3
Çöl şəraitində landşaft rayonunun öyrənilməsi aşağıdakı proqram üzrə
aparılmalıdır:
1.Landşaft rayonunun coğrafi vəziyyəti, sahəsi və sərhədləri.
2.Landşaft komponentlərinin xüsusiyyəti və onların qarşılıqlı əlaqəsinin qonşu
rayonlarla müqayisəsi. (mütləq və nisbi yüksəklik, relyefin dərininə və üfiq
parçalanması, qrunt sularının dərinliyi, torpaq və bitki örtüyünün xarakteri və s. i.)
3.Fəsillər üzrə landşaftın ritmikası.
4.Landşaft rayonunun morfoloji strukturası. Burada məhəlli landşaft tiplərini
əmələ gətirən xarakterik mərzlər,magistral profilləri və landşaft toposıralarının
səciyyəsinin, landşaft rayonlarının morfoloji sərhədləri göstərilir.
5.Dördüncü dövrə qədər və dövrüncü dövrdə landşaftın inkişaf tarixi.
6.İnsan fəaliyyətinin landşaft rayonuna təsiri, antropogen mərzlər və ərazinin
təsərrüfat əhəmiyyəti.
7.Təbii ehtiyatların ümumi səciyyəsi və təbiəti mühafizə məsələləri ilə yanaşı,
landşaft rayonun turizm cəhətdən qiymətləndirilməsi.
behruzmelikov.com
Dağlıq və düzənlik ərazilərin müxtəlif təbii zonalarında kompleks çöl
tədqiqatının xüsusiyyətləri
Kompleks tədqiqatlarda və elecə də ayrı-ayrı komponentlər üzrə çöl
materialarının toplanması üçün ərazinin ümumi şəraiti ilə yanaşı, ilin fəsillərini də
nəzərə almaq lazımdır. Beləki, SSRİ-nin cənub hissələrini əhatə edən səhra
zonalarında bütün ilboyu, tundra və meşə zonalarında isə ancaq yay aylarında
tədqiqat aparmaq olar. Təbii iqlim şəraiti ilə əlaqədar olaraq,çöl işlərinin soyuq, isti
və yaxud da yaz fəslində, eləcədə şimal və cənub zonalarında, yaxud da yüksək
dağlıq və ya dağətəyi qurşaqlarda aparılmasından asılı olaraq,ekspedisiya da iştirak
edən şəxslər onun təchizatı ilə (yəni nəqliyyat, avadanlıq, müxtəlif cihazlar, ərzaq
və s. i.) yaxından məşğul olmalıdırlar.
Tundra zonasında qış fəsili 9 ay, yay isə qısa olur. Buna görə də həmin
zonada qış fəsilində aparılan tədqiqat işləri ancaq xüsusi komponentlərə aid olur.
Kompleklərin öyrənilməsi isə ancaq yay aylarında mümkündür. Buraya kəmiyyət
cəhətdən landşaftın müxtılifliyi azdır. Yüksək nəmlik, aşagı temperatura, çoxlu
göl, bataqlıq, çayların olması, daimi və fəsli donuşluqların yaranması, həmin
zonada mövcud olan coğrafi komplekslərin inkişafına müxtəlif təsir göstərir. Ona
görə də bu cür şəraitdə komplekslərin sərhədlərini dəqiqləşdirmək üçün, aerovizdal
müşahidələrdən, aerofotoşəkillərin araşdırılmasından istifadə etmək lazımdır.
Bundan baüqa bütün təchizat materialları yüksək nəmlik şəraitinə davamlı
olmalıdır.
Meşə zonasında isə qış fəsli qısa, yay, yaz və payız uzunmüddətli davam
etdiyinə görə, burada tədqiqat aparmaq üçün şərait daha əlverişlidir. Meşə
landşaftının sərhəddi girintili-çıxıntılı olub, onun morfoloji hissələri olan fasiya,
mərz, mezorelyef formaları ilə (bataqlıq, yarğan, buzlaq formaları, donmuş
torpaqlar və s. i.)sıx əlaqədardır. Ona görə də xüsusi istinad sahələri seçmək üçün
relyefdən dəqiq istifadə etmək lazımdır. Marşrutlar üzrə müşahidələr isə, ancaq çay
dərələri üzrə aparılmalıdır. Bununla yanaşı bu cür zonalarda meşə örtüyünün
qruplaşdırılması üçün aerofotoşəkillərdən istifadə edilir.
behruzmelikov.com
Meşə-çöl zonasında coğrafi komplekslər arasında olan sərhədlər daha dəqiq
müşahidə olunur. Burada isti dövrlər 7-8ay davam edir. Bu zonada komplekslərin
təbii görkəminin dəyişilməsində insan fəaliyyəti daha çox rol oynayır. Çöl
zonasında maksonomik vahidlər olan fasiya və mərz müəyyən relyef formalarına
(çay dərəsi, yarğanlar və s. i.) tam uyğun gəlir. Burada bütün nəqliyyat növlərindən
istifadə etmək mümkündür. Çöl zonasında kompleklərin inkişafında insan
fəaliyyətinin müsbət və mənfi təsiri haqqında lazım olan bütün məlumatları
toplamaq olar.
Səhra və yarım səhra zonaları təbii şəraitinə görə bütün zonalardan kəskin
fərqlənirlər. Bu zonalarda iqlim quru olub, illik çöküntülərin miqdarı
buxaranmadan daim az olur. Geoloji çöküntülər ancaq yaçaclarda yox, eyni
zamanda da çay hövzələri arasında da açılır. Bu zonalarda lesvari gillər və qumlu
çöküntülər kifayət qədər qalınlığa malik olub, böyük sahəni əhatə edir. Əsas relyef
formaları eroziya ilə əlaqədar olan denudasion formalardan, həmçinində eol-
deflyasion və dağətəyi zonalarda isə prolyuvial-alyuvial gətirmə konuslarından
ibarətdir. Həmin zonalarda bütün təbii su hövzələri eləcə yeraltı su axımlarının,
onların minerallaşma dərəcəsini, yer səthindən olan dərinlikləri diqqətlə
öyrənilməlidir. Düzənlik zonalardan fərqli olaraq, dağlıq ərazilərdə
geokompleklərin inkişafı, onların bir-birilə ekoloji cəhətdən münasibəti mürəkkəb
şəraitdə baş verir. Geokompleklərin mürəəkkəbliyi daölıq ərazinin hipsometrik
yüksəkliyindən, yamacların ekspozisiyasından, dağ rayonlarının coğrafi
vəziyyətindən və eləcə də relyef formalarından, suxurların litoloji tərkibindən
asılıdır. Bütün bu faktorlar, kompleks daxilində mövcud olan komponentlərin
temperatur şəraitinə, nəmliyə, torpaq və bitki örtüyünün inkişafına, heyvanat
aləminə ciddi təsir göstərir. Dağlıq ərazilərdə landşaftın,mərzin, fasiyanın inkişaf
şəritinin dəyişilməsi düzənlik zonalara nisbətən qısa məsafədə baş verir. Beləki, bir
neçə km
2
sahəsi olan ərazilərdə çoxlu miqdarda müxtəlif ölçüləri olan
komplekslərə rast gəlmək olar. Qeyd etmək lazımdır ki, dağlıq ərazilərdə aparılan
çöl işlərinin xarakteridə, bu tədqiqatlar üçün lazım olan avadanlıqlarda düzənlik
zonalara nisbətən kəskin fərqlənir. Çünki, mütləq yüksəklik artdıqca isti fəsillər
behruzmelikov.com