317) Aşağıda sadalanan amillərdən hansı ikincili kəllədaxili hipotenziyanı
yaradır?
A) Likvorun çıxması
B) Lümbal punksiya
C) Neyrocərrahi əməliyyat
D) Rentqenoterapiya
E) Sadalananların hamısı
Ədəbiyyat: «Внутричерепная
гипертензия»К.Арсени.А.И.Константинеску.1978,стр.146.
318) Binsvanqer xəstəliyinə aşağıda sadalananlardan hansı xas deyil?
A) Beynin ağ maddəsinin zədələnməsi
B) Demensiya
C) İri beyin arteriyaların zədələnməsi
D) Kiçik beyin arteriyaların zədələnməsi
E) Qabıqaltı tipli hərəki pozulmalar
Ədəbiyyat: Справочник практического врача по
неврологии.Д.Р.Штульман,О.С.Левин.2001, стр. 275
319) Hamiləlik dövründə aşağıda sadalanan sinir sisteminin damar
xəstəliklərindən hansı müşahidə olunur?
A) Sadalananlardan hamısı
B) Spinal arteriovenoz malformasiyaların partlaması
C) Subaraxnoidal qanaxma
D) Beyin venalarının aseptik trombozu
E) İşemik insult
Ədəbiyyat: Справочник практического врача по
неврологии.Д.Р.Штульман,О.С.Левин.2001, стр. 553-554
320) Aşağıda sadalananlardan nə Natam Raymon sindromuna xas deyil?
A) Sadalananlardan hamısı
B) Çarpazlaşan hissi pozulmalar
C) Baxışın parezi
D) Zədədən əks tərəfdə hemianestaziya
E) Sifətdə zədə tərəfdə anesteziya
Ədəbiyyat: Вертебро-базиллярные инсульты.И.П.Антонов, Л.С.Гиткина, 1977
стр. 47
321) Varol körpüsünə qansızma aşağıda sadalanan simptomlardan hansına
xasdır?
A) Komanın qəflətən yaranması
B) İkitərəfli hərəki pozulmalar
C) Kötük simptomların erkən yaranması
D) Göz almalarının “üzmə” hərəkəti
E) Sadalanan simptomlardan hamsına
Ədəbiyyat: Вертебро-базиллярные инсульты.И.П.Антонов, Л.С.Гиткина, 1977
стр.142
322) Likvorun hipotenziyası ilə xorioependimatitə aşağıda sadalananlardan
hansı xasdır?
A) Baş ağrısının oturaq və ya uzanmış vəziyyətdə azalması
B) Baş ağrısının dayanarkən və yeriyərkən artması
C) Küt və sıxıcı xarakterli baş ağrısı
D) Hamısı
E) Bayılmalar və ortostatik bradikardiya
Ədəbiyyat: Клиническая неврология.А.М.Пулатов, А.С.Никифоров, 1978.стр. 74
323) Arxa beyin arteriyası hansı şaxələrə bölünür?
A) Arxa gicgah arteriyasına
B) Ön gicgah arteriyasına
C) Mahmız şırımı arteriyasına
D) Təpə-ənsə arteriyasına
E) Sadalananlardan hamısı doğrudur
Ədəbiyyat: Болезни нервной системы.П.В.Мельничук, 1 том, 1982, стр 284
324) Hansı nahiyyədə qansızma zamanı “açıq ağız” sindromu müşahidə olunur?
A) Beyinciyə qansızma zamanı
B) III mədəciyə qansızma zamanı
C) IV mədəciyə qansızma zamanı
D) Beyin yarımkürələrinə qansızma zamanı
E) Orta beyinə qansızma zamanı
Ədəbiyyat: Редкие синдромы и заболевания нервной системы.Б.Йорданов,
Я.Янков, 1981.стр. 98
325) Aşağıda sadalanan nahiyyələrin hansında onurğa beynin işemik
zədələnməsi tez yarana bilər(ən zəif yer olduğuna görə)?
A) Aortanın divarlarında
B) Nahiyyələrin hamısında
C) Ön spinal arteriyada
D) Bel arteriyasında
E) Qabırğaarası arteriyalarda
Ədəbiyyat: Инфаркты спинного
мозга.Д.К.Богородинский,А.А.Скоромец,1973.стр.162
326) Aşağıda sadalanan etiolojı amillərdən hansının spinal qandövranın
pozulmasının yaranmasında rolu var?
A) Disk yırtığı
B) Sadalananlardan hamısı doğrudur
C) Metastatik şişlər
D) Fəqərə sınıqları
E) Aortanın aterosklerozu
Ədəbiyyat: Инфаркты спинного
мозга.Д.К.Богородинский,А.А.Скоромец,1973.стр.162
327) Aşağıda sadalanan arteriyalardan hansının okklüziyası qabıq korluğuna
gətirib çıxara bilər?
A) Sol arxa beyin arteriyasının
B) Sağ arxa beyin arteriyasının
C) Hər iki ön beyin arteriyasının
D) Bazilyar arteriyasının iki arxa beyin arteriyasına bölündüyü hissəsinin
E) Hər iki göz arteriyasının
Ədəbiyyat: Справочник практического врача по неврологии / Штульман Д.Р.,
Левин О.С.- M., 2001, стр. 247
328) Aşağıda sadalananlardan hansı sinir sisteminin demielinizəedici
xəstəliklərinə aiddir?
A) Yan amiotrifik skleroz
B) Poliomielit
C) Sirinqomieliya
D) Kəskin dağınıq ensefalomielit
E) Miasteniya
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 386
329) Aşağıda sadalananlardan hansı biri autoimmun xəstəliklərə aid deyil?
A) Parkinson xəstəliyi
B) Dağınıq skleroz
C) Miasteniya
D) Kəskin dağınıq ensefalomielit
E) Xroniki iltihabi demielinizəedici poliradikuloneyropatiya
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 76
330) Aşağıda sadalananlardan hansı autoimmun xəstəliklərinə aiddir?
A) Normotenziv hidrosefaliya
B) Sirinqomieliya
C) Hepatolentikulyar degenerasiya (Vilson-Konovalov xəstəliyi)
D) Qiyyen-Barre sindromu
E) Yan amiotrofik skleroz
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 471
331) Aşağıda sadalananlardan hansı doğru deyil?
A) Dağınıq skleroza kişilərdən daha çox qadınlar arasında rast gəlinir
B) Dağınıq sklerozun gedişinin daha tez-tez rast gəlinən forması remittik formadır
C) Dağınıq skleroz xroniki proqressivləşən xəstəlikdir
D) Dağınıq skleroz zamanı görmə sinirinin zədələnməsi müşahidə olunmur
E) Dağınıq skleroz zamanı autoimmun reaksiyalar üçün hədəf MSS-in mielinidir
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П.
Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-
информ, 2004, стр. 225
332) Dağınıq skleroz zamanı aşağıda sadalanan simptomlardan hansına daha az
rast gəlinir?
A) Beyincik pozulmalarına
B) Piramid pozulmalara
C) Görmənin pozulmasına
D) Çanaq üzvləri funksiyalarının pozulmalarına
Dostları ilə paylaş: |