|
1. Gender psixologiyasının predmeti və tədqiqat metodları Gender psixologiyasının formalaşmasının tarixi mərhələləri. Feminizm cərəyanı
|
səhifə | 7/7 | tarix | 19.06.2023 | ölçüsü | 44,6 Kb. | | #117885 |
| Gender psixologiyasının predmeti və tədqiqat metodları (2)Postmodernizm feminizmin tərəfdarları yuxarıda qeyd olunduğu kimi, subyekt anlayışını bütövlüklə rədd edirdilər. Onlar dəqiq müəyyən edilmiş keyfiyyətlərə mənsub olan, sabit, universal subyektin özünü belə tənqid edirdilər. Nəticədə feminizm nəzəriyyəçi və praktiklər (icraçılar) arasında ziddiyyətlər artır. Feminizm təəssübkeşlərinə uğurlu əşyavi fəaliyyət naminə maraqlarını müdafiə edə biləcək konkret bir subyekt lazım idi (onun irqindən və yaxud qrupundan asılı olmayaraq)
Feministlərin bəziləri mübarizənin "epotaj" formasından istifadə edirdilər: demonstrasiyalar, piketlər, yanğınlar, ailədən, nigah və uşaqlardan imtina etmək, kişilərlə bütün ünsiyyət formalarını baykot etmək, qadın-qadın məhəbbətini (lesbiyanlığı) təbliğ etmək.
Ümumiyyətlə, feminist görüşlərin əsas xüsusiyyətləri ondan ibarət idi ki, onlar qərb mədəniyyətini keçmiş zamanlarda olduğu kimi, bu gün də patriarxat hesab edrdilər. Bu cür mədəniyyətdə qadın ikinci varlıqdır. Feminist müəlliflərə görə, mədəniyyətin patriarxat oriyentasiyası bütün sahələrdə özünü göstərir. İlk əvvəl geniş mənada başa düşülən hakimiyyət kişilərin əlindədir. Hakimiyyətdə kişi xüsusiyyətləri təcəssüm olunur - qətilik, təcavüzkarlıq, üstün olmaq. Əxlaqın əsas meyarları olan şəxsi azadlıq, tam bərabərlik hüququ yalnız kişilərə xasdır, qadın ailədə istismar edilir. İşlədikdə isə istismarlıq ikiqat artır, çünki həm istehsalatda, həm də ailədə olan qaydalar patrirxat modeli üzərində qurulur. Qərb incəsənəti qadın kultu yaradır. Onu məhəbbət və gözəllik ilahəsi adlandırır, lakin mahiyyəti kişinin estetik və seksual tələbatı ilə bağlıdır.
Feministlərin fikrincə, qadınların fəaliyyəti iqtisadi cəhətdən də məhdudlaşdırılır. XIX əsrə qədər qadının leqal iqtisadi statusu olmayıb, nigah bağlandıqda o əmlakını idarə etməkdən məhrum edilirdi. Müasir dövrdə bu məcburiyyət növü gizli şəkildə həyata keçirilir: eyni əməyə görə fərqli ödəmə haqqı, yüksək ödənişli peşələrə yiyələnmənin çətinləşdirilməsi.
Feministlərin məqsədi patriarxat mədəniyyətə meydan oxumaq, ictimai şüurda möhkəmlənmiş fikirləri dəyişdirmək, sosial reallıqda, təhsil sahəsində yoxlama aparmaq idi. Qadınlara II dərəcəli baxan mədəniyyətdə nə kişilər, nə də qadınlar demokratik, humanist ola bilməz. Feministlərə görə, tarazlaşdırılmış mədəniyyətdə qadınların rolu və mənəvi potensialı cəmiyyət üçün qiymətli, dəyərli hesab edilərsə, bu konstruktiv addım olardı. O cümlədən mənəvi və maddi həyatda qadın-ana xüsusiyyətlərinin təzahür etməsi, məsələn, dözüm, alturizm, çox əhəmiyyətlidir
Feminizm öz tarixində müxtəlif istiqamətlərdə özünü göstərmişdir:
1. Amazon feminizm- qadınların kişilərlə fiziki bərabərliyini (hətta üstünlüyünü) sübut edir. Cəngavər qadın obrazı-ənənəvi patriarxat qadın obrazına, sterotipinə (zəif, köməksiz qadın) əks qoyulurdu.
2. Mədəni feminizm- sübut etməyə çalışırdı ki, qadınlar təbiətən kişilərdən üstündür. Ona görə də əgər qadınlar hakimiyyədə olarlarsa, cəmiyyət daha ədalətli təşkil olunar, müharibə, ekoloji təhlükə olmaz. Mədəni feminizm kişi cəmiyyətindən bir qədər kənarlaşmaya istiqamətlənmişdi. Mədəni feminizm mədəni qadın klubları, qadın krizis mərkəzlərinin yaradılmasını nəzərdə tuturdu.
3. Separatizm - cinslərin radikal əlaqəsinin kəsilməsini təbliğ edirdi. Yəni kişilərlə bütün növ kommunikativ əlaqələrin kəsilməsini əsas götürürdü. Hesab edilirdi ki, yalnız kişilərdən izolyasiyada və onların daimi təsirlərindən uzaqda qadının şəxsi inkişafı mümkündür. Tədbirlər yalnız qadınlar üçün keçirilirdi.
4. Radikal feminizm (1967-ci ildə yaranmışdı) - belə bir müddəa irəli sürürdü ki, qadınların diskriminasiyası bütün insan mədəniyyətini aşağı salır və bunu yalnız sosial dəyişikliklərlə aradan qaldırmaq olar. Radikal feministlər qadınların bərabərsizliyinin, istismarının səbəbini kişilərin bütün sahələrdə üstün olduğunda görürdülər. Onlar hesab edirdilər ki, qadınların bərabərsizliyi, şəxsi münasibətdə, seksual partnyorluqda, ailədə başlayır. Bu cərəyanın nümayəndələrinə görə, kişilər qadınların üzərində hakimlik etmək üçün zor gücündən istifadə edirlər. Qadınlara qarşı olan zorakılığın aradan götürülməsi radikal feministlərin əsas məqsədidir. Radikal feminizm mütləq norma statusu qazanmış qadın və kişi arasında olan bioloji fərqin və gender stereotiplərinin aradan götürülməsinin vacibliyini göstərirdi.
5. Humanist və ya intellektual feminizm - bu yaxınlarda yaranmışdır. Hesab edilir ki, maskulin mədəniyyət yalnız qadınları deyil, kişiləri də deformasiya edir. Onlarda "güc kultu" təsbit olunur. Yəni kişi və qadınlara cəmiyyətdə müəyyən rollar vacib sayılır: güclü, aqressiv cənab və zəif, köməksiz, iqtisadi cəhətdən asılı olan qadın. Ona görə da cəmiyyətin dəyər və normalarına yenidən baxmaq, qadın və kişilərin gender rollarını başqa cür qurmaq lazımdır.
Fəlsəfi ədəbiyyatda feminist cərəyanin aşağıdakı formaları da özünü göstərir:
1. Liberal feminizm. Liberal feminizmin ideyaları maarifçiliyə əsaslanır. İdrakın ənənyə üstünlüyünü, humanitarizmin sosial qruplarda yayılmasını, bəşəriyyətin daha yüksək rifah halını nəzərdə tutur. Liberal feministlər sosial islahatları aparmaq üçün idrakın, zəkanın gücünə inanırdı. Bərabərsizliyi praktik cəhətdən aradan qaldımaq üçün hüquq bərabəliliynin pozulmasının qarşısını alan proqramlar tərtib etdilər.
XIX-XX əsrlərdə qadın hüquqlarının müdafiəsi uğrunda hərəkat bu məsələyə maarifçilik doktrinasından yanaşır-evdar qadının statusunun dəyişdirilməsi, onun mülkiyyətinin qorunması, boşanmanın liberallaşdırılması, evdar qadınlara iqtisadi avtonomiyanın verilməsi tələbləri irəli sürülürdü.
Liberal islahatlar qadınlar üçünn geniş imkanlar yaratmışdı və qadın hüquqları haqqında müsbət ictimai rəy formalaşdırmışdı. Lakin liberal feministlərin tənqidi göstərdi ki, qadınlar və kişilər arasında bərabərlik əldə olunmamışdır.
2. Sosial feminizm. Sosial feministlər qadın istismarının səbəbini qadınların iqtisadiyyata cəlb olunmasında görürdülər. Sosial feminizmə yaxın olan marksist feminizm iddia edir ki, qadının incidilməsi xüsusi mülkiyyətin yaradılmasının nəticəsidir. Qadınlar kapitalizmdə istismar edilir, əgər cəmiyyət sosializmlə əvəz olunarsa, gender bərabərsizliyi aradan götürülər. Bu haqsızlıq kapitalizmdən əvvəl də, həmçinin sosializm sistemində də özünü büruzə verməsinə baxmayaraq, müasir sosial feministlər ənənvi marksist feministləri tənqid edirdilər, çünki onlar gender bərabərsizliyini əsasən iqtisadi mənbələrlə əlaqələndiridilər. Sosial feministlərin əsas tədqiq etdikləri problemlərdən birincisi, kapitalist sisteminin mükəmməlləşdirilməsində evdar qadının roludur. 1969-cu ildə Marqaret Beston qadınların evdə gördüyü işin az qiymətləndirildiyini, gözə görünmədiyinin və ödənilmədiyini qeyd etmişdir. İkincisi, qadınların ödənişli işçi və istehsalın xüsusiyyətləri probleminin diskriminasiyasıdır. Qadınlar öz vaxtını, diqqətini uşaqlarına, ailəsinə sərf etmədiyi dövrdə özünü birbaşa müqəssir sayır. Qadınların işlə təmin olunmasında haqsızlığa yor verilməsi təəssüf doğurur.
Bir çox tədqiqatlarda göstərilmişdir ki, qadınların analıq funksiyası onların II dərəcəli statusunun formalaşmasına təsir edir. Kişilərin həyat yoldaşının və uşaqlarının maddi cəhətdən ondan asılı olduğu üçün əmək haqqının daha yüksək olması tənqid edilir.
Qadınların sosializasiyasında ailə mühüm rol oynayır. Bütün başqa nəzriyyəçilərdən fərqli olaraq sosial feministlər ailə məşğulluğunun strategiyasını öyrənirlər və ənənvi dəyərləri, davranış tərzini müəyyən edirlər. Kapitalist sisteminə qadın və kişilərin streotip həyat tərzi sərfəlidir. Kişilərdə kapitalist iqtisadiyyatında müvəffəqiyyət qazanmaq üçün lazım olan keyfiyyətlər-rəqabətçilik, təcavüzkarlıq, müstəqillik sosiallaşdırılmışdır.
Sosial feministlər təcrübəni, ideologiyanı, şüurluluğun təcrübəsini təbliğ edirlər. Onlar pozitiv dəyişikliklərə gətirən yeni strukturların yaranması tələbini irəli sürürlər. Seksual və kriminal zorakılığa məruz qalanlara kömək məqsədilə yaradılmış mərkəzlər, kiçik biznes alternativ şüur növünün və davranışının stimullaşdırılmasına yönələn yeni strukturlardır.
Razılaşaq ki, feminizmin ideyaları ictimai psixologiyaya çox böyük təsir göstərirdi. Bu təsir altına düşənlərin sayı artıqca, onlar qadınların öz hüquq bərabərliyi mübarizəsində-həm onlara təəssübkeşlik edir, həm də müəyyən dərəcədə köməklik edirdilər. Bir çox qadın cəmiyyətdə roluna yeni nəzər salır, öz ailə üzvlərinə münasibətlərini dəyişdirirdilər.
Dostları ilə paylaş: |
|
|