|
1. Gender psixologiyasının predmeti və tədqiqat metodları Gender psixologiyasının formalaşmasının tarixi mərhələləri. Feminizm cərəyanıİkinci dövr (XIX əsrin sonu-XX əsrin əvvəli)
|
səhifə | 4/7 | tarix | 19.06.2023 | ölçüsü | 44,6 Kb. | | #117885 |
| Gender psixologiyasının predmeti və tədqiqat metodları (2)İkinci dövr (XIX əsrin sonu-XX əsrin əvvəli) gender psixologiyasının predmetinin və təbii elmi əsaslarının formalaşması dövrü kimi özünü göstərir.
Bu zaman bir çox qərb dövlətlərində cəmiyyətdə vəziyyət dəyişmirdi. Fransa, İngiltərə və ABŞ-də qadınları azadlğı uğrunda mübarizə başlandı. Bu Rusiyada da özünü göstərdi. Feminizm cərəyanı geniş vüsət aldı.
Gender psixologiyasının inkişafına təsir edən amillərdən biri də müxtəlif təhsil müəssisələrində hər iki cinsin nümayəndələrinin təhsil almasıdır. Paralel olaraq yeni sahənin iki hissəsi meydana gəldi: qadın psixologiyası və cinsi fərqlərin psixologiyası. Hər şeydən əvvəl bu iki problemlərdən birinə bütövlükdə həsr olunmuş tədqiqatlar yarandı.
Rus alimi P.E. Astafyevin əsərlərində zaman psixi həyatın əsas faktoru kimi göstərilir (psixi aktların və hadisələrin tez bir-biri ilə əvəz olunması). Bu faktora əsasən kişi və qadınların psixi tipi müəyyənləşir: qadınlar daha cəld psixi templə seçilir, kişilər isə yavaş.
Avstriya alimi Otto Veyninqerin (1880-1903) "Cins və xarakter" əsəri geniş mübahisəyə səbəb oldu. Bir tərəfdən o hər iki cinsin müşahidəsi ilə bağlı çoxlu ideyalar irəli sürmüşdür, digər tərəfdən isə onların bəziləri qəbuledilməzdir. Belə ki, bu ideyalarda "mizoginlik" (qadına nifrət) meyli özünü göstərir. Onun ideyaları ümumi qəbul olunmuş əxlaq qaydalarına zidd idi. Lakin müəllifin əsas üç ideyası gender psixologiyasının inkişafına təsir göstərmişdir. Bu ideyalar aşağıdakılardır: a) bioseksuallıq və androginlik haqqında; b) psixikada cinsi fərqlər; c) seksual gender münasibətləri haqqında.
XIX əsrin ortalarında Almaniyada, Fransada, Böyük Britaniyada qadınları tədqiq edən tədqiqatlar meydana gəldi. Lakin onlardan ilk pionerlərdən biri holland alimi H.Heymansın "Qadın psixologiyası" əsəri oldu (1911). Bu əsərdə o qadın və kişi psixologiyası ilə bağlı xüsusiyyətləri göstərmişdir. Burada emosionallıq, şüurun səviyyəsi, təlqinə qapılma, qavrayış, hafizə, təsəvvür, təxəyyüllə və əqli qabiliyyətərlə bağlı fərqlər açıqlanır.
İkinci dövrdə Moskvada L.P. Koçetkovanın "Kişi cinsinin bitkilər və heyvanlar aləmində məhv olması" adlı kitabı nəşr olundu. Müəllifin gəldiyi nəticələr, onun şərhləri kişi cinsinə olan nifrəti göstərir. Hesab edirdi ki, nəsil artırmaq funksiyası qadın üçün bir maneədir. Ona görə də o, cəmiyyəti kişilərsiz və övladı olan qadınlarsız görürdü. Bu zaman qadınları qarşısına geniş üfüqlər açılacaq. Kişilərdə də anoloji ideyalar meydana gəlmişdi. Məcələn, H.F. Fedorov qadın cinsinin sonu haqqında ideyaları irəli sürmüşdür.
Bu ideyalar gender psixologiyasının inkişafına deyil, onun tənəzzülünə gətirib çıxarırdı. Mövzunu özü isə cinslərin müharibəsinə səbəb olurdu. Psixoloqlar gender psixologiyası sahəsində tədqiqat aparanda da hər iki cinsin nümayəndələrinin qarşılıqlı anlamalarına nail olmalıdırlar.
Digər kitab 1928-i ildə nəşr olunmuşdur və "Samoada böyümə" adlanır. Əsərin müəlifi psixoloji təhsilli etnoqraf Marqaret Middir. O, Samoa xalqlarının ailəsivndə oğlan və qızların, kişi və qadınların ünsiyyət, davranış və tərbiyə sahəsində xüsusiyyətlərini və qarşılıqlı münasibətlərini əks etdirmişdir. Bu əsər gender identikliyi, gender sosializasiyası kim məsələlərə diqqəti cəlb etdi.
Beləliklə, ikinci mərhələnin sonunda gender psixologiyasının predmeti və onun bölmələri haqqında fikir formalaşdı. Bu dövrdə eksperimental tədqiqatlar başladı. Helen Tompson, Leta Xollinqvors, Helen Doyç və b. öz eksperimentlərində kişilərinn və qadınların arasında intellektual fərqləri, kişilərin bu sahədə qadınları ötməsini nümayiş etdirmişlər.
Amma cinslərin bərabərliyi hərəkatları bu dövrdə həm də neqativ rol oynadı. Oğlan və qızların intellektual testləri yerinə yetirərkən göstərdikləri nəticələırdəki fərqlər cəmiyyətdə sağlam olmayan reaksiyalara səbəb oldu. Nəticədə ABŞ-da cinsi fərqlərə aid olan testlər ya aradan götürüldü, ya da tamamilə dəyişdirildi.
Dostları ilə paylaş: |
|
|