|
1. Gender psixologiyasının predmeti və tədqiqat metodları Gender psixologiyasının formalaşmasının tarixi mərhələləri. Feminizm cərəyanıÜçüncü dövr Freydizm və ya psixoanaliz mərhələsi (ХХ əsrin əvvəlləri - 1930-cu illər)
|
səhifə | 5/7 | tarix | 19.06.2023 | ölçüsü | 44,6 Kb. | | #117885 |
| Gender psixologiyasının predmeti və tədqiqat metodları (2)Üçüncü dövr Freydizm və ya psixoanaliz mərhələsi (ХХ əsrin əvvəlləri - 1930-cu illər)
Üçüncü mərhələnin başlanması Z. Freydin fəaliyyəti ilə bağlı belə adlandırılmışdı. Freydin adı gələndə qadın psixologiyası nümayəndələrində neqativ emosiyalar özünü göstərir. Onun baxışları bu gün də diskussiya doğurur. Freydin özünü gender psixoloqu kimi qeyd etmək çox çətindir. Bu sahədə onun "Qadın psixologiyası", "Qadınlıq", "Məhəbbət həyatının alçaldılması haqqında" və s. əsərləri vardır. Amma onun bəzi müddəaları ziddiyyət doğurur. Freydin psixologiyasının bütün mədəniyyətə təsiri o qədər böyük olmuşdur ki, bir çox illər onun baxışları qadınlar haqqında təsəvvürlərdə stereotiplər yaratmışdır.
Freydin ilk tənqidi XX əsrdə Şarlotta Perkins tərəfindən edilmişdir. O Freydin qadın psixologiyası haqqında baxışlarını "fallik kultun dirçəlişi" adlandırıdı.
1920-ci ildə bu tənqid Freydin tələbəsi Karen Horni tərəfindən də edildi. O qeyd etmişdir ki, qadınlar haqqında ideyalar maskulin narsizmdən yaranmışdır. Freydin "kişilərə həsəd aparmaq qadınların inkişafında kritik rol oynayır" fikirlərinin əksinə çıxan Horni göstərirdi ki, kişilər ondan əziyyət çəkirlər ki, uşaq dünyaya gətirə bilmirlər, onlar da "qadınlarda matkaya" həsəd aparırlar.
Klara Tompson qeyd edirdi ki, kişilərin baxışları onların hakim olmaları ilə bağlıdır. Əgər onlar matriarxart cəmiyyətdə yaşasaydılar, simvollar dəyişilərdi.
Bir çox alimlər göstərirlər ki, Freydin qadın inkişafı ilə bağlı oçerkləri şiş xəstəliyindən əziyyət çəkdiyi illərdə (1925-1933) yazılmışdı.
Beləliklə, 1941-ci illərdə Xorni və Tompson cəzalandırıldı və Nyu-york psixoanalitik institutundan xaric edildilər.
Sonrakı dövrdə psixoanaliz və qadın psixologiyası arasında ziddiyyətlər daha da inkişaf etdi. 1960-cı illərin sonunda psixoanaliz qadınların ruhi sağlamlığında təhlükəli elan edildi.
SSRİ-də Sovet hakimiyyətinin ilk illərində gender psixologiyasının inkişafı ilə bağlı sosial-siyasi iqlim dəyişdi. Bu dövrdə kişi və qadınların bərabərliyi ideyası irəli sürülürdü, qadını ictimai və istehsalat işilə bağlı olaraq ailədən ayırmaq istəyirdilər. Bu ona gətirib çıxarırdı ki, cinslər arasındakı fərqlər, qadın psixologiyası kimi məsələlər qəbul edilmirdi. Bu məsələlər uzun müddət davam etdi və həmin dövrü "cinsiz psixologiya" və "cinsiz pedaqogika" adlandırırdılar.
Lakin 1920-1930-cu illərdə SSRİ-də gender problemləri də araşdırılırdı. Rusiyada E.A. Arkin, P. P. Blonskinin apardığı tədqiqatlar buna misal ola bilər. 1927-ci ildə E.A. Arkinin "Uşaq kollektivinin öyrənilməsi" haqqında kitabı nəşr olundu. Burada həm lider oğlanların, həm də lider qızların öyrənilməsinin nəticələri şərh olunurdu. O müəyyən etdi ki, bir çox uşaq qruplarında rəhbər oğlanlar olur, qızlar isə kiçik qruplaşmalara rəhbərlik edirlər. Oğlanlar bütün qrupa təsir göstərirlər. Belə təsirə səbəb oğlanların təşəbüskarlıq və texniki bacarıqlarının olmasıdır.
1935-ci ildə P.P. Blonski "Uşaq seksuallığı oçerkləri" əsərində Freydin təsəvvürlərini tənqid edərək göstərirdi ki, kiçik məktəb yaşı seksual inkişafın ləngiməsi ilə özünü göstərmir. O, uşağın həyəcanlarının və hərəkətlərinin həddindən artıq erotikləşdirilməsinin əleyhinə çıxırdı. P.P. Blonskinin əsas müddəası ondan ibarət idi ki, uşağın seksual inkişafına əsas təsiri mühit göstərir. Blonski bu mühiti sağlamlaşdırmaq üçün konkret tərbiyəvi tədbirlər görməyi təklif edrdi. Burada oğlan və qızları fərqləndirmək əsas götürülürdü. Çünki onların seksual inkişafı eyni getmir.
Təəssüf ki, belə tədqiqatlar 1930-cu illərin sonunda dayandırıldı, bu dövrdə pedalogiya, psixotexnika, sosial psixologiya kimi elmlər qadağan edildi. SSRİ-də 1960-cı illərin ortalarına qədər gender psixologiyasının inkişafında bir uçurum əmələ gəldi.
Dostları ilə paylaş: |
|
|