|
1. Gender psixologiyasının predmeti və tədqiqat metodları Gender psixologiyasının formalaşmasının tarixi mərhələləri. Feminizm cərəyanıDördüncü dövr (1960-1980-ci illər
|
səhifə | 6/7 | tarix | 19.06.2023 | ölçüsü | 44,6 Kb. | | #117885 |
| Gender psixologiyasının predmeti və tədqiqat metodları (2)Dördüncü dövr (1960-1980-ci illər) geniş eksperimental tədqiqatların aparılması və ilk nəzəriyyələrin meydana gəlməsi dövrü kimi özünü göstərdi.
1930-cu ildən 1960-cı illərə qədər yaranmış fasilə ölkədə olan siyasi səbəblərdən baş vermişdi. Bəs nəyə görə bu xarici ölkələrdə də müşahidə olunurdu. Bendas bunun səbəbini qadın azadlığı uğrunda hərakatlarin təsirində görürdü (bu dəfə neqativ istiqamətdə).
Tədqiqatların yeniləşməsi isə feminizmin aktivləşməsi ilə əlaqədar idi. Gender psixologiyasına həsr olunmuş əsərlərdən danışarkən 5 qadının adını xüsusi qeyd etmək lazımdır: Martina Xorner, Eleonor Makkobi, Sandra Bem, Nensi Xodorov və Kerol Hilliqan.
Eleonor Makkobi -сinsi fərqlər psixologiyasında ən məşhur adlardan biridir. Onun "Cinsi fərqlərin psixologiyası" (1974) kitabı gender psixologiyası sahəsində ən çox sitatlar gətirilən əsərlərdəndir. 1999-cu ildə özünün yeni monoqrafiyasında E.Makkobi "cins" termini ilə yanaşı "gender" termini də işlətmişdir. Makkobinin gender psixologiyasının inkişafında rolu böyükdür.
1960-cı illərin sonunda Martina Xorner qadınların kişilərlə müqayisədə az uğur qazanmasının sadə səbəbini belə izah etmişdir: qadınlarda motivasiyanın olmaması, "müvəffəqiyyət qorxusu". Xornerin tədqiqatları böyük rezonansa səbəb oldu. Bir çox psixoloqlar onun korreksiyası üçün xüsusi proqramlar hazırladılar. Onlardan biri tanınmış psixoterapevt M. Fridman tərəfindən hazırlanmış "Müvəffəqiyyət qorxusunu aradan götürülməsi" adlanır. Kollek Daulinq "Zoluşkanın kompleksi" (1981) əsərində də "uğurdan qaçış" ideyasını əsas götürmüşdü. O göstərir ki, qadınlarda gizli olaraq müstəqillikdən qorxu hissi var.
Sonralar isə "fırıldaqçı" (başqasının adını mənimsəyən) fenomeni müəyyən olundu. Bu fenomen bir çox ziyalı, səriştəli, işgüzar qadınlarda özünü göstərir. Onlar öz qazandıqları uğurlardan həzz ala bilmirlər. Belə hesab edirlər ki, buna layiq deyillər. Bu dövrdə həm də belə qadınlara psixoloji yardım işlənib hazırlanmışdı.
1974-cü ildə gender psixoloqlarinin diqqəti - Sandra Bemin konsepsiyasına yönəldi. Bu konsepsiya müxtəlif identiklikdə 3 tip insanı fərqləndirirdi: 1) femin xarakteristikanın üstünlüyü ilə seçilən; 2) maskulinlik keyfiyyətləri üstün olan; 3) androginlər (hər iki xüsusiyyətləri olanlar).
Bem ilk dəfə olaraq androginlik ideyasını psixi sağlamlıqla əlaqələndirirdi. Bu konsepsiya psixoloqların-alim və praktiklərin aktivləşməsi ilə nəticələndi. 1976-1984-cü illər arasında 100-ə qədər belə tədqiqatlar aparıldı. Sonralar Bemin bu nəzəriyyəsi tənqid edildi və o özü bu nəzəriyyədən imtina etdi. O, yeni bir nəzəriyyə-gender sxemi nəzəriyyəsini işləyib hazırladı. Bu tədqiqatçının adı gender psixologiyasında ən məşhur adlardan biri oldu.
Nensi Xodorovun konsepsiyası isə öz mürəkkəbliyi ilə seçilir. O, 1978-ci ildə analıq haqqında işini çap etdi. Onun fikrincə, ana oğlan və qızları cəmiyyətdə və iqtisadiyyatda gender rollarına hazırlamalıdır. Nensi Xodorova görə, ana oğluna və qızına münasibətdə özünü müxtəlif aparır, nətiədə oğlan qadını qiymətləndirməyən, xarici aləmə yönələn bir kişiyə çevrilir. Qız isə yalnız ana olmaq, ailə qurmaq üçün hazırlanır. Oğlanlarda bu tsikli pozmaq üçün müəllif ataları da uşaqların tərbiyəsində bərabər iştirak etməyə çağırıdı.
Bu nəzəriyyə də geniş ictimai rezonans doğurdu. ABŞ-da milli debatlar yarandı. Bu debatlarda qadınlara karyera qurmağa imkan yaratmaq tələb olunurdu.
1982-ci ildə Kerol Hilliqanın "Başqa səslə" məqaləsi çap olundu. Müəllif göstərirdi ki, qadınlar cəmiyyətdə qəbul olunmuş əxlaq qaydalarına münasibətləri ilə kişilərdən fərqlənirlər. Onların baxışları fərqlidir, amma yetkindir. Qadınlar üçün insanlarla qarşılıqlı münasibətlər vacibdir və əxlaq normaları da onların əsasında qurulur. Kişilər isə əxlaqi müzakirələri qəbul olunmuş qanuların əsasında qururlar.
Beləliklə, bu dövrdə küllü miqdarda emprik faktlar toplandı.
Rusiyada 1960-cı illərin sonunda gender probleminin araşdırılması üçün əlverişli şərait yarandı. B.Q. Ananyevin bu sahədə böyük xidmətləri olmuşdur. Cinsi dimorfizm prinsipi bu dövrdə psixoloji tədqiqatların əsas prinsipinə çevrildi. B.Q. Ananyev nəinki bu tədqiqatları təşkil etdi, həm də onlara dərin nəzəri qiymət verdi. Qadın və kişilərin qlobal fərqləri müəyyənləşdirildi: qadınların erkən yetişkənliyi, qadın orqanizminin və psixikasının stabilliyi, qadınların tipikliyi, kişilərin isə orjinallığı və s.
Bu dövrdə cinsi fərqlər geniş aspektdə: zoopsixologiyadan tutmuş sosial psixologiyaya qədər tədqiq olunurdu.
Sovet psixoloqlarından Ə.Ə.Əlizadənin, S.M. Barrunovun, E.Ş. Çuqunovun, T.V. Bendasın və b. tədqiqatları bu sahədə aparılan işləri daha da zənginləşdirdi.
Beləliklə, SSRİ psixologiyasında cinsi fərqlər problemi ilə bağlı tədqiqatlar işləndi. Müəyyən emprik faktlar toplandı və onların əsasında da nəzəri baza yarandı - kişi və qadınlar arasında qlobal fərqlər müəyyənləşdirildi.
Beşinci dövr (1990-cı ildən müasir dövrə qədər) gender psixologiyasının gur inkişafı: eksperimental tədqiqatların, emprik faktların nəzəri drk olunması, gender problemlərinin öyrənilməsi metodlarının işlənilməsi ilə ilə xarakterizə olundu.
Yeni dövrdə alimlər gender probleminin mənimsənilməsinin daha incə yollarını axtarıb tapdılar. Kişi və qadınların öyrənilməsi üçün daha həssas metodikalar işlənildi.
2000-ci ildə Stokholmda psixoloqların növbəti ümumdünya konqresi oldu. Burada 6000 insan iştirak edirdi. Bundan başqa "Gender 1","Gender 2", "Gender: şəxsiyyət", "İş və gender", "Şüurda cinsi fərqlər" və s. adda konqreslər keçirildi.
Bu dövrdə ən çox tədqiqat aparılan sahə cinsi fərqlər və gender fərqləri psixologiyası idi. Eyni zamanda qadın psixologiyası sahəsi də inkişaf edirdi. Kişilərin psixologiyası ilə bağlı da tədqiqatlar yarandı, amma əvvəlki kimi "cinsiz" variantda deyil, onların gender rollarının xüsusiyyətləri haqqında tədqiqatlar aparıldı. Bir çox ölkələrdə gender tədqiqatları əsasında dərsliklər yeniləndi, tərbyə sistemində gender yanaşması özünü göstərdi.
Təəssüf ki, bizim cəmiyyətdə gender psixologiyası hələ inkişaf dövrünü keçir. Müxtəlif sahələrdə tədqiqatlar aparılır: cins-rol stereotipləri, gənc ailənin rol strukturu, kişi və qadınların psixofiziologiyası, liderliyin gender aspektləri, qadın davranışının stereotipləri və s.
3.Fеминизм cərəyanı
Feminizm anlayışı ( femina-latın sözü olub, mənası qadın deməkdir) fransız dilində XIX əsrin birincn yarısında işlənilməyə başlandı. 1830-cu ildə başqa bir termin olan emansipasiyalı qadın (emanipato-azadlıq) termini yarandı. Bu ictimai hərəkatın iştirakçıları həm qadınlar, həm də kişilər idi. Mübarizənin əsas məqsədi- qadınlara kişilərlə birgə hüquqların verilməsi: seçki, iqtisadi (istehsalatda iştirak etmək), təhsil almaq, seksual azadlığın verilməsi və s.
Feminizm Fransada XVIII əsrin sonunda böyük inqilab dövründə yaranmışdı. Feminizm - qadın hüquqları mübarizəsində geniş ictimai hərəkat, qadınların cəmiyyətdə yerini təhlil edən sosial-fəlsəfi, sosioloji, psixoloji və s. nəzəriyyələrin kompleksidir. Bu dövrdə feministlər "Qadın hüquqları deklorasiyası" ilə çıxış edərək mövcud qanunvericiliyə qarşı çıxdılar. Napoleonun kodeksinə görə, bütün insanların hüquqları bərabərdir, amma qadınlara ancaq ailədə yer verilirdi (kişilərdən daha aşağı status). Yeni deklarasiyada qadınlara seçkilərdə kişilərlə birgə iştirak etmək və bütün vəzifələri tutmaq hüququ verilirdi. Konvent onlara bütün siyasi məsələlərdə və mətbuatda iştirak etmək hüququ verirdi. Lakin 1848-ci il inqilabı dövründə də bu məsələlər qoyulsa da, onlara baxılmadı.
Feminizmin inkişafında bir sıra mərhələlər var: Birinci mərhələ -XIX əsr-XX əsrin birinci yarısı. Burada cinslərin hüquq bərabərliyi uğrunda mübarizə aparılır. XX əsrin ortalarında feminizmin inkişafında ikinci mərhələ başlayır6 qadın və kişilərin həqiqi bərabərliyi uğrunda mübarizə mərhələsi. Feminizmin üçüncü mərhələsi- postmodernizm feminizm adlanır (post-feminizm). Burada subyekt anlayışı bütövlükə aradan qaldırılır.
Feminizmin inkişafında XIX əsrin ortalarında İngiltərədə yaranan qadınlara kişilərlə bərabər seçki hüququnun verilməsi uğrunda qadın hərəkatı -sufrajistlər (ing. sufrage-səsvermə) mühüm rol oynamışdır. Sufrajizm iki sağ və sol qollara ayrılırdı. Sağ qolda birləşən liberal hərəkatının nümayəndələri mübarizənin konstitusion üsullarla aparılmasının tərəfdarları kimi çıxış edirdilər. Sol-radikal Britaniya sufrajizminin "Militant" adlanan nümayəndələri sağ qolun sufrajistlərindən yalnız taktikası ilə fərqlənirdilər. Liberal və radikallar seçki mitinqlərini pozmağa çalışır, ictimai yerlərdə nümayişlər təşkil edir, icazəsiz paradlar və yürüşlər keçirirdilər.Hər iki qadın nümayəndələri hesab edirdilər ki, seçki hüququna yalnız seçkilərdən keçmiş qadınlar malik ola bilərlər. Onlar seçkilərdə yalnız evli olmayan qadınların iştirakına nail ola bildilər. 1867-ci ildə Londonda ilk beynəlxalq qadın cəmiyyəti yaradıldı. Onun prezidenti isə kişi - tanınmış alim, ictimai xadim Con Styuart Mill oldu. 1860-cı ildə isə İngiltərədə başqa bir hərəkat olan abolisionizm yarandı. Abolisionizm hərəkatı seksual həyatda bərabər hüquqlar, əsasən də qadın fahişəliyinə polisin nəzarət etməsinə qarşı olan mübarizə idi.
Qeyd edildiyi kimi, XX əsrin ortalarından başlayaraq, feminizmin inkişafının ikinci mərhələsi başlandı. Bu mərhələnin xüsusiyyəti ondan ibarət idi ki, burada qadın və kişilərin həqiqi bərabərliyi uğrunda mübarizə qərbdə, xüsusilə də ABŞ-da 70-ci illərin ortaları və sonunda kütləvi hal aldı və özünü müxtəlif çoxsaylı aksiyalarda, bir sıra təşkilatların və çoxlu, nisbətən balaca-qeyri-formal, lidersiz qrupların və ənənəvi anlamda nəzəri strategiyanın yardılmasında ifadə etdi.
Ən çox nailiyyətə feministlər ABŞ-də nail oldular. Onlara məktəbdə müəllim işləməyə icazə verdilər. Seçki hüququ qazanmaq bir qədər çətin oldu. Əsas olan odur ki, qadın hüquqları uğrunda mübarizə köləliliyi ləğv etmək uğrunda mübarizə ilə paralel, siyasi tələblər iqtisadi və təhsil hüququna imkan vermək tələbləri ilə birgə aparılırdı.
Bir çox ölkələrdə qadınlar iqtisadi həyata daxil olmağa nail olmuşdular və məlumdur ki, qadınların əməyi aşağı səviyyədə qiymətləndirilirdi. İqtisadi hüquqa nail olmaq üçün qadın həmkarlar ittifaqı yaradıldı.
Rusiyada "bərabəhüquqlular hərəkatı" qarşıya daha bir məqsədlər qoydu - təhsil almaq və əmək fəaliyyəti hüququ. 1880-ci illərin axırlarında Moskvada, Odessada, Peterburqda ali qadın kursları açıldı ki, onlar həkim, müəllim hazırlayırdı. Qadın Tibb İnstitutu, Qadın Pedaqoji İnstitutu açıldı. Amma qadınlara seçki hüququ verilsə də, onların adından yalnız kişilər səs verə bilərdilər. Ehtiyacı olan qadınlara (iş, pul, yaşayış) kömək etmək məqsədilə ictimai qadın təşkilatları yaradılmışdı.
XX əsrin ortalarında qadınların bir çox hüquqları əldə etməsi, istehsala daha çox cəlb olunması feminist hərəkatını xeyli zəiflətmişdir, lakin 70-ci illərdə müxtəlif feminist qruplar və partiyalar yarandı, feminizm kütləvi xarakter daşımağa başladı.
Dostları ilə paylaş: |
|
|