№1 Humanitar elml



Yüklə 68,77 Kb.

tarix23.08.2018
ölçüsü68,77 Kb.


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

 

          



UOT 070 

 

MƏTBUATŞÜNASLIQ TARİXİMİZDƏN 

(T

ədqiqatçı alim N.Axundovun tədqiqatları əsasında) 

 

Q.D.

QULİYEVA 

Bakı Dövlət Universiteti 

journalisim. bsu. edu. az 

        


Sovet dövrü t

ədqiqatçıları arasında tədqiqatçı alim N.Axundovun da özünəməxsus yeri 

olub. T

ədqiqatçı alim ilk dəfə olaraq Azərbaycan satirik jurnalistikasını tədqiqata cəlb edib. 

T

ədqiqatları  Sovet  dövrünün  ideologiyasına  uyğun  aparılsa  da,  bu gün onlar mətbuat 

tariximizd

ə dəyərli mənbələrdən sayılır. Uzun illər Azərbaycan mətbuatının tədqiqi ilə məşğul 

olan N.Axundovun 

əsərləri mətbuatşünaslıq elmimizin inkişafı üçün dəyərli və əhəmiyyətlidir. 

 

Açar sözl

ər: ictimai məzmun, sovet dövrü, tənqid, ədəbi proses, tədqiqatçı  

        


Bir 

əsrdən çox tarixə malik olan mətbuatımızın tədqiqi tarixi maraqlı ol-

duğu  qədər də,  ziddiyyətlidir. Bünövrəsi XIX əsrin  ortalarında  qoyulan  mət-

bua


tımızın  tədqiqinə  müxtəlif dövrlərdə  müxtəlif  prizmalardan  yanaşmalar, 

qeyri-obyektiv qiym

ətləndirmələr olub. Xüsusən də  Sovet dövründə  rejimin, 

hakim partiyanın ideologiyasının təsiri və tələbi ilə aparılan araşdırmalar bir-

m

ənalı olaraq obyektivlikdən uzaqdır. Çünki bu araşdırmalarda ideoloji, siyasi 



t

əhriflərə, qərəzlərə yol verilib. Odur ki, son zamanlar bir elm kimi yaranması 

v

ə  formalaşması  zəruriyyəti  ortalığa  çıxan Azərbaycan mətbuatşünaslığının 



t

əşəkkülü və formalaşması istər-istəməz diqqəti cəlb edir.  

Artıq bir əsrə yaxın tədqiq tarixinə malik olan mətbuatşünaslığımız əslin-

d

ə uzun bir inkişaf yolu kecmişdir. Məsələn, 1920-ci ilədək olan Azərbaycan 



m

ətbuat tarixinin araşdırılmasında əsasən H.Zərdabi, F.Köçərli, A.Sur, Ə.Abid, 

F.Ağazadə,  C.Hacıbəyli, M.B.Məhəmmədzadə  kimi görkəmli qələm sahib-

l

ərimizin məqalə və əsərləri çox qiymətli mənbələrdən sayılır. Onlar mətbuat 



tarixi v

ə ayrı-ayrı qəzetlər, jurnallar barədə dəyərli tədqiqatlar aparmış, maraqlı 

b

əzən də  mübahisəli mülahizələr irəli sürərək mətbuat tariximizin tədqiqi 



baxımından çox faydalı mənbələr bizə miras qoymuşlar. Bu qiymətli mənbələr 

milli m


ətbuatşünaslığımızın tədqiqi üçün çox dəyərlidir.  

 

199 




1920-ci il 

aprel işğalından sonrakı dövr (əsasən 1980-cı illərin sonlarına 

kimi) Sovetl

ər dövründə  aparılan  tədqiqatlar  sırf  dövrün  ideoloji-siyasi reji-

min

ə  uyğunlaşdırılmışdır.  Əsasən təhriflərlə, qərəzli, ziddiyyətli fikirlərlə 



“z

əngin” olan bu tədqiqatların  yenidən  obyektiv  araşdırılmasına  bir  ehtiyac 

duyulur. Çünki h

əmin tədqiqat  əsərlərinin bir qismi təəssüf ki, ən son elmi-

ictimai  ehtiyaclarla  tam,  bütöv  şəkildə  uzlaşmır.  Tədqiqatçı  alim  professor 

Ş.Vəliyev demiş: “Bu fikir mövcud elmi irsdən imtina, ona qarşı iddia da deyil. 

Əksinə, həmin irsə qarşı həssaslıqdan doğan varislik, bizə qədərki araşdırma-

lara 


əsaslanmaqla, onları bünövrə, bazis hesab etməklə çağdaş zamanın və tari-

xi m


ərhələnin diqtə etdiyi yeni ədəbi-elmi və ictimai suallara cavabdehlik his-

sini


n, duyğusunun təsiri ilə söylənir” (1, 4). Unutmayaq ki, “ictimai quruluş də-

yişərkən, həmin dövrün ədəbi, elmi məhsulundan imtina etmək  doğru  yol 

deyil” (6, 9).  

Odur ki, bu 

əsərlərin  yeni  meyarlarla  araşdırılmasına,  elmi-nəzəri müd-

d

əaların  saf-çürük edilməsinə,  saflaşdırılmasına  və  yenidən  işləyərək zəngin-



l

əşdirilməsinə  böyük bir ehtiyac duyulur. Marksizim-sosializim nəzəriyyəsi 

əsasında  yazılan  bu  tədqiqatlar obyektivlikdən  çox  uzaq  olduqları  üçün  mət-

buatşünaslığımızın  formalaşmasında  əsas və  etibarlı  mənbə  rolunu oynaya 

bilm

əzlər. Ona görə ki, bu əsərlərdə mətbuatşünaslığımızın tarixi yanlış araş-



dırılıb.  Azərbaycan mətbuatının  və  mətbuatşünaslığının  tarixinə  dair  sanballı 

əsərlərin müəllifi  olan  Ceyhun  Hacıbəylinin təbirincə  desək: “Səhv ideolo-

giyaya xidm

ət etdiyi üçün bu “tarix” yaşamadı (2, 67). 

T

ədqiqatçı alim filologiya  elmləri doktoru A.Tahirlinin fikrincə bu illər 



“m

ətbuat tarixi bilərəkdən yarımçıq tədqiq və tədris edilirdi ki, bunun da nəti-

c

əsində  Azərbaycan mətbuat tarixinin tərkib hissəsi  olan Cənubi Azərbaycan 



v

ə mühacirət mətbuatı ilə bağlı yazılar yalnız 1980-cı illərin sonundan KİV-də 

görünm

əyə başlamışdır” (9, 26).           



Yuxarıda da qeyd etdik ki, sovet dövrü tədqiqatlarının xarakteri məhz bir 

ideologiyanın,  bolşevik,  sosialist  ideologiyasının  təbliğatçısına  çevrilmişdi. 

T

əbii, mətbuatımız  da  sovet  ideologiyasının,  Kommunist  partiyasının  siyasi 



ehkamlarının  məngənəsində  çapalayaraq totalitar rejimin siyasətini təbliğ 

edirdi. Sovet dövrünün d

əsti-xəttinə uyğun yazılan bu əsərlər haqqında söhbət 

açmaqda m

əqsədimiz həmin əsərləri yenidən obyektiv tədqiqata cəlb etməkdir. 

Q

ərəzli, obyektivlikdən çox uzaq olan bu əsərlərin müəllifləri H.Şahgəldiyev, 



S.Əliyev,  X.Məmmədov, V.Məmmədov, M.Hüseyn, N.Axundov, X.Rəfiyev, 

F.Hüseynov, R.Mahmudov,  V.Axundov, H.S

ərkisov,  N.Bağırov  və  başqa 

əlliflərin  adlarını  cəkmək  olar.  Əslində  Sovet dövründə  bütün tədqiqat-



ç

ılarımız  dövrün  siyasi  rejiminə  uyğun  tədqiqat  aparmışlar.  Nəticədə  Azər-

baycan Xalq Cümhuriyy

əti dövründə fəaliyyətdə olan milli ruhlu mətbuatımız 

amansız  bir  mövqedə  tədqiqata cəlb  edilmişdir.  Və  yaxud bəzi tədqi-

qatçılarımız həqiqəti söyləməyə cəsarət etmədikləri üçün bu milli ruhlu dövrün 

m

ətbuatının öz araşdırmalarında “unutmuşlar”.     



Bel

ə  tədqiqat  əsərlərinin müəlliflərindən biri də  biblioqraf, filologiya 

 

200 



elml

əri doktoru, professor, mətbuatşünas  alim  Nazim  Axundov  idi.  İxtisasca 

filoloq olan alim uzun ill

ər sovet dövrü mətbuatının tədqiqi ilə məşğul olub.  

 “Az

ərbaycanda dövrü mətbuat (1832-1920)”, “Azərbaycanda satira 



jurnalları  (1906-1920-cı  illər)”, “Sənədlərin dili ilə” və  s.  əsərləri siyasi-me-

todoloji prinsipl

ərə əsaslanaraq  yazılsa da bu gün tədqiqat mənbəyi kimi qis-

m

ən  faydalıdır.  Tədqiqatçı  alim  əsərlərində  dövrü mətbuatı  ideya  siyasi  isti-



qam

ətinə görə bolşevik, demokrat, və burjua orqanları adı altında quruplaşdırıb. 

Doğrudur,  nəticə  etibarı  ilə  bu təsnifat müəyyən  yanlışlıqlara  gətirib  çıxarır, 

lakin m


ətbu orqanları bu müstəvidə tədqiqata cəlb edilib. 

M

əsələn, müəllif “Azərbaycanda dövrü mətbuat (1832-1920)”  adlı 



əsərində  “Hümmət”, “Təkamül”,  “Yoldaş”,  “Dəvət-Qoç”u  bolşevik,  “Molla 

N

əsrəddin”, “Bəhlul”, “Zənbur”,  “Arı”,  “Kəlniyyət” və  “Babayi-Əmr”i de-



mokrat, “H

əyat”, “Səda, “Tərəqqi”, “Açıq söz”, “Füyuzat”, “Şəlalə”, “Dirilik” 

kimi m

ətbu orqanlarını isə burja mətbuat nümunələri hesab edirdi (3, 26). Bu 



yanaşma,  təbii ki, müasir tələblər  baxımından  qüsurludur,  obyektiv  deyil  və 

q

əbuledilməzdir.    



T

əkcə Azərbaycanın mətbuat tarixində deyil, həm də onun ictimai fikir 

tarixind

ə  mühüm rol oynayan “Kaspi” qəzetinin də  tədqiqi müəllifin diqqə-

tind

ən kənarda  qalmamışdı.  Çox  təəssüflər ölkəmizin 19-cu yüzilliyin sonu, 



20-ci yüzilliyin 

əvvəlləri iqtisadi, mədəni, ictimai-siyasi həyatını  öyrənmək 

üçün d

əyərli mənbələrdən biri olan bu qəzeti N.Axundov “ziddiyyətli və  li-



beral-burja m

əhdudiyyətli mətbuat” (5, 179) adlandıraraq onun haqqında yan-

lışlıqlara yol verib. Müəllif “Kaspi” qəzetini ideya-siyasi baxımdan çox ciddi 

t

ənqid etsə də, sonda “«Kaspi» qəzeti XIX əsrin sonu, XX əsrin əvvəllərində 



Az

ərbaycan ictimai fikir tarixini öyrənmək üçün mühüm mənbələrdən biri” (5, 

179) olduğunu vurğulayırdı.       

20-ci yüzilliyin 

əvvəllərində  xalqın  milli  mənlik  şüurunun,  siyasi 

yetkinliyinin formalaşmasında müstəsna xidmətləri olan “Həyat” və “Füyuzat” 

m

ətbu orqanlarını ideya-siyasi baxımdan zəif adlandıran tədqiqatçı alim hər iki 



m

ətbu orqanının redaktorlarını da çox kəskin tənqid edərək “məsləksiz qələm 

sahibil

əri” adlandırır. Amma onu da qeyd etmək lazımdır ki, Nazim müəllim 



X.V

əzirov,  S.Əliyev,  H.Şahgəldiyev, F.Hüseynov kimi mətbuatşünas  alim-

l

ərdən fərqli olaraq Ə.Mirəhmədov və N.Zeynalov kimi milli ruhlu mətbuatın 



yaradıcıları  olan  Ə.Hüseynzadə  və  Ə.Ağaoğlunu  “yumuşaq”  tərzdə  tənqid 

etm


əklə kifayətlənib.  

Çünki  alim  bilirdi  ki,  Ə.Ağaoğlu  və  Ə.Hüseynzadə  təkcə  publisistik 

f

əaliyyəti ilə  yalnız  jurnalistikamızda  deyil,  bütövlükdə  Azərbaycanda milli 



m

ədəniyyətimiz,  istiqlalımız  və  milli təfəkkürümüz tarixində  dərin iz qoy-

muşdu” (8, 6).    

N.Axundov Az

ərbaycan mətbuatı tarixində həm də satirik jurnalistikanın 

t

ədqiqatçısı  kimi  də  tanınıb.  “Azərbaycanda  satira  jurnalları  (1906-1920-ci 



ill

ər)” adlı əsər də müəllif “Molla Nəsrəddin” jurnalından başlayaraq bu illər 

ərzində  Azərbaycanda nəşr  olunan  jurnalların  fəaliyyətindən, mövzu dairə-

 

201 




sind

ən, sənətkarlıq  xüsusiyyətlərindən, dil-uslubunda  geniş  məlumat verib. 

Alimin bu 

əsərində də kommunist ideologiyasının təsiri açıq-aydın özünü bü-

ruz

ə verir. “Qeyd etmək lazımdır ki, müsavat ağalığı illərində “Şeypur” (1918-



1919) v

ə “Zənbur” (1919) kimi əksinqilabi mahiyyət daşıyan, burjua mülkədar 

hökümdarlığını müdafiyə edən “Gülgü” jurnallar da olmuşdur ki, onlar barədə 

müf


əssəl danışmağı məqsədə uyğun bilmədik” (4, 6). 

Halbuki, alimin haqqında söz açmağı məqsədə uyğun bilmədiyi bu jur-

nallar t

ədqiq  etdiyi  (yalnız  “Molla  Nəsrəddin” istisna olmaqla”), “Bəh-

lul”( 1910), “Z

ənbur” (1909-1910), “Mirat” (1910), “Arı” (1910-1911), “Kəl-

niyy

ət” (1912-1913) və  s.jurnallardan istər məzmun, istərsə  də  ideya-siyasi 



baxımdan  heç  də  az  əhəmiyyətə  malik deyil və  mətbuatımız  tarixində  çox 

mühüm  rol  oynayıblar.  Sadəcə  “Şeypur”  və  “Zənbur” Azərbaycan Xalq 

Cümhuriyy

ətinin  ideyalarını  dəstəklədiyi üçün uzun illər sovet dövründə 

t

ədqiqatdan kənarda qalaraq qarayaxmalara məruz qalmışdı.  



Unutmaq olmaz ki, alimin t

ədqiqata cəlb etdiyi jurnalları da və “Şeypur”, 

“Z

ənbur”u da mollanəsrəddinçilər ərsəyə gətirmişdilər. Eyni üslub, eyni dəsti 



x

ətt. Bəs onda hörmətli alim bu jurnalları nə üçün “gülgü” adlandıraraq tənqid 

edirdi?  Yalnız  və  yalnız  siyasi  idologiya  baxımından.  Təbii ki, belə  faktlar 

əsərdə onlarladı. Ona görə də onların hamısını sadalamağı lüzum bilmədik. 

T

ədqiqatçı  alimin  “Azərbaycanda dövrü mətbuat”  əsərində  o dövrün 



m

ətbu  orqanlarının  biblioqrafiyası  verilib.  Lakin  onları  əksəriyyətinin nəşrə 

başlama  və  nəşri  dayandırma  tarixləri  yanlış  verilib,  sayları  arxivdəki  sayları 

il

ə  ziddiyyət təşkil  edir.  Belə  mətbu  orqanlarından  “Əfkari-mütəəllimin” və 



“Övraqi-n

əfisə” jurnallarının, “Açıq söz” və “İstiqlal” qəzetlərini misal göstər-

m

ək olar.  



M

əsələn,  “Əfkari-mütəəllimin”  jurnalının  birinci  və  ikinci  saylarında 

göst

ərilən tarixlərdə  səhvə  yol verilib. Belə  ki, birinci sayda “N-1,  4  şaban 



1337” göst

ərildiyi  halda,  sonrakı  saylarında  “1335”-ci il qeyd edilib. Burada 

s

əhv olaraq 7 əvəzinə 5 rəqəmi düşüb və nəticədə 1335-ci il gedib. Qeyd edək 



ki, 1335-

ci ili Şərq təqviminə çevirəndə 1917-ci ilə düşür. Jurnal isə 1919-cu 

ild

ə çap olunub. Bunu təsdiq edən faktlardan biri də odur ki, jurnalın 1-ci və 2-



ci saylarında “İdarənin fəaliyyəti” adlı “Gəncə müəllimlər cəmiyyəti”nin aylıq 

hesabatı  çap  olunub  və  hesabatın  sonunda  iclasın  keçirildiyi  tarix  belə  qeyd 

edilib: “G

əncə, 8 mart 1919-cu il” (7).  

Bundan 

əlavə jurnalın məzmunu ilə tanış olduqda onun Azərbaycan Xalq 



Cümhuriyy

ətinin bərqərar  olduğu  bir  dövrdə  fəaliyyət göstərdiyinə  şübhə 

qalmır.  Buradan  belə  bir nəticəyə  gəlmək olur ki, mətbuatşünas  alim həmin 

m

ətbu  orqanlarının  əksəriyyətini görmədən və  yaxud da səhv informasiya 



ver

ən mənbələrə  istinad  edib  yazıb.  Məsələn, “Azərbaycan Sovet Ensiklo-

pediya”sında  “Açıq  söz”  qəzetinin nəşr  tarixi  və  sayları  düzgün  verilmədiyi 

halda bu s

əhvi N.Axundov da öz əsərində təkrarlayıb.   

Əsərlərində birmənalı olaraq bolşevik mətbuatının ideologiyasını dəstək-

l

əyən mətbu  orqanlarına  geniş  yer  verən və  onların  fəaliyyətini yüksək 



 

202 



qiym

ətləndirən, digər mətbu orqanlarının isə “Gülgü”, “Burjua”, “ideya-siyasi 

istiqam

əti zəif” mətbuat  adlandıran  müəllifin  əsərləri  sırf  ideologiyanın 



metodoloji v

ə ideoloji rinsiplərinə uyğun yazılıb. 

Sovet dövrü Az

ərbaycan jurnalistikasını öyrənən digər tədqiqatçılar kimi 

N.Axundov da, bir qayda olaraq Cümhuriyy

ət dövründə  fəaliyyət göstərən 

milli ruhlu m

ətbu orqanlarını “Gülgü”, “zərərli” və s. adlandırırdı.  

Ümumiyy

ətlə, Sovet dövründə  Azərbaycan Xalq Cümhuriyyəti bu 



dövrün  tarixşünaslığında  bir  dövlət kimi qəbul edilmədiyindən  yazılan  əsər-

l

ərdə  1917-1920-ci illərdə  Azərbaycanda  baş  verən bütün hadisələr  bolşevik 



partiyasının fəaliyyəti ilə bağlıdır. Tədqiqatçılarımızın bu biristiqamətli fəaliy-

y

əti 1980-cı  illərin  sonlarına  kimi  davam  etdi.  1990-cı  illərin  əvvəllərindən 



başlayaraq başqa sahələrdə olduğu kimi mətbuatşünaslığımızın tədqiqi ilə bağlı 

yeni istiqam

ət və əsərlər yaranmağa başladı. Bu yeni yaranan tədqiqat əsərləri 

m

ətbuat və mətbuatşünaslıq tariximizdə önəmli yer tutur.   



Unutmaq olmaz ki, söhb

ət açdığımız tədqiqat nümunələri sovet dövründə 

aparılan tədqiqat işləridir. Bunun  əsas səbəbi də dövrün ədəbi nümunələrinin 

sovet, yaxud kommunist ideologiyasının ruporuna çevrilməsindən irəli gəlirdi. 

Sözsüz ki, Sovet 

ədəbi tənqidi, ədəbiyyatşünaslığı, mətbuatşünaslığı uzun illər 

ədəbi mühitimizə yalnız sosrealizm metodologiyasını tətbiq edib. Lakin zaman 

keçdikc


ə bu qeyri-obyektiv qiymətləndirmə özünü büruzə verir və həmin dövrə 

yenid


ən, düzgün, obyektiv yanaşmağı və qiymətləndirməni tələb edir.  

Hazırda  sovet  ideologiyasının,  Kommunist  partiyasının  siyasi  ehkam-

larının  məngənəsindən  xilas olan Azərbaycan cəmiyyətində  milli-mənəvi 

d

əyərlərə sahib olmaq, onları daha da zənginləşdirmək mühüm vəzifələrdəndir. 



70 il 

ərzində  insanların  alışdıqları  həyat və  düşüncə  tərzindən  birdən və 

birm

ənalı uzaqlaşmaq, imtina etmək, əlbəttə, qeyri-mümkündür. Söz, mətbuat 



azadlığı,  digər demokratik dəyərlər mühitə  tədricən sirayət edir, cəmiyyətdə 

ç

ətinliklə bərqərar olur.  



 

ƏDƏBİYYAT 

1.

 



Az

ərbaycan mətbuat antologiyası. 2 cilddə. I c. Bakı: Elm və Təhsil, 2010, 437 s. 

2.

 

Az



ərbaycan mətbuat tarixi antologiyası. 2 cilddə. II c. Bakı: Elm və Təhsil, 2011, 439 s. 

3.

 



Axundov N. Az

ərbaycanda dövrü mətbuat (1832-1920). Bakı: Azərbaycan EA, 1965, 150 s. 

4.

 

Axundov N. Az



ərbaycanda satira jurnalları (1906-1920-ci illər). Bakı: Azərbaycan EA, 1968, 

270 s. 


5.

 

Axundov N. S



ənədlərin dili ilə. Bakı: Yazıçı, 1980, 180 s. 

6.

 



Əhmədov B. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: 2010, 434 

7.

 



“Əfkari-mütəəllimin” jurnalı, 8 mart 1919 

8.

 



Hüseynov Ş. Əhməd bəy Ağayev. Bakı: Elm, 1999, 210 s. 

9.

 



Tahirli A. Az

ərbaycan mühacirət mətbuatında publisistika (1921-1991). Bakı: 2005, 527 s.  



 

 

203 




ИЗ ИСТОРИЙ ПЕЧАТОВЕДЕНИЯ 

 

Г.Д.ГУЛИЕВА 

 

РЕЗЮМЕ 

 

Творчество  выдающегося  деятеля  истории  печати  Азербайджана  всегда  находи-

лись в центре внимание. Осноная цель научной статьи изучене творчества. Одним из тех 

ученых следователей, кто вложил больше труда в исследование азербайджанской лите-

ратуры и прессы считается N.Ахундов. Современность анализируются как эстетическая 

категория  в  драмах  связанных  с  историческими  и  личностями.  Творчество  выдающего 

деятелу истории печати Азербайджана N.Ахундов всегда находилось в центре внимоние. 

Н.Ахундов  посвятил  60  лет  своей  в  эту  трудную  и  ответственную  работу.  Работы  по-

священные  истории  Азербайджанской  прессы  сегодня  считается  самыми  надежными 

источниками для изучения развития нашей журналистики.  



 

Ключевые слова: историк, критика, неследовоние, советский период, литератур-

ный процесс   

 

FROM THE HİSTORY OF PRESS STUDİES 

 

G.D.GULIYEVA 

 

SUMMARY 

 

     One of the researcher  -  scientists  who has contributions  in researching of Azerbaijani 



literature and press is N.Akhundov. N.Akhundov devoted more than 60 years of his life to this 

difficult and responsible work. His works dedicated to the Azerbaijani culture are reliable 

sources for learning the  development and history of our journalism. As we know, the 

profession of jurnalist is difficult, risky and requires a lot of responsibility. The formation of 

professional ethics  of journalism in Azerbaijan goes far back to the XX century. Later, our 

writers followed this principle as well.         

        

      Key words: literary process, social contact, social problem, critique, historian 

 

 

 



 

 

 



  

 

 



204 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə