1. Əmtəə və xidmətlər bazarında rəqabətin vəziyyətinin, təmərküzləşmə səviyyəsinin, qiymətin formalaşmasında inhisarçılığın təsirinin statistik tədqiqinin yekunları


Göstəricilərin buraxılmış qiymətlərinin analizi



Yüklə 0,61 Mb.
səhifə6/8
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65526
1   2   3   4   5   6   7   8
2.2. Göstəricilərin buraxılmış qiymətlərinin analizi

(Missing Value Analysis)
Əvvəlcə göstəricilərin buraxılmış qiymətləri dedikdə nə başa düşüldüyünü qısaca izah edək. Buraxılmış qiymət dedikdə, hər hansı bir dəyişənin verilməyən, çatışmayan qiyməti başa düşülür. Buraxılmış qiyməti sıfırdan fərqləndirmək lazımdır. Çünki sıfır konkret qiymətdir. Yəni hər hansı bir dəyişənin sıfır qiyməti ola bilər. Buraxılmış qiymət isə dəyişənin qiymətləri içərisində verilməyən, bəlli olmayan. müəyyənləşdirilməyən bir qiymətdir.
SPSS proqram paketində buraxılmış qiymətlərin iki növü vardır :


  • İstifadəçinin buraxılmış qiymətləri. Bu qiymətlər göstəricinin buraxılmış verilənlərinə uyğundur. Göstərici vardır, lakin onun üçün qiymət təyin etmək mümkün deyil və bu məqsədlə də belə hallarda onun üçün nişan adı təyin edilir. Misal üçün, hamiləlik haqqında sual kişilərə verilmir və onun kodu “99” kimi işarə edilir, adı isə “Bu sual kişilərə verilə bilməz” kimi təyin oluna bilər. Bu halda, istifadəçinin buraxılmış qiymətindən danışıla bilər.

  • Sistem buraxılmış qiymətləri. Əgər hər-hansı bir hal (sətir, yazı) üçün ədədi dəyişənin qiyməti yoxdursa, ona sistem buraxılmış qiyməti təyin edilir.

Buraxılmış qiymətin analizindən söhbət açıldıqda bu o deməkdir ki, məlumatın daxilində göstəricilərin buraxılmış qiymətləri olan hallarda, buraxılmış göstərici ilə digər göstəricilər arasındakı əlaqə bərpa edilir və buraxılmış göstəricinin hansı qiyməti ala biləcəyi göstərilir. Həm də riyazi üsulların köməyi ilə orta qiymətləndirmə aparmaq mümkün olur. Missing Value analizini aparmaq üçün aşağıdakı menyulardan istifadə olunur :


Analyze > Missing Value Analysis
Açılmış əlaqə panelinə fikir versək görərik ki, panel əsasən üç pəncərədən ibarətdir. Bu pəncərələrdən sol tərəfdə yerləşəni bazada olan dəyişənlərdir. Sağ tərəfdə yuxarıda yerləşən pəncərələr “Quantitative Variables” və “Categorical Variables”-dir. “Quantitative Variables” dəyişənlər pəncərəsinə mətn tipli dəyişənləri göndərmək olmur, yəni bu pəncərə mətn tipli dəyişənlərə aid deyil.

Categorical Variables” pəncərəsinə isə bütün tip dəyişənləri göndərə bilərik. Lakin Missing Value analizi aparmaq üçün numeric dəyişənlərindən istifadə edilməsi lazımdır. Bu pəncərəyə buraxılmış göstəricilərini yoxlamaq istədiyimiz dəyişəni “Categorical Variables” bölməsinə pəncərələr arasındakı ox vasitəsilə göndəririk.




Şəkil 1a. Missing Value Analysis pəncərəsi



Şəkil 1b. Missing Value Analysis pəncərəsi



Patterns düyməsi vasitəsilə biz dəyişənlərin neçə faiz nümunəsi üzərində analiz aparacağımızı, həmçinin nəticənin hansı dəyişənə görə sıralanmasını qeyd edə bilərik.

Həmçinin, Patterns əlaqə panelindən nəticədə alacağımız Missing Value analizindəki dəyişənləri seçə bilərik




Şəkil 2. Missing Value Analysis Pattern pəncərəsi



Continue və Ok düymələrini ardıcıl basırıq və aşağıdakı Output səhifəsində nəticəni əldə edirik.

Şəkil 3. Missing Value Analysis Pattern pəncərəsi




Deyilənləri nəzərə alaraq aşağıdakıları qeyd edə bilərik :

Buraxılmış göstəriciləri olan dəyişən öz sıra nömrəsinə uyğun olaraq nəticə cədvəlində göstərilmişdir. Missing and Extreme Value Patterns sütununda buraxılmış göstəriciləri olan sıralar müəyyən edilir. Variable Values sütununda isə analiz aparılan dəyişənlərin buraxılmış göstəriciləri bərpa edilir və onun hansı qiyməti ala biləcəyi müəyyənləşdirilir.

İstifadə olunan bazada “htforma” “mylk_first” dəyişənlərinin buraxılmış qiymətləri vardır. Nəticədən də bunu aydın şəkildə görmək olar. Dəyişənlərin buraxılmış qiymətlərinin əvəzinə buraxılmış qiymətin yerləşdiyi xananın yaxın ətrafına uyğun mümkün qiyməti verilmişdir. Bu nəticənin qane edici olub-olmamasına isə istifadəçi özü qərar verəcəkdir. Çünki yuxarıda qeyd edildiyi kimi, buraxılmış qiymət konkret rəqəm deyil, yəni analiz nəticəsində əldə edilən nəticə dəqiq qiymət deyil. İstifadə olunan misalda isə nəticə qənaətbəxşdir.



Buraxılmış qiymətlər üçün təsviri (deskriptiv) statistik analiz


Bir dəyişənli statistika. Bir dəyişənli statistika hər bir dəyişən üçün buraxılmamış dəyərlərin (qiymətlərin) sayını, buraxılmış dəyərlərin sayını və faizini, orta kəmiyyəti, standart kənarlaşmanı, ən böyük (maksimum) və ən kiçik (minimum) dəyərlərin sayını əks etdirir.

Dəyişkənlərin göstəriciləri uyğunsuzluq, t testi və frekans cədvəllərini tətbiq etməkdə istifadə olunur.



  • Uyğunsuzluq faizi. Hər bir dəyişkənlər cütlüyü bir dəyişkənin buraxılmış dəyərinin, həmçinin digər dəyişkənin buraxılmamış dəyərinin faizini göstərir.

  • İndikator dəyişkənləri ilə formalaşdırılmış qruplarla t testi. İki qrupun orta dəyərləri hər bir kəmiyyət dəyişəni üçün Student’s t statistikası vasitəsilə müqayisə edilir.

  • Kateqorial və indikator dəyişənləri üçün çarpaz cədvəllər. Cədvəl hər bir kateqoriya üzrə digər dəyişkənlərin buraxılmamış dəyərlərinin frekansını və faizini əks etdirir.

Hadisələrin n %-dən daha azının buraxılmış dəyər olaraq qəbul edilməsi, bu hadisələrin çox kiçik bir hissəsinin ehmal edildiyini bildirir.

Analyze>Missing Value Analysis> Descriptives



dfd

Şəkil 4. Missing Value Analysis Descriptives pəncərəsi




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə