№1 Humanitar elml



Yüklə 268,69 Kb.
Pdf görüntüsü
tarix25.07.2018
ölçüsü268,69 Kb.
#58936


138 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elml

ər seriyası   

 

2012 

 

 

 

 



ГЩЕ 94 (479.24) 

 

IX-XII 

ƏSR ƏRƏB COĞRAFİYAŞÜNAS SƏYYAHLARIN 

ƏSƏRLƏRİNDƏ AZƏRBAYCAN KƏNDLƏRİ 

 

M.C.BAYRAMOV  

L

ənkəran Dövlət Universiteti 

mushfiq76@mail ru 

    



M

əqalədə IX-XII əsr ərəb coğrafiyaşünas səyyahlarının əsərlərində Azərbaycan kənd-

l

əri haqqında məlumatlar toplanaraq təhlil  olunmuş, orta  əsr Azərbaycan kəndlərinin topo-

qrafiyası, əhalisinin təssərrufat məşğuliyyəti, məişəti və dini görüşlərinə dair nəticələr çıxarıl-

mışdır.  Ərəb  coğrafiyaşünaslarının  məlumatları  lakonik,  qeyri-ardıcıl  olsa  da,  bütövlükdə 

orta 

əsr Azərbaycan kəndlərinin öyrənilməsi baxımından böyük elmi əhəmiyyət kəsb edir. 

 

Açar sözl

ər: Azərbaycan, orta əsr, kənd məskəni, kənd əhalisi, ərəbdilli mənbələr  

 

Az



ərbaycan ərazisi qədim mədəniyyət ocaqlarından biri olduğundan qə-

dim dövrl

ərdən başlayaraq coğrafiyaçıların, səyyahların, tarixçilərin diqqətini 

özün


ə cəlb etmişdir. 

Ərəb müəlliflərinin əsərlərində VII əsrdən başlayaraq Azərbaycanda baş 

ver

ən hadisələrə dair məlumatlar şərh olunur. Orta əsr ərəb müəlliflərindən İbn 



Xordad

beh, İbn əl-Fəqih əl-Həmədani, İbn Rusta, Qudama ibn Cəfər, əl-Məsu-

di, Əbu Düləf, əl-İstəxri, Əbu Həmid əl-Əndəlusi əl-Qərnati, İbn Havqəl, əl-

Müq


əddəsi, Yaqut əl-Həməvi və  başqaları  Azərbaycanın  IX-XII  əsrlərdəki 

s

ərhədləri, karvan yolları, şəhərləri, kəndləri, qalaları, təsərrufat həyatı, burada 



baş verən tarixi proseslər haqqında olduqca qiymətli məlumatlar vermişlər (1, 4). 

 

 IX 



əsrdə yaşamış, əsəri bizə gəlib çatan ilk ərəb coğrafiyaşünas səyyahı 

İbn Xordadbeh olmuşdur. İbn Xordadbehin “Kitab əl-məmalik və-l-məsalik” 

(“Yollar v

ə məmləkətlər haqqında kitab”) Azərbaycanın, ümumiyyətlə, Qafqa-

zın tarixi və tarixi coğrafiyası üçün çox mühüm  mənbələrdən biridir. Əsərin 

əsas hissəsi yollar və marşrutlar, bu yollar üstündəki şəhər və kəndlər, ölkənin 

iq

tisadiyyatı, o cümlədən kənd təsərrufatı, siyasi quruluşu, vergi sistemi və s. 



haq

qındadır.  Azərbaycanı  İbn  Xordadbeh  əl-Cəbri  (Şimal  ölkələri) ölkəsinə 

daxil edir. İbn Xordadbeh Azərbaycan şəhər və rustaqları bölməsində aşağıda-

kı  rustaqların  adlarını  çəkir: Bacərəvan,  əs-Səlaq, Sindəbaya,  əl-Bəzz, Urm, 

B

əlvankərc, Sərat, Dəskiyavər, Məyənhərc rustaqı (1, 17). 



 


139 

IX 


əsr ərəb coğrafiyaşünası İbn əl-Fəqih əl-Həmədani özünün “Kitab əl-

buldan


” (“Ölkələrin kitabı”) əsərində Azərbaycanın sərhədləri, ərəblər tərəfin-

dən işğalı, şəhərləri, kəndləri və Azərbaycan xalqının ərəb xilafətinə ödədiyi 

xəracın  miqdarı  haqqında  məlumat  verir.  Ibn  əl-Fəqih  Azərbaycanın  şimal 

hissəsində-Arranda 4000 kənd olduğunu yazır (2, 261).

 

“Kitab əl-buldan” əsərində Azərbaycan ərazisində aşağıdakı kənd yaşa-



yış yerlərinin adlarını çəkir:

 

 



“B

ərzənd-kənd idi. Əl-Afşin Babəklə vuruşduğu günlər burada düşərgə 

salmış, möhkəmləndirmiş və abad etdirmişdir. Neriz-kənddir. Onun xaraba və 

q

ədim bir qəsri var. Burada Murr ibn əl-Mövsili  ət-Tai  uşaqları  ilə  məskən 



salmışdır.  Onlar  buranı  Azərbaycan valisinin himayəsi  altında  idarə  edirlər” 

(1, 36-37).

 



əsr  ərəb  coğrafiyaşünas  səyyahı  Əbu  Düləf  “Risalə”sində  gəzdiyi 



ölk

ələrin, o cümlədən Azərbaycanın faydalı qazıntıları, şəhər və kəndləri, çay-

la

rı,  gölləri,  dağları  və  s.  haqqında  çox  qiymətli məlumat verir. Azərbaycan 



haq

qında məlumat  Şiz  şəhərindən  başlayır.  Müəllif Balasakan düzündə  beş 

min xaraba k

ənd olduğunu qeyd edərək yazır “Varsan və əl-Beyləqan şəhərləri 

Balasakan düzünd

ə  yerləşir.  Bu  düzdə  beş  min  və  ya daha çox xaraba kənd 

var. Halbuki onların evlərinin divarları və binalarının bəzilərinin özülü dağıl-

ma

mışdır. Deyirlər ki, həmin kəndlər allah-taalanın “Quranda” zikr etdiyi ar-



Rasın sahiblərinin olmuşdur” (1, 80). 

 



əsr  ərəb  coğrafiyaşünas  səyyahlarından  biri  “Kitab  əl-Masalik vəl-

m

əmalik” (“Yollar  və  məmləkətlər  haqqında  kitab”)  əsərin müəllifi  əl-Farisi 



əl-İstəxri  də  Azərbaycan,  burada  olan  yaşayış  yerləri,  şəhər və  kəndləri 

bar


əsində məlumat verir. Müəllifin Urmiya gölünün ətrafında məntəqələrinin, 

k

ənd və rustaqlar haqqında məlumatı xüsusilə diqqətəlayiqdir ( 1, 90).



 

əsrin ərəb coğrafiyaşünas alimi, əl-İstəxrinin davamçısı İbn Havqəlin 



“Kitab 

əl-masalik vəl-məmalik” (“Yollar və  məmləkətlər  haqqında  kitab”) 

əsərində  Azərbaycanın  yaşayış  məskənlərinə  dair qiymətli məlumat  vardır. 

Ma

rağa  şəhərindən bəhs edərkən müəllif  yazır:  “əl-Marağa  sağlam  havalı 



şəhərdir. Çoxlu rustaq və  otlaqları  var.  Buranın  yaşayış  yerlərinin birində 

“azdaqriy” adlanan qovun yetişir. Bu uzunsov, qabığı bozumtul-yaşıl, içərisi 

is

ə qırmızıdır. İçi baldan şirindir Xorasan qovununa oxşayır” (1, 107).



 

İbn Havqəl daha sonra Urmiya şəhəri haqqında məlumat verərkən bu şə-

h

ərin də çoxlu əkin sahələri və rustaqları olduğunu bildirir. İbn Havqəlin ver-



diyi m

əlumatdan orta əsrlərdə kənd təsərrufatının müxtəlif sahələrinin inkişaf 

etdiyi v

ə əkinçilikdə dənli bitki istehsalı ilə yanaşı kənd əhalisinin tərəvəz və 

bostan bitkil

ərinin bir çox növlərini becərdiyi  aydın  olur.  Orta  əsr  ərəbdilli 

m

ənbələrə istinad edərək M.X.Şərifli kənd əhalisinin qovun, qarpız, xiyar, kələm, 



badımcan,  kahı,  lobya,  kudu,  və  müxtəlif növ səbzə  yetişdirdiyini  yazır.  Əsas 

bostan bitkil

ərindən  birinin  qovun  olduğunu  diqqətə  çatdıran  müəllif  qovunun 

“m

əcdəddin”, “məliki”, “yaquti”, “əzdəhri” növlərinin adlarını çəkir (2, 265).



 


140 

A

parılmş arxeoloji qazıntı işləri nəticəsində əldə olunmuş nəbati qalıqla-



rı eləcədə yazılı mənbə məlumatlarının təsdiqi təsərrufat həyatında bostançılı-

ğın  mühüm  yer  tutduğunu  təsdiq edir (3, 62). Gəncə  ərazisində  qazıntılar 

zamanı aşkar edilmiş bitki qalıqları içərisində balqabaq, xiyar, yemiş, qarpız 

v

ə başqa bostan bitkilərinin toxumları da vardı (4, 104).



 

Az

ərbaycan kəndləri haqqıda məlumata X əsr müəllifi əl-Müqəddəsinin 



əsərlərində  də  rast gəlirik. O, uzun səyahətdən  sonra  “Əhsən  ət-təqasim fi 

m

ərifət  əl-əqalim”  (“İqlimlərin öyrənilməsi üçün ən  yaxşı  bölgü”)  əsərini 



yazmışdır. “Əhsən ət-təqasim fi mərifət əl-əqalim” əsərində Ərdəbil haqqında 

m

əlumat verərək  yazır:  “Ərdəbil-Azərbaycanın  paytaxtı  və  bütün iqlimin 



şəhəridir. Onun alınmaz qalası var. Buradakı dağın uzunluğu 140 fərsəxdir. Bu 

yerl


ər başdan-başa kənd və əkin sahələridir. Deyirlər ki, buradakı kəndlərdə 60 

dild


ə  danışırlar.  Ərdəbilə  bir  çox  şeylər buradan gətirilir.  Onların  evlərinin 

çoxu yerin altındadır” (1, 130). Daha sonra müəllif Ərdəbil rustaqlarında əha-

linin t

əsərrufat həyatindan bəhs edərək  yazır  “Ərdəbil  rustaqlarında  yeri  8 



öküz vasit

əsilə 4 cütcü sürür, iki öküzü bir cütçü sürür. Mən onlardan soruş-

dum “Bel

ə  şum  yerin  bərkliyindəndirmi?” Onlar cavab verdilər. “Xeyir,  bu 

qardan ötrüdür” (1, 136).

 

Əl-Müqəddəsinin məlumatı kənd əhalisinin o dövrün 



şum əmək

 

al



ətləri barəsində fikir söyləməyə əsas verir. Bəlli olur ki, IX əsrdə 

k

ənd əhalisi qara kotan və ya ağır kotan adlanan şum alətindən istifadə edirdi. 



VIII-IX 

əsrlərin  ən təkmil  şum aləti  olan  qara  kotan  Qafqazın  bir  çox 

xalqlarına  məlum idi. Qara kotan Azərbaycanda  şumlamada  istifadə  olunan 

al

ətlər içərisində  yeganə  əmək alətidir ki, ona 4 cütdən 12 cütədək  qoşqu 



heyvanı  qoşulmuşdur.  Xeyli  qoşqu  quvvəsi tələb edən  bu  şum  alətinə  ağır 

kotan  da  deyilirdi  (3,  22).  Qara  kotanı  iki  və  ya  daha  çox  qoşqu  heyvanına 

bağlayır və hər iki öküzü bir cütçü sürürdü. Bu daha təkmil şum aləti oldu-

ğundan kəndlilərə yeri daha dərindən şumlamaq imkanı verirdi. Bütün bunlar 

orta 

əsrlərdə  kənd  əhalisinin təsərrufatda daha təkmil  əmək alətlərindən 



istifad

ə etdiyini göstətir. 

 



əsr tarixçi-coğrafiyaşünası əl-Məsudi “Muruc əz-zəhəb və məadin əl-



cavhar” (“Qızıl yuyulan yer və cavahirat mədənləri”) əsərində əl-Bab əl-Əb-

vab v


ə bu şəhər ətrafında ölkə və xalqlar haqqında olan fəslində Azərbaycanın 

orta 


əsrlər tarixinə  dair  maraqlı  məlumat  əldə  edirik. Müəllifin Zirehgiran 

k

əndi haqqındakı məlumatı orta əsr kəndlərinin öyrənilməsi baxımından qiy-



m

ətlidir. Əsərdə müəllif “Zirehgiran” kəndi haqqında yazır: “Qumik torpağın-

dan sonra Zirehgeran torpağı (kəndi) gəlir. Bu isə zireh ustaları deməkdir. Belə 

ki onlar zireh, y

əhər,  qılınc  yüyən və  s.  ustaları  kimi  məhşurdurlar.  Onların 

arasında müsəlmanlar, xristanlar, yəhudilər yaşıyırlar” (1, 59). 

Əl-Məsudinin Zirehgiran kəndi haqqındakı məlumatından IX-X əsrlərdə 

s

ənətkarlığın təkcə şəhərlərdə deyil kəndlərdə də inkişaf etdiyi, kənd əhalisinin 



d

əmir və müxtəlif növ filizlərdən məişət avadanlıqları, əmək alətləri, silah nü-

mün

ələri hazırladiğı aydın olur. Müəllif Qəbələ şəhəri haqqında məlumatında 



şəhər əhalisinin müsəlman, ətraf kənd və qəsəbələrin əhalisinin xristian oldu-


141 

ğunu qeyd edir (1, 61).

 

Buradan da müs



əlmanlığın kəndlərə nisbətən şəhərlər-

d

ə  sürətlə  yayıldığını,  kəndlərdə  isə  xrisrtanlığın  və  köhnə  dinlərə  sitayişin 



h

ələ də möhkəm olduğu aydınlaşır.  

 

Az

ərbaycanın  kənd məskənləri  haqqında  məlumat verən XII  əsr  ərəb 



coğrafiyaşunas  səyyahlarından  biri  Əbu  Həmid  əl-Əndəlusi  əl-Qərnatidir. 

Özünün “Tuhf

ət əl-əlbab və nuxbat əl-əcab” (“Ağıllara töhfə və möcüzələrin 

seçilm


əsi”) əsəri Azərbaycan xalqının tarixi, adət-ənənələri, şəhərləri, kəndləri, 

ümumiyy


ətlə, Qafqaz xalqlarının tarixinin öyrənlməsi baxımından qiymətlidir. 

Əl-Qərnati “Tuhfət əl-əlbab və nuxbat əl-əcab” əsərinin “müxtəlif ölkələrdəki 

möcüz

ələr və təccüblü şeylər haqqında” olan ikinci fəslində Dərbənd yaxınlı-



ğında iki kənd haqqında məlumat verir ki, bu kənlərdən də biri əl-Məsudinin

haqq


ında məlumat verdiyi Zirehgiran kəndidir.  Əl-Qərnati bu kəndin  adinı 

Z

əryəgəran kimi qeyd edir və  yazır  “Dərbənd  yaxınlığında  böyük  bir  dağın 



ətəyində  iki kənd  vardır.  Burada  yaşayan  adamlara  Zəryagəran, yəni zireh 

usta


ları deyilir. Onlar müharibədə istifadə etmək üçün lazım olan bütün zireh-

l

ərdən: dəbilqə, qılınc, nizə, yay, ox, xəncər qayırırlar. Onların qadın, uşaq, qız, 



qul v

ə  kənizləri bu sənəti bütünlüklə  öyrənirlər.  Burada  yaşayanların  əkilən 

torpaq v

ə bağları yoxdur, əksəriyyəti xeyirxah və dövlətli adamlardır. Başqa 

yerl

ərdən olan adamlar hər tərəfdən onlara satmaq üçün müxtəlif nemətlər 



(mallar) g

ətirirlər” (1, 159)

 

Əbu Həmid  əl-Əndəlusi  əl-Qərnatinin bu kəndlərdə  yaşayan  əhalinin 



dini görüşləri və dəfn adətlərinə aid məlumatları böyük əhəmiyyət kəsb edir. 

H

əmin  kəndlərdə  yaşayan  əhalinin  dini  görüşləri  haqqında  müəllif  yazır: 



“Onların dini yoxdur və cizyə vermirlər. Həmin adamlardan biri öldükdə, ölən 

adam kişidirsə, meyiti yerin altında yaşayan adamlara verir, həmin adamlar da 

meyitin 

əzalarını doğrayır, nəticədə yalnız ətindən ayrılmış sümüklər və beyin 

qalır.  Ölünün  ətini  yığır  və  qara  qarğalara yedirirlər. Onlar (həmin adamlar) 

soyuqqanlıqla (meyitin ardınca) gedir və başqa quşlara ölünün ətindən yeməyə 

mane  olurlar.  Əgər ölən  adam  qadındırsa,  meyiti yenə  yerin  altında  yaşayan 

adamlara gönd

ərir, həmin adamlar da onun sümüklərini ayırır, ətini quzğunlara 

yedirir, onun (meyitin ardınca) oxlarla gedir və ətinə yaxın düşmək istəyən hər 

k

əsə  mane olurlar. Mən Dərbənddə  əl-Əmir  Əbd  əl-Məlik  ibn  Əbu  Bəkrə 



dedim “Nec

ə olub ki, bu millət islamı qəbul etməyib?”. O dedi “Onların sehri 

var. Bizim  qoşun o kəndə yollandı. Mən o kəndə ilk girənlərdən oldum. Bu 

vaxt yerin altından adamlar çıxdılar. Onların üstündə silah yox idi. Onlar da-

yan

dılar, əlləri ilə dağlara işarə etdilər və mənim başa düşmədiyim dildə danış-



ma

ğa  başladılar.  Sonra  yerin  altında  yox  oldular. Bundan sonra bizi soyuq 

kül

ək və bərk qar tutdu, belə ki, gözlərimiz heç bir şey görmədi. Biz qoşunu-



muzdan çoxlu adam itirdik. Biz h

əmin kəndlərdə  yaşayanlardan  bir  parça 

çör

ək belə  ala bilmədik. Bu isə  həmin adamların  yalnız  sehirkarlığından  ola 



bil

ərdi. Bu adamlar ölünün sümüklərini çıxarır və bu sümükləri kisələrə doldu-

rurlar. Dövl

ətlilərin və məhşur adamların kisələri zərli rum ipəyindən, qul və 




142 

k

ənizlərinki isə çit və başqa bu kimi şeylərdən olur. Onlar kisələri evdə asır, 



h

ər bir kisənin üstündə sahibinin adını yazırlar. Bu isə çox qəribə işdir (1, 161).

 

Əbu Həmid əl-Əndəlusi əl-Qərnatinin Azərbaycan orta əsr kəndləri haq-



qında məlumatı bir də ona görə qiymətlidir ki, biz burada başqa müəlliflərin 

əsərlərində rast gəlmədiyimiz məlumata rast gəlirik. Belə ki, müəllifin əsərin-

d

ə kənd əhlisinin təsərrufatı, dini görüşləri və dəfn mərasimləri haqqında mə-



lumatlar 

əldə  edirik.  Əl-Qərnatinin məlumatından  görünür  ki,  orta  əsr kənd 

m

əskənlərində qədim adət ən-ənələrə sədaqət, köhnə dinlərə sitayiş əhali ara-



sında öz varlığını saxlayırdı. Müəllifin haqqında bəhs etdiyi kəndlərin əhalisi-

nin d


ə  müsəlmanlığı  qəbul etmədiyini,  atəşpərəst  olduqlarını  onların  dəfn 

m

ərasimləri barəsində verdiyi məlumatdan izləmək olur.  



XII 

əsrin sonu-XIII əsrin əvvəllərində yaşamış görkəmli ərəb ensiklope-

dist alimi s

əyyahı Yaqut əl-Həməvinin əsərləri Azərbaycanın monqollara qə-

d

ərki və sonrakı dövrün iqtisadi, mədəni həyatı, eləcə də dövrün tarixi coğrafi-



ya

sını tədqiq etmək baxımından olduqca əhəmiyyətlidir

 

.

 



“Muc

əm  əl-  buldən”  əsərində  müəllif  ayrı-ayrı  ölkələr və  bu ölkəlrdə 

olan dağ, düz, dərələrin, qəsəbələrin, çayların, göllərin və s. haqqında məlumat 

verir. Yaqut 

əl-Həməvinin əsərlərində Azərbaycanın kəndləri haqqında nisbə-

t

ən geniş məlumata rast gəlirik. 



Az

ərbaycan şəhərlərini, kəndlərini Yaqut aşağıdakı terminlərlə ifadə edir. 

“M

ərkəz”, əsas şəhər mənasını verən “kasaba”, ümumiyyətlə, şəhər anlayışını 



ifad

ə edən “mədinə”, “bələd”, “buleydə”, həmçinin yer mənasını verən “mavdi” 

v

ə  “sakun”. Yaqut Azərbaycanda olan kənd  yaşayış  məskənlərini  isə  “qarya” 



kimi   xarakteriz

ə edir (5, 67).

 

Az

ərbaycan şəhərləri haqqında məlumat verərkən Yaqut əl-Həməvi Ba-



c

əravanı Bab əl-Əbvab nahiyəsində, Şərvan yaxınlığında şəhər və Xızır pey-

ğəmbər tərəfindən tapılan “həyat bulağının” burada olduğunu qeyd edir. Daha 

sonra mü


əllif yazır: “Bəziləri deyir ki, Bacərvan kənddir və bu həmin kənddir 

ki, sakinl

əri Musa və Xızır peyğəmbərlərdən çörək istəmişlər (5, 144).

 

Deyirl



ər ki, (haqqında Quranda söhbət gedən) qaya Şarvan qayası, dəniz 

Gilan d


ənizi, kənd Bacrəvan kəndi  (Musa  peyğəmbərin  ə.s.) rast gəldiyi 

xidm


ətçi oğlanın onu öldürdüyü kənd isə Cizan kəndidir (5, 169).

 

Yaqut Bab 



əl-Əbvabda  Xəmaşira  adlanan  azad  adamların  yaşadığı  çoxlu 

azad k


əndlərin, əhalisi sıx olan rustaqın olduğunu yazır, lakin müəllif ayrı-ayrı-

lıqda həmin kəndlərin adlarını çəkmir və onlar haqqında məlumat vermir (5, 137).

 

 Yaqut 


əl-Həməvi Ar-Ras çayı haqqında məlumatında X əsr coğrafiyaşü-

nas s


əyyahı Əbu Duləfə istinad edib yazır: “Ar-Rass çayı (en dairəsinə görə) 

d

ənizin sahilinədək,  uzunluğa  görə  Bərzənddən Bərdəyədək sahəni tutub, 



Balasacan düzün

ə çıxır. Varsan və Beyləqan şəhərləri bu düzdədir. Bu düzdə 

beş min xaraba kənd vardır. Halbuki Onların (evlərinin) divarları və binaları-

nın  bəziləri özülü möhkəm  olduğundan  dağılmamışdır.  Deyirlər ki, həmin 

k

əndlər Allah-taalanın “Quran”da zikr etdiyi əshab ər-rassın olmuşdur. Yaqut 



əl-Həməvi “Muğan” məqaləsində bu vilayətin çoxlu kəndləri olduğunu qeyd 


143 

edir,  Savalan  dağında,  Urmiya  gölündəki adada  bir neçə  kəndin yerləşməsi 

haqqında məlumat verir (5, 70).

 

Yaqut 



əl-Həməvi Coğrafi lüğətinin I cildində Bərəndəq, II cildində Ha-

mis  k


əndlərinin adını çəkir və yazır: “Bərəndəq Azərbaycanda Qəzvinlə Xal-

xal arasında böyük kənddir (5, 155). 

Hamis-Az

ərbaycanın Qəzvin tərəfdən Xalxal yaxınlığındakı kənddir (5, 159).

 

Yaqut 


əl-Həməvi  lüğətinin III cildində  Azərbaycanda  aşağıdakı  kənd 

yaşayış  məntəqələrinin  adlarını  çəkir və  onların  bəziləri  haqqında  maraqlı 

m

əlumat verir: 



“Sincabaz-Az

ərbaycanın Xalxal nahiyəsində kənddir. O, vadədə yerləşir 

v

ə  minarəsi var. Mən  buranı  görmüşəm.  Buranın  əhalisi  buranı  Sənkəvaz 



adlandırır, yazıda isə onu Sincəbaz yazır”.

 

“Sincal-



Ərməniyyədə,  başqa  məlumatlara  görə  Azərbaycanda  kənddir. 

Onun haqqında ət-Şammax öz əsərində xatırlayır”.

 

“Sincan-Bab 



əl-Əbvabda kənddir” (5, 167).

 

Yaqut 



əl-Həməvi  lüğətinin IV cildində  Azərbaycanda  aşağıdakı  kənd 

yaşayış  məntəqələrinin  adlarını  çəkir və  onların  bəziləri  haqqında  maraqlı 

m

əlumat verir: 



“Farfaqabad–

Urmiyanın kəndlərindən biridir”.

 

“Karr–Az


ərbaycanda kənddir”.

 

“Küzekunan–Az



ərbaycanda Təbriz nahiyəsində  böyük bir kənddir.       

Onunla T


əbriz arasında məsafə iki mərhələdir. “Küze düzəldənlərdir”. Oradan 

Urmiya gölü görünür. M

ən buranı görmüşəm” (5, 176-178).

 

Yaqut 



əl-Həməvi lüğətinin V cildində Azərbaycanda aşağıdakı kənd ya-

şayış məntəqələrinin adlarını çəkir və onların bəziləri haqqında maraqlı məlu-

mat verir: 

“Mart–Urmiyadan bir m

ərhələ aralı, Təbriz yolu üzərində çoxlu bağları 

olan böyük k

ənddir. Adamlarında birlik və şücaət var”.

 

“Mu



şil–Azərbaycanda kənddir”.

 

“Varan–T



əbrizdən bir fərsəx aralıda yerləşən kəndlərdəndir” (5, 180-183).

 

Yaqut 



əl-Həməvinin məlumatları Azərbaycan kəndlərinin coğrafi möv-

qeyini öyr

ənilməsi baxımıdan çox qiymətlidir. Həmçinin biz Yaqut əl-Həmə-

vinin m


əlumatından Azərbaycanın orta əsr kəndlərində əkinçilik və maldarlıq-

la  yanaşı  bağçılığın,  sənətkarlıqda  isə  dulusçuluğun  inkişaf  etdiyinin  şahidi 

oluruq. IX-XI 

əsrlərdə  Azərbaycanda  kənd təsərrufatının  əsas sahələrindən 

birinin bağçılıq olduğunu yazan M.X.Şərifli Orta əsr ərəb mənbələrinə istinad 

ed

ərək burada dunyanın başqa yerlərində olmayan bir sıra meyvələrin: şabalıd, 



zoğal, üzüm, armud, sarı ərik, şaftalı, gilas, alma, incir, heyva, nar, qoz, fındıq, 

gavalı, alça, tut və s.meyvələrin yetişdirildiyini yazır (2, 263).

 

Orta 


əsr ərəb coğrafiyaşünas səyyahların əsərlərində IX-XII əsr kəndləri, 

k

ənd əhalisinin dini görüşləri, təsərrufat həyatı, kəndlərin coğrafi mövqeyi və 



s. haqqında maraqlı məlumatlar olmasına baxmayaraq, bu məlumatlar ardıcıl, 

əhatəli deyil, çox azdır. IX-XII əsr kənd yaşayış yerləri barəsində daha ətraflı, 




144 

ardıcıl məlumat əldə etmək üçün bu yerlərdə geniş arxeoloji qazıntı işlərinin 

aparılmasına ehtiyac vardır. 

 

 



ƏDƏBİYYAT 

1.

 



V

əlixanlı  N.M.  IX-XII  əsr  ərəb  coğrafiyaşünas  səyyahları  Azərbaycan haqqında.  Bakı: 

Элм, 1974, 320 с.

 

2.



 

Şərifli M.X. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri. Bakı: Элм, 

1978, 175 с

3.

 



Cavadov Q.C. 

Əkinçilik mədəniyyətinin sorağı ilə. Bakı: Маариф, 1990, 200 с

4.

 

Bunyadov T.Ə. Azərbaycanda əkinçiliyin tarixinə dair. Bakı: Элм, 1964, 447 с



5.

 

Əliyeva N.A. Azərbaycan Yaqut əl-Həməvinin əsərlərində. Bakı: Маариф, 1999, 282 с. 



6.

 

Азярбайъан археолоэийасы.  cилdдя, VI c. Бакы: Шярг-Гярб, 2008, 632 с. 



 

АЗЕРБАЙДЖАНСКИЕ ДEРЕВНИ В ПРОИЗВЕДЕНИЯХ АРАБСКИХ  

ГЕОГРАФOВ-ПУТЕШЕСТВЕННИКОВ IX-XII ВЕКОВ  

 

М.ДЖ.БАЙРАМОВ 

 

РЕЗЮМЕ  

 

В  статье  собраны  и  анализированы  сведения  об  азербайджанских  деревнях  из 

произведений  арабских  географов-путешественников.  Выявлены  результаты  топогра-

фии азербайджанских деревень средневековья, хозяйственная деятельность населения, 

быт и религиозные мировоззрения. Сведения арабских географов лаконичны и непосле-

довательны.  Несмотря  на  это,  эти  сведения  имеют  огромное  значение  в  изучении 

азербайджанских деревень средневековья. 

 

Ключевые  слова:  Азербайджан,  средневековый,  сельское  поселение,  сельское 

население, арабоязычные авторы  



 

AZERBAIJAN VILLAGES IN THE WORKS  

OF THE IX-XII CENTURIES ARABIAN GEOGRAPHER TRAVELERS 

 

M.J.BAYRAMOV 

 

SUMMARY 

 

The  article  analyzes  information about Azerbaijan  villages  of the  IX-XII centuries in 



the works of Arabian geographer travelers. The results of the  topography,  population, 

economical activity, life and religious views of the Middle Ages villages  are presented. Al-

though information of Arabian geographers is laconic and irregular,  it  has  scientific 

importance in the study of medieval villages. 



 

Key words: Azerbaijan, medieval, rural settlement, rural population, Arabic sources 

Yüklə 268,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə