1 fevral 2017 azərbaycan iQTİsadi İslahatlar icmali baş redaktor



Yüklə 67,61 Kb.

tarix08.11.2018
ölçüsü67,61 Kb.


1

FEVRAL 2017



AZƏRBAYCAN 

İQTİSADİ 

İSLAHATLAR

İCMALI

Baş redaktor

Dr. Vüsal Musayev

İqtisad Elmləri Doktoru

London Universiteti

www.vusalmusayev.com

dr.vusal.musayev@ereforms.org




2

TİCARƏT FESTİVALLARI

Azərbaycan  Respublikası  Prezidentinin  2016-cı  il  1  sentyabr  tarixli  2295 

nömrəli  Sərəncamına  əsasən,  Azərbaycanda  hər  il  Mədəniyyət  və  Turizm 

Nazirliyi  tərəfindən  təşkil  ediləcək  ticarət  festivalları  keçiriləcəkdir.  Buna 

müvafiq olaraq, ticarət festivalları dövründə ölkəmizə daha çox xarici turistin 

cəlb edilməsi, eləcə də turistlərin və yerli vətəndaşların ticarət festivallarına 

marağının artırılması məqsədilə festival dövründə pərakəndə satış zamanı 

bir sıra güzəştlərin, o cümlədən vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.




3

S

ərəncama  əsasən,  ticarət  festivalları 



dövründə  Azərbaycan  Respublikasının 

ərazisində alınmış istehsal, yaxud kommersiya 

məqsədləri  üçün  nəzərdə  tutulmayan  mallara 

görə  ödənilmiş  əlavə  dəyər  vergisi  geri 

qaytarılacaqdır. Bu qayda vətəndaşlar və xarici 

turistlər  də  daxil  olmaqla  bütün  fiziki  şəxslərə 

şamil edilir. Qaydaya əsasən bir elektron vergi 

hesab-fakturası üzrə malların dəyəri (ƏDV ilə 

birlikdə) 100 manatdan çox olduğu halda əlavə 

dəyər  vergisinin  qaytarılması  nəzərdə  tutulur. 

Alınmış  mallara  görə  ödənilmiş  ƏDV  həmin 

malların alındığı gün ərzində geri qaytarılır. 

Bununla  bağlı,  Azərbaycan  Respublikasının 

Prezidenti  İlham  Əliyev  “Ticarət  festivalları 

dövründə  fiziki  şəxslər  tərəfindən Azərbaycan 

Respublikasının  ərazisində  alınmış  istehsal, 

yaxud  kommersiya  məqsədləri  üçün  nəzərdə 

tutulmayan mallara görə ödənilmiş əlavə dəyər 

vergisinin  qaytarılması  Qaydası”nı  20  fevral 

2017-ci il tarixli Fərmanı ilə təsdiq etmişdir.

Ümumilikdə 

bu 


Qayda 

Azərbaycan 

Respublikasının  Vergi  Məcəlləsinin  165.4-cü 

maddəsinə  uyğun  olaraq,  ticarət  festivalları 

dövründə  fiziki  şəxslər  tərəfindən  istehsal, 

yaxud  kommersiya  məqsədləri  üçün  nəzərdə 

tutulmayan  mallara  görə  ödənilmiş  əlavə 

dəyər  vergisinin  (ƏDV)  geri  qaytarılması 

qaydasını  tənzimləyir.  Bu  Qaydanın  tələbləri, 

aşağıda  göstərilən  mallar  istisna  olmaqla, 

yalnız istehsal, yaxud kommersiya məqsədləri 

üçün nəzərdə tutulmayan və ticarət festivalları 

dövründə alınmış istehlak mallarına şamil edilir:

- aksizli mallar;

- ərzaq malları;

- dərman preparatları və tibbi ləvazimatlar;

-  ölkə  daxilində  satışı  ƏDV-dən  azad  edilən 

mallar;


- çərçivəyə salınmamış, emal edilməmiş və ya 

çeşidlənməmiş qiymətli daşlar;

- külçə şəklində qiymətli metallar;

- nəqliyyat vasitələri və onların ehtiyat hissələri.

Fərmana  əsasən  təsdiq  olunmuş  Qaydada 

fiziki  şəxs,  alıcı,  satıcı,  stiker,  risk,  risk 

qiymətləndirmə sistemi, ƏDV köşkü, müvəkkil 

bank, operator, vahid məlumat bazası və sair 

bu Qaydanın məqsədləri üçün istifadə olunan 

əsas  anlayışlar  kimi  göstərilmişdir.  Qaydada

 

operator 



səlahiyyətlərinin 

Azərbaycan 

Respublikasının  Vergilər  Nazirliyi  tərəfindən  

həyata keçirilməsi nəzərdə tutulur. Operatorun 

səlahiyyətlərinə aşağıdakılar aiddir:

1. 


bu Qayda ilə müəyyən edilmiş hallarda 

malların satışının rəsmiləşdirilməsi və ƏDV-nin 

qaytarılması işlərinin təşkili;

2. 


aşağıdakı  tələblərə  cavab  verən 

proqram  təminatının  və  vahid  məlumat 

bazasının  yaradılmasını  və  idarə  edilməsinin 

təmin edilməsi:

ticarət  festivalları  dövründə  ƏDV-nin 



qaytarılması  şərtilə  alıcılara  təqdim  edilmiş 

mallar üzrə Elektron Vergi Hesab Faktura-nın 

(e-VHF)  tərtib  edilməsi,  ştrix-kodla  birlikdə 

çap  edilməsi  və  həmin  e-VHF-lər  barədə 

məlumatların  aidiyyəti  üzrə  ötürülməsi; 

alıcı  tərəfindən  ƏDV  köşkündə  təqdim 



edilən  e-VHF-nin  ştrix-kodu  əsasında  e-VHF-

nin məlumatlarının eyniləşdirilməsi;

3. 

proqram  təminatının  daim  işlək 



vəziyyətdə 

saxlanılması 

və 

fasiləsiz  



fəaliyyətinin 

həyata 


keçirilməsi; 

4. 


alınmış mallara görə ödənilmiş ƏDV-nin 

qaytarılmasının  rəsmiləşdirilməsi  məqsədilə 

ƏDV  köşklərinin  fəaliyyətini  təşkil  edilməsi  və 

onların sayı, ünvanı və iş qrafikini Azərbaycan 

Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 

ilə  razılaşdırmaqla,  ticarət  festivalı  dövründə 

alınmış  mallara  görə  ödənilmiş  ƏDV  həmin 



4

malların  alındığı  gün  ərzində  qaytarılması 

imkanının təmin edilməsi;

5. 


ƏDV köşkündə risk qiymətləndirilməsinin 

nəticəsindən  asılı  olaraq  mallara  baxışın 

keçirilməsi;

6. 


Azərbaycan Respublikasının Mədəniyyət 

və Turizm Nazirliyi ilə birlikdə stikerin formasını 

və tətbiqi qaydasının müəyyən edilməsi.

Fərmanda  Vergilər  Nazirliyi  tərəfindən  həyata 

keçirilməsi  tapşırılan  məsələlərə  Qaydada 

nəzərdə  tutulan  müvəkkil  bankı  (bankları) 

Mədəniyyət və Turizm Nazirliyinin rəyini nəzərə 

almaqla  və  Maliyyə  Bazarlarına  Nəzarət 

Palatası  ilə  razılaşdırmaqla  on  beş  gün 

müddətində müəyyən etməsi, həmçinin ticarət 

festivalları  dövründə  fiziki  şəxslər  tərəfindən 

Azərbaycan  ərazisində  alınmış  istehsal, 

yaxud  kommersiya  məqsədləri  üçün  nəzərdə 

tutulmayan  mallara  görə  ödənilmiş  ƏDV-

nin  qaytarılması  sisteminin  Azərbaycanda 

tətbiqi  məqsədilə  həmin  Qaydada  nəzərdə 

tutulan  infrastrukturun,  o  cümlədən  proqram 

təminatının və vahid elektron məlumat bazasının 

yaradılmasını, onun vergi orqanının və müvəkkil 

bankın  (bankların)  istifadəsində  olan  elektron 

informasiya  sistemlərinə  inteqrasiyasını  ilk 

ticarət  festivalından  əvvəl  vergi  orqanlarının 

büdcədənkənar  fondu  hesabına  təmin  etməsi 

aiddir.  Bundan  başqa  Vergilər  Nazirliyinin 

qarşısında  duran  digər  məsələlər  kimi  vahid 

elektron  məlumat  bazasında  toplanan 

məlumatların  təhlükəsizliyini  və  məlumat 

mübadiləsinin  fasiləsizliyini  təmin  edilməsi, 

risklərin azaldılması və ƏDV-nin qaytarılması ilə 

bağlı prosedurların asanlaşdırılması məqsədilə 

malların  fiziki  yoxlanmasının  bu  Qaydanın 

tələblərinə  uyğun  olaraq  risk  qiymətləndirmə 

sistemi  əsasında  həyata  keçirilməsi  və 

Fərmandan  irəli  gələn  digər  məsələləri  həll 

etməsi  göstərilir.

Sözügedən 

Fərmanda 

Azərbaycan 

Respublikasının  Mədəniyyət  və  Turizm 

Nazirliyi  ilə  Azərbaycan  Respublikasının 

Vergilər  Nazirliyinin  birlikdə  görəcəyi  işlər 

sırasına  ticarət  festivalları  dövründə  fiziki 

şəxslər tərəfindən Azərbaycan Respublikasının 

ərazisində alınmış istehsal, yaxud kommersiya 

məqsədləri 

üçün 


nəzərdə 

tutulmayan 

mallara  görə  ödənilmiş  ƏDV-nin  qaytarılması 

sisteminin Azərbaycan Respublikasında tətbiqi 

ilə bağlı təbliğat, təşviqat və məlumatlandırma 

tədbirlərini,  o  cümlədən  kütləvi  informasiya 

vasitələrində  və  sistemə  qoşulacaq  ticarət 

obyektlərində  videoçarxların  yayımlanmasını 

və Qaydada nəzərdə tutulan stikerin formasını 

və tətbiqi qaydasını müəyyən etməsi, həmçinin 

festivalların  yüksək  səviyyədə  keçirilməsi 

məqsədi ilə Azərbaycan Respublikası Vergilər 

Nazirliyinin  ticarət  festivallarında  ƏDV-

nin  qaytarılması  prosesində  iştirak  edən 

əməkdaşlarına  təlimlər  keçilməsini  və  onların 

maarifləndirilməsi aiddir.

Fərmanda 

Azərbaycan 

Respublikasının 

Maliyyə Nazirliyi aşağıdakı fəaliyyətlərin həyata 

keçirilməsini təmin edəcək:

1. 


ticarət  festivalları  dövründə  alıcı 

tərəfindən  ödənilmiş  ƏDV-nin,  bu  Fərmanla 

təsdiq  edilmiş  Qaydanın  tələblərinə  uyğun 

olaraq,  Azərbaycan  Respublikası  Vergilər 

Nazirliyinin  xətti  ilə  dövlət  büdcəsinə  daxil 

olan  ƏDV  üzrə  faktiki  mədaxilin  həmin 

məbləğ  həddində  azaldılması  hesabına  geri 

qaytarılması;

 

2. 


Azərbaycan  Respublikasının  Vergilər 

Nazirliyinin  rəyini  razılaşdırmaqla  on  beş  gün 

müddətində təsdiq etməsi; 

3. 


bu Qaydanın məqsədləri üçün müvəkkil 

banka  avans  şəklində  köçürüləcək  minimum 

məbləği iki ay müddətində müəyyən edib, həmin 

məbləğin  ödənilməsi  nəzərdə  tutulmuş  ardıcıl 




5

qaydada olan tədbirlər vasitəsilə təmin etməsi. 

Bununla  yanaşı  Fərmanda  bütün  mərkəzi  və 

yerli  icra  hakimiyyəti  orqanlarının,  aidiyyəti 

dövlət  qurumlarının  bu  Fərmandan  irəli 

gələn  vəzifələrin  icrası  ilə  bağlı  Azərbaycan 

Respublikasının 

Vergilər 

Nazirliyinə, 

Azərbaycan  Respublikasının  Mədəniyyət  və 

Turizm  Nazirliyinə  və  digər  səlahiyyətli  dövlət 

qurumlarına  köməklik  göstərmələri  öz  əksini 

tapmışdır.

Qeyd  etmək  lazımdır  ki,  malların  satışının 

rəsmiləşdirilməsi  zamanı  ticarət  festivalı 

dövründə alıcı aldığı malların dəyərini ödəmək 

məqsədilə  ödəniş  nöqtəsinə  yaxınlaşdıqda 

satıcı ondan ƏDV-nin qaytarılması hüququndan 

istifadə etmək barədə istəyinin olub-olmadığını 

dəqiqləşdirir.  Alıcı  ƏDV-nin  qaytarılması 

hüququndan  istifadə  etmək  istədikdə,  satıcı 

ona  bu  Qaydanın  tələbləri  barədə  ümumi 

məlumat verir.

Alıcı əcnəbi və ya vətəndaşlığı olmayan şəxs 

olduqda isə satıcı ona bu Qaydanın tələbləri ilə 

yanaşı, Azərbaycan Respublikası Prezidentinin 

2016-cı  il  12  iyul  tarixli  985  nömrəli  Fərmanı 

ilə  təsdiq  edilmiş  “Əcnəbilər  və  vətəndaşlığı 

olmayan  şəxslər  tərəfindən  Azərbaycan 

Respublikasının  ərazisində  alınmış  istehsal, 

yaxud  kommersiya  məqsədləri  üçün  nəzərdə 

tutulmayan mallara görə ödənilmiş əlavə dəyər 

vergisinin  qaytarılması  Qaydası”nın  tələbləri 

barədə  ümumi  məlumat  verir.  Alıcı  qismində 

iştirak edən əcnəbi və ya vətəndaşlığı olmayan 

şəxs  seçiminə  uyğun  olaraq,  aldığı  mallara 

görə ödənilmiş ƏDV-nin bu Qaydanın tələbləri 

və  ya  “Əcnəbilər  və  vətəndaşlığı  olmayan 

şəxslər tərəfindən Azərbaycan Respublikasının 

ərazisində alınmış istehsal, yaxud kommersiya 

məqsədləri  üçün  nəzərdə  tutulmayan  mallara 

görə  ödənilmiş  əlavə  dəyər  vergisinin 

qaytarılması Qaydası”nın tələbləri çərçivəsində 

qaytarılmasını tələb edə bilər.

Qeyd  edək  ki,  alıcı  tərəfindən  ƏDV-nin 

qaytarılması hüququndan istifadə etmək istəyi 

bildirildikdən sonra satıcı aşağıdakı məlumatları 

özündə  əks  etdirən,  formasını  Azərbaycan 

Respublikasının  Nazirlər  Kabinetinin  təsdiq 

etdiyi  e-VHF-ni  Azərbaycan  Respublikası 

Vergilər  Nazirliyinin

 

İnternet  Vergi  İdarəsi 



portalında elektron vergi hesab-faktura sistemi 

vasitəsilə tərtib edir və həmin məlumatları real 

vaxt rejimində vahid məlumat bazasına ötürür: 

e-VHF-nin seriyası, nömrəsi və tarixi;



satıcının  adı,  soyadı,  təsərrüfat 

subyektinin ünvanı və VÖEN-i;

alıcının adı və soyadı;



alıcının şəxsiyyətini təsdiq edən sənədin 

seriyası və nömrəsi;

alıcının  vətəndaşı  olduğu  ölkənin  adı 



(vətəndaşlığı  olmayan  şəxsin  gəldiyi  ölkənin 

adı);


satılmış  malın  adı,  miqdarı,  vahidinin 

qiyməti  və  həmin  qiymətin  tərkibindəki 

ödənilmiş ƏDV-nin məbləği;

həmin  e-VHF  üzrə  alınmış  mala  görə 



ödənilmiş ƏDV-nin qaytarılacağı son tarix;

alıcının bank kartının (və ya hesabının) 



rekvizitləri – alıcının istəyi əsasında;

operatorun  və  müvəkkil  bankın  əlaqə 



məlumatları və rekvizitləri;

satıcının təsərrüfat subyektinə ən yaxın 



ƏDV köşkünün ünvanı.

E-VHF  ştrix-kod  əks  olunmaqla  iki  nüsxədə 

çap edilir və hər iki nüsxə alıcıya təqdim olunur. 

Belə ki, E-VHF satıcının imzası və mərkəzində 

bu əməliyyatların ƏDV-nin qaytarılması şərtilə 

həyata keçirildiyinə dair təsdiqedici qeyd olan 

möhürlə təsdiqlənməklə təqdim edilir. 

Alıcı tərəfindən ticarət festivalı dövründə alınmış 

mallar  üzrə  ödənilmiş  ƏDV-nin  qaytarılması 

məqsədilə ƏDV köşkündə aşağıdakı ardıcıllıqla 

tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:



6

alıcı  mallara  dair  e-VHF-ni  ƏDV 



köşkündə vergi orqanının əməkdaşına təqdim 

edir;


e-VHF-nin  məlumatları  vergi  orqanı 

tərəfindən 

vahid 


məlumat 

bazasında 

eyniləşdirildikdən 

sonra 


avtomatik 

risk qiymətləndirməsi aparılır;

risk  qiymətləndirməsinin  nəticələri 



əsasında  mallara  vergi  orqanının  əməkdaşı 

tərəfindən  baxılmalı  olub-olmadığı  proqram 

təminatı  vasitəsilə  açıqlanır.  Mallara  baxışın 

keçirilməsi tələb edildiyi halda alıcı həmin malları 

baxışın  keçirilməsi  məqsədilə  vergi  orqanının 

əməkdaşına  təqdim  edir.  Vergi  orqanının 

əməkdaşı  təqdim  edilmiş  mallarla  vahid 

məlumat  bazasına  daxil  edilmiş  məlumatların 

uyğunluğunu yoxlayır, yoxlamanın nəticələrinə 

uyğun  olaraq,  alıcıya  qaytarılacaq  ƏDV 

məbləği  barədə  alıcının  təqdim  etdiyi  e-VHF-

də  təsdiq  qeydi  aparır,  onu  möhürlə  təsdiq 

etməklə alıcıya təqdim edir və vahid məlumat 

bazasında e-VHF-ni təsdiq etməklə bu barədə 

məlumatı  real  vaxt  rejimində  müvəkkil  banka 

ötürür;


risk  qiymətləndirməsinin  nəticələri 

əsasında  alıcıdan  malları  baxış  üçün  təqdim 

etmək  tələb  olunmadıqda,  qaytarılacaq  ƏDV-

nin  yekun  məbləğini  əks  etdirən  e-VHF  vergi 

orqanının əməkdaşı tərəfindən möhürlə təsdiq 

olunur  və  bu  barədə  məlumatlar  real  vaxt 

rejimində müvəkkil banka ötürülür.

Alıcı  ƏDV  köşkündə  yoxlamadan  keçdikdən 

sonra  müvəkkil  bank  vergi  orqanı  tərəfindən 

möhürlə  təsdiq  olunmuş  e-VHF-yə 

əsasən,


 

qaytarılmalı olan ƏDV məbləğini həmin malların 

alındığı  gün  ərzində  milli  valyutada  nağd 

ödəniş  və  ya  10  iş  günündən  gec  olmayaraq 

milli  valyutada  (əcnəbilərə  və  vətəndaşlığı 

olmayan şəxslərə münasibətdə isə milli və ya 

xarici valyutada) bank kartına (və ya hesabına) 

köçürmə  qaydasında  qaytarır.  Alıcının 

istəyinə  uyğun  olaraq  ƏDV-nin  qaytarılması 

bank  kartına  (və  ya  hesabına)  köçürmə 

qaydasında  həyata  keçirildiyi  təqdirdə,  alıcı 

vergi orqanı tərəfindən təsdiqlənmiş, Qaydada 

nəzərdə  tutulan 

alıcının  bank  kartının  (və  ya 

hesabının)  rekvizit

 

məlumatlarını  əks  etdirən 



e-VHF-nin  bir  nüsxəsini  ƏDV  köşkündə  bu 

məqsəd  üçün  yaradılmış  xüsusi  qutuya  atır. 

Alıcının  bank  kartının  (və  ya  hesabının) 

rekvizit


 

məlumatlarının  əks  olunduğu  e-VHF-

lər  müvəkkil  bank  tərəfindən  vahid  məlumat 

bazasında  təsdiq  edilir  və  qaytarılmalı  vəsait 

(xarici  valyuta  ekvivalenti  müəyyən  edilərkən, 

müvəkkil  bankın  ƏDV-nin  qaytarıldığı  tarixə 

müəyyən  etdiyi  məzənnə  əsas  götürülməklə), 

müvəkkil bank tərəfindən operatorun göstərdiyi 

xidmətlər  üçün  20%  və  bank  əməliyyatlarının 

aparılmasına  görə  xidmət  haqları  çıxılmaqla 

alıcının göstərdiyi bank kartına (və ya hesabına) 

köçürülür. 

Müvəkkil  bank  ticarət  festivalı  dövründə 

Qaydaya  əsasən  qaytarılmış  ƏDV  məbləği 

barədə  məlumatı  həmin  malların  alındığı  gün

 

başa  çatdıqdan  sonra  5  iş  günü  müddətində 



Azərbaycan 

Respublikasının 

Vergilər 

Nazirliyinə  və  Azərbaycan  Respublikasının 

Mədəniyyət və Turizm Nazirliyinə təqdim edir. 

Azərbaycan  Respublikasının  Vergilər  Nazirliyi 

5  iş  günü  müddətində  bu  barədə  olan  rəyini 

nəzərdə  tutulmuş  müddət  başa  çatdıqdan 

sonra  Azərbaycan  Respublikasının  Maliyyə 

Nazirliyinə təqdim edir.

Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi 

isə  Vergilər  Nazirliyindən  rəy  daxil  olduqdan 

sonra  3  iş  günü  müddətində  həmin  məbləğin 

müvəkkil  banka  köçürülməsini  Azərbaycan 

Respublikası Vergilər Nazirliyinin xətti ilə dövlət 

büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin 

həmin məbləğ həddində azaldılması hesabına 

təmin edir.




7

Alıcı aldığı malı geri qaytardıqda, satıcı alıcıya 

təqdim  etdiyi  e-VHF-nin  kağız  daşıyıcıda 

olan nüsxələrini geri alır və elektron məlumat 

bazasında  həmin  e-VHF-ni  ləğv  etməklə 

müvafiq  qeydlər  aparır.  Alıcı  ƏDV-ni  geri 

aldıqdan  sonra  malı  qaytararsa,  satıcı  malın 

ƏDV-siz dəyərini alıcıya qaytarır.




8



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə