1. Gender psixologiyasının predmeti və tədqiqat metodları Gender psixologiyasının formalaşmasının tarixi mərhələləri. Feminizm cərəyanı


Dördüncü dövr (1960-1980-ci illər



Yüklə 44,6 Kb.
səhifə6/7
tarix19.06.2023
ölçüsü44,6 Kb.
#117885
1   2   3   4   5   6   7
Gender psixologiyasının predmeti və tədqiqat metodları (2)

Dördüncü dövr (1960-1980-ci illər) geniş eksperimental təd­qi­qatların aparılması və ilk nəzəriyyələrin meydana gəlməsi dövrü kimi özünü göstərdi.
1930-cu ildən 1960-cı illərə qədər yaranmış fasilə ölkədə olan siyasi səbəblərdən baş vermişdi. Bəs nəyə görə bu xarici ölkə­lərdə də müşahidə olunurdu. Bendas bunun səbəbini qadın azadlığı uğ­runda hərakatlarin təsirində görürdü (bu dəfə neqativ istiqamətdə).
Tədqiqatların yeniləşməsi isə feminizmin aktivləşməsi ilə əlaqədar idi. Gender psixologiyasına həsr olunmuş əsərlərdən danışarkən 5 qadının adını xüsusi qeyd etmək lazımdır: Martina Xor­ner, Eleonor Makkobi, Sandra Bem, Nensi Xodorov və Kerol Hil­liqan.
Eleonor Makkobi -сinsi fərqlər psixologiyasında ən məşhur adlardan biridir. Onun "Cinsi fərqlərin psixologiyası" (1974) kitabı gender psixologiyası sahəsində ən çox sitatlar gətirilən əsərlərdəndir. 1999-cu ildə özünün yeni monoqrafiyasında E.Makkobi "cins" termini ilə yanaşı "gender" termini də işlətmişdir. Makkobinin gen­der psixologiyasının inkişafında rolu böyükdür.
1960-cı illərin sonunda Martina Xorner qadınların kişilərlə müqayisədə az uğur qazanmasının sadə səbəbini belə izah etmişdir: qadınlarda motivasiyanın olmaması, "müvəffəqiyyət qorxusu". Xor­nerin tədqiqatları böyük rezonansa səbəb oldu. Bir çox psixo­loqlar onun korreksiyası üçün xüsusi proqramlar hazırladılar. Onlardan biri ta­nın­mış psixoterapevt M. Fridman tərəfindən hazırlanmış "Müvəf­fəqiyyət qorxusunu aradan götürülməsi" adlanır. Kollek Daulinq "Zo­luş­kanın kompleksi" (1981) əsərində də "uğurdan qaçış" ide­yasını əsas götürmüşdü. O göstərir ki, qadınlarda gizli olaraq müstə­qil­likdən qorxu hissi var.
Sonralar isə "fırıldaqçı" (başqasının adını mənimsəyən) fenomeni müəyyən olundu. Bu fenomen bir çox ziyalı, səriştəli, işgü­zar qadınlarda özünü göstərir. Onlar öz qazandıqları uğurlardan həzz ala bilmirlər. Belə hesab edirlər ki, buna layiq deyillər. Bu dövrdə həm də belə qadınlara psixoloji yardım işlənib hazırlanmışdı.
1974-cü ildə gender psixoloqlarinin diqqəti - Sandra Bemin konsepsiyasına yönəldi. Bu konsepsiya müxtəlif identiklikdə 3 tip insanı fərqləndirirdi: 1) femin xarakteristikanın üstünlüyü ilə seçilən; 2) maskulinlik keyfiyyətləri üstün olan; 3) androginlər (hər iki xüsu­siyyətləri olanlar).
Bem ilk dəfə olaraq androginlik ideyasını psixi sağlamlıqla əlaqələndirirdi. Bu konsepsiya psixoloqların-alim və praktiklərin aktiv­ləşməsi ilə nəticələndi. 1976-1984-cü illər arasında 100-ə qədər belə tədqiqatlar aparıldı. Sonralar Bemin bu nəzəriyyəsi tənqid edildi və o özü bu nəzəriyyədən imtina etdi. O, yeni bir nəzəriyyə-gender sxe­mi nəzəriyyəsini işləyib hazırladı. Bu tədqiqatçının adı gender psi­xologiyasında ən məşhur adlardan biri oldu.
Nensi Xodorovun konsepsiyası isə öz mürəkkəbliyi ilə seçilir. O, 1978-ci ildə analıq haqqında işini çap etdi. Onun fikrincə, ana oğlan və qızları cəmiyyətdə və iqtisadiyyatda gender rollarına ha­zır­lamalıdır. Nensi Xodorova görə, ana oğluna və qızına müna­sibətdə özünü müxtəlif aparır, nətiədə oğlan qadını qiymətlən­dirmə­yən, xarici aləmə yönələn bir kişiyə çevrilir. Qız isə yalnız ana olmaq, ailə qurmaq üçün hazırlanır. Oğlanlarda bu tsikli pozmaq üçün mü­əllif ataları da uşaqların tərbiyəsində bərabər iştirak etməyə ça­ğırıdı.
Bu nəzəriyyə də geniş ictimai rezonans doğurdu. ABŞ-da milli debatlar yarandı. Bu debatlarda qadınlara karyera qurmağa imkan yaratmaq tələb olunurdu.
1982-ci ildə Kerol Hilliqanın "Başqa səslə" məqaləsi çap olun­du. Müəllif göstərirdi ki, qadınlar cəmiyyətdə qəbul olunmuş əx­laq qaydalarına münasibətləri ilə kişilərdən fərqlənirlər. Onların ba­xışları fərqlidir, amma yetkindir. Qadınlar üçün insanlarla qarşılıqlı münasibətlər vacibdir və əxlaq normaları da onların əsasında qurulur. Kişilər isə əxlaqi müzakirələri qəbul olunmuş qanuların əsasında qu­rur­lar.
Beləliklə, bu dövrdə küllü miqdarda emprik faktlar toplandı.
Rusiyada 1960-cı illərin sonunda gender probleminin araşdırılması üçün əlverişli şərait yarandı. B.Q. Ananyevin bu sahədə böyük xidmətləri olmuşdur. Cinsi dimorfizm prinsipi bu dövrdə psi­xoloji tədqiqatların əsas prinsipinə çevrildi. B.Q. Ananyev nəinki bu təd­qiqatları təşkil etdi, həm də onlara dərin nəzəri qiymət verdi. Qadın və kişilərin qlobal fərqləri müəyyənləşdirildi: qadınların erkən yetişkənliyi, qadın orqanizminin və psixika­sının stabilliyi, qadınların tipikliyi, kişilərin isə orjinallığı və s.
Bu dövrdə cinsi fərqlər geniş aspektdə: zoopsixologiyadan tutmuş sosial psixo­logiyaya qədər tədqiq olunurdu.
Sovet psixoloqlarından Ə.Ə.Əlizadənin, S.M. Barrunovun, E.Ş. Çuqunovun, T.V. Bendasın və b. tədqiqatları bu sahədə aparılan işləri daha da zənginləşdirdi.
Beləliklə, SSRİ psixologiyasında cinsi fərqlər problemi ilə bağlı tədqiqatlar işləndi. Müəyyən emprik faktlar toplandı və onların əsasında da nəzəri baza yarandı - kişi və qadınlar arasında qlobal fərqlər müəyyənləşdirildi.
Beşinci dövr (1990-cı ildən müasir dövrə qədər) gender psixologiyasının gur inkişafı: eksperimental tədqiqatların, emprik faktların nəzəri drk olunması, gender problemlərinin öyrənilməsi metodlarının işlənilməsi ilə ilə xarakterizə olundu.
Yeni dövrdə alimlər gender probleminin mənimsənilməsi­nin daha incə yollarını axtarıb tapdılar. Kişi və qadınların öyrənil­mə­si üçün daha həssas metodikalar işlənildi.
2000-ci ildə Stokholmda psixoloqların növbəti ümumdünya konqresi oldu. Burada 6000 insan iştirak edirdi. Bundan başqa "Gen­der 1","Gender 2", "Gender: şəxsiyyət", "İş və gender", "Şüurda cinsi fərqlər" və s. adda konqreslər keçirildi.
Bu dövrdə ən çox tədqiqat aparılan sahə cinsi fərqlər və gender fərqləri psixologiyası idi. Eyni zamanda qadın psixologiyası sahəsi də inkişaf edirdi. Kişilərin psixologiyası ilə bağlı da tədqiqat­lar yarandı, amma əvvəlki kimi "cinsiz" variantda deyil, on­la­rın gen­der rollarının xüsusiyyətləri haqqında tədqiqatlar aparıldı. Bir çox öl­kə­lərdə gender tədqiqatları əsasında dərsliklər yeniləndi, tərbyə siste­min­də gender yanaşması özünü göstərdi.
Təəssüf ki, bizim cəmiyyətdə gender psixologiyası hələ inkişaf dövrünü keçir. Müxtəlif sahələrdə tədqiqatlar aparılır: cins-rol stereotipləri, gənc ailənin rol strukturu, kişi və qadınların psixo­fiziologiyası, liderliyin gender aspektləri, qadın davranışının stere­otipləri və s.

3.Fеминизм cərəyanı


Feminizm anlayışı ( femina-latın sözü olub, mənası qadın de­məkdir) fransız dilində XIX əsrin birincn yarısında işlənilməyə baş­lan­dı. 1830-cu ildə başqa bir termin olan emansipasiyalı qadın (ema­nipato-azadlıq) termini yarandı. Bu ictimai hərəkatın iştirak­çıları həm qadınlar, həm də kişilər idi. Mübarizənin əsas məqsədi- qadınlara kişilərlə birgə hüquqların verilməsi: seçki, iqtisadi (istehsalatda işti­rak etmək), təhsil almaq, seksual azadlığın verilməsi və s.
Feminizm Fransada XVIII əsrin sonunda böyük inqilab dövründə yaranmışdı. Feminizm - qadın hüquqları mübarizəsində geniş ictimai hərəkat, qadınların cəmiyyətdə yerini təhlil edən sosial-fəlsəfi, sosioloji, psixoloji və s. nəzəriyyələrin kompleksidir. Bu dövrdə feministlər "Qadın hüquqları deklorasiyası" ilə çıxış edərək möv­cud qanun­veri­ciliyə qarşı çıxdılar. Napoleonun kodeksinə görə, bütün insanların hüquqları bərabərdir, amma qadınlara ancaq ailədə yer verilirdi (kişilərdən daha aşağı status). Yeni dekla­rasiyada qadın­lara seçkilərdə kişilərlə birgə iştirak etmək və bütün vəzifələri tutmaq hüququ verilirdi. Konvent onlara bütün siyasi məsələlərdə və mət­buatda iştirak etmək hü­qu­qu verirdi. Lakin 1848-ci il inqilabı döv­ründə də bu məsələlər qoyulsa da, onlara baxılmadı.
Feminizmin inkişafında bir sıra mərhələlər var: Birinci mərhələ -XIX əsr-XX əsrin birinci yarısı. Burada cinslərin hüquq bərabərliyi uğrunda mübarizə aparılır. XX əsrin ortalarında feminizmin inkişafında ikinci mərhələ başlayır6 qadın və kişilərin həqiqi bərabərliyi uğrunda mübarizə mərhələsi. Feminizmin üçüncü mərhələsi- postmodernizm feminizm adlanır (post-feminizm). Burada subyekt anlayışı bütövlükə aradan qaldırılır.
Feminizmin inkişafında XIX əsrin ortalarında İngiltərədə yaranan qadınlara kişilərlə bərabər seçki hüququnun verilməsi uğrunda qadın hərəkatı -sufrajistlər (ing. sufrage-səsvermə) mühüm rol oynamışdır. Sufrajizm iki sağ və sol qollara ayrılırdı. Sağ qolda birləşən liberal hərəkatının nümayəndələri mübarizənin konstitusion üsullarla aparılmasının tərəfdarları kimi çıxış edirdilər. Sol-radikal Britaniya sufrajizminin "Militant" adlanan nümayəndələri sağ qolun sufrajistlərindən yalnız taktikası ilə fərqlənirdilər. Liberal və radikallar seçki mitinqlərini pozmağa çalışır, ictimai yerlərdə nümayişlər təşkil edir, icazəsiz paradlar və yürüşlər keçirirdilər.Hər iki qadın nümayəndələri hesab edirdilər ki, seçki hüququna yalnız seçkilərdən keçmiş qadınlar malik ola bilərlər. Onlar seçkilərdə yalnız evli olmayan qadınların iştirakına nail ola bildilər. 1867-ci ildə Lon­donda ilk beynəlxalq qadın cəmiyyəti yaradıldı. Onun prezidenti isə kişi - tanınmış alim, ictimai xadim Con Styuart Mill oldu. 1860-cı ildə isə İngiltərədə başqa bir hərəkat olan abolisionizm yarandı. Abolisionizm hərəkatı sek­sual həyatda bərabər hüquqlar, əsasən də qadın fahişəliyinə polisin nəzarət etməsinə qarşı olan mübarizə idi.
Qeyd edildiyi kimi, XX əsrin ortalarından başlayaraq, feminizmin inkişafının ikinci mərhələsi başlandı. Bu mərhələnin xüsusiyyəti ondan ibarət idi ki, burada qadın və kişilərin həqiqi bərabərliyi uğrunda mübarizə qərbdə, xüsusilə də ABŞ-da 70-ci illərin ortaları və sonunda kütləvi hal aldı və özünü müxtəlif çoxsaylı aksiyalarda, bir sıra təşkilatların və çoxlu, nisbətən balaca-qeyri-formal, lidersiz qrupların və ənənəvi anlamda nəzəri strategiyanın yardılmasında ifadə etdi.
Ən çox nailiyyətə feministlər ABŞ-də nail oldular. Onlara məktəbdə müəllim işləməyə icazə verdilər. Seçki hüququ qazanmaq bir qədər çətin oldu. Əsas olan odur ki, qadın hüquqları uğrunda mü­ba­rizə köləliliyi ləğv etmək uğrunda mübarizə ilə paralel, siyasi tələblər iqtisadi və təhsil hüququna imkan vermək tələbləri ilə birgə aparılırdı.
Bir çox ölkələrdə qadınlar iqtisadi həyata daxil olmağa nail olmuşdular və məlum­dur ki, qadınların əməyi aşağı səviyyədə qiymətləndirilirdi. İqtisadi hüquqa nail olmaq üçün qadın həmkarlar ittifaqı yaradıldı.
Rusiyada "bərabəhüquqlular hərəkatı" qarşıya daha bir məq­sədlər qoydu - təhsil almaq və əmək fəaliyyəti hüququ. 1880-ci il­lərin axırlarında Moskvada, Odessada, Peter­burqda ali qadın kursları açıldı ki, onlar həkim, müəllim hazırlayırdı. Qadın Tibb İnstitutu, Qa­dın Pedaqoji İnstitutu açıldı. Amma qadınlara seçki hüququ verilsə də, onların adından yalnız kişilər səs verə bilərdilər. Ehtiyacı olan qadınlara (iş, pul, yaşayış) kömək etmək məqsədilə ictimai qa­dın təşkilatları yaradılmışdı.
XX əsrin ortalarında qadınların bir çox hüquqları əldə etməsi, istehsala daha çox cəlb olunması feminist hərəkatını xeyli zəiflət­mişdir, lakin 70-ci illərdə müxtəlif feminist qruplar və partiyalar yarandı, feminizm kütləvi xarakter daşımağa başladı.

Yüklə 44,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə