|
1. Gender psixologiyasının predmeti və tədqiqat metodları Gender psixologiyasının formalaşmasının tarixi mərhələləri. Feminizm cərəyanıI dövr: Fəlsəfənin daxilində genderə uyğun ideyaların yaranması
|
səhifə | 3/7 | tarix | 19.06.2023 | ölçüsü | 44,6 Kb. | | #117885 |
| Gender psixologiyasının predmeti və tədqiqat metodları (2)I dövr: Fəlsəfənin daxilində genderə uyğun ideyaların yaranması (antik dövrdən XIX dövrə )
Gender psixologiyasının antik mərhələsi haqqında danışdıqda Platonun və Aristotelin adı çəkilir.
Afinalı Platon (b.e.ə. 427-347) özünün "Pir", "Dövlət", "Qanunlar" və digər əsərlərində "androginlər" anlayışını irəli sürmüşdür. O cinslərin bir-birini tamamlaması fikrini, ailə-nigah münasibətlərini araşdırmış, cinslərin bərabərliyi ideyasını irəli sürmüşdür. Buna əsasən Platonu ilk antik "feminist" adlandırmışlar. Lakin onun baxışları bir qədər zidiyyətli idi.
Platon "Androginlər" mifindən istifadə etmişdir. Yunan sözü olan andros-kişi, "gyune" və ya "gunaikas"-qadın, "аndrogin" qadın və kişi xüsusiyyətlərini özündə birləşdirən məxluq deməkdir. Platon iki müxtəlif cins arasındakı məhəbbətin meydana gəlməsini belə izah edirdi: vaxtilə insan təbiəti indiki kimi deyil, nəsə başqa şəkildə olmuşdur. İnsanın dörd əli, dörd ayağı, kürəyə oxşar bədəni vardı. Bir boynun üstündə bir-birinin tam eyni olan, lakin əks istiqamətlərə baxan iki sifəti vardı. İnsan özünün gücü, qüvvəsi, bacarığı, ağlı, çevikliyi etibarı ilə müasir insandan qat-qat fərqlənirdi.O, allahların özlərinə belə boyun əymirdi. Hətta bir qismi allahlara hücum etmək fikrinə də düşmüşdü. Bundan xəbər tutan Zevs o biri allahları da ətrafına toplayıb onlarla məsləhətləşmişdi. Belə qərara alındı ki, insanlar ildırımla məhv edilsin. Lakin tezliklə həmin fikirdən daşındılar. Bu insan nəslinin kəsilməsi ilə nəticələnərdi. Zevs xeyli düşünüb-daşındıqdan sonra insanların qüvvəsini parçalamaq, onların hər birini iki hissəyə bölmək qərarına gəldi. Bunlardan da kişi və qadın əmələ gəldi. Beləliklə, kişi və qadın bir insanın yarı hissələridir. Bu hissələr həmişə qovuşmağa can atır, buradan da Eros, yəni "təbii məhəbbət" yaranmışdır. Onlar yalnız birləşdikdə (bir-birini sevdikdə) dəyər əldə edə bilirlər.
Platon nigahda davranış normalarını irəli sürmüşdür: əsasən də doğumun məhdudlaşdırılmasыны, kişilərin yalnız 30-35 yaşda uşağı ola bilмясини. Platon яhalinin çox olması zamanı onları kaloniyalara göndərməyi təklif edirdi.
Qadına münasibətdə Platonun fikirləri ziddiyyətli idi: bir tərəfdən neqativ idi. Belə ki, o qadını alçaldılmış məxluq hesab edirdi. Kişiyə olan məhəbbət və dostluqla müqayisədə kişinin qadına məhəbbətini o məcburiyyət və aşağı səviyyəli sayırdı, Birinciləri o "vulqar Afrodita", ikinciləri isə "səmavi (yüksək) Afrodita" adlandırıdı. O hesab edirdi ki, kişi qorxaq və düzgün olmayan biridirsə, öləndən sonra onun ruhu qadına keçəcək. Başqa bir tərəfdən Platonun qadına münasibəti pozitiv idi. İdeal dövlətdə qadın kişilərlə birgə bütün işlərdə bərabər iştirak edə bilər. Platon qadını təssərrüfat aparmaq məcburiyyətindən azad edirdi. Onun professional qabiliyyətlərini kişidən üstün tuturdu: qadınlar hətta filosof və döyüşçü də ola bilərlər, uşaqların tərbiyəsində hər iki cinsin iştirakını bərabər sayırdı.
Bu işlərə bir çox mütəxəssislərin, o cümlədən gender psixologiyası üzrə mütəxəssislərin işlərində rast gəlmək olar.
Aristotel Stagirit (b.e.ə. 384-322) Platondan fərqli olaraq "antifeminist" kimi görünür. Belə ki, Aristotel də öz dövrünə xas olan baxışları irəli sürmüşdür.
Aristotel özünün "Siyasət", "Heyvanların yaranması" və s. əsərlərində aşağıdakı ideyaları irəli sürür: a) nigah haqqında qanun; b) ailədə ər-arvad münasibətləri; b) əhalinin sayının məhdudlaşdırılması; d) çəmiyyətdə kişinin və qadının rolu; e) cinslər arasında əmək bölgüsü; c) kişi və qadının ümumiyyətlə mövcudiyyətə ümumi baxışları.
O hesab edirdi ki, cəmiyyətdə harmonik münasibətlərin mövcud olması yalnız əhali kifayət qədər az olduqda mümkündür. Ona görə də onu tənzimləmək lazımdır: a) kişilərə 37 yaşa, qadınlara isə 18 yaşa qədər uşağın olmasını qadağan etməklə, bu zaman qadınlarda bioloji yetkinlik nəzərdə tutulurdu, kişilərdə sosial - bu da cinslərə müxtəlif münasibəti göstərir; b) xəstə uşaqları öldürməklə; c) hər bir ailədə neçə uşaq ola biləcəyi normasını qaydaya salmaqla.
Aristotelə görə, kişi və qadın, ər və arvad münasibətləri, həm seksual, həm də digər münasibətlərdə, ağanın nökərə olan münasibəti kimi olmalıdır. Cinslərin bir birindən fərqli olmasında yeganə əsas göstərici-nəsli artırmaq və təssərrüfatı idarə etməkdir. Ailədə ər arvadın müxtəlif vəzifələri var və onlar bir-birinin işinə qarışmamalıdırlar. Kişi və qadın bərabər olmayan məxluqlardır. Qadın uşağa bədən , kişi isə ruh verir. Ruh daha yüksəkdir. Kişi normadır, qadın isə ona baxanda normadan kənardır. Kişi idarə edir, qadın isə tabe olur.
Qeyd etmək lazımdır ki, Aristotelin fikirləri bu gün də XXI əsrdə gender stereotiplərini yaşayan insanlarda təkrarlanır. Çox vaxt Aristotelə müraciət etmək, ondan sitat gətirmək yaxşı cəhət hesab olunur: "Vaxtılə Aristotel demişdir ki..." Amma bu zaman davranış normaları bugünkü qədər sivil olmayan bir dövrdə deyilənləri indi təkrarlamaq, əlbəttə ki, düzgün deyildir. Davranış normalarının müxtəlifliyi, kişi və qadınların əmək bölgüsü, cinslərin özünəməxsusluğu, bir cinsi digər cinslə, etalon olanla müqayisə etmək, eyni zamanda doğumu tənzim etmək (öldürməklə deyil) bu gün də gender psixologiyasında aktualdır. Demək olar ki, Aristotel öz sözünü demişdir, amma onun bu fikirləri qəbuledilməzdir: cinslərin birinə yüksək qiymət verilir, digəri isə daha da alçaldılmışdır (hansı cins olmasının fərqi yoxdur).
Tarixi dövrdə utopiya da bizi maraqlandıdr. Tomas Mor (1478-1535) özünün "Qızıl kitab" əsərində ideal bir dövlət ideyasını irəli sürürdü. Orada kişi və qadınların məşğuliyyəti fərqlənmir: bu elm, incəsənət, ictimai və dini fəaliyyət, hərbi xidmətdir (hərbdə kişilərlə ərləri ilə birgə). Yüksək vəzifədə hər ikisi, kişi və qadın ola bilər. Nigah isə məhəbbətə deyil xarakterin uyğunlaşmasına əsaslanır. Cütləri isə valideynlər seçir. Bu fikirlərdə gələcək gender problermləri nəzərdə tutlmuşdur: qadın və kişilərin müxtəlif məşğuliyyətlərdə, təhsildə, liderlik qabiliyyətlərinə bərabərliyi, eyni zamanda gender münasibətləri problemi.
Tomazo Kompanello (1568-1639) "Günəş şəhəri" əsərində ideal bir şəhər təsvir edir. Kişi və qadının təhsili fərqlənmir, onlar eyni zamanda hərbi təlimi də öyrənirlər. Onların paltarları da farqlənmir, amma məşğuliyyətləri müxtəlifdir: kişilər daha ağır fiziki işləri yerinə yetirir, qadınlar isə uşaq doğur, amma ailə yoxdur. Düzdür, uşaqların doğulması üçün partnyor seçmək lazımdır. Bu astrologiyanın köməyi ilə yerinə yetirilir. Beləliklə, T.Kamponello cinslərin bərabərliyi ideyasını irəli sürmüşdür, onun geyimə, şəxsiyyətin xarakterinə və davranışına təsirini göstərmiş və gender rollarını kəskin nizamlamışdır.
Sonrakı dövrdə gender psixologiyası sahəsində Jan-Jak Russo (1712-1778) maraqlı ideyalar irəli sürmüşdür. Russonun fikrincə, kişi və qadınların bərabərliyi, onların oxşarlığı onların bioloji varlıq kimi bir-birinə uyğun gəlməsində ifadə olunur: hər ikisi insan nəslinin nümayəndəsidir, bir çox orqanları, tələbat və qabiliyyətləri oxşardır. Amma ictimai varlıq kimi onlar bərabər deyillər. Bu da onların anadangəlmə xarakteristikası ilə bağlıdır. Buna uyğun olaraq davranış normaları da müxtəlifdir: kişilər üçün bu səmimilik, düzlük, müstəqillik, vicdanlılıq, qadınlar üçün isə utancaqlıq, çoxbilmişlik, hiyləgərlik, başqasının fikrini nəzərə almaq, nazlanmaq, ikiüzlülükdür. Qadınlar zərifdirlər, amma dərin ağıla malikdirlər, təhsil almağa qabildirlər. Eyni zamanda yalnız ev təssərrüfatını, uşaqları idarə etməklə deyil, bu başqa sahələrlə də bağlıdır. Nigaha isə kişi və qadınlar sevgi ilə daxil olmalıdırlar. Hər iki cinsin nümayəndəsi gələcək həyat yoldaşını seçməkdə bərabər hüquqa malikdir.
İmmanual Kant (1724-1804) kişi və qadınları siyasi həyatda iştirak etmək xarakterinə görə, onların şəxsi xüsusiyyətlərinə və davranışına görə fərqləndirirdi. Kişilərə aktiv vətəndaşləq, siyasi qərarları qəbul edilməsi, müstəqillik xasdır. Qadınlara isə passivlik, idarə ediləcək obyek olmaq xasdır. Qadınların bir çox xüsusiyyətləri uşaqların doğulması ilə bağlıdır: o qorxaqdır, zəifdir. Digərləri isə cəmiyyəti nəcibləşdirmək rolu ilə bağlıdır: gözəl natiq, hər şeyi ölçüb biçən, ifadəli sifətə malik olmaq, mənəvi cəhətdən yüksək və s.
Kantın söylədikləri gender sterotipləri bu gün də qalmışdır. Belə bir fikir bu günümüzdə də vardır ki, qadınlar siyasi qərarlar verə bilməzlər və onların bu xüsusiyyəıti bioloji və mədəni təyinatları ilə bağlıdır. Göründüyü kimi keçmişin alimləri kişi və qadınların müxtəlifliyini qeyd etmişlər, amma bu bu müxtəlifliyin səbəblərini təbii hesab etmişlər.
İngilis yazıçısı Meri Uollstounkraft (1759-1797) belə bir ideya irəli sürmüşdür ki, kişi və qadınların təbii meyilləri və xüsusiyyətləri tərbiyənin nəticəsidir: qızlar gözəl geyinir və gəlinciklə oynayır, oğlanlar isə səsküylü, aktiv oyunlar oynayırlar. Bu gün bu məsələlər gender sosializasiyası kimi qeyd olunur.
Beləliklə, birinci dövrdə müxtəlif almlər ayrı-ayrı ideyalar irəli sürmüşlər ki, bu ideyalar da sonrakı dövrdə gender psixologiyasının inkişafında mühüm əhəmiyyət kəsb etmişdir.
Dostları ilə paylaş: |
|
|