1. Əmtəə və xidmətlər bazarında rəqabətin vəziyyətinin, təmərküzləşmə səviyyəsinin, qiymətin formalaşmasında inhisarçılığın təsirinin statistik tədqiqinin yekunları


Bazar konyunkturasının göstəricilər sistemi



Yüklə 0,61 Mb.
səhifə2/8
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65526
1   2   3   4   5   6   7   8

1.1. Bazar konyunkturasının göstəricilər sistemi

Bazar konyunkturası ilə bağlı informasiyaya konyunktura indikatorları, yəni, bazarın əsas parametrlərini, onların vəziyyətini və dəyişməsini xarakterizə edən əmtəə ehtiyatları, əmtəə satışı, qiymət, tələb və təklifin balanslaşdırılması kimi statistik göstəricilərin köməyi ilə həyata keçirilən qiymətləndirmələr daxildir.

Balanslaşdırılmayan (tənzim edilməyən) bazar-tələb və təklif arasında tam uyğunluq olmayan bazardır. Bazarın kəmiyyətcə balanslaşdırılmaması həm tələbin təklifdən, həm də təklifin tələbdən həddən artıq üstünlüyü ilə ifadə edilir ki, bu da bazarda gərginlik yaradır və tələbin ödənilməsini çətinləşdirir.

Bazarının konyunkturasının öyrənilməsinin əsas məqsədi bazarın vəziyyətinə və inkişafına sənaye və ticarət fəaliyyətinin necə təsir etdiyini müəyyən etməkdir.

Bazar konyunkturasının məsələlərini aşağıdakı ardıcıllıqla təsvir etmək olar:


  • konyunktura informasiyasının toplanması və işlənməsi;

  • bazarın tipologiyasının təyin edilməsi;

  • bazarın ölçüsünün ( miqyasının) təyin edilməsi;

  • bazar balansının və onun əsas nisbətlərinin müəyyən bir anda vəziyyətini göstərən cədvəllərin qiymətləndirilməsi və təhlili;

  • bazarın inkişaf istiqamətlərinin aşkar edilməsi, tədqiqi və proqnozlaşdırılması;

  • bazar parametrlərinin sistemli və məkana görə tərəddüdlərinin qiymətləndirilməsi və tədqiqi;

  • bazarın inkişafının dövriliyinin (il ərzində iqlim dəyişikliyınə görə) qiymətləndirilməsi;

  • bazarın regional müxtəlifliyinin qiymətləndirilməsi və tədqiqi;

  • bazarın işgüzarlığının qiymətləndirilməsi və tədqiqi;

  • bazarın vəziyyətinin inteqral və diferensial qiymətləndirilməsi.

Əmtəə bazarının strukturu-kəmiyyət və keyfiyyət göstəricilərinin məcmusudur. Buraya, təsərrüfat subyektlərinin sayı, bazar təmərküzləşməsinin göstəriciləri və s. daxildir.

Müstəqil təsərrüfat subyektləri-istehlakçı müəssisələr, topdansatış ticarət təşkilatları və onlara bərabər olan təşkilatlar, həmçinin pərakəndə ticarət müəssisələri şəxsində bazar əməliyyatlarının bilavasitə iştirakçılarıdır.

Bazarın statistik tədqiqinin hər bir səviyyəsində mütləq göstəricilərdən istifadə edilməsi böyük əhəmiyyət kəsb edir. Bazarın ölçüsü, onun potensialı, əmtəə kütləsinin həcmi, bazar mexanizminin təsiri, bazarda kommersiya fəaliyyəti nəticəsində əldə edilmiş mənfəət və bazar fəaliyyətinin digər mütləq göstəriciləri bazarın vəziyyətini obyektiv xarakterizə edir və proqnoz vermək üçün ilkin bazarı təşkil edir.

Bazarın vəziyyətini qiymətləndirən, tezlik və vektor dəyişikliklərini xarakterizə edən, rəqibləri qarşı-qarşıya qoymağa imkan verən, inkişaf nisbətlərini və s. əks etdirən səviyyə, koordinasiya (əlaqələndirmə), struktur və dinamika struktur göstəriciləri bazarın təhlilində vacib rol oynayır.

Bazar konyunkturasının göstəricilər sistemi müəyyən bazar prosesini xarakterizə edən 5 iri blokdan ibarətdir:


  1. bazarın vəziyyəti və formalaşması (bazar konyunkturası);

  2. qiymətin vəziyyəti və dəyişməsi;

  3. əmtəə-pul kütləsinin varlığı, dövriyyəsi və tədavülü;

  4. bazarın infrastrukturu;

  5. bazarın fəaliyyətinin sosial-iqtisadi nəticələri.

1-ci blokun göstəriciləri daha konkretləşdirilmiş və 3 altbloka görə qrup-laşdırılmışdır:

  1. bazarın miqyası və tipi;

  2. bazar mexanizminin işləməsi və bazarın əsas proporsiyaları;

  3. bazarın zamana və məkana görə inkişafı.

İnhisarçılığın və rəqabətin səviyyəsinin qiymətləndirilməsi bazar konyunkturasının göstəricilər sisteminin əhəmiyyətli komponenti (tərkib hissəsi) sayılır.

Bazar konyunkturasının göstəricilər sisteminə bazarın ölçüsü (miqyası), bazar nisbətləri, inkişaf istiqamətləri, sabitlik dərəcəsi, onun dövriliyi, bazar riskləri və bazar konyunkturasının digər proses və hadisələri daxildir.

Rəqabətin statistik tədqiqi prosesində rəqib müəssisələrin fəaliyyətinin zəif və güclü tərəfləri, onların satışının həcmi və bazar payı, rəqiblərin məhsulları, məhsulların qiymətləri, onların göstərdikləri xidmət növləri və bu xidmətlərin keyfiyyəti, qeyd olunanlara istehlakçıların münasibəti, bazara giriş şərtləri, regionlararası və beynəlxalq ticarət üçün bazarın açıqlığı və rəqibləri xarakterizə edən digər göstəricilər öyrənilir.

Bazar konyunkturasının göstəricilər sistemi əlavə 1-də göstərilmişdir.



1.2. Rəqabətin vəziyyətinin statistik tədqiqinin əsas mahiyyəti
Bazar iqtisadiyyatının əsas atributlarından biri olan rəqabət hər hansı bir fəaliyyət sahəsi üzrə ayrı-ayrı sahibkarlar, firmalar və müəssisələr arasındakı yarış, çəkişmə mexanizmi olaraq bazar strukturlarının öz alıcılarını tapmaq, əmtəələrini daha əlverişli şərtlərlə satmaq, nəticədə arzu etdikləri mənfəəti qazanmaq və daha çox gəlir gətirən sahələrə kapital qoymaq uğrunda apardıqları mübarizə formasıdır.

Rəqabət anlayışı mürəkkəb, çoxməqsədli, çoxaspektli və dinamik anlayışdır.

Əmtəə və xidmətlər bazarında rəqabətin statistik tədqiqi rəqabət mühitini öyrənmək, xüsusilə rəqib müəssisə (firma) haqqında informasiya toplanması və işlənməsi sistemini müəyyən etməkdən çox asılıdır.

Əmtəə istehsal edən və satıcı kimi bazarda iştirak edən hər bir müəssisə (firma) eyniadlı və ya oxşar əmtəə ilə bazara çıxan digər rəqib müəssisələrlə üzləşir. Bu müəssisələrin hər biri bazarda daha da çox əmtəə satmaq, lider olmağa çalışırlar. Bazarın vəziyyəti rəqabət mübarizəsinin nəticələri ilə təyin edilir.

Müəssisənin (firmanın) rəqabət qabiliyyəti, bu rəqabət bazarı şəraitində səmərəli təsərrüfat fəaliyyəti və onun mənfəət əldə etmək imkanıdır. Rəqabət cəmiyyətə minimum xərclərlə başa gələn ən səmərəli iqtisadi nəzarət metodudur. Bu, daim istehsalı məcbur edir ki, öz xərclərini və qiyməti aşağı salsın, satışın həcmini artırsın, sifariş və istehlakçı uğrunda mübarizə aparsın və məhsulun keyfiyyətini yüksəltsin.

Malın rəqabət qabiliyyəti-alıcıların konkret tələbatının ödənilməsini təmin edən, malların keyfiyyət və dəyər (qiymət) xarakteristikasının məcmusudur. Malın keyfiyyəti və rəqabət qabiliyyəti bir çox amillərin səmərəlilik dərəcəsini əks etdirən göstəricisidir.

Rəqabətin intensivliyinə və çəkişmə formasına bazarın tipi, bolluq dərəcəsi, rəqabət aparan müəssisələrin (firmaların) sayı və gücü, texnoloji, maliyyə və təşkilati-ticarət imkanları təsir göstərir.

Rəqabət, həmçinin bazar mühitinin ayrılmaz tərkib hissəsidir. O ölkə iqtisadiyyatının inkişafında müəyyən ictimai-iqtisadi rol oynayır və birinci növbədə malların ictimai və bazar dəyərini aşkar edir, bazarı canlandırır, qiymətlərə faydalı təsir göstərir, xidmətin yeni formalarını həyata keçirir, istehsalçıları daha keyfiyyətli məhsul istehsal etməyə həvəsləndirir. Rəqabət mübarizəsi elmi-texniki inkişafın elementi olaraq bazarı zəif istehsalçılardan, sahibkarlardan təmizləyir və güclüləri həvəsləndirir.

Rəqabət mübarizəsi bir çox şərtlərdən asılıdır, lakin onun əsas mahiyyəti rəqiblərə nisbətən daha çox əmtəə satmaq, potensial rəqiblərin müştərilərini öz tərəfinə çəkmək və nəticədə bazarda daha çox paya malik olaraq rəqibləri aradan çıxarmaqdır. Rəqabət mübarizəsinin məqsədi bazarda daha (davamlı) möhkəm rəqib mövqeyi tutmaqdır.

1.3. Rəqabətin vəziyyətinin tədqiqinin statistik üsulları
Rəqabətin təhlili dedikdə, toplanmış məlumatların və ekspert nəticələrinin öyrənilməsi əsasında rəqiblərin davranışı və imkanlarının qiymətləndirilməsi və proqnozu başa düşülür və aşağıdakı məsələləri qarşıya qoyur:


  • faktiki və potensial rəqiblərin aşkar edilməsi, rəqib müəssisələrin (firmaların) sayının, növünün və ölçüsünün təyin edilməsi;

  • rəqiblərin bazar payının hesablanması;

  • rəqabətin intensivliyinin və istiqamətlərinin (meyllərinin) xarakteristikası;

  • bazardakı əsas rəqiblərin imkan və rəqabət qabiliyyətinin (onların zəif və güclü tərəflərinin, mallarının rəqabət qabiliyyətinin) aşkar edilməsi;

  • rəqiblərin bazardakı davranışının təhlili və proqnozu.

Rəqabətin statistik təhlili onun obyektinin dəqiq müəyyən olunmasını nəzərdə tutur. Bu cür təhlilin obyekti istehsalla məşğul olan və istehlakçılara müəyyən növ malların çatdırılmasını təşkil edən ayrı-ayrı agentlər arasındakı qarşılıqlı münasibətlərin forması kimi başa düşülən əmtəə bazarı sayılır.

Əmtəə bazarının təhlili bazarın aşağıda göstərilən iki növü üzrə aparılır:



  • texniki-istehsal təyinatlı məhsul bazarı;

  • son istehlak məhsulu bazarı.

Birincidən fərqli olaraq sonuncuya özünə əmtəə və xidmətlər alan fərdi şəxslər və ailələrin cəmindən ibarət olan son istehlakın pərakəndə bazarının seqmenti əlavə olaraq daxil edilir. Pərakəndə əmtəə bazarı kütləvi istehlakçı, rəqabətin çoxluğu və mərkəzləşdirilmiş infrastruktur ilə səciyyələndirilir.

Əmtəə və xidmətlər bazarının müəyyən ərzaq və coğrafi sərhədləri var.

Bazarın əmtəə sərhədləri bir-birini əvəz edə bilən, konkret təsnifat əhəmiyyətli əmtəə və xidmətlərin dəsti kimi başa düşülür. Bu malların qiymətləri artdığı halda, istehlakçılar həmin ərzaq bazarının sərhəddinə daxil olmayan başqa bir ərzaq məhsulundan istifadə edə bilmir. Bazarın əmtəə sərhədləri çərçivəsində iki seqmenti-topdansatış və pərakəndə satış seqmentlərini ayırmaq olar. Əmtəəni təyin etdikdə əvvəlcə məhsulun, xidmətin, fəaliyyət növlərinin mövcud təsnifatlarından istifadə etməklə onun mənsub olduğu təsnifat qrupu müəyyən edilir.

Bazarın coğrafi sərhədləri-bir tərəfdən, heç bir çətinlik çəkmədən mal alan alıcıların artıq xərc çəkməməsi, digər tərəfdən isə həmin bazarda rəqabət göstərməyə hazır olan malgöndərənlərin fəaliyyət göstərməsi üçün müəyyən ərazidir. Bazarın coğrafi sərhədləri tələb və təklif tərəfindən baxılır. Coğrafi sərhədləri təyin edəndə müvafiq ərazilərdə alıcıların əmtəə əldə etməyinin iqtisadi imkanları və bu ərazidən kənar belə imkanın olmamasına əsaslanmaq lazımdır.

Özəlləşdirmə üzrə mütəxəssislərin rəylərinə görə əmtəə bazarının coğrafi sərhədlərinin düzgün təyin edilməsi üçün nəinki müvafiq bir ərazidə alıcıların mal almağa iqtisadi imkanları, hətta bu əraziyə satıcıların mal gətirməsi imkanları da nəzərə alınmalıdır.

Əmtəə bazarlarının coğrafi sərhədlərinin təyin edilməsinə dair metodoloji tövsiyələr alıcının satıcıya doğru hərəkətinə çəkilən nəqliyyat xərclərinin malın qiymətinin 5%-dən çox olmasına icazə vermir (xarici təcrübəni nəzərə almaqla).

Əmtəə və xidmətlər bazarında rəqabətin statistik tədqiqi rəqabət mühitini öyrənmək, xüsusilə rəqib müəssisə (firma) haqqında informasiya toplanması və işlənməsi sistemini müəyyən etməkdən çox asılıdır.

Rəqiblərin fəaliyyətinin təhlilinə aşağıdakılar daxildir:


  • rəqib müəssisələrin (firmaların) əmtəə siyasətinin strukturunun öyrənilməsi;

  • rəqiblərin qiymət səviyyələrinin və dinamikasının öyrənilməsi;

  • rəqib müəssisələrin (firmaların) əmtəə satışının təşkilinin (ticarət təchizat infrastrukturunun, onun inkişafı və yerləşdirilməsi, mal dövriyyəsinin formaları və s.) təhlili;

  • rəqiblərin maliyyə vəziyyətinin qiymətləndirilməsi.

Bazarın vəziyyəti haqqında informasiyanın sistemli toplanması, işlənməsi və təhlili rəqabətin statistik tədqiqində əsas tələblərdən biridir. İnformasiya sistemi dedikdə, müəyyən dövr ərzində mal bazarlarının vəziyyətini xarakterizə edən və onların inkişaf proqnozuna imkan verən informasiya mənbələrinin məcmusu başa düşülür. Bazar haqqında informasiyanın əsas mənbələrinə aşağıdakılar aiddir: dövlət statistikası; sahə uçotu və statistikası; topdan və pərakəndə ticarətdən daxil olan informasiya; xüsusi müşahidə məlumatları.

Əmtəə və xidmətlər bazarında mövcud rəqabətin tipini və növünü müəyyən etmək məqsədilə onu müxtəlif əlamətlərə (firmaların sayı, iri və kiçik olması, məhsulun növü və eynilik dərəcəsi, bazara giriş və çıxışın sərbəstlik səviyyəsi və s.) görə qruplaşdırmaq lazımdır.

Rəqabətin statistik təhlilinin əsas mərhələləri aşağıdakılardır:


  • bazarda rəqabətin mövcud olmasının və rəqabət modelinin xarakterinin təyin edilməsi;

  • rəqabət vərəqinin tərtib edilməsi.

I mərhələdə rəqabətin müayinəsi aparılır. Rəqabətin səviyyəsi və inten-sivliyinin qiymətləndirilməsi, rəqiblərin niyyətlərinin aşkar edilməsi, onların potensialının xarakterizə edilməsi rəqabət mühitinin müayinəsi (diaqnostikası) adlanır. Rəqabət mühitinin təyin edilməsi və təsviri rəqabətin diaqnozu adlandırılır.

Rəqabət və inhisarçılığın səviyyəsinin qiymətləndirilməsi bazar konyunktu-rasının əhəmiyyətli komponenti sayılır. Bunlara rəqib müəssisələrin (firmaların) sayı və ölçüsü, bazar payı və onların bu əlamətlərə görə bölüşdürülməsi aiddir. Bu, bazarın tipini təyin etməyə və bazar tipologiyası matrisasını qurmağa imkan verir. Rəqabətin müayinəsi zamanı aşağıda göstərilən rəqabət cədvəlindən (matrisasından) istifadə edilir.

Cədvəl statistik məlumatlar, ekspert qiymətləndirmələri və digər faktlar əsasında doldurulur.

Cədvəl 1


Bazarın tipi

Müəssisələrin (firmaların) sayı

Əmtəələrin növü

Qiymət nəzarəti

Qeyri-qiymət rəqabəti

xalis (mükəmməl) rəqabət

həddən çox

standartlaşdırılmış

yoxdur

yoxdur

inhisarçı rəqabət

çox

diferensiallaşdırılmış

dar çərçivədə

reklam, servis xidməti və s.

oliqapoliya




bir neçə

standartlaşdırılmış və diferensiallaşdırılmış

məhdud

müxtəlif formalı

xalis


inhisar

bir

yeganə

böyük

istehlakçıların hüquqlarının müdafiə hərəkatı

Cədvəldə bazarın tipi eyniadlı əmtəələr istehsal edən müəssisələrin (firmaların) sayından asılıdır. Müəssisə məhsulların rəqabəti ilə yanaşı bazarın rəqabət strukturunu da nəzərə almalıdır. Rəqabət strukturundan asılı olaraq bu matrisa (cədvəl) müəssisələrin (firmaların) iştirak etdikləri konkret bazarı müəyyən tiplərə bölür.

Bazar iqtisadiyyatı şəraitində bazarlar mümkün rəqabət quruluşunu xarakterizə edən mükəmməl rəqabətli, inhisarçı rəqabətli, xalis inhisarçı və oliqapoliya bazar tipləri, məhsul istehsal edən firmaların sayı, qiymət nəzarəti, malın diferensiallaşması və s. parametrlərə görə tədqiq edilir.

Bazarda xalis və ya mükəmməl rəqabətin xüsusi yeri vardır. Bu rəqabət bazarında eyni malın və ya xidmətin (məsələn, qida məhsulları, xammal, qiymətli kağızlar) çoxsaylı satıcısı və alıcısı mövcuddur və onların heç biri məhsulun (xidmətin) qiymətinə təsir göstərə bilməz. Çünki, bazarda onun payı çox da yüksək deyildir. Bu vəziyyətdə qiymət, tələb və təklifdən asılı olaraq müəyyən edilir. Mükəmməl rəqabət şəraitində satıcıların heç biri bazar haqqında kifayət qədər məlumata malik olmur. Mükəmməl rəqabətli bazarda istehsalçıların sayı daim dəyişir. Belə ki, satıcıların bazara daxil olması və çıxması üçün maneə yoxdur. Başqa sözlə desək, bazarda təklif edilən məhsullar (xidmətlər) eyni növlü olduğu üçün onların hansı satışdan alınmasının fərqi yoxdur. Deməli, bu bazarda rəqabət yalnız qiymət rəqabəti şəklində təzahür edir.

Mükəmməl rəqabətin tam əksi olan anlayış inhisardır. İnhisar şəraitində bazarda bir satıcı mövcud olur və o, oxşarı olmayan mal təklif edir. Həmin məhsulun miqdarına nəzarət edən yeganə satıcı məhsulun qiymətini dəyişdirməklə daha çox mənfəət götürmək imkanına malik olur. Məhsul istehsal edən müəssisənın yeganəliyi, əmtəənin miqdarı və qiyməti üzərində tam nəzarət, inhisarı mükəmməl rəqabətdən fərqləndirən başlıca cəhətdir.

Rəqabətin qeyri-mümkün olduğu iqtisadiyyat sahələri mövcuddur ki, bu da təbii inhisarlar adlanır. Məsələn, qaz sənayesi, elektroenergetika, su təchizatı və s. bunlara misal ola bilər. Təbii inhisarın fəaliyyəti, adətən dövlət tərəfindən himayə edilir və tənzimlənir.

Oxşar, lakin, alıcı baxımından fərqli xüsusiyyətləri olan məhsul (xidmət) istehsalçıları olan hər bir müəssisənin (firmanın) məhsulun (xidmətin) keyfiyyət, qablaşdırma və digər əlamətlərinə görə fərqlənən xüsusi növünü təklif etdiyi bazarda inhisar rəqabəti baş verir. Bu bazarda rəqabət, adətən, qeyri-qiymət xarakterli olur. Məhsul (xidmət) təklif edənlər arasında gizli sövdələşmələr mümkün olmur, iştirakçılar bazardakı davranışlarını sərbəst müəyyənləşdirirlər. İnhisar rəqabəti mühitində alıcının tələbini məhsula (xidmətə) uyğunlaşdıran reklamın rolu yüksəkdir.

Oliqopoliya şəraitində bir neçə iri istehsalçı (satıcı) arasında kəskin rəqabət gedir və digər satıcıların bazara daxil olması çətinləşir. Təklif edilən xammal və yarımfabrikatlar, adətən oxşar, hazır məhsullar isə fərqli olur. Oliqopoliya gizli sövdələşmələrin geniş yayıldığı mühitdir. Bu sövdələşmələr ən müxtəlif forma ala bilər.

Rəqabətin statistik tədqiqinin II mərhələsində statistik registr və şəxsi müşahidələr əsasında rəqabət vərəqi tərtib edilir. Bu vərəqdə eyniadlı və oxşar məhsul istehsal edən və yaxud satışa çıxaran müəssisələrin (firmaların) siyahısı göstərilir.

Aşkar edilmiş müəssisələr (firmalar) bazarın miqyası, tipi, növü və əmtəə xüsusiyyətlərinə görə qruplaşdırıla bilər.

Bazarın miqyası öz məhsullarını satıcı kimi bazara çıxaran istehsalçı müəssisələrin (firmaların) və ticarət vasitəçilərinin satdıqları əmtəələrin həcmi, onların sayı və ölçüsü ilə təyin edilir. Bu zaman müəssisə (firma) istehsal etdiyi məhsulun növü, bazar payı, çeşidi və satışın həcmi ilə xarakterizə edilir.

Satışın həcmi istehsal olunan məhsulun satışının, topdansatış vasitəçilərin mal dövriyyəsinin, topdansatış istehlakçıların mal dövriyyəsinin və pərakəndə satış mal dövriyyəsinin həcmi ilə əks olunur.

Bazarların tədqiqinin əsas istiqamətlərindən biri ayrı-ayrı əmtəə bazarlarının ümumi bazarda yerinin (pay göstəricisi), müxtəlif növ tələbin həcmi və quruluşunun mövcud və perspektiv vəziyyətinin müəyyən edilməsindən ibarətdir.

Bazarın faktiki tutumunun müəyyən edilməsi bazar tədqiqatlarının başlıca vəzifələrindən biridir. Bazarın tutumu aşağıdakı formula ilə hesablanır:


BT=İ+İDX+(QƏ-QS)+(EƏ-ES)
burada, İ-istehsal; İD – idxal; İX – ixrac; QƏ – dövrün əvvəlinə qalığın həcmi; QS – dövrün sonuna qalığın həcmi; EƏ - dövrün əvvəlinə ehtiyatın həcmi; ES – dövrün sonuna ehtiyatın həcmi.
Cədvəl 2

1997-2006– ci illərdə Azərbaycanda bazarın faktiki tutumu




İllər

Əmtəə bazarının tutumu (milyon manat)

Ərzaq malları

Qeyri-ərzaq malları

Adambaşına düşən mal satışı

Cəmi

1997

3972,5

1320,9

699,7

5293,4

1998

5176,6

2162,4

690,2

7339,0

1999

5956,9

2528,7

1099,4

8456,6

2000

6384,0

2854,8

1185,5

9238,8

2001

6490,9

2957,2

1201,6

9448,1

2002

7235,5

3363,9

1336,9

10599,4

2003

8036,2

3841,2

1486,3

11877,4

2004

9016,9

4425, 4

1669,5

13442,3

2005

10211,1

5098,9

1886,8

15310,0

2006

12372,2

6277,5

2278,1

18649,7

Ayrı-ayrı əmtəə bazarlarının tədqiqi üçün mal satışının ümumi həcmində müəssisənin məhsulunun xüsusi çəkisini əks etdirən bazarın pay göstəricisi mühüm əhəmiyyət kəsb edir. Müəssisənin (firmanın) bazar payı rəqabət mübarizəsinin nəticəsini əks etdirən göstəricidir.

Müəssisənin (firmanın) bazar payı konkret əmtəə növünün satışının, yaxud mal dövriyyəsinin natura və ya dəyər ifadəsində həcminin bazarın həmin əmtəə üzrə satışının ümumi həcminə (mal dövriyyəsinin həcminə) nisbəti ilə aşağıdakı düsturla təyin edilir:



burada, i əmtəə növünün satışının ümumi həcmində müəssisənin (firmanın) payı;

i əmtəə növünün j müəssisəsində (firmasında) satışının həcmi;

n–bazarda iştirak edən j müəssisələrin (firmaların) sayıdır.

Müəssisənin (firmanın) mövqeyini bazardakı payına görə aşağıda göstərilən cədvələ əsasən təyin etmək olar.
Cədvəl 3


Müəssisənin bazardakı pay, %-lə

Müəssisənin rəqabətdə rolu

35 və daha çox


35-dən 20-yə qədər

20-dən 10-a qədər

10-dan az

bazarın lideri


liderliyə namizəd (güclü rəqabət mövqeyi olan müəssisə)
ardıcıl (idarə edilən, zəif rəqabət mövqeyi olan)
yoxsullaşan və rəqabətdən qaçan müəssisə (bazarın autsayderi)

Bazar payının keyfiyyət xarakteristikası (böyük, orta, kiçik və s.) nisbətən güclü rəqib firmaların payı ilə təyin edilir.

Bazardakı payının ölçüsü () satışın ümumi həcmindən (Q) və mənfəətdən (P), mənfəət də, öz növbəsində, satışın ümumi həcmindən asılıdır.

Bu statistik asılılığı aşağıdakı kimi göstərmək olar:


d= f (Q); P=f (Q)
Ümumi mənfəət dedikdə, ümumi gəlir ilə ümumi xərclərin fərqi başa düşülür. Müəssisənin (firmanın) məqsədini riyazi olaraq aşağıdakı kimi ifadə etmək olar:
Tm=Tg - Tx
Müəssisənin (firmanın) həm ümumi gəliri, həm də ümumi xərci istehsal həcmindən asılıdır. Bu asılılığı uyğun olaraq f(q) və g(q) ilə ifadə etsək,
Tm= f(q) - g(q) olar.
Lakin, rəqabətin bazardakı rolunun xarakteristikası yalnız bazardakı payı ilə kifayətlənmir. Bundan başqa, əmtəələrin keyfiyyəti və müxtəlif xüsusiyyətləri (xarici görünüşü, dizaynı, estetikası və s.) rəqabət mübarizəsinə təsir edən həlledici amillərdən sayılır.

Alıcıların əksəriyyətini təkcə əmtəənin özü deyil, onların hansı şəraitdə satılması, ticarətin xidmət formaları, ticarət müəssisələrinin yerləşdiyi məkan, onun memarlıq tərəfdən cəlbedici olması, nəqliyyat vasitələri, onun alınmasına sərf edilən vaxt və s. də az maraqlandırmır. Bu isə, öz növbəsində yüksək səviyyəli servis xidmətinin təşkilini və normal fəaliyyətini tələb edir.

Rəqabət mübarizəsinin formaları müxtəlifdir, lakin onun əsas mahiyyəti rəqibə nisbətən daha çox əmtəə satmaq və nəticədə rəqibin əldə edəcəyi mənfəətə də sahib çıxmaqdır.
1.4. Təmərküzləşmə səviyyəsinin tədqiqinin statistik üsulları

İnhisar və inhisarçılıq çoxlu istehsal vasitələrinin və insan qüvvəsinin bir əldə birləşməsidir. Onların yaranmasının əsas səbəbi istehsalın iri müəssisələrdə cəmləşməsi, yəni istehsalın təmərküzləşməsidir. Təmərküzləşmə zamanı təsərrüfat subyektləri (sahibkar) əldə etdiyi mənfəətin bir hissəsi hesabına elm və texnikanı inkişaf etdirərək istehsalı genişləndirir. Təmərküzləşmə müasir texnikadan daha dolğun istifadə etməyə və əmək məhsuldarlığını artırmağa imkan verir.

Adətən, bir iri müəssisənin tikintisinə sərf edilən vəsait onlarca xırda müəssisələrin tikintisinə sərf edilən vəsaitdən az olur. Lakin başlıca cəhət odur ki, iri müəssisədə hər bir məmulat daha ucuz başa gəlir, yəni məhsul vahidinin buraxılışına müəssisənin pul formasında məsrəflərinin maya dəyəri aşağı olur.

Müxtəlif sahələrdə müəssisələrin böyüklüyü müxtəlifdir. Böyüklüyünə görə müəssisələri ayırmaq üçün onları müəyyən meyarlarla fərqləndirmək lazımdır. Çünki, müəssisələr qurulduğu yerin böyüklüyü, çalışan işçilərin sayı, istehsal və satış xərcləri, sərmayə qoyuluşundakı paylar, ilkin qazancın miqdarı və s. bu kimi göstəricilərə görə fərqlənirlər.

Müəssisələr kiçik və kiçik olmayan müəssisələr kimi qruplara bölünürlər. Bu bölgü istehsal etdikləri məhsulun işlənilmə yerinə görə müxtəlif anlamlarda ola bilir.

Kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi onlarda çalışan işçilərin sayı və illik dövriyyəsi göstəriciləri əsasında aparılır. “İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 20 aprel tarixli 57 nömrəli qərarında kiçik sahibkarlıq subyektləri aşağıdakı meyar hədləri üzrə müəyyənləşdirilir.

Cədvəl 4

İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin

müəyyənləşdirilməsi meyarlarının hədləri*



İqtisadi fəaliyyət növləri

İşçilərin sayı

İllik dövriyyə

Kənd təsərrüfatı (İFNT üzrə A və B seksiyaları)

15 nəfərdən az

100 min manatdan az

Sənaye (İFNT üzrə C, D və E seksiyaları)

40 nəfərdən az

200 min manatdan az

Tikinti (İFNT üzrə F seksiyası)

40 nəfərdən az

200 min manatdan az

Topdansatış ticarət (İFNT üzrə 50 və 51-ci bölmələr)

10 nəfərdən az

300 min manatdan az

Pərakəndə satış ticarəti (İFNT üzrə 52-ci bölmə )

5 nəfərdən az

100 min manatdan az

Mehmanxana və restoranlarla xidmət göstərilməsi (İFNT üzrə H seksiyası)

5 nəfərdən az

100 min manatdan az

Nəqliyyat, anbar təsərrüfatı və rabitə (İFNT üzrə İ seksiyası)

5 nəfərdən az

100 min manatdan az

Maliyyə (İFNT üzrə J seksiyası)

5 nəfərdən az

100 min manatdan az

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət (İFNT üzrə K seksiyası)

5 nəfərdən az

100 min manatdan az

Təhsil (İFNT üzrə M seksiyası)

20 nəfərdən az

150 min manatdan az

Səhiyyə və sosial xidmətlərin göstərilməsi (İFNT üzrə N seksiyası)

5 nəfərdən az

100 min manatdan az

Digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi (İFNT üzrə O seksiyası)

5 nəfərdən az

100 min manatdan az

*) cədvəl qərar əsasında, iqtisadi fəaliyyət növlərinin təsnifatına uyğun tərtib edilmişdir.

Qərara müvafiq olaraq sahibkarlıq subyektlərinin kiçik sahibkarlıq sektoruna aid edilməsi üçün hər iki göstərici – işçilərin sayı və illik dövriyyə göstəriciləri bu sektor üçün müəyyənləşdirilmiş hədlər daxilində olmalıdır. Yeni fəaliyyətə başlayan sahibkarlıq subyektləri üçün 1 il müddətində bu hədlərlə müəyyən edilmiş işçilərin sayı meyarı əsas götürülür.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün bu hədlərlə müəyyən edilmiş illik dövriyyə meyarı əsas götürülür.

Bütün ölkələrdə iqtisadiyyatın formalaşmasının amillərindən biri kiçik, orta və iri müəssisələrin kooperasiyasının və inteqrasiyasının təmin olunmasıdır. Bu halda da variantlar olduqca müxtəlifdir. Eyni zamanda, bu müəssisə tiplərinin daxili bazarda rəqabətin vəziyyətinə təsiri müxtəlifdir.

Təcrübə göstərir ki, keçid iqtisadiyyatı və inkişaf etməkdə olan ölkələrdə kiçik müəssisələrin daxili bazarda rəqabət mühitini formalaşdırması potensialı daha genişdir. Bu, respublikamızın təcrübəsindən də aydın hiss olunur. Lakin, buna əsaslanaraq kiçik müəssisələri iri müəssisələrlə qarşı-qarşıya qoymaq yanlış olardı. Rəqabətin güclənməsi ilə yanaşı iqtisadi təmərküzləşmənin güclənməsi iqtisadi inkişaf amilidir.

İqtisadi təmərküzləşmə göstəricisinə görə Cənubi Koreya sənayesi ən təmərküzləşmiş sənaye sistemlərindən biri hesab olunur və bu həmin ölkənin iqtisadi nəticələrini şərtləndirən amillərin tərkibinə daxildir.

Rəqabətin inkişafı baxımından kiçik müəssisələr bilavasitə daxili bazarda rəqabət mexanizminin formalaşmasını sürətləndirərək iqtisadiyyatın inkişafını sürətləndirirsə, iri müəssisələr xarici bazarlarda rəqabət subyektinə çevrilməklə iqtisadiyyatın rəqabət qabiliyyətini gücləndirir. Xüsusi halda isə, respublikamızda iqtisadi təmərküzləşmə prosesi də, stimullaşdırma predmeti ola bilər və bu halda təsərrüfat subyektlərinin xarici bazarlarda rəqabət etmək qabiliyyətinin formalaşdırılması ilkin tələblərdən biri kimi götürülməlidir.
1.5. Qiymətin formalaşmasında inhisarçılığın təsirinin tədqiqinin statistik üsulları
Mülkiyyət formasından asılı olmayaraq bazar strukturu üç əsas hissədən ibarətdir: tələb, təklif və qiymət. Tələb istehlakı, təklif istehsalı özündə səciyyələndirir. Qiymət isə istehsalçılarla istehlakçılar arasında münasibətləri tənzimləyən əsas amildir.

Qiymət iqtisadi mexanizm kimi istehsal və istehlakın tarazlığını, onların dinamikasını və artım sürətlərini müəyyən edir.

Qiymət dedikdə, dövlətin müdaxiləsi olmadan istehsal və istehlakın varlığı ilə təyin edilən bazar qiyməti başa düşülür.

Qiymətin fəaliyyət göstərdiyi iqtisadi mühit bir-biri ilə sıx əlaqədardır. Bu mühiti bazar iqtisadiyyatının əsas elementləri, yəni əmtəə istehsalı, rəqabət, mülkiyyətin müxtəlif formaları təşkil edir.

Rəqabət şəraitinə və inhisarsızlaşma prosesinə təsir göstərən mühüm makroiqtisadi faktorlara qiymətlər aiddir.

Əgər heç bir satıcı (alıcı) bazarda əmtəənin qiymətinin dəyişməsinə təsir göstərə bilməzsə, onda bazar quruluşu mükəmməl rəqabət ilə xarakterizə olunur, əks halda rəqabət qeyri - mükəmməl rəqabət adlanır.

Qeyri-mükəmməl rəqabətə nisbətən mükəmməl rəqabətdə qiymətlərin dəyişməsi daha intensiv olur. Özü də birinci halda qiymətlərin dəyişməsi bir satıcının, yaxud bir alıcının təsiri ilə ola bilər.

Bazarın inhisar tipi qeyri-mükəmməl rəqabətin bir növüdür. İnhisar bazar tipində bir istehsalçı olur, o da təklif edilən istənilən əmtəənin həcminə tam nəzarət edir və qiyməti istədiyi kimi təyin edir. İnhisarçının bazara giriş maneələri nə qədər yüksək olarsa, onda o, bir o qədər güclü olar.

İnkişaf etmiş ölkələrin iqtisadiyyatında xalis inhisar, mükəmməl rəqabət kimi abstraktdır. Həmişə potensial rəqib, yaxud xarici istehsalçılarla rəqabət təhlükəsi mövcuddur.

Əgər bazar quruluşunda yeganə satıcıya qarşı yalnız bir alıcı durursa, onda həmin quruluş ikitərəfli inhisar adlanır.

İnhisarçı, ümumi mənfəətini artırmaq məqsədilə iki və daha çox bazarda öz malını müxtəlif qiymətlərə sata bilər. Bu isə, o vaxt əhəmiyyətli ola bilər ki, həmin bazarlar bir-birindən tamamilə əlaqəsiz olsun. Əks halda, ya alıcılar qiymətin aşağı olduğu bazara axar, ya da müəyyən qrup adamlar (alverçilər) qiymətin nisbətən aşağı olduğu bazardan əmtəəni alıb qiymətin nisbətən yüksək olduğu bazarda satacaqlar.

Beləliklə, birinci bazarda qiymət get-gedə artacaq, ikinci bazarda isə aşağı düşəcəkdir. Digər tərəfdən, inhisarçının istehsal etdiyi əmtəəyə özündən başqa da satıcıları meydana çıxacaqdır.

Göründüyü kimi, bazarın müxtəlifliyinin o vaxt əhəmiyyəti olur ki, orada əmtəənin yenidən satışı mümkün olmasın. Buna təyyarələrdə, gəmilərdə, kinoteatrlarda eyni əmtəənin müxtəlif qiymətlərə təklif olunduğunu, ya da qaz, su, elektrik enerjisinin əhaliyə və sənaye sahələrinə müxtəlif qiymətlərlə təklif olunduğunu göstərmək olar.

Təmiz və yaxud inhisar rəqabəti olan bazarda qiymət bərabər çəkili (taraz) səviyyəyə yönəlir, tələb və təklifin nisbətinin dəyişməsinə həssaslıqla reaksiya verir. Oliqapoliya bazarında isə, bu vəziyyət çox az hiss olunur.

Təmiz inhisar tipli bazarda ancaq bir istehsalçı olur, o da təklif edilən əmtəə və xidmətlərin həcminə tam nəzarət edir və qiyməti istədiyi kimi təyin edir.

Rəqib müəssisələrin birbaşa qeydə alınan satış qiymətləri rəqabət mübarizəsinə təsir edən əhəmiyyətli faktorlardan sayılır.

Qiymətin səviyyəsinə təsir edən əsas amillər 2 qrupa: daxili və xarici amillərə bölünür.

Daxili amillərə xərclər və qiymətin əmələ gəlməsinin təşkili və s. aiddir. Xarici amillər sırasına: bazarın növü; məhsulun (xidmətin) qiyməti; rəqabət və s. daxildir.

Bazarda iştirak edən müəssisələrin (firmaların) qiymət tərəddüdlərinin xarakteristikası böyük əhəmiyyət kəsb edir.

Qeydə alınmış fərdi qiymətlərin sayına əsasən rəqabət aparan müəssisələrin hər biri üçün orta qiymətlər aşağıdakı düsturla hesablanır:



burada,


- müqayisəli qiymətlərin cəmi;

- müqayisəli qiymətlərin sayı;

- orta qiymət.

Qiymətin fərdi səviyyəsi mütləq qiymətdir və mal vahidini almaq üçün sərf olunan pulun miqdarı ilə ölçülür.

Qiymətin ümumi səviyyəsi isə müəyyən dövrdə malların və xidmətlərin qiymətlərinin orta kəmiyyəti kimi təyin edilir. Orta qiymət istehlak xüsusiyyətləri bir-birinə yaxın olan mal və mal qruplarının ümumiləşdirici xarakteristikasıdır.

Statistikada orta qiymətlərin hesablanmasının müxtəlif üsulları mövcuddur. Bu və ya digər üsulun seçilməsi əldə olunan məlumatlardan asılıdır və aşağıdakı kimi hesablanır:



satışdan əldə olunan gəlir, manatla

P (mal vahidinin =

orta qiyməti) satılmış malın natura ifadəsində həcmi (miqdarı)

Müxtəlif mal qrupları (məsələn, ət və quş, meyvə və tərəvəz, mebel və s.) üçün orta qiymətlərin hesablanması üçün aşağıdakı orta hesabi çəki düsturundan istifadə edilir:



və yaxud

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə