1. Əmtəə və xidmətlər bazarında rəqabətin vəziyyətinin, təmərküzləşmə səviyyəsinin, qiymətin formalaşmasında inhisarçılığın təsirinin statistik tədqiqinin yekunları


Respondentlərin natamam ilkin məlumatlarını şərti hesablama



Yüklə 1,23 Mb.
səhifə5/8
tarix06.05.2018
ölçüsü1,23 Mb.
#42697
1   2   3   4   5   6   7   8

2. Respondentlərin natamam ilkin məlumatlarını şərti hesablama

(imputasiya, bərpa) metodları əsasında tamamlamaq üçün

elmi-metodoloji konsepsiya
Müqəddimə
Respondentlərin natamam ilkin məlumatlarının şərti hesablanması mikro və makro səviyyədə məlumatların redaktəsi (düzəldilməsi) prosesində yerinə yetirilir. Məlumatların mikro redaktəsi dedikdə, rayon səviyyəsində statistik müşahidə vahidlərinin göstəricilərinin hesabi və məntiqi yoxlanması, şübhəli, natamam göstəricilərin müxtəlif üsullarla bərpası başa düşülür. Məlumatların makro redaktəsi region və ya ölkə səviyyəsində aparılır.

Statistik məlumatların redaktəsinin və ya yoxlanmasının əsas məqsədi statistik informasiyasının keyfiyyətinin yüksəldilməsidir. Beynəlxalq tədqiqatlar göstərir ki, statistik məlumatların keyfiyyətinin yüksəldilməsi üçün redaktə prosesi statistik tədqiqatın dəyərinin 40%-nə yaxındır. Statistik məlumatların redaktəsi və imputasiyası prosesi xərc tutumlu əməliyyat olmasına baxmayaraq məlumatın keyfiyyətinin yüksəldilməsinə rəsmi və inzibati statistika orqanları tərəfindən xüsusi əhəmiyyət verilir.

Statistik məlumatların istehsalı prosesi aşağıdakı sxemdə göstərilən əməliyyatlardan ibarətdir:

Bazarın tələbi

Məlumatların toplanması

Redaktəsi

İşlənməsi

Yayılması

Ehtiyatlar

Metodlar


Keyfiyyət

Kəmiyyət


Mütəxəssis kompitentliyi
Qeyd edilməlidir ki, statistik məlumatların keyfiyyəti aşağıdakılardan asılıdır:

-statistik məhsullar təklifindən;

-statistik məlumatların istehlakçısının informasiya tələbindən;

-bazarda statistik məlumatların keyfiyyətindən;

-məlumatların redaktə metodundan;

-məlumatların keyfiyyəti və redaktəsinin qiymətləndirilməsindən;

-tətbiq edilən proqram vəsaitlərindən;

-məlumatların redaktəsi prosesinin təşkilindən və s.

Sxemdən göründüyü kimi, hər bir statistik məhsul iki dəyişənlə ifadə edilir: keyfiyyət və kəmiyyət (müşahidələrin sayı) göstəriciləri və bu göstəricilər arasında əks əlaqə mövcudluğu. Yəni, müşahidələrin sayı keyfiyyətə bu və ya digər dərəcədə təsir edir. Müşahidələrin keyfiyyətinin artırılması üçün onların optimal sayda olması lazımdır. Müşahidənin keyfiyyətinə-ehtiyatların düzgün bölüşdürülməsi, mütəxəssislərin təcrübəsi və intellektual səviyyəsi, istifadə olunan proqram vəsaiti və s. təsir göstərir. Statistik məlumatların işlənməsi prosesinin düzgün təşkili keyfiyyətə təsir göstərir.

Məlumatların redaktəsi aşağıdakıları tələb edir:

-müxtəlif metodlardan (yaxın, oxşar müəssisə, orta kəmiyyət, model və s.) istifadə etməklə redaktə prosesi üçün məlumatlar. Məsələn, səhvlərin tapılması üçün nəzarət alqoritmi, müəyyən kateqoriyalı xətaların imputasiyası (bərpası) alqoritmi, müəyyən natamam məlumatların şərti hesablanması üçün (bərpası) təlimat;

-rəqəm xarakterli məlumatların redaktə edilməsi prosesi haqqında məlumatlar. Məsələn, imputasiya funksiyası, redaktə üçün göstəricilərin məhdud qiymətləri və s. Bu məlumatlar redaktə prosesinin necə aparılmasını ifadə edir və bütün redaktə prosesini müfəssəl ifadə edir.

-xüsusi məlumatlar massivi üzrə tətbiq olunmuş prosesin texnoloji əməliyyatlar üzrə xarakteristikasını səciyyələndirən sənədlər. Məlumatların redaktəsi texnologiyasının yerinə yetirilməsi üzrə texnoloji sənədlər;

-statistik məlumatların istehsalı prosesi üzrə ehtiyyatların məsrəfi və maya dəyəri haqqında məlumatlar.

İlk iki növ məlumatlar redaktə prosesinin hazırlanması zamanı əldə edilir, sonrakı iki növ məlumatlar isə məlumatların redaktəsindən sonra əldə edilir.

Həmin məlumatlar eyni zamanda redaktə prosesinin təkmilləşdirilməsi, statistik məlumatların keyfiyyəti ilə redaktə prosesi arasındakı əlaqənin müəyyənləşdirilməsində istifadə edilir.



Məlumatların keyfiyyəti və redaktəsi prosesi

Statistik məhsulların keyfiyyətli olmasını təmin etmək üçün redaktə prosesinin göstəricilərinin identifikasiyası iki mərhələni əhatə edir:

-müşahidənin təsnifləşdirilməsi;

-səhv hesab edilən komponentlərin korrelyasiyası;

Statistik məlumatların istehsalının avtomatlaşdırılması prosesindən əvvəl məlumatların redaktəsi təlimata əsasən yerinə yetirilirdi. Daha səmərəli metodların tətbiqi kompüter vasitəsi ilə mümkündür. Təcrübədə istifadə olunmuş proqramlarda redaktə prinsipləri bir çox vasitələrlə həyata keçirilir. Hazırda müxtəlif metod və vasitələr mövcuddur.

Keyfiyyətin yüksəldilməsi üçün redaktə prosesində məlumatların generasiyası təsvir edilir. Lakin keyfiyyətli məlumatların alınması ilə redaktə prosesi arasında sıx əlaqə vardır. Redaktənin keyfiyyətə təsirinin öyrənilməsi redaktə olunmuş məlumatların ilkin məlumatlarla müqayisəsi yolu ilə aparılır. Başqa sözlə, xətanın öyrənilməsi prosesi redaktə edilməmiş (xam) məlumatların redaktə edilmiş (doğru) məlumatlarla müqayisəsi yolu ilə təyin edilir. Məlumatların redaktəsi prosesində yeni, keyfiyyətli məlumatlar generasiya olunur. Məlumatların redaktə prosesini davamlı olaraq yoxlamaq üçün aşağıdakı göstəricilərdən istifadə edilir:

N: Müşahidə vahidlərinin sayı;

Nc: Sorğudan imtina etmiş müşahidə vahidlərinin sayı;

Nı: Bərpa olunan (imputasiya) müşahidə vahidlərinin sayı;

X: Bütün müşahidə vahidləri üzrə ilkin (xam) göstəricilərin cəmi;

Xc: İmtina etmiş müşahidə vahidləri üzrə ilkin (xam) göstəricilərin cəmi;

Yı: İmtina etmiş müşahidə vahidləri üzrə bərpa olunmuş göstəricilərin cəmi;

Y: Bütün müşahidə vahidləri üzrə redaktə olunmuş göstəricilərin cəmi;

Kc: Redaktəyə nəzarət xərcləri;

Kı: Bərpa (imputasiya) xərcləri.

Bu göstəricilər redaktə prosesini qiymətləndirmək üçün vacib amillərdir. Bu amillər göstəricilərin doğru interpretasiyası üçün istifadə edilir. Redaktə prosesinin həmin göstəricilərindən istifadə edərək, aşağıdakı əmsallar hesablanır:



Tezlik:

Müşahidədən imtina tezliyi Fc=Nc/N

Bərpa (imputasya) tezliyi Fı = Nı/N

Dərəcəsi:

İmtina dərəcəsi R= Xc/X

Bərpa (imputasiya) dərəcəsi Rı=Yı/X

Bir vahidin dəyəri:

İmtina etmiş müşahidə vahidinin dəyəri Kc = Kc/N

Bərpa (imputasiya) olunmuş vahidin dəyəri Kı=Kı/N

Nümunələrin (seçmə) müşahidəsi üçün layihələr hazırlanır və qiymətləndirilir. Nümunələrin müşahidəsinin xətası sadə təsadüfi seçmə xətası ilə müqayisə edilərək tədqiqatın səmərəliliyi müəyyən edilir.

Lakin məlumatların keyfiyyətinin təmin edilməsi üçün müxtəlif nəzəriyyələrdən istifadə edilir. Əgər statistik tədqiqatları əhatə edən əməliyyatları araşdırsaq, onda statistik məlumatları istehsalının müxtəlif proseslərdən ibarət olduğunu görərik. Lakin həmin proseslərin hər biri statistik məlumatların keyfiyyətinə bu və ya digər dərəcədə təsir göstərir. Bu metodoloji materialda əsas diqqət redaktə prosesinə yönəlmişdir.

Statistik məlumatların redaktəsində aşağıdakılar nəzərə alınmalıdır:



  • redaktə prosesinin təsviri üçün konseptual çərçivənin hazırlanması;

  • tədqiqatın məlumat massivinin yaradılması, məlumatların toplanması;

  • mövcud redaktə vasitələrinin müqayisəsi və nisbi qiymətləndirilməsi;

  • redaktə prosesini ifadə edən modelin təsviri üzrə tədqiqatlar;

  • tədqiqat üzrə məlumatların mübadiləsi.

Məqsəd

Konseptual sistem

Statistik məlumatlar bazarı

İstifa-


dəci

lər


Digər

Pro-seslər

İstehsal sistemi

Redaktə prosesi

İşləmələr

Proqramlar

Tədqiqat

Layihə


Nəzarət

Təshih


Statistik məlumatların keyfiyyətinin idarə edilməsi (menecmenti)

Test və təkmilləşdirmə

Tədqiqat və informasiya mübadiləsi
Statistik məlumatların redaktəsi sxemi



Statistik məlumatların redaktəsi və bərpası meyarlarının təkmilləşdirilməsi

Avropa Komissiyasında İnformasiya cəmiyyətinin texnoloji proqramına uyğun olaraq statistik məlumatların redaktəsi və bərpası (imputasiyası) üzrə böyük tədqiqat işləri yerinə yetirilir. Bu tədqiqat işlərinin əsas məqsədi statistik məlumatların keyfiyyətinin yüksəldilməsi, yeni metodların tətbiqi və proqram vasitələrində bu metodlardan istifadə edilməsidir.

Statistik məlumatların redaktə edilməsi və bərpası üzrə tədqiqatlarda başlıca diqqət statistik məlumatların istehsalı ilə məşğul olan müəssisələrdə məlumatların toplanması zamanı metodlardan səmərəli istifadə edilməsinə yönəldilir. Avropa İttifaqı ölkələrində məlumatların redaktə edilməsi üçün müasir metodların (neyron şəbəkəsi və intensiv hesablama, dayanıqlı statistik metodlar) tətbiqinə imkan verən kompüter proqramlarından istifadə edilir. Neyron şəbəkəsi və intensiv hesablama metodu Böyük Britaniyada, dayanıqlı metodlar isə Niderland, İsveçrə statistika orqanlarında geniş tətbiq edilir.

Hazırda Avropa İttifaqında çox sayda institutlar statistik məlumatların redaktəsi və bərpası (imputasiyası) ilə məşğul olur. Həmin institutlarda statistik məlumatların redaktə və bərpa olunmasında istifadə edilən müxtəlif metodologiyaların inkişaf istiqamətləri və istifadə edilən kompüter proqram vasitələri təhlil edilir.

Məlumatların redaktəsi. Məlumatların redaktəsi prosesi səhvlərin axtarışı və təshih (korrektə) edilməsidir. Səhvlər doğru məlumatla qeyd edilmiş məlumat arasındakı müvafiq fərqdir. Doğru məlumat məlumatların toplanması prosesində ideal ölçmə zamanı qeydə alınmış məlumat hesab edilir. Məlumatların redaktəsinin iki müxtəlif növü mövcuddur-məntiqi və statistik. Məntiqi redaktə metodoloji qaydalara düzgün riayət edilməsini təmin edir. Redaktə prosesinin əsas mərhələsi səhvlərin lokallaşdırılması hesab edilir.

Bərpa (imputasiya): Məlumatlar massivində buraxılmış və ya şübhəli məlumatların redaktəsi (düzəldilməsi) məlumatların bərpası (imputasiyası) prosesi adlanır. Statistik müşahidələrdə statistik vahidlərin və ya konkret göstəricilərin bərpasına ehtiyac yaranır. Məlumatların bərpası üçün müxtəlif metodlardan (orta kəmiyyət, median qiyməti və ekonometrik model və s.) istifadə edilir. Bu metodların tətbiqi üçün müşahidə məlumatları (massivi) xüsusi statistik proqram paketi (SPSS, SAS və s.) vasitəsi ilə təhlil edilir.

Məlumatların şərti hesablanması (bərpası) üçün əsasən aşağıdakı metodlardan istifadə edilir.

•Subyektiv metod. Bu zaman göstəricilərin qiyməti intitiv olaraq hesablanır.

•Orta kəmiyyətin və modanın şərti hesablanması.

•Poststarafikasiya. Nümünələrin (seçmə) məlumatları stratalara (laylara) bölünür və hər bir strata üçün orta kəmiyyət, moda və median qiyməti hesablanır.

•Buraxılmış məlumatların digər mənbələrdən (əvvəlki müşahidə məlumatların) istifadə etməklə şərti hesablanması.

•Həmcins qruplardan təsadüfü üsulla götürülmüş (donor) məlumata əsasən şərti hesablanma.

•Yaxın qonşu prinsipi üzrə şərti hesablama.

•Reqressiya modeli üzrə şərti hesablama.

•Proqnozun orta kəmiyyəti əsasında şərti hesablama.

•Şərti qiymətin bir neçə dəfə hesablanması.

•Birdəfəlik şərti hesablama

Məlumatların redaktəsindən sonra nəticə göstəricilərinin qiymətləndirilməsi üçün ilkin və nəticə göstəricilər müqayisə edilir. Tutaq ki, ilkin göstərici Yi və nəticə göstərici , hesablanmış göstəricini Yi*, xətanı Ei ilə işarə edək. Onda göstəricinin redaktədən sonrakı qiyməti aşağıdakı ifadə ilə tapılır:



=Ei Yi + (1-Ei)Yi*

Məlumatın redaktədən sonrakı qiyməti ilə hesablanmış qiyməti arasındakı fərq aşağıdakı ifadə ilə tapılır:

Di = -Yi*= Ei (Yi-Yi*)

Məlumatların bərpa dəqiqliyi aşağıdakılardan ibarətdir:



  1. hesablanmış göstəricinin dəqiqliyi: Bərpa qiyməti doğru (normal) qiymətə maksimum yaxın olmalıdır;

  2. göstəricinin dinamikasının dəqiqliyi: Bərpa qiyməti göstəricilərin dinamik sırasının (statistik və ya variasiya sırasının) düzgün qurulmasından asılıdır;

  3. göstəricinin paylanmasının dəqiqliyi: Doğru məlumatların paylanma qanunauyğunluğu bərpa qiymətinin xətasına bu və ya digər dərəcədə təsir göstərir;

  4. qiymətləndirmə prosesinin dəqiqliyi: Xətaların qiyməti doğru məlumatlardan kiçik kəmiyyət qədər (müəyyən edilmiş hədd daxilində) fərqlənməlidir;

  5. xətanın dərəcəsinə görə bərpanın aparılması. Xətanın müəyyən həddində göstərici doğru (kafi) hesab edilir.

Qeyd edilməlidir ki, imputasiya prosesi verilənlər massivinin bütün növ göstəriciləri üçün aparılır. Lakin göstəricinin tipindən asılı olaraq bərpa qiyməti müxtəlif olur. Yəni, nominal, ordinar və interval kateqoriyalı göstəricilərin bərpası metodu mövcuddur.

Nominal kateqoriyalı verilənlərin bərpa xətası aşağıdakı ifadə ilə hesablanır:



Burada, -göstəricisi Y və Yi* -un imputasiya olunmuş variantıdır,

D -xətanın variasıyası aşağıdakı kimi qiymətləndirilir:

Burada, R-verilənin ilk c kateqoriyası üçün bərpa sayının c vektoru;

S-verilənin bu kateqoriyasının faktiki sayının c vektoru;

T-verilənin bu kateqoriyasının bərpa olunmuş hesabının çarpaz

təsnifatına uyğun müxabirləşməsinin kvadrat matrisi.

Bərpa prosesinin kafiliyi aşağıdakı ifadə ilə tapılır:



Burada, ε xətanın maksimum verilən qiyməti olub aşağıdakı kimi tapılır:



Bu göstərici nə qədər kiçik olsa, bərpa (imputasi) prosesi keyfiyyətli hesab edilir. İmputasiya zamanı bu göstəricinin sıfıra yaxınlaşdırılması məqsəd olaraq qarşıya qoyulur.



Ordinar kateqoriyalı göstəricilər üçün bərpa (imtutasiya) prosesinin ölçülməsi(qiymətləndirilməsi). Göstəricinin doğru qiyməti ilə bərpa qiyməti arasındakı xəta aşağıdakı kimi hesablanır:

Burada, d(a,b) a kateqoriyası ilə b kateqoriyası arasındakı məsafədir. Fərz etsək ki, kateqoriyalar 1–dən A-ya kimi işarə edilmişdir, onda d(a,b) aşağıdakı ifadə ilə hesablanır.





İnterval verilənləri üçün bərpanın (imputasiyanın) qiymətləndirilməsi. Pirson korrelyasiya əmsalı vasitəsi ilə məlumatın bərpa olunmuş qiyməti ilə onun ilkin qiyməti arasındakı əlaqə müəyyən edilir. Əgər korrelyasiya əmsalı normal qiymətə yaxındırsa onda bərpa qiyməti kafi hesab edilir.

Bərpa qiymətini qiymətləndirmək üçün reqressiya metodundan da geniş istifadə edilir. Bərpa olunan və ilkin göstəricinin xətti reqressiya funksiyası aşağıdakı kimidir:

Y*= β

Əgər həmin testin tətbiqində kafi nəticə alınmazsa, onda xətanın kvadratının orta qiyməti aşağıdakı ifadə ilə tapılır:



Dayanıqlı bərpa üsulunun qiymətləndirilməsi üçün bütün N məlumatlarından istifadə edilir və xətanın kvadratının orta qiyməti aşağıdakı düsturla hesablanır:



Burada, mN(Y) bütün N göstəriciləri üzrə Y-veriləninin orta çəkisidir.



w- çəkiləri göstərir.

2.1.Dinamik sıra məlumatlarının və panel göstəricilərinin

imputasiya (bərpa) prosesinin qiymətləndirilməsi
Müşahidə məlumatları massivində panel məlumatları təkrarlana bilər. Y dəyişəni üçün təkrar müşahidələrin vektoru məlumat massivində çoxdəyişənli təsadüfi göstəricilərdən təşkil olunmuşdur. Bu göstəricilərin imputasiya prosesinin xətasının qiymətləndirilməsi üçün ölçmənin çoxdəyişənli versiyasından istifadə edilir. Əvvəlki hallarda imputasiya prosesinin xətasının qiymətləndirilməsi üçün ancaq birdəyişənli versiya istifadə edilirdi.

Dinamik sıraların məlumatlarının bərpa qiymətinin xətasının tapılması zamanı kiçik fərq vardır. Tutaq ki, i=1,....,n müxtəlif dinamik sıraların indeksini göstərir və hər bir dinamika çoxdəyişənli müşahidələrin məlumatlarından ibarətdir və r*ik -k laqı (zaman) üzrə sıranın Yi dəyişəninin avtokorrelyasiyasını və isə k laqı üzrə müvafiq verilənin bərpa qiymətlərinin avtokorrelyasiyasını göstərir. İmputasiya prosesində alınmış qiymətlə qönşu qiymət arasında nisbi fərq aşağıdakı formula ilə tapılır:



İki imputasiya metodunun müqayisəsi. Avropa statistikasında müxtəlif imputasiya metodlarının təhlili üçün cədvəl və qrafik təhlillərdən istifadə edilir. Məsələn, xətanın qiyməti loqistik reqressiya metodu (neyron şəbəkə) ilə aparılır. Həmin təhlillərin nəticələri qrafik və cədvəl şəkildə təqdim edilir. Riyazi statistik təhlillərdə proqram vasitələrindən istifadə edilir ki, bu proqramlarla məlumatlar massivi müxtəlif səlis (aydın) alt çoxluqlara bölünür və hər qrupun nəticələri müqayisə edilir. Xətası az olan imputasiya metodu tapılır və onun tətbiqindən alınmış nəticələr kafi hesab edilir. Cüt imputasiya metodlarının nəticəsinin müqayisəsi üçün aşağıdakı ifadədən istifadə edilir:



Burada, - Y –dəyişəninin iki imputasiya versiyasıdır, α=1 və yaxud 2 qiymət alır.



İmputasiya əməliyyatının səmərəliliyi.Məlumatların redaktəsi və imputasiyası əməliyyatı məlumat massivi böyük olduqda daha səmərəli olur. Avropa statistikasında məlumatların redaktə və imputasiya prosesinin səmərəliliyinin müəyyən edilməsi üçün aşağıdakı meyarlardan istifadə edilir:

  • statistik məlumatların istehsalı prosesində məlumatların redaktəsi və imputasiyası üçün hansı ehtiyatlardan istifadə edilir;

  • məlumatların redaktəsi və imputasiyası metodunun saxlamaq üçün hansı ehtiyatlar lazımdır;

  • məlumatların redaktəsi və imputasiyası metodunun təcrübədə tətbiqi üçün hansı ekstertisa tələb edilir;

  • hansı proqram və aparat vasitələri tələb edilir;

  • məlumat massivinə hansı məhdudiyyətlər (imputasiya olunacaq massivin uzunluğu, tamlığı və s.) qoyulmuşdur;

  • məlumatların redaktəsi və imputasiya prosesi ilə əks əlaqənin mövcudluğu. Həmin əks əlaqə məlumatından istifadə edərək imputasiya prosesinin səmərəliyin artırılır;

  • məlumatların redaktəsi və imputasiya prosesinin modernləşdirilməsi üçün hansı ehtiyatlar lazımdır.

  • məlumatların redaktəsi və imputasiya sisteminin istismarının əsasları (metodologiya, alqoritm, kodlaşmanın aydın sənədləşdirilməsi) mövcuddurmu.

Şübhəli məlumatları bərpa etmək üçün məlumat massivi redaktə olunur və məlumatların şübhəliliyi dərəcəsi azaldılır. Məlumatların şübhəlilik dərəcəsi xam məlumatların düzəldilməsi və ya imputasiyasından əvvəlki halı ilə imputasiyadan sonrakı halını müqayisə etməklə hesablanır.

İmputasiya xətasının ölçülməsinin keyfiyyəti. Avropa statistikasının təcrübəsindən məlumdur ki, məlumatların redaktəsi və imputasiyası üçün imitasiya (təqlid etmə) metodundan istifadə daha keyfiyyətli nəticələrin alınmasını təmin edir. Bu metod vasitəsi ilə eksperimentin şərtləri dəyişdirilərək daha optimal variant tapılır. Qeyd etmək lazımdır ki, istənilən proqramın tətbiqi natamam və ya qeyri-doğru məlumatların real həyatda olan qiymətinin imputasiya edilməsini təmin etmir. Daha doğrusu alternativ qiymət hesablanır.

Orta kəmiyyətə, median qiymətinə, yaxın qonşu prinsip üzrə natamam məlumatların bərpası üçün aşağıdakı misala baxaq. Tutaq ki, baş məcmuda 40 müəssisəyə dair məlumatlar verilmişdir.




Sıra N-si

Dövriy-

yənin həcmi

(manat)
Y


Xammal

və material istehlakı (manat)

X1


Əsas istehsal fondlarının dəyəri

(manat)


X2

İşçilərin sayı

(nəfər)
X3



Enerji

istehlakı

(ton neft

ekvivalenti)



X4

1

54.8

6.25

7.9

64

1700

2

45.0

4.98

5.5

45

1360

3

2.4

0.36

0.70

4

250

4

1.3

0.195

0.50

3

300

......
















33

6.7

0.804

1.02

6

250

34

1.3

0.156

0.30

5

100

35

4.8

0.72

0.96

4

360

36

2.3

0.345

0.75

5

520

37

4.9

0.735

1.07

7

850

38

46.7

14.67

10.01

78

2005

39

20.5

2.46

0.60

40

1650

40

4.0

0.48

0.56

5

250

Müşahidə aparmaq üçün müəssisələri işçilərin sayına görə qruplaşdıraq və hər qrup üzrə statistik xarakteristikaları tapaq.




Klaster N-si



Klasterdə müəssi-sələrin sayı, N


Orta

qiymət




Median qiyməti



Orta

qiymətin


xətası


İntervalın minimum qiyməti


İntervalın maksimum qiyməti


Standart kənarlaşması



1

1

109

109

.

109.00

109.00

.

2

5

51.2

48

3.39706

45.00

64.00

7.59605

3

1

78.0

78

.

78.00

78.00

.

4

25

7.72

7

.77356

3.00

16.00

3.86782

5

8

37.6250

37.5

1.20915

34.00

42.00

3.42000

Yekun

40

23.4250

11.0

3.80703

3.00

109.00

24.07775

Cədvəldə qruplar üzrə müəssisələrin sayı, işçilərin sayının maksimum və minimum qiyməti verilmişdir. Bu göstəricilər müşahidə məlumatlarının redaktəsi və yekunlaşdırılması zamanı istifadə edilir. Yəni, şübhəli məlumatlarının bərpası üçün həmin müəssisənin yerləşdiyi qrupun orta və ya median qiymətlərindən, yaxud həmin müəssisəyə yaxın qonşu müəssisənin məlumatlarından istifadə edilir. Deməli, ilk növbədə həmin müəssisə aid olduğu qrupu və ya ona yaxın müəssisəni müəyyən etmək lazımdır. Bu proses klaster təhlili vasitəsi ilə mümkündür.

Müəssisənin qruplaşdırılması prosesi seçmə mərhələsində statistik registrə əsasən aparılır. Verilmiş misalda müəssisələr bir amil (işçilərin sayı) üzrə qruplaşdırılmışdır. Bir neçə amilə (işçilərin sayı və dövriyyənin həcmi və s.) görə qruplaşdırma çoxölçülü qruplaşdırma adlanır. Son zamanlar müəssisələrin qruplaşdırılması 4 amil (kapital, işçi qüvvəsi, enerji, material-KLEM) üzrə aparılır.

Model üsulu ilə məlumatların redaktə edilməsinə dair aşağıdakı misala baxaq.




N-si

İşçilərin sayı, nəfər

Əsas istehsal fondlarının

orta illik dəyəri, min manat



Əhaliyə göstərilmiş

pullu xidmətlərin

həcmi, min manat


Balans mənfəəti,

min manat






Y1

Y2

Y

Y3

1

20

33

379

66

2

6

5

15

10

3

8

6

125

11

4

1

12

5

2

5

12

45

100

2

6

4

14

20

12

7

11

2

90

1

8

5

120

9

15

9

4

8

26

33

10

2

67

13

1

11

52

1195

760

104

12

22

19

127

25

13

17

400

170

50

14

2

41

78

36

Reqressiya tənliyinin parametrləri aşağıdakı kimi olar (SPSS proqramı vasitəsi ilə tərtib edilmişdir);




Model


Reqressiya əmsalı

Statistik xarakteristikalar

B1

B2

B3

R2

F

S

Y

12.2

0.2

-22.8

0.9

49.7

70.3

Hesablanmış statistik xarakteristikalar əsasında aşağıdakı ekonometrik tənliyi qurmaq olar:

y=12.1*y1+0.2*y2-22.8

Burada, y1-işçilərin sayı;

y2-əsas istehsal fondlarının orta illik dəyəridir.

Reqressiya əmsalına görə demək olar ki, işçilərin sayını 1 nəfər artırsaq əhaliyə göstərilən pullu xidmətlərin həcmi 12.2 min manat, əsas istehsal fondlarının orta illik dəyərini min manat artırsaq, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 0.2 min manat artar.

Tənliyə əsasən ayrı-ayrı müəssisələrin xətaları aşağıdakı cədvəldə kimidir


N-si

İşçilərin

sayı


(Y1)

Əsas istehsal fondlarının orta dəyəri (Y2)

Xidmətin həcmi

(hesabat üzrə)



(Y)


Modelə əsasən hesablanmış xidmətin həcmi (Y)

Mütləq xəta (səhv)


Nisbi xəta, faizlə

1

20

33

379

228

151

40

2

6

5

15

51

-36

-243

3

8

6

125

76

49

39

4

1

12

5

-8

13

264

5

12

45

100

133

-33

-33

6

4

14

20

29

-9

-44

7

11

2

90

112

-22

-24

8

5

120

9

62

-53

-591

9

4

8

26

28

-2

-6

10

2

67

13

15

-2

-15

11

52

1195

760

851

-91

-12

12

22

19

127

249

-122

-96

13

17

400

170

265

-95

-56

14

2

41

78

10

68

87






















Orta qiymət

11.9

140.5

136.9










Median qiymət

7

26

84









Tutaq ki, 5 müəssisədən işçilərin sayı və əsas istehsal fondlarının həcminə dair məlumatlar əldə edilmişdir. Lakin göstərilən xidmət haqqında məlumat təqdim edilməmişdir.




N-si

İşçilərin

sayı


(Y1)

Əsas istehsal fondlarının orta dəyəri (Y2)


Xidmətin həcmi

(hesabat üzrə)

(Y)


Modelə əsasən hesablanmış xidmətin həcmi

(Y)


Mütləq xəta (səfv)


Nisbi xəta, faizlə


15

10

300













16

9

250













17

5

170













18

12

350













19

11

380













20

20

600












Bu cədvəldə göstərilmiş xidmətin həcmini şərti üsulla hesablamaq olar. Verilmiş qiymətləri modeldə yazsaq xidmətin həcmini (Y) tapa bilərik.




N-si

İşçilərin

sayı


(Y1)

Əsas istehsal fondlarının orta dəyəri (Y2)


Xidmətin həcmi

(hesabat üzrə)


(Y)


Modelə əsasən hesablanmış xidmətin həcmi

(Y0)



Mütləq xəta (səhv)


Nisbi xəta, faizlə


15

10

300




159







16

9

250




137







17

5

170




72







18

12

350




194







19

11

380




187







20

20

600




341






Göründüyü kimi, tərtib olunmuş modelin adekvatlığı və dəqiqliyi bərpa qiymətinə təsir göstərir.



Modelin tərtibi texnologiyasına dair misal. Tutaq ki, valyutanın məzənnəsinə təsir göstərən makro göstəricilər (əlavə 1) aşağıdakı kimi şərti işarələrlə ifadə edilmişdir:

Y0 – dövr, rüblər;

Y1- nominal mübadilə məzənnəsi, 1$ = manat;

Y2- dövriyyədə olan pulun həcmi, milyard manat;

Y3 -ixrac olunan mal və xidmətlərin həcmi, milyon ABŞ dolları;

Y4 -idxal olunan mal və xidmətlərin həcmi, milyon ABŞ dolları;

Y5 -Ümumi daxili məhsul, milyard manat;

Y6 - istehlak qiyməti indeksi, əvvəlki ilə nisbətən;

Y7 - valyuta ehtiyatları, milyon ABŞ dolları;

Y8 - verilmiş kreditlərin faizi, %-lə.

Göstəricilər arası xətti korrelyasiya əmsallarını hesablasaq görərik ki, nominal mübadilə məzənnəsi (Y1) ilə Ümumi Daxili Məhsul (Y5), xalis ixrac (Y5-Y4) ilə kredit faizi (Y8) arasında korrelyasiya əlaqəsi daha böyükdür. Göstəricilərin riyazi-statistik xarakteristikaları və korrelyasiya əmsallarının qiyməti aşağıdakı kimidir:


Göstəricilərin

şərti işarəsi



Orta qiymət

Standart kənarlaşma

Müşahidələrin

sayı


Y1

4259.86

282.23

28

Y5

4514.17

1629.0

28

Y4-Y3

-25.9

152.07

28

Y8

34.04

54.33

28

Korrelyasiya əmsalları




Göstəricilərin

şərti işarəsi



Y1

Y5

Y4-Y3

Y8

Y1

1

0.709

0.172

0.395

Y5

0.709

1

-0.059

0.432

Y4-Y3

0.172

-0.059

1

-0.555

Y8

0.395

0.432

-0.555

1

Cədvəldən göründüyü kimi, xətti korrelyasiya əmsalı nominal mübadilə məzənnəsi (Y1) ilə Ümumi Daxili Məhsul (Y5) arasında 0.395, xalis ixrac (Y4-Y3) ilə 0.709 və verilmiş kredit faizi ilə 0.172 olmuşdur. Korrelyasiya əlaqəqəsinin qiymətlərinin əhəmiyyətli olmasını nəzərə alaraq nominal mübadilə məzənnəsini (Y1) hesablamaq üçün SPSS proqram paketindən istifadə etməklə aşağıdakı ekonometrik modeli tərtib edək:

Y1= 3915.5+1.055*(Y4-Y3)+2.166*Y8+(6.601E-02)*Y5

R=0.791, R2=0.625, F=13.341, DW=0.767

Fişer kriteriyasının cədvəl qiyməti sərbəstlik dərəcəsi n1=3, n2=24 halında F3,24,0.05=3.01 olar. T-student kriteriyasının sərbəstlik dərəcəsi n=24 olduqda cədvəl qiyməti t24,0.05=2.06 olur. Göründüyü kimi, F>F3,24 –dir və bu şərtlərin gözlənilməsi modelin adekvatlılığını göstərir. Lakin bu kriteriyaların ödənilməsi aparılmış hesablamaların doğru olması demək deyildir. Ona görə də faktiki qiymətlərlə hesablanmış qiymətlərin fərqi (xəta) müqayisə edilməlidir. Bu müqayisə ekonometrik təhlil vasitəsi ilə aparılır. Ekonometrik təhlil vasitəsi ilə xətaların çoxluğunun orta qiyməti, dispersiyası, qeyri-asılılığı və normallığı yoxlanmalıdır. İsbat olunmuşdur ki, xətaların çoxluğu orta qiymət sıfır, dispersiya sabit olanda normal paylanır. Xətalar çoxluğunun dispersiyasının sabitliyi aşağıdakı modelin köməyi ilə yoxlanılır:

eş0+ α1Y1i2Y2i+.....α n Yni +ui

Burada, e-xətanın hesablanmış qiymətidir

Əgər həmin modelin determinasiya əmsalı (R2) ilə müşahidələrin sayının hasili R2*n < χ2 olarsa, onda homogenlik təmin olunur. Ekonometrik təhlildə bu qayda ağ (White) test adlanır. Aşağıdakı cədvəldə xətaların və başqa dəyişənlər, ağ test üçün reqressiya tənliyinin parametrləri hesablanmışdır.

R2=0.243, n=22, R2*n=6.8, χ2=33.9. Şərtə müvafiq olaraq xətaların dispersiyası sabitdir. Yəni, homogenlik təmin edilir.

Bu testin yoxlanması zamanı ancaq 2 dəyişəndən istifadə edilmişdir. Üçüncü dəyişən isə testdə iştirak etməmişdir, Əgər dəyişənlərin sayı çoxalarsa, onda testin tətbiqi çətinləşər. Bu çətinliyi aradan qaldırmaq üçün Laqraj funksiyasından istifadə edilir və xətaların (qalıqların) kvadratları, dəyişənlər (Yi) qiymətlərinin kvadratları ilə reqressiya funksiyası qurulur. Bu funksiyanın ümumi şəkli aşağıdakı kimidir.

e2= α+β*Yi2+ui

Əgər həmin reqressiya funksiyasının determinasiya əmsalı ilə müşahidələrin sayının (n) hasili χ2 paylanmasının cədvəl qiymətindən böyükdürsə, onda qeyri homogenlik (heteroskedastiklik) hipotezası qəbul olunur. Həmin testi yoxlamaq üçün dəyişənin (Y1) cədvəldə (Əlavə 3) göstərilmiş qiymətini hesablayaq.

Hesablanmış xətaların kvadratları və Y1 dəyişəninin hesablanmış qiymətlərinin ekonometrik təhlili nəticəsində alınmış determinasiya əmsalı R2*n=0.59*26=15.54 və χ226, 0.05=38.9 olmuşdur. Deməli, qeyri-homogenlik (heteroskedastiklik) şərti ödənilmir, yəni xətaların dispersiyasının sabitliyi hipotezi doğrudur.Xətaların normallığı statistik xarakteristikalar və qeyri-asılılığı isə kovariasiya əmsalları ilə müəyyən edilir. Valyutanın nominal mübadilə məzənnəsinin hesablanması üçün tərtib edilmiş modelin əsasında hesablanmış qiymətlər və xətalar cədvəldə (əlavə 4) verilmişdir.

Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən misalın həlli üçün SPSS proqram paketindən istifadə edilmişdir. Həmin proqramın tətbiqinə dair təlimat AR Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi tərəfindən hazırlanmış “SPSS proq-ram paketi və tətbiqi statistikaya giriş” vəsaitində (Bakı-2010) verilmişdir (Əlavə 5).


Əlavə 1

Valyutanın məzənnəsinə təsir göstərən makro göstəricilər




Y0

Y1

Y2

Y3

Y4

Y5

Y6

Y7

Y8

1

4324.54

123.41

491.16

78.3

126.8

1824.4

200.5

237

2

4416.62

157.97

632.53

123.3

138.7

2400.5

114.3

180

3

4474.35

79.22

755.78

168.78

160.4

3040.6

102.6

100

4

4438.68

119.62

858.38

176.9

241.8

3403.5

108.5

80

5

4430.51

159.88

839.92

131.4

304.6

2334.4

108.1

50

6

4355.78

133.93

865.64

161.2

223.9

2997.2

99.7

30

7

4268.1

134.68

987.37

148.5

209.8

3890.4

99.4

25

8

4150.67

190.45

119.74

190.2

222.4

4441.4

102.2

20

9

4075.67

262.51

1042.45

175.9

174.6

2880.5

103.6

16

10

4009.33

295.0

1086.69

230.7

204.8

3612.1

105.5

15

11

3951.33

350.39

1122.76

166.4

194.54

4343.4

96.1

12

12

3905.17

460.49

1574.08

208.2

220.8

4955.4

101.8

12

13

3884.44

444.29

1371.96

129.7

368.4

3131

101.8

12

14

3860.88

456.77

1437.11

181.2

433.9

3939.7

100.2

12

15

3862.33

501.22

1290.89

200.8

448.9

4868.4

98.2

14

16

3864.00

447.16

11344.4

166.1

472.6

5264.0

96.6

14

17

3910.33

5222.94

1000.1

148.1

312

3435.3

95.1

14

18

3958.67

632.77

1007.95

166.1

331.5

4322.5

99.7

10

19

4351

665.5

1358.35

457.5

373.3

5775.9

101.3

10

20

4394.67

643.8

1277.73

393.2

143.3

4293.5

101.9

10

21

4446.27

615.91

1297.9

522.4

374.3

5284.3

99.8

10

22

4502

684.45

1441.36

694.1

363.8

6794

98.9

10

23

4553.67

672.94

1569.81

348.6

327.8

7218.7

101.5

10

24

4586

977.80

1444.91

526.7

463.2

4738.3

101.4

10

25

4629.33

1011.38

1432.8

523.2

316.9

6080.7

100.1

10

26

4674.33

480.03

1534.11

540.4

333.3

7459.6

98.6

10

27

4736.67

886.03

1689.69

480.6

414.3

8341.2

101.2

10

Əlavə 2


Xətaların hesablanması


E

e*e

Y4-Y3

(Y4-Y3)*(Y4-Y3)

Y8

Y8*Y8

(Y4-Y3)*Y8

-53.28

2839

-49

2353

237

56169

-11495

127.34

16216

-15

237

180

32400

-2772

333.56

111261

8

66

100

10000

810

418.20

174893

-65

4212

80

6400

-5192

589.29

347262

-173

29998

50

2500

-8660

441.30

194747

-63

3931

30

900

-1881

362.97

131751

-61

3758

25

625

-1533

225.67

50929

-32

1037

20

400

-644

124.00

15375

1

2

16

256

21

33.87

1147

26

671

15

225

389

39.38

1551

-28

792

12

144

-338

-23.18

537

-13

159

12

144

-151

194.63

37881

-239

56978

12

144

-2864

185.84

34536

-253

63857

12

144

-3032

178.10

31721

-248

61554

14

196

-3473

241.39

58268

-307

93942

14

196

-4291

137.27

18844

-164

26863

14

196

-2295

195.86

38361

-165

27357

10

100

-1654

495.43

245455

-163

26602

10

100

-1631

324.86

105535

84

7090

10

100

842

193.72

37527

250

62450

10

100

2499

352.72

124410

148

21934

10

100

1481

321.73

103508

230

53038

10

100

2303

594.42

353334

21

433

10

100

208

581.70

338376

64

4032

10

100

635

634.46

402544

55

2977

10

100

546

687.95

473280

47

2163

10

100

465

757.93

574464

39

1542

10

100

393

Əlavə 3


Model əsasında hesablanmış təxminlər


Y0

Y1

e*e

1

4377.92

2838

2

4289.28

16215.52

3

4140.79

111260.74

4

4020.46

174893.49

5

3841.22

347261.75

6

3914.49

194747.18

7

3905.13

131750.63

8

3925.00

50928.84

9

3951.67

15374.93

10

3975.46

1147.09

11

3911.95

1550.70

12

3928.35

537.12

13

3689.81

37880.72

14

3675.04

34536.39

15

3684.23

31721.28

16

3622.61

58267.54

17

3773.06

18844.07

18

3762.81

38361.22

19

3765.24

245454.54

20

4026.14

105536.44

21

4200.95

37526.93

22

4093.55

124409.77

23

4180.27

103508.07

24

3959.25

353334.18

25

4004.30

338375.70

26

3994.87

402544.14

27

3986.38

473279.78

28

3978.74

574464.00

Əlavə 4


Model əsasında hesablanmış təxminlər və xətalar


Y0

Y4-Y3

Y8

Y5

Y1

Faktiki

Hesab-lanmış

Mütləq xəta

Nisbi xəta,faizlə

1

-48.5

237

1824.4

4324.54

4377.82

-53.3

-1.2

2

-15.4

180

2400.5

4416.62

4289.28

127.3

2.9

3

8.1

100

3040.6

4474.35

4140.79

333.6

7.5

4

-64.9

80

3403.5

4438.66

4020.46

418.2

9.4

5

-173.2

50

2334.4

4430.51

3841.22

589.3

13.3

6

-62.7

30

2997.2

4355.78

3914.48

441.3

10.1

7

-61.3

25

3890.4

4268.1

3905.13

363.0

8.5

8

-32.2

20

4441.4

4150.67

3925.00

225.7

5.4

9

1.3

16

2880.5

4075.67

3951.67

124.0

3.0

10

25.9

15

3612.1

4009.33

3975.46

33.9

0.8

11

-28.14

12

4343.4

3951.33

3911.95

39.4

1.0

12

-12.6

12

4955.4

3905.17

3928.35

-23.2

-0.6

13

-238.7

12

3131

3884.44

3689.81

194.6

5.0

14

-252.7

12

3939.7

3860.88

3675.04

185.8

4.8

15

-248.1

14

4868.4

3862.33

3684.23

178.1

4.6

16

-306.5

14

5264

3864

3622.61

241.4

6.2

17

-163.9

14

3435.5

3910.33

3773.06

137.3

3.5

18

-165.4

10

4322.5

3958.67

3762.81

195.9

4.9

19

-163.1

10

5341.7

4260.67

3765.24

495.4

11.6

20

84.2

10

5775.9

4351

4026.14

324.9

7.5

21

249.9

10

4293.5

4394.67

4200.95

193.7

4.4

22

148.1

10

5284.3

4446.27

4093.55

352.7

7.9

23

230.3

10

6794.0

4502

4180.27

321.7

7.1

24

20.8

10

7218.7

4553.67

3959.25

594.4

13.1

25

63.5

10

4738.3

4586.0

4004.3

581.7

12.7

26

54.56

10

6080.7

4629.33

3994.87

634.5

13.7

27

46.51

10

7459.6

4674.33

3986.38

688.0

14.7

28

39.27

10

8341.2

4736.67

3978.74

757.9

16.0

29

32.75

10

5685.66




3971.86







30

26.88

9.3

7265.01




3964.15







31

21.61

8.67

8844.36




3957.22







32

26.85

8.10

9791.97




3950.98







33

12.58

7.59

5940.72




3945.36







34

8.73

7.13

7590.92




3940.31







35

5.26

6.72

9241.12




3935.76







36

2.15

6.35

10231.24




3931.66







37

-0.66

6.01

6216.12




3927.98







38

-3.18

5.71

7942.82




3924.66







39

-5.46

5.44

9669.52




3921.67







40

-7.50

5.2

10705.54




3918.99







Əlavə 5

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə