1-Erm?ni köçl?ri v? ideologiyasi arasinda s?b?b-n?tic? ?laq?si22. doc



Yüklə 54,54 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü54,54 Kb.
#50392


 

Yaqub Yaqubov 

Azərbaycan Milli Elmlər Akademiyası, 

Fəlsəfə, Sosiologiya və Hüquq institutunun  

“Politologiya  və Siyasi sosiologiya şöbəsi” nin dissertantı 

yagubyagubov@mail.com

 

Tel.: (+994 50 613 2313) 



 

Erməni köçləri və ideologiyası arasında səbəb-nəticə əlaqəsi 

 

Erməni  siyasi  düşüncəsinin formalaşmasında  istifadə  edilən  bir  sıra  psixoloji 

məqamlar  vardır.  Bu  məqamların  əsas  öndə  gələn  xüsusiyyəti  ermənilərin  daim 

özlərini  zülmə  məruz  qalmış  bir  xalq  imicində  göstərmək  istəmələridir. 

Ümumiyyətlə,  bəşəri  psixologiyada belə bir  nüans  vardır  ki,  zülmə  məruz  qalmış 

olan  insan  mərhəmətə  və  kömək  edilməyə  layiqdir.  Ermənilər  həmişə  insan 

xislətinin bu tərəfindən də siyasi cəhətdən bəhrələnməyə çalışmışlar.  

XIX  əsr  boyu  və  XX  əsrin  birinci  yarısında  erməni  xalqının  tarixində  bir 

ölkədən  başqasına  köç  çox  mühüm  yer  tutur.  Erməni  təqdimatında  bu  zülmdən 

xilas olma kimi təqdim edilsə də, əslində xəyanət etməyin nəticəsi və ya daha yaxşı 

yaşanılan  ərazilərdə  məskunlaşmaq  istəyindən başqa bir  şey  deyildi. Erməni milli 

şüurunu  idarə  edən  kilsə  və  onun  yetişdirdiiyi  şiddət  tərəfdarı  ziyalılar  bu  millət 

üçün  bir  dövlət  qurmaq  iddiasında  idilər.  Göstərilən  dövrün  demoqrafik  şəraiti 

dəyişməsə  idi,  erməni  elitasının  bu  arzusu  elə  arzu  olaraq  da  qalacaqdı.  Müxtəlif 

ölkələrə  və  əyalətlərə  yayılmış  bir  milləti  vahid  coğrafi  ərazidə  yığmaq,  böyük 

dövlətlərin  xeyir  duasını  almaq,  habelə  erməni  dövləti  üçün  zəmin  hazırlamaq 

erməni siyasi elitası və ruhaniliyinin hədəflərindən idi.  

Böyük  dövlətlərin,  Rusiya,  İran  və  Osmanlının  Qafqaz  uğrunda  mübarizəsi 

ermənilərin  işinə  çox  yaradı.  Belə  ki,  onlar  xristian  təəssübkeşliyindən  istifadə 

edərək  həm  böyük  xristian  imperiyaları  Böyük  Britaniya  və  Fransada,  həm  də 

dünya ağalığı uğrunda mübarizədə özünə yer hazırlayan ABŞ-da dayaqlar tapdılar. 

Eləcə  də  İran  və  Osmanlı  kimi  dünyanın  əsas  qüdrətli  müsəlman  dövlətlərindəki 




 

daxili çəkişmələrdən, digər milli azlıqların da ayağa qalxmasından istifadə etməyə 



başladılar. Müasir türk araşdırmaçıları da məsələlərin bu tərəfini diqqət mərkəzinə 

çəkirlər:  “Fransız  İnqilabının  milli  müstəqillik  fikirləri  Osmanlı  dövlətinin  əvvəl 

xristian  azlıqları  üzərində  təsirli  oldu.  Balkanlarda  yaşayan  serblər,  yunanlar, 

bolqarlar,  rumlar  və  digərləri  Osmanlı  dövlətinə  qarşı  dəyişik  zamanlarda  qiyam 

qaldırdılar.  Xristian  azlıqların  hər  qiyamında,  Avropa  ictimaiyyəti  və  böyük 

dövlətləri dərhal onları qorudular. Rusiya isə bundan faydalanıb Osmanlı dövlətinə 

hücum etdi. Bundan ən son faydalananlar isə ermənilər oldular.”

1

 



Böyük  dövlətlərin  də  ermənilərə  yönəlik  öz  planları  vardı.  İlk  öncə  xristian 

imperiyaları  ermənilər  arasında  istənilən  sağlam,  İran  və  Osmanlıya  sadiqlik 

tərəfdarı  olan  fikirlərə  son  qoymaq  üçün  missioner  fəaliyyətlərinə  başladılar. 

Ermənilər  Avropaya  getmək,  orada  ən  yaxşı  məktəblərdə  təhsil  almaq  imkanları 

əldə  etdilər.  Buralarda  təhsil  alan  ermənilər  artıq  iki  ideyanın  daşıyıcısı  idilər. 

Erməni  dövlətinin  yaranması  və  bəhrələndikləri  dövlətlərin  maraqlarının  təmin 

edilməsi düşüncələri daim onları təqib edirdi.  

Ermənilərin köçlərə başladıqları ərazilər arasında isə indiki Dağlıq Qarabağ da 

daxil  olmaqla,  Azərbaycan  torpaqları  prioritet  təşkil  edirdi.  Bunun  da  bir  neçə 

səbəbi  vardı.  Ən  başlıcası  ermənilərin  Azərbaycanda  yerləşdirilməsi  Rusiyanın 

maraqlarına xidmət  edirdi.  Çünki  Azərbaycanda  yerləşən  ermənilər  həm  Osmanlı 

və  İranla  bir  bufer  olurdu,  həm  də  azərbaycanlıların  artması  qarşısında  bir  əngəl 

idi.  Rusiya  azərbaycanlılarda  olan  artım  səviyyəsindən,  onlarda  müsəlman 

həmrəyliyi təfəkküründən narahat idi. Peterburqda düşünürdülər ki, azərbaycanlılar 

türklər,  ya  da  iranlılar  üçün  beşinci  eşelon  ola  bilərlər.  Türklərin  və 

azərbaycanlıların demoqrafik inkişafında başlıca manelərdən biri də erməni terroru 

olmuşdu. Demoqrafik və tarixçi alim K. Şükürov bu haqda yazır: “Erməni terroru 

Azərbaycanın  tarixi-demoqrafik  inkişafının  bütün  sahələrinə  faciəli  təsir 

göstərmişdir: 

                                                 

1

 http://www.yeniforumuz.biz/ermeni-sorunu-tehcir-t1185777.html 




 

-  erməni  terrorçuluğunun  genişləndiyi,  genosid,  deportasiya  və  hərbi  terrorla 



müşahidə olunduğu dövrlərdə  (1905-1906;  1918-1920; 1948-1953; 1980-cı  illərin 

sonları – bizim günlər) azərbaycanlıların say dinamikası aşağı düşmüşdür; 

-  həmin  dövrlərdə  Cənubi  Qafqaz  əhalisi  içərisində  azərbaycanlıların  xüsusi 

çəkisi azalmışdır; 

- ölüm halları çoxalmışdır; 

-  məcburi  miqrasiya  genişlənmiş,  əhali  içərisində  qaçqınlıq  və  köçkünlük 

yaranmışdır və s.  

Bu  günlərdə  də  davam  edən  erməni  terrorunun  qarşısının  alınması  antiterror 

siyasətinin  gücləndirilməsini  tələb  edir.  Bu  siyasətin  həyata  keçirilməsi  zamanı 

terrorun  ağır  demoqrafik  nəticələrinin  aradan  qaldırılmasına  da  mühüm  yer 

ayrılmalıdır.”

2

 



Ermənilərin  isə  maraqları  ilk  növbədə  iqtisadi  idi.  Çünki  Azərbaycan 

torpaqları  olduqca  məhsuldar  və  bərəkətli  idi.  İkinci  siyasi  düşüncə  tərəfindən 

istifadə  edilə  biləcək  məqam  isə  o  idi  ki,  burada  xristian  alban  əhalinin  nisbətən 

erməniləşmiş,  ancaq  özünü  dərk  şüurunu  saxlamış  albanları  tam  assimilyasiya 

etməklə  onun  tarixi  yadigarlarına  sahib  çıxmaq  olardı.  Tarixin  sonrakı  gedişi  bu 

niyyətin  necə  güclü  olduğunu  ortaya  qoydu.  Burada  maraqlı  bir  fakt  gətirmək 

yerinə düşərdi: “1831-ci ildə ermənilər Qafqaz canişini Paskeviçə belə bir petisiya 

göndərmişdilər ki, onlar məskunlaşdıqları yerdə heç bir xalq məskunlaşdırılmasın. 

Eləcə  də  onlara  vergisiz  ticarət  haqqı  verilsin  və  öz  milli  məhkəmələri 

formalaşdırılsın”

3

.  Burada  əslində  ermənilərin  milli  psixologiyasında  olan  bir 



xəstəlik-fərqli olanlara dözə bilməmə xəstəliyi ortaya çıxır. Eyni zamanda müraciət 

ermənilərin  Qafqaza  hansı  iddialarla  köçdüyünü  göstərir.  Tam  bir  hakimiyyətə 

sahib  olmaq  iddiası  zaman-zaman  hətta  erməniləri  bura  köçürənləri  də 

qayğılandırırdı.  

İndi isə erməni köçlərinin mənzərəsinə nəzər salmaq zəruridir. Çünki erməni 

köçlərinin  mənzərəsi və  qrafiki erməni siyasi  düşüncəsinin  müxtəlif  məqamlarına 

                                                 

2

 Şükürov K. TERROR VƏ DEMOQRAFİYA(Azərbaycana qarşı erməni terrorunun materialları üzrə) “QARABAĞ 



DÜNƏN, BU GÜN VƏ SABAH” 7-cı elmi-əməli konfransının MATERİALLARI (2008-cı il)s.19 

3

 Наджафов Б. Лицо врага. Ч. 1., Баку, Элм, 1993, с.33 (392 стр) 




 

aydınlıq  gətirməyə  kömək  edəcəkdir.  Erməni  siyasi  düşüncəsinin  əzəli  erməni 



torpaqları  kimi  təqdim  etdiyi  ərazilərdə  əslində  tarixən  türk-müsəlman  əhali 

yaşamışdı. Belə torpaqlardan biri də Qarabağ idi. XVI əsr Osmanlı qaynaqlarında 

Qarabağ  əhalisinin  erməni  deyil,  türk  oymaqları  olduğu  açıq-aydın  görsənir

4



Erməni  siyasi  düşüncəsində  ermənilərin  bu  torpaqlara  gəlməsi  bir  qayıdış  kimi 

təqdim edilsə  də  əslində deyilən,  ancaq  izləri tapılmayan bu qayıdışın  idealoji  bir 

yalan olması üzə çıxır.  

XIX  əsrin  başlanğıcında  Rusiyada  I  Aleksandr  hakimiyyət  başına  gəldikdən 

sonra onun dövlətinin Cənubi Qafqaz siyasətində köklü dəyişiklik yarandı. Rusiya 

imperiyası Azərbaycan xanlıqlarına qarşı açıq işğal yoluna qədəm qoydu. 1803-cü 

ildə P.D.Sisiyanovun Qafqazın baş komandanı təyin edilməsi ilə Qafqaz xalqlarına 

qarşı  ən  qəddar  siyasəti  yeridilməyə  başlandı.  Ermənilər  Rusiyanın  siyasətindəki 

bu  dəyişiklərdən  öz  məqsədlərinə  uyğun  bəhrələnməyə  çalışırdılar.  Rusiyanın 

himayəsi  altında  erməni  dövlətinin  yaradılması,  həmçinin  ermənilərin  İran  və 

Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, 

erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını 

rus  və  erməni  tarixi  ədəbiyyatında  təbliğ  edildiyi  kimi,  yalnız  ticarət  əlaqələri 

deyil,  başlıca  olaraq  Şərqin  müsəlman  dövlətlərinə,  xüsusilə  Türkiyəyə,  XVIII 

əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. 

Ermənilərin bu düşmənçiliyinin əsasında dövlətə sahib olmamaqdan doğan bir 

qisasçılıq təfəkkürü dayanırdı. Bu qisasçılığın zərərçəkən bir tərəfi olan türklər və 

onların  etnik-dini  qardaşları  azərbaycanlıların  günahı  bəlkə  də  ermənilərə  qarşı 

olduqca mərhəmətli  olmalarında  idi.  Ancaq  ermənilər  isə  bu insani  münasibətdən 

süni istifadə etməyi münasib hesab etmişlər.  

Rusiya işğalları zamanı mühüm vəzifələrdən birini tutmuş olan X.E.Lazaryev 

soydaşlarının  (erməni)  Şimali  Azərbaycana  köçürülməsində  Türkmənçay 

                                                 

4

 Kırzıoğlu F. 1593 (H. 1001) yılı Osmanlı vilayet Tahrir Defterinde anılan Gence-Karabağ sancakları «Ulus» ve 



«Oymakları»- Edebiyat Fakültesi Araştırma Dergisi Ahmet Cafaroğlu Özel Sayısı, sayı 10, Ankara, 1979, s. 205-

206 



 

müqaviləsinin  XV  maddəsinin  yerinə  yetirilməsində  A.S.Qriboyedovun  demək 



olar köməkçisi rolunu ifadə etmişdi.

5

 



1805-ci  il  mayın  14-də  Sisianovla  İbrahimxəlil  xan  arasında  bağlanan 

Kürəkçay  müqaviləsində  əsas  etnik  üstünlük  yalnız  azərbaycanlılara  aid  olduğu 

üçün  də  onlarla  imzalandı.  Yəni  bu  vaxt  Qarabağda  erməni  icması  barədə  söhbət 

olmamışdı.  Onlar  yalnız  və  yalnız  bu  diyara  yenicə  köçürülürdü.  1828-ci  ildə 

İrəvan və Naxçıvan xanlıqları ərazisində yeni inzibati bölgü, Erməni vilayəti təşkil 

edilərkən  bu  ərazidə  1110  yaşayış  məntəqəsindən  yalnız  62-si  erməni  kəndi  idi. 

Buralar bir çox tarixi mənbələrdə Azərbaycan torpaqları kimi gedirdilər.

6

 



Ümumiyyətlə,  XIX  əsrdə  Azərbaycana  Türkiyədən  84000,  İrandan  isə  40 

mindən  çox  erməni  köçürülərək,  onlara  200000  desyatindən  çox  xəzinə  torpağı 

ayrıldı.

7

 Əgər 1832-ci ildə Qarabağ əhalisinin 91%-ni azərbaycanlılar, 8, 4%-ni isə 



ermənilər  təşkil  edirdisə,  çarizmin  XIX  əsrin  birinci  yarısında  kütləvi  köçürmə 

siyasəti nəticəsində azərbaycanlıların faizi 64,8-ə endi, ermənilərin faizi isə 34,8-ə 

qalxdı.

8

  1911-ci  il  üçün  bir  mənbəyə  görə  isə  Cənubi  Qafqazda,  xüsusilə  Şimali 



Azərbaycanda  yaşayan  1.300.000  erməninin  1  milyonu  yerli  əhali  olmayıb,  onlar 

Rusiyanın müstəmləkə siyasəti nəticəsində xaricdən buraya köçürüləndilər

9

.  


Beləliklə,  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  gəlmə  ermənilərin  XIX  əsrin 

birinci yarısında Şimali  Azərbaycan torpaqlarında, o cümlədən Qarabağda kütləvi 

şəkildə  yerləşdirilməsi  Azərbaycan  xalqının  gələcək  faciələrinin  baş  verəcəyinə 

əlverişli şərait yaratmaq məqsədi daşımışdır. 

Erməni  məskunlaşdırılması  elə  bir  vaxtda  gedirdi  ki,  Osmanlı  İmperiyasl  da 

süqut  edirdi.  Odur  ki,  köçüb  gələn  ermənilər  Osmanlıda  qalanlarla  əlaqəni 

itirmirdilər.  Əksinə  ilk  erməni  partiya  və  təşkilatları  mərkəz  olaraq  Osmanlını 

alsalar  da  dərhal  onların  ocaqları  Cənubi  Qafqazda,  xüsusən  Azərbaycanda  təsis 

edilirdi. 

                                                 

5

 Эзов Г.А. Сношения Петра Великого с армянским народом. Докементы. СПб, 1898, ХII, ХХIII 



6

 

B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998, s.6 



7

 

Azərbaycan tarixi. IV c, Bakı, 2000, s.49



 

8

 Yenə orada  



9

 

Н.Н.Шавров. Новая угроза русскому дьлу в Закавказье; предстоящая распродажа Мугани Инородцамь. С.Петербург, 



1911, с.63-64

 



 

Erməni  miqrasiyasının  güclənməsi  və  ermənilərin  Cənubi  Qafqazda 



məskunlaşdırlması  ilə  ermənilərin  siyasi  fəaliyyətlərində  də  canlanma  müşahidə 

edildi.  Erməni  millətçiliyi  təşəkkül tapdı. Daha doğrusu erməni millətçiliyi  özünü 

yeni bir formatda təqdim etdi. Bu elə bir dövr idi ki, dünyanı inqilablar bürümüşdü. 

Solçu  siyasi  görüşlər  xüsusən  maraq  doğururdu.  Lakin  erməni  siyasi  elitası  sırf 

solçuluğun  ermənilər  arasında  üstünlük  qazanmasına  imkan  verə bilməzdi.  Çünki 

sırf  solçu  olmaq  milli  dövlətçilik  ideyasının  ərsəyə  gəlməsinə  imkan  verməzdi. 

Belə olan təqdirdə istənilən ideyalogiya ermənilər tərəfindən bir aranjimana məruz 

qalmalı idi. İdeyalogiyada erməni milli üstünlüyü və bu kimi saçma-sapan xülyalar 

özünə yer almalı idi. Təsadüfi deyil ki, ermənilərin 1885-ci ildə yaranan ilk siyasi 

partiyası  olan  “Armenakan”ın  əsası  qoyularkən  xüsusi  vurğulanmışdı  ki,erməni 

xalqı onu əhatə edənlərdən səviyyəsinə görə fərqləndiyi üçün inqilabi fəaliyyəti də 

ayrı aparmalı, prioritet məsələ isə erməni dövlətinin yaranması olmalı idi.

10

  

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                 

10

 Дарбинян А. Армения в дни национального освобождения. Воспоминания (1890-1940). Париж  1947, с.125 




 

 



Резюме  

Исторические 

процессы 

и 

миграционный 



процесс 

понятия 


взаимосвязанные.  Во  многих  случаях  политические  воззрения  народов  и 

наций  формируются  под  влиянием  миграционного  процесса.  Миграция 

армян и их политические предпочтения имеют взаимосвязь. Исходя, из этого 

предметом изучения статьи стало миграция армян как причина и последствие 

возникновения  их  идеологии.  Для  осуществления  научной  цели  автор 

использовал  разноязычную  литературу,  в  том  числе  армянских  авторов.  В 

конце автор привел свои доводы. 

 

 

RESUME 

Historical  processes  and  migration  process  are  interconnected  concepts.  In 

many  cases,  the  political  views  of  peoples  and  nations  are  formed  with  the 

influence of the migration process. The migration of Armenians and their political 

preferences  are  interrelated.  Therefore  the  subject  of  the  study  of  the  article 

became  the  migration  of  Armenians  as  reason  and  the  consequence  of  the 

emergence of their ideology. For the achievement of scientific purpose the author 

used  multilingual  literature,  including  of  the  Armenian  authors.  At  the  end  the 



author indicates his proofs. 

 

 

 

Yüklə 54,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə