)  dövlət  quruluşuna  görə 
respublikamızı unitar dövlət kimi xarakterizə edir. 
Dövlət  rejimi.  Dövlət rejimi - dövlət hakimiyyətinin həyata keçirilməsi metodlarını 
səciyyələndirən  dövlət  formasının  ən  fəal,  dinamik  hissəsidir.  Dövlət  rejimi  avtoritar  və 
demokratik olmaqla iki qrupa bölünür. 
Azərbaycan  Respublikasının  Konstitusiyası  bizim  ölkəmizdə  dövlət  rejiminin  konkret 
növünü  müəyyən  etməklə  dövlətimizin  dünyanın  demokratik  dövlətlərindən  biri  olduğunu 
sübut  etdi.  Konstitusiyanın  7-ci  maddəsində  birbaşa  olaraq  Azərbaycan  dövlətinin 
demokratikliyi  təsbit  edilir.  Hakimiyyətlərin  bölünməsi  prinsipi;  dövlət  hakimiyyət 
orqanlarının  və  yerli  özünüidarəetmə  orqanlarının  seçilməsi  və  vaxtaşırı  olaraq  dəyişilməsi; 
insan  hüquq  və  azadlıqlarının  ali  dəyərlər  kimi  tanınması,  onlara  riayət  edilməsi  və 
təminatının  dövlətin  vəzifəsi  hesab  olunması;  siyasi  plüralizm;  qanunvericiliyin  əsası  kimi 
Azərbaycan  Respublikası  Konstitusiyasının  aliliyinin  müəyyən  edilməsi  dövlətimizin 
demokratikliyini sübut edən əsas amillərdən hesab olunur. 
 
 
 
 


§7.   İnsan və vətəndaşın hüquqi statusunun anlayışı və prinsipləri.   İnsan və 
vətəndaşın əsas hüquq və azadlıqları: sosial-iqtisadi və hüquqlar. 
 
 
Vahid  hüquqi  statusa  mənsub  olan  hər  bir  insanın  hüquqlarının  həcmi  müəyyən 
dərəcədə, bu fərdin insan yoxsa, vətəndaş kimi çıxış etməsindən asılıdır. Belə ki, Azərbaycan 
Respublikasının Konstitusiyası əsas hüquq və azadlıqları «insanın» və «vətəndaşın» hüquq və 
azadlıqlarına bölməklə fərqləndirir.  
Belə  sual  yarana  bilər  ki,  bu  cür  fərqləndirmənin,  insanın  ikiləşdirilməsinin  mənası 
nədir?  Bu  hər  şeydən  əvvəl  vətəndaş  cəmiyyətində  şəxsiyyətin  özünümüəyyən  etməsini, 
özünürealizəsini,  onun  hər  hansı  qanunsuz  müdaxilədən  muxtariyyətini  və  müstəqilliyini 
təmin etməkdən ibarətdir. 
Vətəndaş  hüquqları  fərdin  dövlətlə  münasibətlər  sferasını  əhatə  edir.  Burada  o,  yəni 
fərd,  təkcə  öz  hüquqlarının  qanunsuz  müdaxilədən  müdafiə  olunmasına  deyil,  həmçinin  də 
dövlət tərəfindən onların həyata keçirilməsinə aktiv dəstək olunmasına ümid edir. Vətəndaşın 
statusu  onun  dövlətlə  xüsusi  hüquqi  əlaqəsindən  -  vətəndaşlıq  institutundan  irəli  gəlir 
(Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsi)  
Vətəndaş hüquqlarından fərqli olaraq, insan hüquqları həmişə hüquqi kateqoriya kimi 
çıxış etmir, yalnız mənəvi və sosial kateqoriya kimi çıxış edir. 
İnsan hüquqlarına aşağıdakı əlamətlər xarakterikdir: 
1.  Onlar insanın təbii və sosial məzmunu əsasında meydana gəlir və inkişaf edir; 
2.  Obyektiv mövcud olur və dövlət tərəfindən tanınmasından asılı deyil; 
3.  İnsana doğulduğu andan məxsusdur; 
4.  Toxunulmazlıq, pozulmazlıq xarakterinə malikdir, təbii kimi qəbul edilir (hava, 
torpaq və su kimi); 
5.  Birbaşa qüvvəyə malikdir; 
6.  Ali nemət kimi tanınır; 
7.  Hüququn zəruri hissəsi kimi çıxış edir; 
8.  İnsan və dövlət arasında qarşılıqlı münasibətlərin prinsip və normalarını özündə 
əks etdirir; 
9.  Onların tanınması, riayət edilməsi və müdafiəsi dövlətin başlıca vəzifəsi hesab 
olunur. 
Azərbaycan  Respublikasının  Konstitusiyasının  «Əsas  insan  və  vətəndaş  hüquqları  və 
azadlıqları» adlanan III fəslinin bütün maddələri ardıcıl şəkildə yuxarıda göstərilən prinsiplər 
üzrə hüquq və azadlıqları fərqləndirir. Bu öz əksini ayrı-ayrı  maddələrdə  müxtəlif ifadələrin 
təsbitində  tapır.  İnsan  hüquqları  haqda  söhbət  gedən  yerlərdə  Konstitusiya  «hər  kəsin... 
hüququ vardır», «hər kəsə... təminat verilir», «hər kəs... bilər» və s. ifadələrdən istifadə edir. 
Bu  cür  ifadələrdən  istifadə  onu  göstərir  ki,  göstərilən  hüquq  və  azadlıqlar  Azərbaycan 
Respublikası ərazisində olan,  Azərbaycan  Respublikası  vətəndaşı, əcnəbi  və  ya  vətəndaşlığı 
olmayan  şəxs  olmasından  asılı  olmayaraq  hər  kəs  üçün  tanınır.  Burada  belə  bir  formula 
diqqət yetirmək yerinə düşərdi: «hər bir vətəndaş insandır, hər bir insan hələ vətəndaş deyil». 
Odur  ki,  vətəndaşlar  insan  hüquqlarından  tam  həcmdə  istifadə  etdikləri  halda,  dövlətin 
vətəndaşı olmayan, lakin dövlət ərazisində müvəqqəti olan və ya daimi yaşayan şəxslər, yəni 
əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  yalnız  qanunla  nəzərdə  tutulan  hallarda  vətəndaş 
hüquqlarından istifadə edə bilərlər. 
Bununla  yanaşı,  52-57-ci  maddələrdə  göstərilmiş  hüquqlar  yalnız  Azərbaycan 
Respublikası  vətəndaşlarına  məxsusdur.  Bunlar,  əsasən  siyasi  hüquqlardır  -  vətəndaşlıq 
hüququ, cəmiyyətin  və dövlətin siyasi  həyatında iştirak  hüququ, dövlətin  idarə olunmasında 
iştirak etmək hüququ, müraciət etmək hüququ və sairədir. 
Konstitusiyada  yalnız  Azərbaycan  Respublikası  vətəndaşlarının  daşıdığı  vəzifələr  də 
göstərilib  -  Vətənə  sədaqət  (maddə  74),  Vətəni  müdafiə  (maddə  76),  Dövlət  rəmzlərinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə