1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   30   31   32   33   34   35   36   37   ...   70

1)  əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 
2)  əqd hüquqauyğun hərəkətdir; 
3)  əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və 
xitamına yönələn hərəkətdir; 
4)  əqd 
müəyyən 
hüquqi 
nəticələr 
əmələ 
gətirən 
hərəkətdir.                                                 
          Hər  bir  əqd  iradəvi  akt  kimi  bir  sıra  psixoloji  amillərlə  bağlıdır.  Əqdin  bağlanması 
üçün  hər  şeydən  əvvəl  tərəflərin  arzusu,  istəyi  olmalıdır.  Mülki  hüquqda  bu,  daxili  iradə 
adlanır.  Lakin  təkcə  daxili  iradənin  mövcudluğu  əqdin  bağlanması  üçün  kifayət  deyildir. 
Bunun üçün həm də daxili iradənin digər şəxslərə bildirilməsi, elan olunması lazımdır. Buna, 
iradə ifadəsi deyilir. Demək, əqd həm subyektiv elementi - iradəni, həm də obyektiv elementi 
- iradə ifadəsini özündə birləşdirir. Hüquqi nəticələr iradə ifadəsi ilə bağlıdır. Onun sayəsində 
əqdlərə aydınlıq və dəqiqlik gətirilir. 
Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: 
1)  düzünə  iradə  ifadəsi.  Bu,  şifahi  və  yaxud  yazılı  formada  yerinə  yetirilir.  Məsələn, 
müqavilənin bağlanması, zərərin əvəzinin ödənilməsi haqqında razılığın bildirilməsi və s. 
2)  dolayı  iradə  ifadəsi.  Əgər  şəxsin  hərəkətlərindən  onun  iradəsini  müəyyən  etmək 
mümkündürsə  bu,  dolayı  iradə  ifadəsi  adlanır.  Mülki  hüquqda,  adətən  buna  konklyudent 
(latınca concludere - nəticə çıxartmaq, nəticəyə gəlmək mənasını bildirir) iradə ifadəsi deyilir. 
Məsələn,  elektrik  qatarında  getməyə  bilet  almaq  və  yaxud  mağazaların  piştaxtalarında 
qoyulmuş mallar şəxslərin əqd bağlamaq arzularını özündə əks etdirir və s. 
3)  susmaq  nəticəsində  iradə  ifadəsinin  bildirilməsi.  Bu  üsulla  iradənin  bildirilməsinə 
yalnız  qanunvericiliklə  müəyyən  edilən  hallarda  və  yaxud  tərəflərin  razılığı  ilə  yol  verilir. 
Məsələn,  iştirakçılarından  birinin  müqavilənin  şərtlərinin  dəyişdirilməsi  haqqında  verilmiş 
təklifinə digər tərəfin susması onun razılığını göstərir. 
Əqdlər  üçün  ən  mühüm  əhəmiyyət  kəsb  edən  psixoloji  amillərdən  biri  də  motivdir. 
Motivi, əqdin əsasından fərqləndirmək lazımdır. Əqdin əsasını hüquqi məqsəd, hüquqi nəticə 
təşkil  edir.  Məsələn,  alqı-satqı  müqaviləsində  məqsəd  əşyanı  alıcının  mülkiyyətinə 
verməkdir.  Yeri  gəlmişkən,  qeyd  etmək  lazımdır  ki,  əqdin  əsası  təsadüfi  məqsəd  olmayıb, 
həmin əqd  üçün  tipik  və daimi  xarakter daşıyır. Əqdin əsası  həyata keçirilə  bilən  və  qanuni 
olmalıdır. Əgər bağlanan vaxt əqdin məqsədi həyata keçirilə bilən deyildirsə, onda o, hüquqi 
əhəmiyyət  kəsb  etmir.  Hüquqi  nəticə  yaratmaq  niyyəti  ilə  deyil,  yalnız  görünüş  üçün 
bağlanan əqd etibarsızdır. 
Motiv  isə  şəxsi  hər  bir  halda  müqavilə  bağlamağa  sövq  edən  psixoloji  amildir.  Buna 
görə  də  əqdin  motivləri  çoxsaylı,  əsas  isə  bir  dənədir.  Motivlər  əqddən  kənarda  qalır,  onun 
məzmununda  öz  ifadəsini  tapmır  və  hüquqi  fakt  mənası  daşımır.  Məsələn,  əgər  şəxs  ad 
günündə  hədiyyə  vermək  üçün  hər  hansı  bir  əşya  alırsa,  onda  bu  motiv  alqı-satqı 
müqaviləsinin hüquqi tərkibinə daxil edilmir. 
Əqdlərin növləri. Mülki hüquqda əqdlər müxtəlif əsaslara görə təsnifləşdirilir. 
İştirakçıların  sayından  asılı  olaraq  əqdlər  birtərəfli,  ikitərəfli  və  ya  çoxtərəfli  əqdlərə 
bölünür. Mülki qanunvericiliyə və ya tərəflərin razılaşmasına uyğun olaraq, bağlanması üçün 
bir  tərəfin  iradə  ifadəsinin  zəruri  və  yetərli  olduğu  əqd  birtərəfli  əqddir.  Vəsiyyətnamənin 
tərtib  edilməsi,  etibarnamənin  verilməsi  və  s.  birtərəfli  əqdlərə  misal  ola  bilər.  Adətən, 
birtərəfli  əqd  bir  şəxs  tərəfindən  bağlanılır.  Birtərəfli  əqddə  iradə  bir  neçə  şəxs  tərəfindən 
ifadə oluna bilər. Məsələn, ümumi etibarnamənin verilməsi və s. 
Bəzən  birtərəfli  əqdin  hüquqi  nəticələr  yaratması  üçün  iradə  ifadəsinin  ünvanlanmış 
şəxs tərəfindən qəbul edilməsi lazım olur. Əgər bu şəxs, belə iradə ifadəsinin mövcudluğunu 
bilmirsə,  onda  birtərəfli  əqd  hüquqi  əhəmiyyət  kəsb  etmir.  Belə  ki,  əgər  müqavilənin 
pozulması  haqqında  xəbərdarlıq  digər  tərəfə  çatmayıbsa,  onda  o,  hüquqi  nəticələr  yarada 
bilməz. 
İki  tərəfin  qarşılıqlı  iradə  ifadəsinin  razılaşdırılması  ilə  yaranan  əqdlərə  ikitərəfli 


əqdlər  deyilir.  İkitərəfli  əqdlər  müqavilə  adlanır.  İkitərəfli  əqdlər,  əqdin  ən  geniş  yayılmış 
növüdür. Ikitərəfli əqdlərə, alqı-satqı, əmlak kirayəsi, sığorta və s. müqavilələr misal ola bilər. 
Üç və ya daha çox tərəf arasında iradə ifadəsinin razılaşdırılmasından yaranan əqdlərə 
çoxtərəfli əqdlər deyilir. Məsələn, bir neçə hüquqi şəxsin yeni binalar tikməsi üçün müqavilə 
bağlaması. 
Əqdlər  əvəzli  və  əvəzsiz  olmaqla  iki  yerə  bölünürlər.  Əvəzli  əqddə  bir  tərəfin  etdiyi 
hərəkətin və yaxud verdiyi əmlakın əvəzində o biri tərəf də qarşılıqlı olaraq müəyyən hərəkət 
edir  və  yaxud  əmlakın  dəyərini  ödəyir.  Məsələn,  alqı-satqı  müqaviləsində  satıcının  vəzifəsi 
əşyanı vermək, alıcının vəzifəsi isə müqavilədə şərtləşdirilmiş qiyməti ödəməkdir. 
Mülki-hüquqi əqdlərin əksəriyyəti əvəzlidir. 
Bundan  fərqli  olaraq  əvəzsiz  əqdlərdə  tərəfiər  bir-birilərindən  qarşılıqlı  təminat 
almırlar. Məsələn, bağışlama, əmlakdan əvəzsiz istifadə  müqavilələri əvəzsizdir. Bəzi əqdlər 
həm əvəzli, həm də əvəzsiz olurlar. Saxlama müqaviləsi belə əqdlərə misal ola bilər. Əvəzsiz 
əqdlər  əsasən,  fiziki  şəxslər  arasında  bağlanır.  Hüquqi  şəxslər  arasında  bağlanan  əqdlər  bir 
qayda olaraq əvəzlidir. 
Mülki hüquqda konsensual və real əqdlər fərqləndirilir. Konsensual (latınca consensus 
-  razılaşma,  saziş)  əqdlərin  bağlanması  üçün  əqddə  iştirak  edən  tərəflərin  iradə  ifadələri  və 
razılığı  kifayətdir.  Qeyd  etmək  lazımdır  ki,  mülki  dövriyyədə  bağlanan  əqdlər  konsensual 
xarakter daşıyır. Məsələn, alqı-satqı, podrat müqavilələri və s. 
Real əqdlərin bağlanması üçün razılığın olması kifayət deyil. Burada əşyanın verilməsi, 
əqdin  predmetinin  göz  qabağında  olması  mütləq  lazımdır.  Məsələn,  borc  müqaviləsi, 
bağışlama müqaviləsi və s. 
Hüquqi əsasından asılı olaraq əqdlər kauzal və mücərrəd əqdlərə bölünürlər. Həqiqiliyi 
(etibarlılığı) əqdin əsasından asılı  olan əqdlərə kauzal (latınca causa - səbəb) əqdlər  deyilir. 
Mülki  hüquqda  əqdlərin  əksəriyyəti  kauzal  xarakter  daşıyır.  Kauzal  əqdin  əsas  cəhəti  onun 
hər  hansı  bir  hüquqi  məqsəd  güdməsindədir. Məsələn, əmlak kirayə  müqaviləsinin  məqsədi 
əşyanı  istifadəyə  qoymaq,  borc  müqaviləsinin  məqsədi  isə  pulu  və  ya  əşyanı  verməkdir. 
Kauzal əqdlərin hüquqiliyi onun məqsədindən irəli gəlir. 
Həqiqiliyi  əqdin  əsasından  asılı  olmayan  əqdlərə  mücərrəd  əqdlər  deyilir.  Mücərrəd 
latınca abstrakt sözündəndir, «qoparma», «ayırma» deməkdir. Mücərrəd əqd öz məqsədindən 
ayrılmış olur. Bu əqdlərə vekseli misal göstərmək olar. 
Mülki  qanunvericilikdə  əqdlər  müddətli  və  şərti  əqdlərə  bölünürlər.  Əksər  hallarda 
əqdlərdə  müddət  göstərilir.  Belə  hallarda  əqdin  hüquqi  nəticələri  müəyyən  vaxtın  kəsilməsi 
ilə bağlı olur. Əqddə  müddət üç məna daşıyır. Başlanğıc müddət əqdin tərəflərinin hüquq və 
vəzifələrinin yarandığı anı, icra müddəti əqdin yerinə yetirilməsi vaxtını, sonuncu müddət isə 
əqdin xitam olunduğunu göstərir. 
Əqddə müddət müəyyən və qeyri-müəyyən ola bilər. Əgər vaxt dəqiq göstərilməyibsə, 
onda vəzifəli şəxs (kreditor) istənilən vaxt əqdin icrasını tələb edə bilər. Əgər tərəflər hüquq 
və  vəzifələrin  əmələ  gəlməsini  baş  verib-verməyəcəyi  məlum  olmayan  hallardan  asılı 
etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Əqdlər aşağıdakı şərtlərlə bağlana bilər: 
a) pozitiv şərt; 
b) neqativ şərt; 
c) təxirəsalıcı şərt;  
   
ç) ləğvedici şərt. 
Pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti 
ilə  bağlanmışdır.  Əgər  həmin  müddət  bitmiş  və  hadisə  baş  verməmişsə,  şərt  qüvvədən 
düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə şərt istənilən vaxt yerinə yetirilə bilər. 
Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə