1. Gender psixologiyasının predmeti və tədqiqat metodları Gender psixologiyasının formalaşmasının tarixi mərhələləri. Feminizm cərəyanı



Yüklə 44,6 Kb.
səhifə1/7
tarix19.06.2023
ölçüsü44,6 Kb.
#117885
  1   2   3   4   5   6   7
Gender psixologiyasının predmeti və tədqiqat metodları (2)


GENDER PSİXOLOGİYASININ PREDMETİ VƏ TƏDQİQAT METODLARI
Plan:
1. Gender psixologiyasının predmeti və tədqiqat metodları
2. Gender psixologiyasının formalaşmasının tarixi mərhələləri.
3. Feminizm cərəyanı
1. Gender psixologiyasının predmeti və tədqiqat metodları.
Hər bir elmin predmeti olduğu kim gender psixologiyasının da öyrəndiyi sahə vardır. Geniş mənada gender psixologiyasının predmetinə psixikanın cinslə bağlı olan xüsussiyyətləri aiddir. Onun konkretləşdirilməsi gender psixologiyasının müxtəlif sahələrində əks olunur. Gender psixologiyasını 6 böyük hissəyə ayırmaq olar: 1) qadın və kişilərin müqayisəli psixologiyası ; 2) qadın psixologiyası; 3) kişi psixologiyası; 4) gender sosisalizasiyası; 5) gender münasibətlərinin psixologiyası; 6) liderliyin gender psixologiyası və ya gender və ya liderlik.
1. Qadın və kişilərin müqayisəli psixologiyası.Gender psixologiyasının tarixi gedişində bu sahə müxtəlif adlar daşımışd: cinsi dimorfizm, cinsi dipsixizm, cinsi fərqlər, gender fərqləri.Kişi və qadınlar, oğlan və qızlar müxtəlif parametrlərlə müqayisə olunur: psixikası, psixofizioloji və neyropsixoloji xüsusiyyətlərdən tutmuş sosial-psixoloji xüsusisyyətlərə qədər. Bu zaman yalnız fərqlər deyil, oxşarlıqlar da müəyyənləşdirilir. Bu müqayisənin məqsədi cinslərin özünəməxsusluğunu, kişi və qadınların spesifik xüsusiyyətlərini müəyyənləşdirməkdən ibarətdir
2. Qadın psixologiyası qadınların psixikasının və davranışının xüsusiyyətlərini öyrənir. Adətən xarici tədqiqatlarda qadın psixologiyası, kişi psixologiyası ilə birlikdə öyrənilir. Lakin qadın psixologiyasının öz spesifik predmeti vardır ki, bu da adın fiziologiyası ilə bağlıdır. Buraya analıq dövrü, qadınların məşğulluğu, qadına aid peşələr, qadına xas olan xəstəliklər və s. aiddir.
3. Kişi psixologiyası ilk addımlarını atır. Bu sahənin predmetinə qadınlara aid olmayan psixikanın xüsusiyyətləri daxildir. Kişilərin vaxtsız qocalmasının səbəblərini araşdırmaq vacibdir. Yalnız kişilərə xas olan, qadınların məşğul olmadığı peşələri, qadınların iştirak etmədiyi kişi qruplarını-işgüzar, peşəkar klubları, kompaniyaları və s. öyrənmək lazımdır.
4. Gender sosializasiyası. Bu sahənin predmetinə gender identikliyi, gender rollarının mənimsənilməsi və ya bu prosesə gender stereotiplərinin təsirini formalaşdıran gender sosializasiyası aiddir.
5. Gender münasibətlərinin psixologiyası. Bu sahənin predmeti daha genişdir. Belə ki, gender münasibətləri yalnız cinslərarası münasibətləri deyil, həm də hər bir cinsin qarşılıqlı münasibətlərini özündə birləşdirir. İnsanlar eynicinsli və qarışıq cinsli qruplarda özlərini müxtəlif aparırlar. İntim qruplarında münasibətlər: dostluq, ər-arvad qruplarındakı ünsiyyət və qarşılıqlı münasibətlər maraq doğurur. Nəhayət cinslərin deviant münasibətləri, əsasən də zorakılıqla bağlı hadisələr gebiş tədqiq edilir.
6. Liderliyin gender psixologiyası və ya gender və ya liderlik.

Yüklə 44,6 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə