1 fevral 2017 azərbaycan iQTİsadi İslahatlar icmali baş redaktor



Yüklə 151,71 Kb.

tarix08.11.2018
ölçüsü151,71 Kb.


1

FEVRAL 2017



AZƏRBAYCAN 

İQTİSADİ 

İSLAHATLAR

İCMALI

Baş redaktor

Dr. Vüsal Musayev

İqtisad Elmləri Doktoru

London Universiteti

www.vusalmusayev.com

dr.vusal.musayev@ereforms.org




2

VERGİLƏR MƏCƏLLƏSİNƏ ƏLAVƏ 

VƏ DƏYİŞİKLİKLƏR

Azərbaycan Respublikası Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq 

islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi 

haqqında” 4 avqust 2016-cı il tarixli 2257 nömrəli Sərəncamının icrası ilə 

bağlı Vergilər Nazirliyi tərəfindən Qanun layihəsi hazırlanmışdır. “Azərbaycan 

Respublikasının  Vergi  Məcəlləsində  dəyişikliklər  edilməsi  haqqında” 

Qanun  layihəsi  115  yeni  maddəni,  83  maddəyə  dəyişiklik  edilməsini,  3 

maddənin isə ləğv olunmasını ehtiva etməklə 201 dəyişiklikdən ibarətdir.




3

A

zərbaycan  iqtisadiyyatı  üzrə  aparılan 



çoxşaxəli  islahatlar  bütövlükdə  səmərəli 

vergi siyasətinin, təkmil vergi qanunvericiliyinin 

və əlverişli vergi mühitinin formalaşdırılmasını 

özündə  ehtiva  etməkdədir.  Belə  ki,  ötən  dövr 

ərzində  irimiqyaslı  konsepsiyalar,  strategiya 

və  proqramların  qəbul  edilməsi,  beynəlxalq 

əməkdaşlıq 

çərçivəsində 

ən 

qabaqcıl 



beynəlxalq  təcrübələr  öyrənilərək  milli  vergi 

sistemində səmərəli tətbiq edilməsi, institusional 

potensialın gücləndirilməsi, vergi qanunvericiliyi 

və inzibatçılığının təkmilləşdirilməsi sahəsində 

mühüm nailiyyətlər əldə edilmişdir.

Ölkədə  aparılan  iqtisadi  islahatların  tərkib 

hissəsi və vergi sahəsində aparılan islahatların 

davamı  kimi  Azərbaycan  Respublikası 

Prezidentinin 4 avqust 2016-cı il tarixli “2016-

cı  ildə  vergi  sahəsində  aparılacaq  islahatların 

istiqamətləri”nin  və  vergi  inzibatçılığının 

təkmilləşdirilməsi  haqqında”  Sərəncamı  ilə 

“2016-cı  ildə  vergi  sahəsində  aparılacaq 

islahatların  istiqamətləri”  təsdiq  edilmiş  və 

Vergilər  Nazirliyinə  vergi  qanunvericiliyinin  və 

inzibatçılığının  təkmilləşdirilməsi  ilə  bağlı  bir 

sıra tapşırıqlar verilmişdir.

Bu  tapşırıqların  icrası  çərçivəsində  Nazirliyin 

Kollegiya  Qərarı  ilə  7  qayda  və  4  inzibati 



reqlament  təsdiq  edilmiş  və  həmin  normativ 

sənədlər Azərbaycan Respublikasının Hüquqi 

Aktların  Dövlət  Reyestrində  qeydiyyatdan 

keçirilmişdir. Eyni zmanda qabaqcıl beynəlxalq 

təcrübə 

araşdırılmaqla 

və 

beynəlxalq 



ekspertlərin  rəyləri  nəzərə  alınmaqla  bir  sıra 

qanun layihələri hazırlanmışdır.

Təqdim  olunan  qanun  layihələri  çərçivəsində 

həyata keçirilən islahatlar əsasən ölkədə 



nağd 

hesablaşmaların  həcminin  azaldılması, 

elektron  ticarətin  vergiyə  cəlb  edilməsi, 

transfer  qiymətqoyma,  uçot  siyasətinin 

təkmilləşdirilməsi və şəffaflaşdırılması, vergi 

yükünün  azaldılması,  vergi  inzibatçılığının 

sadələşdirilməsi, 

vergi 

ödəyicilərinin 

hüquqlarının 

genişləndirilməsi, 

vergi 

qanunvericiliyinə  əməl  edən  intizamlı 

vergi  ödəyicilərinə  münasibətdə  vergi 

orqanları  tərəfindən  göstərilən  xidmətlərin 

səviyyəsinin  daha  da  artırılması  kimi 

mühüm məsələləri əhatə etməkdədir. Məlumat 

xarakterli  olaraq  onu  da  qeyd  etmək  yerinə 

düşər  ki,  artıq  vergi  ödəyicilərinə  göstərilən 

xidmətlərin  səviyyəsinin  artırılması  məqsədilə 

intizamlı  vergi  ödəyicilərinə  xidmətin 



“Yaşıl 

dəhliz” prinsipi əsasında həyata keçirilməsinə 

başlanılmışdır.  Qanun  layihələrinə  uyğun 

olaraq  şəffaf  şəkildə  uçot  aparan  digər  vergi 

ödəyicilərinə  də  münasibətdə  “Yaşıl  dəhliz” 

prinsipi  əsasında  xidmətlərin  göstərilməsi 

nəzərdə  tutulan  tədbirlər  sırasında  öz  yerini 

tapmaqdadır. 

Ümumi  şəkildə  qruplaşdırsaq,  təqdim  edilən 

normativ  sənədlər  toplusu  Vergi  Məcəlləsinə, 

Mülki  Prosessual  Məcəlləyə,  İnzibati  Xətalar 

Məcəlləsinə  və  Cinayət  Məcəlləsinə,  habelə 

“Elektron  ticarət  haqqında”,  “Dövlət  rüsumu 

haqqında”,  “İcra  haqqında”  qanunlara 

dəyişiklikləri nəzərdə tutan qanun layihələrindən 

və  “Nağdsız  hesablaşmalar  haqqında”  qanun 

layihəsindən ibarətdir.    

“Azərbaycan 

Respublikasının 

Vergi 

Məcəlləsində  dəyişikliklər  edilməsi  haqqında” 



Qanun  layihəsi  115  yeni  maddəni,  83 

maddəyə dəyişiklik edilməsini, 3 maddənin 

isə  ləğv  olunmasını  ehtiva  etməklə  201 

dəyişiklikdən ibarətdir. Bu dəyişikliklərin 123 

maddəsi vergi inzibatçılığının təkmilləşdirilməsi, 

uçot  siyasətinin  şəffaflaşdırılması  ilə,  34 

maddəsi  vergi  ödəyicilərinin  hüquqlarının 




4

genişləndirilməsi  ilə,  8  maddəsi  isə  vergi 

yükünün azaldılması, o cümlədən vergi güzəşt 

və azadolmaları ilə bağlıdır.    

Müzakirənizə  təqdim  edilən  Qanun  layihələri 

əsasən aşağıdakı istiqamətləri əhatə edir:  



1. Vergi yükünün azaldılması və pərakəndə 

ticarət  fəaliyyətində  ƏDV-nin  ticarət 

əlavəsindən hesablanması 

Məlum  olduğu  kimi,  kənd  təsərrüfatı 

məhsullarının  istehsalçıları  1999-cu  ildən 

torpaq  vergisi  istisna  olmaqla,  Vergi 

Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin 

ödənilməsindən  azad  edilmişdir.  Həmin 

məhsullar  ticarət  şəbəkələri  tərəfindən 

pərakəndə qaydada satılarkən digər məhsulların 

satışı  kimi  bu  məhsulların  da  tam  dəyəri 

ümumi  qaydada  ƏDV-yə  cəlb  edilir.  Qüvvədə 

olan  qanunvericiliyə  uyğun  olaraq  ƏDV 

tutulan  əməliyyatın  dəyəri  vergi  ödəyicisinin 

müştəridən  və  ya  hər  hansı  digər  şəxsdən 

aldığı,  yaxud  almağa  hüququ  olduğu  haqqın 

ƏDV  nəzərə  alınmadan  məbləği  əsasında 

müəyyən edilir. Vergi Məcəlləsində ƏDV tutulan 

əməliyyatın  dəyərinin  müəyyən  edilməsinin 

başqa qaydası nəzərdə tutulmadığından ticarət 

şəbəkələri satış üzrə ümumi dövriyyədən ƏDV 

hesablamalı olurlar ki, bu da pərakəndə satış 

qiymətində bahalaşmaya səbəb olur. 

Qeyd  edilənlər  nəzərə  alınaraq,  kiçik  və  orta 

sahibkarlığı 

stimullaşdırmaq, 

pərakəndə 

ticarətdə  rəqabət  mühitini  təmin  etmək  və 

vergi  yükünü  optimallaşdırmaq  məqsədilə 

pərakəndə  ticarət  fəaliyyəti  ilə  məşğul 

olan  sahibkarlar  tərəfindən  Azərbaycan 

Respublikasında  istehsal  edilmiş  kənd 



təsərrüfatı  məhsullarının  satışı  zamanı 

ƏDV-nin həmin məhsulların satış qiyməti ilə 



onların alış qiyməti arasındakı fərqdən, yəni 

ticarət  əlavəsindən  hesablanması  ilə  bağlı 

müddəalar Layihəyə daxil edilmişdir. 

Eyni  zamanda,  layihə  ilə  ödəmə  qabiliyyətini 

itirmiş 


bankların 

restrukturizasiya 

və 

sağlamlaşdırma  tədbirləri  çərçivəsində  qeyri-



işlək  (toksik)  aktivlərinin  təqdim  edilməsinin

 

2017-ci  il  yanvarın  1-dən  3  il  müddətinə 

ƏDV-dən azad edilməsi nəzərdə tutulur. 

Bununla  yanaşı, Azərbaycan  Respublikasının 

Prezidentinin  Fərman  və  Sərəncamları  ilə 

yaradılan  icbari  tibbi  sığorta  və  səhiyyə  (tibb) 

xidmətləri  göstərən  qurumların  gəlirlərinin 

mənfəət  vergisindən  müddətsiz,  buğdanın 

idxalının və satışının, buğda ununun və çörəyin 

istehsalının və satışının, quş ətinin satışının isə 

3 il müddətində ƏDV-dən azad edilməsi ilə 

bağlı müddəalar Layihəyə daxil edilmişdir.

Banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə 

ödənilən  illik  faiz  gəlirlərinin,  habelə  emitent 

tərəfindən  investisiya  qiymətli  kağızları  üzrə 

ödənilən  dividendin,  diskont  (istiqrazların 

nominalından aşağı yerləşdirilməsi nəticəsində 

yaranmış  fərq)  və  faiz  gəlirlərinin  gəlir 



vergisindən  azad  edilməsi  müddəti  5 

ilə  qədər,  yəni  2021-ci  ilin  fevral  ayınadək 

artırılmışdır.

Sahibkarların  vergi  yükünün  azaldılması  ilə 

yanaşı  onların  dövriyyə  vəsaitlərinə  qənaət 

edilməsi,  habelə  ixracı  stimullaşdırmaq 

məqsədilə  ixrac  fəaliyyəti  ilə  məşğul  olan 

şəxslərin  apardıqları  əməliyyatlardan  yaranan 

ƏDV  üzrə  artıq  ödənilmiş  vergilərin  onların 

müraciətindən sonra qaytarılması müddətinin 

45 gündən 20 günə endirilməsini əks etdirən 

düzəlişlər,    habelə  ƏDV  tutulan  əməliyyatlar 

aparan  digər  şəxslər  üzrə  yaranmış  artıq 

ödəmələr  digər  vergi  öhdəlikləri  ilə  3  ay 



müddətində  əvəzləndikdən  sonra  qalan 


5

məbləğin 20 gün müddətində qaytarılmasına 

dair müddəalar da layihəyə daxil edilmişdir. 

Qeyd  olunan  dəyişikliklər  vergi  ödəyicilərinin 



vergi yükünün azaldılmasına, onların dövriyyə 

vəsaitlərindən  səmərəli  istifadə  etmələrinə 

şərait yaradacaqdır.

2. Topdan və pərakəndə ticarətlə məşğul olan 

vergi  ödəyicilərini  fərqləndirən  meyarların 

müəyyən edilməsi

Sərəncamla  verilmiş  pərakəndə  ticarət 

sahəsində  ƏDV-nin  ticarət  əlavəsindən 

hesablanması, elektron qaimə-fakturanın tətbiqi 

kimi  tapşırıqlar  topdan  və  pərakəndə  ticarət 

fəaliyyəti  ilə  məşğul  olan  vergi  ödəyicilərinin 

dairəsinin müəyyənləşdirilməsini özündə ehtiva 

etməkdədir.

Burada onu qeyd etmək yerinə düşər ki, mövcud 

vəziyyət üzrə hal-hazırda topdansatış fəaliyyəti 

ilə  məşğul  olan  şəxslər  tərəfindən  malların 

təqdim  edilməsi  zamanı  əksər  hallarda  ciddi 

hesabat blanklarından istifadə edilməməkdədir. 

Bu  da  həmin  vergi  ödəyicilərinin  və  onların 

qarşılıqlı  təsərrüfat  əqdləri  bağladıqları  digər 

şəxslər tərəfindən uçotun düzgün aparılmasında 

müəyyən  çətinliklər  yaradır.  Bu  səbəbdən, 



topdan  və  pərakəndə  ticarət  fəaliyyəti  ilə 

məşğul olan vergi ödəyicilərini fərqləndirən 

meyarları nəzərdə tutan anlayışların layihəyə 

daxil  edilməsi  aparılmış  islahat  tədbirləri 

çərçivəsində  öz  əksini  tapmışdır.  Layihəyə 

əsasən,  topdansatış  malların  alıcıya  onun 



sahibkarlıq  fəaliyyəti  məqsədləri  üçün 

və  qaimə-faktura  tətbiq  edilməklə  həyata 

keçirdiyi  ticarət  fəaliyyətidir.  Pərakəndə  satış 

isə malların alıcıya 

son istehlak məqsədilə və 

yalnız qəbz və ya nəzarət-kassa aparatının 

çeki  (sahibkarlıq  fəaliyyətini  həyata  keçirən 

hüquqi  və  fiziki  şəxslərə  onların  tələbi  ilə 

qaimə-faktura  və  ya  elektron-qaimə  faktura 

və  ya  elektron  vergi  hesab-fakturası)  təqdim 

edilməklə  satışının  həyata  keçirildiyi  ticarət 

fəaliyyətidir.

Bu  dəyişikliklər  vergi  ödəyiciləri  ilə  vergi 

orqanları  arasında  yarana  biləcək  fikir 

ayrılıqlarının  qarşısının  alınmasına  və  onların 

maliyyə  sanksiyalara  məruz  qalmamalarına 

şərait yaradacaq.

3. Elektron qaimə-fakturanın tətbiqi

Ölkəmizdə  mal,  iş  və  xidmətlər  üzrə 

əməliyyatların  rəsmiləşdirilməsi  sahəsində 

mövcud  vəziyyətin  təhlili  göstərir  ki,  qaimə-

fakturaların  kağız  formasında  tətbiqi  bir  sıra 

problemlərə  və  nəticə  etibarı  ilə  vergidən 

yayınma hallarına şərait yaradır. 

Bunun qarşısının alınması məqsədilə layihəyə 

sahibkarlıq  fəaliyyəti  subyektləri  arasında 

malların, işlərin və xidmətlərin təqdim edilməsi 

ilə  bağlı  elektron  qaimə-fakturanın  təqdim 

olunması  barədə  müddəalar  daxil  edilmişdir. 

Eyni  zamanda  malların  alışını  təsdiq  edən 

qaimə-faktura,  elektron  qaimə-faktura  və  ya 

elektron  vergi  hesab-fakturası  olmadıqda 

alıcıya təqvim ili ərzində belə hala birinci dəfə 

yol  verdiyinə  görə  alınmış  malların  10  faizi, 

ikinci  dəfə  yol  verdiyinə  görə  20  faizi,  üç 

və  daha  çox  dəfə  yol  verdiyinə  görə  40 

faizi  miqdarında  maliyyə  sanksiyasının 

tətbiq olunmasını nəzərdə tutan maddə əlavə 

edilmişdir. 

Qanun  layihəsinə  ƏDV-nin  məqsədləri 

üçün  qeydiyyata  alınmış  və  vergi  tutulan 

əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün 

istənilən ayında (aylarında) 200.000 manatdan 

artıq  olan  ticarət  və  (və  ya)  ictimai  iaşə 

fəaliyyəti  ilə  məşğul  olan  şəxslər  tərəfindən 



6

sahibkarlıq  fəaliyyəti  ilə  əlaqədar  təqdim 

edilmiş (yola salınmış) mallara, görülmüş işlərə 

və göstərilmiş xidmətlərə görə 1 aprel 2017-ci il 



tarixdən, bütün digər vergi ödəyiciləri tərəfindən 

isə 1 yanvar 2018-ci il tarixdən malların, işlərin 

və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və 

fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin 

sifarişçisinə)  elektron  qaimə-faktura  təqdim 

edilməsi ilə bağlı keçid müddəa daxil edilmişdir.

Bu  dəyişiklik  sahibkarlar  arasında  aparılan 

əməliyyatların  rəsmiləşməsi  prosedurunun 

sadələşməsinə, 

operativliyinin 

təmin 

edilməsinə, 

inzibatçılıq 

xərclərinin 

azaldılmasına,  sahibkarların  xərclərini  təsdiq 

edən  sənədlərə  malik  olmaqla  gələcək  vergi 

nəzarəti  tədbirləri  zamanı  vergi  orqanları  ilə 

fikir  ayrılıqlarının  qarşısının  alınmasına  və 

şəffaflığın təmin edilməsinə xidmət edir.

4. Vergi öhdəliklərinin əvvəlcədən müəyyən 

edilməsi 

Sahibkarlar  tərəfindən  vergi  öhdəliklərinin 

hər  hansı  səbəbdən  düzgün  müəyyən 

edilməməsi  vergi  ödəyicilərinin  əlavə  maliyyə 

sanksiyalarına  məruz  qalması  ilə  nəticələnir. 

Belə  halların  qarşısının  alınması  məqsədi 

ilə  vergi  ödəyiciləri  tərəfindən  aparılması 

planlaşdırılan  əməliyyatlar  üzrə  yaranacaq 

vergi  öhdəliklərinin  əvvəlcədən  müəyyən 

edilməsi  mexanizminin  hazırlanması  vacibdir. 

Bu mexanizm əsasən 

iri məbləğli müqavilələr 

üzrə  yaranacaq  vergi  öhdəliklərinin  həmin 

müqavilədə  nəzərdə  tutulmuş  əməliyyatlar 

aparılanadək  müəyyən  edilməsini  özündə 

ehtiva  edir.  Bu  da  həmin  vergi ödəyicilərinə 



sonradan əlavə vergilərin hesablanmaması 

və maliyyə sanksiyalarının tətbiq edilməməsi 

ilə nəticələnəcəkdir.  

Bu  məqsədlə,  vergi  öhdəliklərinin  hüquqi 

nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə 

razılaşdırılması qaydasının müəyyən edilməsi 

ilə  bağlı  Layihəyə  müvafiq  müddəalar  daxil 

edilmişdir.  Hər  bir  belə  əməliyyatın  dəyəri  10 

milyon  manatdan  az  olmamalıdır  və  bununla 

bağlı  qərarın  qəbul  edilməsi  üçün  dövlət 

rüsumu ödənilməlidir. Bu məsələ ilə əlaqədar 

olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan 

Respublikasının  Qanununda  dəyişikliklər 

edilməsi barədə” Azərbaycan Respublikasının 

Qanununun layihəsi hazırlanmışdır.

Vergi 

öhdəliyinin 



əvvəlcədən 

müəyyənləşdirilməsi  barədə  qərarın  qəbul 

edilməsinə  görə  500  manat  məbləğində 

dövlət  rüsumu  müəyyən  edilməsi  nəzərdə 

tutulur.


Məlumat  üçün  qey  etmək  yerinə  düşər  ki,  bu 

mexanizm  Avstriya,  Belçika,  Kanada,  Çexiya 

Respublikası, Danimarka, Estoniya, Finlandiya, 

Fransa,  Almaniya,  Macarıstan,  İsrail,  İtaliya, 

Yaponiya, Niderland, İspaniya, Türkiyə, Böyük 

Britaniya, ABŞ və s. ölkələrin qanunvericiliyində 

də təsbit edilməkdədir. 

5.  Kameral  vergi  yoxlamalarının  30  gün 

müddətində başa çatdırılması

Qüvvədə  olan  qanunvericiliyə  görə  kameral 

vergi  yoxlaması  vergi  ödəyicisi  tərəfindən 

verginin  hesablanması  və  ödənilməsi  üçün 

əsas  olan  sənədlərin  vergi  orqanına  təqdim 

edildiyi  gündən  30  gün  müddətində  keçirilir. 

Vergi ödəyiciləri tərəfindən müvafiq sənədlərin 

vaxtında təqdim edilməməsi və ya ümumiyyətlə 

sənədləşmənin  aparılmaması  bəzən  kameral 

qaydada  keçirilən  vergi  yoxlamalarının 

müddətinin  uzadılması  ilə  nəticələnir.  Belə 

halların aradan qaldırılması məqsədilə kameral 

vergi  yoxlamalarının  konkret  olaraq  verilmiş 

bəyannamələr əsasında 30 gün ərzində başa 




7

çatdırılması qarşıya qoyulan məqsəd xarateri 

daşımaqdadır. 

Bu  məqsədlə,  kameral  vergi  yoxlamasının 

vergi bəyannaməsinin təqdim edildiyi vaxtdan 

30  iş  günü  müddətində  həyata  keçirilməsini 

və  bu  müddət  başa  çatdıqdan  sonra  həmin 

bəyannamə  üzrə  yenidən  kameral  vergi 

yoxlamasının  keçirilməsini  qadağan  edən 

müddəalar Layihəyə daxil edilmişdir. 

Məlumat  üçün  qeyd  etmək  yerinə  düşər  ki, 

Sərəncamın  icrasından  irəli  gələrək  vergi 

orqanlarında  risklərin  avtomatlaşdırılmış 



qaydada  emalı  sisteminin  tətbiqinə 

başlanılmışdır ki, bu da bəyannamələrin 30 gün 

müddətində  kameral  qaydada  yoxlanılmasına 

imkan verəcəkdir.

Vergi  ödəyicisi  tərəfindən  bəyannamə  təqdim 

edildiyi  tarixdən  30  gün  sonra  vergi  orqanları 

tərəfindən aşkar olunmuş hər hansı uyğunsuzluq 

barədə  vergi  ödəyicisində  kameral  yoxlama 

keçirilmədən ona həmin uyğunsuzluq barədə 5 

iş günü ərzində bildirişin göndərilməsi də vergi 



ödəyicilərinin  hüquqlarının  qorunmasına 

xidmət edir.

6. Könüllü vergi açıqlaması sisteminin tətbiqi

Məlum  olduğu  kimi,  vergi  ödəyicilərində 

aparılan  səyyar  vergi  yoxlamalarının  başa 

çatmasına  baxmayaraq  vergi  orqanının  əldə 

etdiyi  mənbəyi  bəlli  olan  hər  hansı  məlumat 

əsasında  vergi  ödəyicisinin  gəlirlərinin  və 

ya  vergitutma  obyektinin  gizlədilməsinin 

(azaldılmasının) əlamətləri müəyyən edildikdə 

vergi  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş 

hallarda  növbədənkənar  vergi  yoxlaması 

keçirilə bilər. Bu zaman keçirilən vergi yoxlaması 

ilə  büdcədən  yayındırılmış  vergi  məbləğləri 

dövlət  büdcəsinə  bərpa  edilməklə,  həmin 

yayındırılmış  məbləğə  50  faiz  miqdarında 



maliyyə  sanksiyası  tətbiq  edilir.  Məcəlləyə 

təklif  edilən  könüllü  vergi  açıqlaması  ilə 

bağlı müddəaların tətbiqi vergi ödəyicilərini 

belə sanksiyalardan azad edəcəkdir

Könüllü vergi açıqlaması vergi orqanı tərəfindən 

keçirilən səyyar vergi yoxlaması başa çatdıqdan 

sonra yoxlama ilə aşkar olunmamış səhvlərin, 

o  cümlədən  vergi  məbləğlərinin  düzgün 

hesablanmaması  hallarının  vergi  ödəyicisi 

tərəfindən  könüllü  olaraq  bəyan  edilməsini 

nəzərdə tutur. Bununla bağlı Vergi Məcəlləsinə 

müvafiq dəyişikliklər təklif edilir ki, bu da vergi 

ödəyicisinə  könüllü  vergi  açıqlaması  barədə 

səyyar vergi yoxlamasının əhatə etdiyi dövrlərə 

görə  bəyannamə  verilməsi  hüququnu  verir. 

Həmin bəyannamə ilə könüllü açıqlanmış vergi 

məbləğlərinə  görə  vergi  ödəyicisinə  faiz 



hesablanmır  və  maliyyə  sanksiyası  tətbiq 

edilmir.

          Məlumat üçün qeyd etmək lazımdır ki, analoji 

müddəalar  ABŞ,  əksər  avropa  ölkələrinin, 

qardaş Türkiyənin qanunvericiliyində öz əksini 

tapmaqdadır. 

7. Nağdsız hesablaşmalar haqqında

Sərəncama  uyğun  olaraqç  eyni  zamanda 

“Nağdsız 

hesablaşmalar 

haqqında” 

Azərbaycan  Respublikasının  Qanununun 

layihəsi  hazırlanmışdır.  Həmin  Qanunla 

nağdsız  hesablaşmaların  anlayışı  verilmiş, 

ƏDV  məqsədləri  üçün  qeydiyyata  alınmış  və 

vergi  tutulan  əməliyyatlarının  həcmi  ardıcıl 

12  aylıq  dövrün  istənilən  ayında  200  min 

manatdan  artıq  olan  ticarət  və  ictimai  iaşə 

fəaliyyəti  ilə  məşğul  olan  şəxslər  tərəfindən 

hesablaşmaların  nağd  qaydada  aparılması 

ay  ərzində 

30  min  manatadək,  digər  vergi 

ödəyiciləri  tərəfindən  isə  ay  ərzində 



15  min 


8

manatadək məhdudlaşdırılmışdır. 

Bunlarla 

yanaşı, 


inzibati 

cərimələrin, 

maliyyə  sanksiyalarının,  vergilərin,  gömrük 

rüsumlarının,  yığımların,  faizlərin,  lizinq 

əməliyyatları  üzrə  borcların  ödənilməsi  və 

kreditlərin  verilməsi,  sığorta  ödənişlərinin, 

dövlət  orqanlarına,  dövlət  mülkiyyətində 

olan  və  paylarının  (səhmlərinin)  nəzarət 

zərfi  dövlətə  məxsus  olan  hüquqi  şəxslərə, 

büdcə təşkilatlarına və publik hüquqi şəxslərə 

ödənilən xidmət haqlarının və digər yığımların, 

pensiya, təqaüd, maddi yardım, müavinətlərin, 

kompensasiyaların və təzminatların, stasionar 

telefon xidmətləri və kommunal xərclərin, vergi 

ödəyicilərinə  faizsiz  pul  vəsaitlərinin  və  digər 

ayırmaların ödənilməsi və qaytarılması, dövlət 

satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin 

istifadəsinin, təhsil haqlarının ödənilməsinin və 

turagentlərə ödənişlərin aparılmasının nağdsız 

qaydada  həyata  keçirilməsinə  dair  tələblər 

müəyyən edilmişdir.  

Eyni  zamanda  əməliyyatlarının  həcmi  ardıcıl 



12 aylıq dövrün istənilən ayında (aylarında) 

200  min  manatadək  olan  pərakəndə  ticarət, 

iaşə  və  xidmət  sahəsində  fəaliyyət  göstərən 

şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən 

ödənilən əmək haqlarının da nağdsız qaydada 



həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Həmin Qanunun tələblərinin pozulmasına görə 

təqvim  ili  ərzində  belə  hala  birinci  dəfə  yol 

verdikdə  aparılan  əməliyyatların  10  faizi, 

ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha 

çox  dəfə  yol  verdikdə  40  faizi  miqdarında 

maliyyə  sanksiyasının  tətbiq  edilməsi  ilə 

bağlı  Vergi  Məcəlləsinə  müvafiq  maddə  daxil 

edilmişdir. 

Qeyd  edilənlərlə  yanaşı  banklardan  nağd  pul 

vəsaitlərinin çıxarılmasının məhdudlaşdırılması 

məqsədilə Vergi Məcəlləsinin layihəsinə hüquqi 

şəxslər  və  fərdi  sahibkarlar  tərəfindən  pul 

vəsaitlərinin nağd qaydada bank hesablarından 

çıxarılmasına görə banklar və poçt rabitəsinin 

milli  operatorları    tərəfindən  1  faiz  dərəcəsi 

ilə  sadələşdirilmiş  verginin  tutulmasına  dair 

müddəa da daxil edilmişdir.

Nağd 

ödənişlərin 



məhdudlaşdırılması 

dünyanın  əksər  ölkələrinin,  o  cümlədən 

Fransa,  İtaliya,  İspaniya,  Belçika,  Çexiya, 

Slovakiya,  Qazaxıstan  və  sair  dövlətlərin 

qanunvericiliyində nəzərdə tutulmuşdur.

Bu  dəyişikliklər  bütövlükdə  ölkədə  nağdsız 



əməliyyatların həcminin artmasına, bankların 

maliyyə 

vəziyyətinin 

yaxşılaşmasına, 

onların  likvidliyinin  təmin  edilməsinə,  pul 

dövriyyəsinin  tənzimlənməsinə,  büdcə 

vəsaitlərinin  xərclənməsində  şəffaflığın 

təmin edilməsinə, əmək haqqlarının və digər 

ödənişlərin    leqallaşmasına  və  nəticədə 

ölkənin  beynəlxalq  reytinqinin  daha  da 

artırılmasına şərait yaradacaqdır.  

8.  Xərclərin  süni  şəkildə  artırılması 

(transfer qiymətləndirmə) hallarının aradan 

qaldırılması 

Vergi  Məcəlləsinin  14-cü  maddəsi  vergitutma 

məqsədləri  üçün  tərəflər  arasında  aparılan 

əməliyyatda malların (işlərin, xidmətlərin) bazar 

qiymətinin  müəyyən  edilməsini  tənzimləyir. 

Bu  maddənin  mövcud  redaksiyası  rezident 

vergi ödəyicisinin ölkə hüdudlarından kənarda 

təsis  edilmiş  vergi  ödəyiciləri  ilə  apardıqları 

əməliyyatlarda  gəlir  və  xərclərinin  düzgün 

bölüşdürülməsinə nəzarət etməyə imkan vermir. 

Belə  halların  qarşısının  alınması  məqsədilə 

ölkə hüdudlarından kənarda, o cümlədən vergi 

sığınacağı (ofşor) hesab edilən dövlətlərdə və 

ya  ərazilərdə,  təsis  edilmiş  şəxslərlə  həyata 




9

keçirilən əməliyyatlar üzrə əldə edilən gəlirlərin 

transfer qiymətləri tətbiq edilməklə vergiyə cəlb 

edilməsi üçün Layihəyə müvafiq maddələr daxil 

edilmişdir. 

Layihədə  transfer  qiymətlərinin  təqvim  ili 

ərzində  yuxarıda  qeyd  edilən  hər  bir  şəxs 

üzrə  ümumi  dəyəri  500.000  manatdan  artıq 

olan  əməliyyatlara  tətbiq  edilməsi  nəzərdə 

tutulmuşdur.

Qanun  layihəsinə  bu  istiqamətdə  dəyişiklik 

hazırlanarkən,  İqtisadi  Əməkdaşlıq  və 

İnkişaf  təşkilatının    (OECD-nin)  tövsiyyələri 

öyrənilmiş,  beynəlxalq  ekspertlərin  rəyləri 

nəzərə  alınmışdır.  Transfer  qiymətqoyma 

Avropa İttifaqına daxil olan ölkələrdə, Amerika 

Birləşmiş  Ştatlarında  və  s.  dövlətlərdə  tətbiq 

olunur.


9. Fiziki şəxslərin vergi öhdəliklərinin aylıq 

sabit vergi şəklində müəyyən edilməsi

Bu  dəyişikliyə  əsasən  bəzi  fəaliyyət  növləri 

ilə  məşğul  olan  fiziki  şəxslər  tərəfindən  vergi 

öhdəliklərinin sabit məbləğdə sadələşdirilmiş 



qaydada  vergi  ödəməklə  yerinə  yetirilməsi 

qaydası  müəyyən  edilmişdir.  Sadələşdirilmiş 

vergi üzrə sabit məbləğin ödənilməsi haqqında 

qəbz  alınmaqla  fəaliyyət  göstərilməsi  vergi 

ödəyicilərinin  vəzifələrinə  aid  edilmişdir  və 

Məcəlləyə  həmin  fəaliyyət  növlərinin  siyahısı 

və verginin dərəcəsi daxil edilmişdir. 

Belə  fəaliyyət  növlərinə  toylarda,  şənliklərdə 

və  digər  tədbirlərdə  aparıcılıq,  çalğıçılıq, 

rəqqaslıq,  aşıqlıq,  fərdi  foto,  audio-video 

xidmətləri,  məişət  cihazlarının  təmiri,  dayə, 

fərdi  sürücülük,  ev  təsərrüfatında  təmizlik, 

bağban və s. fərdi xidmətlər aid edilmişdir.

Dəyişikliklərə  əsasən  vergi  öhdəliklərini 

sadələşdirilmiş  vergi  üzrə  sabit  məbləğin 

ödənilməsi  haqqında  qəbz  alınmaqla  yerinə 

yetirən  şəxslər  vergi  orqanına  bəyannamə 

təqdim etmirlər.

Bu dəyişikliklər fərdi qaydada fəaliyyət göstərən 



aşağı gəlirli fiziki şəxslərin vergi və inzibati 

yükünün azaldılmasına xidmət edir.

10.  Rəqəmsal  iqtisadiyyatın  (e-ticarət) 

vergiyə cəlb edilməsi

Sərəncamın  icrası  ilə  bağlı  hazırlanan  qanun 

layihələrinədən  biri  də  “Elektron  ticarət 

haqqında” 

Azərbaycan 

Respublikasının 

Qanununda dəyişikliklərin edilməsi haqqındadır. 

Həmin  Qanun  layihəsi  elektron  ticarətin 



əhatə 

dairəsinin 

genişləndirilməsini

elektron  ticarətin  əsas  iştirakçılarından  olan 

kart təşkilatının, təcrübədə geniş tətbiq edilən 

pul kisəsi anlayışını, habelə elektron ticarətin 

iştirakçısı olan satıcıya dair tələbləri müəyyən 

edən normaları özündə ehtiva edir.         

Vergi  Məcəlləsinə  də  rəqəmsal  iqtisadiyyat 

çərçivəsində  aparılan  əməliyyatların  vergiyə 

cəlb  edilməsinin  işlək  mexanizmini  müəyyən 

edən  müddəaların  əlavə  edilməsi  nəzərdə 

tutulur.


Layihəyə elektron ticarət qaydasında işlərin və 

xidmətlərin təqdim edilməsinə, habelə elektron 



qaydada  təşkil  olunan  lotereyaların,  digər 

yarışların  və  müsabiqələrin  keçirilməsinə 

görə ƏDV-nin alıcısının olduğu yerdə vergiyə 

cəlb  edilməsi  ilə  bağlı  müddəa  da  daxil 

edilmişdir.

Həmin müddəalara əsasən vergi orqanlarında 

uçotda  olmayan  şəxslər  tərəfindən  ödənişlər 

aparılarkən  yerli  bank,  xarici  bankın 

Azərbaycan  Respublikasındakı  filialları  və 



10

ya  poçt  rabitəsinin  milli  operatoru  tərəfindən 



qeyri-rezidentə  ödənilməli  olan  məbləğə 

ƏDV hesablanmalı, alıcının vəsaiti hesabına 

tutulmalı və büdcəyə ödənilməlidir.

Beləliklə  qeyd  edilən  dəyişikliklə  elektron 

ticarət  aparan  vergi  ödəyicilərinə  şəffaf  vergi 

nəzarətinin təmin edilməsinə, rezident və qeyri-

rezident  elektron  ticarət  iştirakçıları  arasında 

diskriminasiyanın  aradan  qaldırılmasına  nail 

olunacaqdır. 

11. Kənd təsərrüfatı məhsullarının istehsalı 

və emalı üzrə sərhədlərin müəyyən edilməsi

Məlum  olduğu  kimi,  kənd  təsərrüfatı 

məhsullarının  istehsalçıları  1999-cu  ildən 

torpaq  vergisi  istisna  olmaqla,  Vergi 

Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin 

ödənilməsindən  azad  edilmişdir.  Qeyd  etmək 

lazımdır  ki,  bu  güzəştlər  kənd  təsərrüfatı 

məhsullarının  birbaşa  istehsalı  ilə  məşğul 

olan  şəxslərə  tətbiq  edilir.  Bu  sahələrdə 

yaranan  fikir  ayrılığı  və  mübahisələrin 

aradan  qaldırılması  üçün  kənd  təsərrüfatı 

məhsullarının  istehsalçılarına  tətbiq  edilən 



vergi  güzəştlərinin  əhatə  dairəsini  dəqiq 

müəyyənləşdirmək 

məqsədilə 

kənd 


təsərrüfatı  məhsullarının  istehsalı  və  emalı 

üzrə  sərhədlərin  müəyyən  edilməsinə  zərurət 

yarandığından  kənd  təsərrüfatı  məhsullarının 

istehsalının və satışının anlayışı Layihəyə daxil 

edilmişdir. 

Sənaye  üsulu  (o  cümlədən  xüsusi  broyler 

təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri 

və digər yerlər) da daxil olmaqla, heyvanların 

və  quşların  yetişdirilməsi,  bəslənməsi,  diri 

şəkildə  olarkən  onlardan  məhsulların  (ilkin 

formada,  yarımfabrikat  kimi  istifadə  olunaraq 

yeni  məhsula  çevrilmədən,  kimyəvi  tərkibi 

dəyişdirilmədən,  konservləşdirilmədən)  əldə 

edilməsi,  bitkiçilik  məhsullarının  becərilməsi 



kənd  təsərrüfatı  məhsullarının  istehsalı 

anlayışına aid edilmişdir. 

İstehsal  olunan  (o  cümlədən  sənaye 

üsulu  ilə,  xüsusi  broyler  təsərrüfatlarında, 

avtomatlaşdırılmış  tövlə  sistemlərində  və 

digər  yerlərdə)  canlıların  diri  şəkildə,  habelə 

onlardan  diri  şəkildə  olarkən  əldə  edilmiş 

məhsulların  ilkin  formada,  heç  bir  kimyəvi 

təsirə  məruz  qalmadan  təqdim  edilməsi  və 

bitkiçilik məhsullarının və digər kənd təsərrüfatı 

məhsullarının təqdim edilərkən təbiətdə olduğu 

ilkin  formasını  saxlaması,  kimyəvi  tərkibinin 

dəyişdirilməməsi, 

konservləşdirilməməsi 

kənd  təsərrüfatı  məhsullarının  satışına  aid 

edilmişdir.



12.  Vergi  qanunvericiliyində  hüquqlardan 

sui-istifadə 

əleyhinə 

müddəaların 

beynəlxalq təcrübəyə uyğunlaşdırılması

Bəzi  vergi  ödəyiciləri  vergi  qanunvericiliyi 

ilə  verilmiş  hüquqlardan  sui-istifadə  edərək 

müxtəlif  sxemlər  tətbiq  etməklə  vergidən 

yayınırlar. 

Çoxpilləli müqavilələr bağlamaqla xərclərin bir 

vergi ödəyicisindən digərinə ötürülməsi yolu ilə 

şişirdilərək  vergi  öhdəliklərinin  azaldılmasını 

belə sxemlərə nümunə kimi göstərmək  olar.

Beynəlxalq təcrübə nəzərə alınmaqla belə vergi 



ödəyicilərinin vergitutma obyektlərini şəffaf 

şəkildə  vergiyə  cəlb  etmək  və  vergitutma 

bazasının  gizlədilməsinin  qarşısını  almaq 

məqsədilə  hüquqlardan  sui-istifadə  əleyhinə 

müddəaların  vergi  qanunvericiliyinə  daxil 

edilməsi  nəzərdə  tutulur.  Bu  təcrübə  Fransa, 

Almaniya,  Hollandiya,  Belçika  və  digər 

ölkələrdə  tətbiq  olunur.  Bu  məqsədlə  vergi 

orqanı  tərəfindən  vergidən  yayınma  sxeminin 




11

tətbiqi  halları  aşkar  edildikdə,  onlara  faktiki 

iqtisadi mahiyyət üzrə qanunla müəyyən edilmiş 

qaydada  vergiləri  hesablamaq  hüququnu 

özündə əks etdirən müddəalar Layihəyə daxil 

edilmişdir. 



13. Güzəştli vergitutulan ölkələrdə aparılan 

əməliyyatlara  vergi  nəzarəti  mexanizminin 

qurulması

Sərəncama  uyğun  olaraq,  Azərbaycan 

Respublikası rezidentlərinin güzəştli vergi tutulan 

ölkələrdə  və  ya  ərazilərdə  (ofşor  zonalarda) 

yaradılmış  müəssisələrlə  əməliyyatlarına 

səmərəli  nəzarət  mexanizmlərinin  qurulması 

da  islahat  tədbirləri  arasında  öz  əksini 

tapmışdır.  Bu  mexanizmlərin  tətbiqində 

məqsəd  ofşorlarda  yaradılmış  müəssisələr 

vasitəsilə  müxtəlif  sxemlərdən  istifadə 

edərək  gəlir  və  mənfəətlərini  Azərbaycan 

Respublikasında vergidən yayındıran şəxslərin 

müəyyənləşdirilməsi  və  həmin  əməliyyatların 

qanunvericiliyə müvafiq qaydada vergiyə cəlb 

edilməsini təmin etməkdən ibarətdir. 

Bu  məqsədlə  Layihəyə  güzəştli  vergi  tutulan 

ölkələrdə  təsis  edilmiş  (qeydiyyatdan  keçmiş) 

subyektlərə  rezidentlər  və  qeyri-rezidentlərin 

Azərbaycan 

Respublikasındakı 

daimi 

nümayəndəlikləri  tərəfindən  birbaşa  və  ya 



dolayısı  ilə  edilən  ödənişlərin  Azərbaycan 

mənbəyindən  gəlirlərə  aid  edilməsini  və 

həmin ödənişlərdən ödəmə mənbəyində 10 

faiz dərəcə ilə verginin tutulmasını nəzərdə 

tutan müddəalar daxil edilmişdir.

Bu  dəyişiklik  beynəlxalq  təcrübədə  tətbiq 

olunan,  vergi  sığınacaqlarına  köçürülərək 

vergidən  yayındırılan  gəlirlərlə  mübarizə 

sahəsində  atılan  addımlardan  biridir.  Analoji 

müddəalar  Latviya,  Estoniya,  Qazaxıstan 

və  Gürcüstan  kimi  öklərin  qanunvericiliyində 

nəzərdə tutulmuşdur.



14.  Elektron  auditin  tətbiqi  dairəsinin 

genişləndirilməsi

Məlum  olduğu  kimi,  dövlət  vergi  siyasətinin 

əsas  hədəflərindən  biri  sahibkarlarla  vergi 

orqanı  arasında  birbaşa  təmasın  minimuma 

endirilməsi  və  əlaqələrin  elektron  qaydada 

həyata keçirilməsindən ibarətdir. 

Bununla  əlaqədar  Vergi  Məcəlləsinə  elektron 

auditin  vergi  ödəyicisinin  elektron  formatda 

saxlanılan maliyyə (mühasibat) məlumatlarına 

xüsusi  proqram  təminatı  vasitəsilə  birbaşa 

və  ya  məsafədən  çıxış  imkanı  yaradılmaqla 

həyata keçirilən vergi yoxlaması olması barədə 

anlayış  və  elektron  auditin  vergi  orqanının 

qərarına  əsasən  müvafiq  icra  hakimiyyəti 

orqanının müəyyən etdiyi qaydada aparılması 

ilə bağlı müddəalar daxil edilmişdir. 



15.  Vergi  sahəsində  şəffaflıq  və  məlumat 

mübadiləsi  üzrə  yüksək  beynəlxalq 

reytinq  əldə  etmək  və  bu  reytinqin  daima 

saxlanılması

Məlum olduğu kimi, Azərbaycan Respublikası 

2003-cü  il  tarixdən  “Vergi  məsələləri  üzrə 

qarşılıqlı inzibati yardım haqqında” Konvensiya 

qoşulmuşdur. Həmin Konvensiya ölkələrə vergi 

sahəsində yardımın, habelə vergi ödəyicilərinin 

gəlirləri barədə avtomatik məlumat mübadiləsini 

nəzərdə tutur. 

Bundan  əlavə,  Amerika  Birləşmiş  Ştatlarının 

Hökuməti  ilə  Azərbaycan  Respublikası 

Hökuməti  arasında  vergi  tələblərinin  yerinə 

yetirilməsi barədə müvafiq Saziş imzalanmışdır.

Qeyd  olunan  Sazişə  əsasən  tərəflərin  vergi 

ödəyicilərinin  bank  hesablarının,  həmin 

hesablardakı əməliyyatlar barədə məlumatların 



12

mübadiləsi həyata keçirilir. 

Beynəlxalq  sazişlərdən  irəli  gələn  tələblərin 

yerinə 


yetirilməsi 

məqsədilə 



maliyyə 

institutlarının, o cümlədən bankların hüquq 

və  vəzifələrini  və  onların  bu  məsələlərlə 

bağlı məsuliyyətini nəzərdə tutan müddəalar 

Vergi Məcəlləsinə daxil edilmişdir. 

Məlumat  üçün  qeyd  etmək  yerinə  düşər  ki, 

cari  ilin  sentyabr  ayında  Qlobal  Forumun 

Qiymətləndirmə  Qrupunun  Paris  şəhərində 

keçirilən  iclası  zamanı  Azərbaycan  üzrə 

ölkə 

hesabatı 



müzakirəyə 

çıxarılmış 

və    Qiymətləndirmə  Qrupunun  qərarı  ilə 

təsdiqlənərək, 

Azərbaycan 

Respublikası 

“əsasən uyğun” (largely compliant) reytinq balı 

ilə  qiymətləndirilmişdir.  Bu  reytinq  28  oktyabr 

2016-cı  il  tarixində

  Qlobal  Forum  tərəfindən 

təsdiqlənərək,  Qlobal  Forumun  və  OECD-nin 

rəsmi veb-saytlarında dərc edilmişdir.

16.Torpaq sahələrinin satışı əməliyyatlarının 

rəsmiləşdirilməsi  zamanı  bu  əməliyyatdan 

yaranan vergi öhdəliyinin notarius tərəfindən 

ödəmə mənbəyində sadələşdirilmiş vergiyə 

cəlb edilməsi:

Məlum    olduğu  kimi,    qüvvədə  olan 

qanunvericiliyə əsasən torpaq sahələrinin satışı 

ümumi  qaydada  mənfəət  və  gəlir  vergisinə 

cəlb  edilir.  Bu  əməliyyatların  rəsmiləşdirilməsi 

zamanı  qiymətlərin  düzgün  göstərilməməsi, 

alış və xərc sənədlərinin olmaması bu torpaqları 

təqdim  edən  şəxsin  vergi  öhdəliyinin  dəqiq 

müəyyən  edilməsində  çətinliklər  yaradır.  Bu 

məqsədlə, torpaq sahələrinin sadələşdirilmiş 



qaydada  vergiyə  cəlb  edilməsini  nəzərdə 

tutan müddəalar Layihəyə daxil edilmişdir. 

17.  Vergi  borcunun  alınması  sahəsində 

qanunvericiliyin təkmilləşdirilməsi:

“İcra 

haqqında” 

Azərbaycan 

Respublikasının  Qanununda  dəyişiklik 

edilməsinə  dair  qanun 

layihəsi  üzrə  icra 

məmurları  tərəfindən  icraata  qəbul  edilən 

vergi  borclarının,  habelə  geri  qaytarılan  icra 

sənədlərinin  daima  nəzarətdə  saxlanılması, 

icra  məmurlarına  vergi  borclarının  alınması 

ilə  bağlı  mümkün  köməkliyin  edilməsi, 

habelə  bu  sahədə  düzgün  uçotun  qurulması 

məqsədilə vergi borcunun alınması (vergilərin 

ödənilməməsi)  ilə  əlaqədar  qanuni  qüvvəyə 

minmiş  məhkəmə  qərarlarına  münasibətdə 

icra məmurlarının icraata başlamaq haqqında 

qərarın  surətinin  və  icra  edilməsi  mümkün 

olmadığı  üçün  geri  qaytarılan  icra  sənədləri 

barədə  məlumatların  rəsmi  şəkildə  aidiyyəti 

vergi  orqanına  təqdim  etmələri  ilə  bağlı 

müddəalar nəzərdə tutulmuşdur. Həmin qanun 

layihəsinə,  icra  məmurları  tərəfindən  dəyəri 

5000  manatadək  olan  əmlakların  ticarət 

şəbəkələrində, o cümlədən elektron ticarət 

şəbəkələrində  satışına  dair  müddəalar  da 

əlavə edilmişdir.

“İcra  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununda  qeyd  edilən  istiqamətdə  müvafiq 

dəyişikliklər  edildiyi  təqdirdə  qanuni  qüvvəyə 

minmiş  məhkəmə  aktlarının  icrasının  tez  bir 

zamanda  təmin  edilməsi,  habelə  Azərbaycan 

Respublikası  Vergilər  Nazirliyi  tərəfindən 

vergilərin vaxtında və tam məbləğdə yığılması 

və  dövlət  büdcəsinə  ödənilməsinin  təmin 

edilməsi üçün daha əlverişli şərait yaranacaqdır.



Mülki-Prosessual  Məcəlləyə  təklif  olunan 

dəyişiklik  isə    Azərbaycan  Respublikasının 

Vergi  Məcəlləsinə  uyğunlaşma  xarakteri 

daşıyır.  Məhkəmə  Vergi  Məcəlləsinin  90.1-

ci  maddəsində  göstərilən  vergi  orqanının 

müraciətinə Azərbaycan Respublikasının Mülki 

Prosessual  Məcəlləsində  müəyyən  edilmiş 



13

qaydada baxır.

Vergi borclarının dövlət büdcəsinə alınmasının 

tam həcmdə və operativ təmin edilməsi məqsədilə 

Vergi Məcəlləsinə dəyişiklik layihəsində bir sıra 

yeniliklər nəzərdə tutulmuşdur. Bu dəyişikliklər 

məhkəmə  qərarlarının  icrası  prosesinin  daha 

sadə  və  operativ  şəkildə  həyata  keçirilməsini 

təmin edəcəkdir.

18.  Vergitutma  bazasının  genişləndirilməsi 

ilə bağlı müddəalar:

Məlumat üçün onu da qeyd etmək yerinə düşər 

ki,  Vergi  Məcəlləsinə  dəyişikliklər  edilməsi 

haqqında  Qanunun  Layihəsinə  vergitutma 

bazasının  genişləndirilməsi  ilə  bağlı  bir  sıra 

müddəalar daxil edilmişdir. 



Bu dəyişikliklər əsasən: 

-  idxal  edilən  istirahət  və  ya  idman  üçün 

yaxtalara  və  bu  məqsədlər  üçün  nəzərdə 

tutulan  digər  üzən  vasitələrə,  mühərrikinin 

həcmi  2000  kub  santimetrdən  yuxarı  olan 

minik  avtomobillərinə,  platinin  və  qızılın  hər 

qramına, almazın 1 karatına tətbiq edilən aksiz 

dərəcələrinin təqribən 2 -3 dəfə artırılmasını; 

- idxal edilən xəz-dəri mallarının aksizli mallara 

aid  edilməklə  10  faiz  dərəcə  ilə  aksizə  cəlb 

edilməsini;

- sadələşdirilmiş verginin ödəyicisi olan hüquqi 

şəxslərin əmlak vergisinə cəlb edilməsini;

-  maşınlar  və  avadanlıq  üzrə  amortizasiya 

normasının  25  faizdən  20  faizədək 

azaldılmasını; 

-  dövlət  büdcəsinin  investisiya  xərcləri 

hesabına  alınan  aktivlərə  hesablanmış 

amortizasiyanın  gəlirdən  çıxılmasının  40 

faizədək məhdudlaşdırılmasını nəzərdə tutur.

Vergi  Məcəlləsinə  təklif  edilən  yuxarıda 

sadalanan  dəyişikliklər  ölkədə  aparılan 

iqtisadi  islahatların  tərkib  hissəsi  kimi  həyata  

keçirilməsi nəzərdə tutulmaqdadır.




14



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə