763) Aşağıda sadalanan hallardan hansı komaya gətirib çıxarmır?
A) Baş beynin qlobal işemiyası
B) Beyin kötüyünün infarktı
C) Alkoqol intoksikasiyası
D) Depressiv hal
E) Kəllə-beyin travması
Ədəbiyyat: Справочник практического врача по неврологии / Штульман Д.Р.,
Левин О.С.- M., 2001, стр. 192
764) Nalokson aşağıda sadalanan preparatlardan hansının antidotudur
(antaqonistidir)?
A) Sadalananların hamısının
B) Promedolun
C) Fentanilin
D) Morfinin
E) Tramadolun
Ədəbiyyat: Харкевич Д.А., Фармакология: Учебник.- 6-е изд., перераб. и доп. -
М., 1999, стр. 190
765) Aşağıda sadalanan hallardan hansı qabıq (koqnitiv) funksiyalarının
tamamilə itirilməsi şəraitində “yuxu-oyaqlıq" siklinin və vital funksiyaların
saxlanılması ilə xarakterizə olunur?
A) Koma
B) Beynin ölümü
C) Vegetativ vəziyyət
D) Psixogen areaktivlik
E) İzolyasiya sindromu (синдром “запертого человека”, “locked-in” syndrome)
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 229
766) Vegetativ vəziyyət nə ilə xarakterizə olunur?
A) Qabıq (koqnitiv) funksiyalarının saxlanılması, lakin tetraplegiya, bulbar sindromu,
mimiki və çeynəmə əzələlərinin iflici üzündən pasientin xarici stimullara reaksiya
verə bilməməsi ilə
B) Aspontanlıqla, pasientin suallara ləng, lakin düzgün cavab verməsilə
C) Pasientin, hətta intensiv stimulyasiya yolu ilə çıxarıla bilmədiyi huşsuz halı,
gözlərin spontan açılmasının olmaması və vital funksiyaların pozulması ilə
D) Qabıq (koqnitiv) funksiyalarının tamamilə itirildiyi bir şəraitdə “yuxu-oyaqlıq”
sikli və vital funksiyaların saxlanılması ilə
E) Huşun normal vəziyyəti, lakin bulbar əzələlərin iflici ilə
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 229
767) Aşağıda sadalananlardan hansı beyin olümünün ən dəqiq əlamətidir?
A) Baş beynin damarlarının kontrastlı angioqrafiyası zamanı serebral arteriyalarda
qan dövranının olmadığının aşkar edilməsi
B) Spontan tənəffüsün olmaması
C) Okulosefalik refleksin olmaması
D) EEQ zamanı elektrik aktivliliyinin olmamasının aşkar edilməsi (“beynin tam
elektrik sükutu”)
E) İkitərəfli midriaz
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 230
768) Vernike ensefalopatiyasının inkişafı nə ilə əlaqədardır?
A) Hipokalsiemiya ilə
B) Hipoalbuminemiya ilə
C) Hipernatriemiya ilə
D) B1 vitamininin defisitilə
E) B6 vitamininin defisiti ilə
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 369
769) Vernike ensefalopatiyasının klassik klinik triadasına nə daxildir?
A) Oftalmoplegiya, ataksiya, huşun pozulması
B) Huşun pozulması, ataksiya, bulbar sindrom
C) Oftalmoplegiya, ataksiya, bulbar sindrom
D) Parkinsonizm sindromu, ataksiya, bulbar sindrom
E) Asteriksis, bulbar sindrom, ataksiya
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 370
770) Klinik göstəricilərin kəskin subaraxnoidal qansızmadan xəbər verdiyi,
lakin KT-nin subaraxnoidal boşluqda qan aşkara çıxarmadığı halda aşağıda
sadalanan müayinə metodlarından hansı zəruridir?
A) Kranioserebral MRT
B) Exo-EQ
C) Lümbal punksiya və likvorun müayinəsi
D) EEQ
E) Transkranial doppleroqrafiya
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2005, стр. 268
771) Aşağıda sadalanan preparatlardan hansının qəbul edilməsi uşaqlarda Reye
sindromunun (kəskin qeyri-iltihabi ensefalopatiya və qaraciyərin
disfunksiyasının) inkişafı üçün risk amili hesab olunur?
A) Parasetamol
B) Penicillin
C) Naproksen
D) Aspirin
E) Vitamin C
Ədəbiyyat: Справочник практического врача по неврологии / Штульман Д.Р.,
Левин О.С.- M., 2001, стр. 638
772) Aşağıda sadalananlardan nə pellaqranın klinik şəklində qeydə alınmır?
A) Diareya (ishal)
B) Dermatit
C) Köndələn mielopatiyanın əlamətləri
D) Qlossit
E) Demensiya
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 /
Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО
‘Издательство ‘Медицина’, 2001, стр. 359
773) Aşağıda sadalananlardan nə paraneoplastik sindromlara aid deyil?
A) Beyincik degenerasiyası
B) Miastenik Lambert-İton sindromu
C) Opsoklonus-mioklonus
D) Kaxeksik miopatiya
E) Landau-Kleffner sindromu (uşaq dovrünün qazanılmış afaziyası)
Dostları ilə paylaş: |