1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   48   49   50   51   52   53   54   55   ...   70

tam uyğun, qısa və dürüst mövcud maddə və qanunun bəndlərinə əsasən qeyd olunmalıdır. 
Pensiya  təyin  edilən  zaman  rayon  (şəhər)  Əhalinin  Sosial  Müdafiəsi  Mərkəzləri  tərəfindən 
əmək kitabçasının pensiya təyin edilməsi haqqında məlumat bölməsində «pensiya təyin edilmişdir» 
ştampı vurulur. 
Əmək  kitabçasının  müvafiq  bölmələrinin  bütün  səhifələri  dolduqda  ona  əlavə  içlik  verilir. 
Əmək  kitabçası  olmadan  əlavə  içlik  etibarsızdır.  İşdən  çıxan  işçilərə  əmək  kitabçası  fərdi  əmək 
müqaviləsi xitam olunduğu gün (sonuncu iş günü) verilir. 
Əmək  kitabçalarının  tətbiqi  qaydası  haqqında  Əsasnamənin  3.10.  bəndinə  əsasən  əmək 
kitabçası itdikdə işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi 
haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Yeni 
əmək  kitabçasının  işçi  haqqında  məlumat  səhifəsinin  yuxarı  sağ  tərəfində  iri  hərflərlə  «Dublikat» 
sözü yazılır. 
İşçiyə  əmək  müqaviləsində  nəzərdə  tutulmayan  başqa  peşə,  ixtisas  və  vəzifə  üzrə  əmək 
funksiyasının  yerinə  yetirilməsini  həvalə  etmək,  başqa  işə  keçirilmə,  həmçinin,  yeni  əmək 
müqaviləsi bağlanılmaqla yol verilir. 
İşçi  onun  razılığı  olmadan  istehsalat  zərurəti  və  boşdayanma  hallarının  qarşısını  almaq 
məqsədilə bir ay müddətinə müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə 
mənfi təsir edən, habelə aşağı ixtisaslı işə  keçirilə bilməz. Başqa işə  keçirilmə  müddətində  işçinin 
əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir. 
Müəyyən səbəbdən on beş gündən çox müddətdə yerində olmayan işçinin əmək funksiyasının 
icrasına tərəflərin razılığı ilə yol verilir. 
Boş vəzifə üzrə əmək funksiyasının icrasının  həvalə edilməsinə işçinin razılığı ilə yol  verilir. 
Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə 
yetirirsə,  onda,  ona  boş  vəzifə  üçün  nəzərdə  tutulmuş  əmək  haqqının  (vəzifə  maaşının)  yarısından 
az olmamaq şərtilə, əlavə əmək haqqı ödənilməlidir. 
Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi 
həvalə  edilə  bilər.  Bu  müddət  bitdikdən  sonra  ya  əvəzedici  işçi  onun  razılığı  ilə  həmin  vəzifəyə 
keçirilir, ya hər iki  vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının  genişləndirilməsi ilə 
əlaqədar yeni əmək müqaviləsi bağlanır, ya da boş vəzifəyə yeni işçi götürülür. 
Əmək  müqaviləsinə  xitam  verilməsinin  əsaslarmı  ümumi  və  əlavə  əsaslara  təsnifləşdirmək 
olar. 
Əmək  müqaviləsinə  xitam  verilməsinin  ümumi  əsasları  Azərbaycan  Respublikası  Əmək 
Məcəlləsinin 68-ci maddəsində öz əksini tapıb. Bu əsaslar aşağıdakılardır: 
a) tərəflərdən birinin təşəbbüsü; 
b) əmək müqaviləsinin müddətinin qurtarması; 
c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; 
ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar; 
d) tərəflərin iradəsindən asılı olmayan hallar; 
e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 
İşçi  bir  təqvim  ayı  qabaqcadan  işəgötürəni  yazılı  ərizəsi  ilə  xəbərdar  etməklə,  əmək 
müqaviləsini ləğv edə bilər (maddə 69). 
İşçi,  yaşa,  əlilliyə  görə  təqaüdə  çıxdıqda,  təhsilini  davam  etdirmək  üçün  müvafiq  təhsil 
müəssisəsinə  daxil  olduqda,  yeni  yaşayış  yerinə  köçdükdə,  başqa  işəgötürənlə  əmək  müqaviləsi 
bağladıqda  və  qanunvericilikdə  nəzərdə  tutulmuş  digər  hallarda  ərizəsində  göstərdiyi  gün  əmək 
müqaviləsi ləğv edilə bilər. 
İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi 
və  məzuniyyət  müddətinin  qurtardığı  gündən  əmək  müqaviləsinin  ləğv  edilməsi  xahişi  ilə 
işəgötürənə  ərizə  verə  bilər.  İşəgötürən  tərəfindən  zor  işlədilərək,  hədə-qorxu  gələrək,  yaxud  hər 
hansı  başqa  üsulla  işçinin  iradəsinin  əleyhinə  əmək  müqaviləsini  ləğv  etməyə  onu  məcbur  etmək 
qadağandır. 


İşəgötürən tərəfindən əmək  müqaviləsinin ləğv edilməsinin əsasları  Azərbaycan Respublikası 
Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilib. 
Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: 
a) müəssisə ləğv edildikdə; 
b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; 
c)  peşəkarlıq  səviyyəsinin,  ixtisasının  (peşəsinin)  kifayət  dərəcədə  olmadığına  görə  işçinin 
tutduğu  vəzifəyə  uyğun  gəlmədiyi  barədə  səlahiyyətli  orqan  tərəfindən  müvafiq  qərar  qəbul 
edildikdə; 
ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, 
yaxud ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; 
d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; 
e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 
   ƏM-nin  72-ci  maddəsinə  əsasən    aşağıdakı  hallar  əmək  vəzifələrinin  kobud  şəkildə 
pozulması hesab edilir:  
a) üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədikdə; 
b)  alkoqollu  içkilər,  narkotik  vasitələr  və  psixotrop,  toksik  və  digər  zəhərli  maddələr  qəbul 
edərək işə sərxoş vəziyyətdə gəlmədikdə; 
c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; 
ç)  təqsirli  hərəkətləri  (hərəkətsizliyi)  nəticəsində  əməyin  mühafizəsi  qaydalarını  pozaraq  iş 
yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; 
d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması 
üzrə öhdəliklərin yerinə yetirilməməsi; 
e)  əmək  fəaliyyəti  zamanı  yol  verdiyi  kobud  səhvləri,  hüquq  pozuntuları  nəticəsində 
işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; 
ə)  əmək  funksiyasını  pozduğuna  görə  əvvəllər  işəgötürən  tərəfindən  verilmiş  intizam 
tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması; 
f)  iş  vaxtı  ərzində  bilavasitə  iş  yerində  inzibati  xətalara  və  ya  cinayət  tərkibi  olan  ictimai-
təhlükəli əməllərə yol verməsi. 
Qeyd etmək lazımdır ki, qanunvericilik işçini məzuniyyətdə olduğu vaxt və müvəqqəti olaraq 
əmək qabiliyyətini itirdikdə işdən azad etməyə yol vermir (müəssisə, idarə, təşkilatın ləğv olunması 
istisna olunmaqla). 
Əmək  müqaviləsinə  tərəflərin  iradəsindən  asılı  olmayan  hallarda  da  xitam  verilə  bilər.  Belə 
xitamvermənin əsasları Əmək Məcəlləsinin 74-cü maddəsində sadalanır: 
a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; 
b) əvvəllər  müvafiq  işdə  (vəzifədə)  çalışan  işçinin  işinə  (vəzifəsinə)  bərpa  edilməsi  barədə 
məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; 
c) 
qanunvericiliklə 
daha 
uzun 
müddət 
müəyyən 
edilməyibsə, 
əmək  qabiliyyətinin  fasiləsiz  olaraq  altı  aydan  çox  müddətə  tam  itirilməsi  ilə  əlaqədar,  işçi  əmək 
funksiyasını yerinə yetirə bilmədikdə; 
ç) işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və 
ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  etmə,  müəyyən  müddətə  azadlıqdan 
məhrum  etmə  və  ya  ömürlük  azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum  edildiyi  barədə 
məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə; 
d)  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  qərarı  ilə  işçinin  fəaliyyət  qabiliyyətsizliyi  təsdiq 
edildikdə; 
e) işçi vəfat etdikdə;  
ə)  əvvəlllər  həmin  müəssisədə  çalışan  işçi  müddətli  həqiqi  hərbi  xidmətdən  ehtiyata 
buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə edildikdə. 
Əgər  işçi  ilə  bağlanmış  əmək  müqaviləsində  onun  ləğv  edilməsinin  sənədləşdirilməsi  barədə 
Əmək  Məcəlləsindən  fərqli  olan  başqa  qaydalar  nəzərdə  tutulmayıbsa,  onda  istər  işçi,  istərsə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə