№1 Humanitar elml



Yüklə 251,43 Kb.
Pdf görüntüsü
tarix23.09.2018
ölçüsü251,43 Kb.
#70273


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

METODİKA 

 

 

UOT 82-01 

 

ORTA MƏKTƏBLƏRDƏ NƏSR ƏSƏRLƏRİNİN  

TƏDRİSİ METODİKASI 

 

Ş.N.ƏLİYEVA  

Bakı Dövlət Universiteti 

Shelale.aliyeva.1969@mail.ru 

 

Yuxarı siniflərdə bədii əsərlərin təhlili zamanı problemli təhlilə xüsusi  fikir verilməli-

dir.  Aşağı  siniflərdə  əsər təhlili  zamanı  şagirdlərin üzərində  daha  çox  dayandıqları  təhlil 

yolları və təhlil obyektləri ilə yuxarı siniflərdə məhdudlaşmırlar. Məlumdur ki, V-IX siniflər-

d

ə əsər təhlilində diqqət daha çox oradakı bədii obrazları səciyyələndirməyə verilir. Obraz-

ların  təhlili X-XI siniflərdə  də  müəllim və  şagirdin  diqqət mərkəzində  olur.  Əsil  sənətkar 

əsərlərində qarşıya qoyulan, qaldırılan problemləri şüar şəklində irəli sürmür. O, çox zaman 

bu probleml

əri bədii obrazların köməyi ilə həll edir. Bu yaşda olan şagirdlərin mütaliəsini, 

əsərə münasibətini, oxuduğuna qiymət verməsini istiqamətləndirmək o qədər də asan deyildir. 

Yadda saxlanılmalıdır ki, müəllim bu siniflərdə oxuyan şagirdlərin ictimai fəaliyyətini, haya-

tın astanasında dayanan həssas, tələbkar, müstəqil düşüncə sahibi olduğunu yaxşı təsəvvür 

etm

əli və həmişə nəzərdə saxlamalıdır. 

 

Acar sözl

ər: yuxari siniflər, ədəbiyyat dərslikləri, texnika, orta məktəb, nəsr əsərləri 

 

B

ədii əsərlərin mahiyyətinin dərk olunması mütaliə ilə, zövqlə çox bağlı 



olan mühüm 

əqli prosesdir. Nəsr  əsərlərinin dərk  olunması  elə  təşkil  olun-

malıdır ki, şagirdlər onun köməyi ilə bədii zövqə yiyələnə bilsinlər. Bu işdə 

əllim bədii  əsərlərin mütaliəsindən, bu əsərlərin  şagirdlərə  bədii zövq 



t

ərbiyəsi üçün verdiyi imkanlardan səmərəli istifadə etməli, onu istiqamətlən-

dirm

əyi bacarmalıdır.  Yadda  saxlamaq  lazımdır  ki,  bədii zövqün əsası,  bü-



növr

əsi məktəbdə  qoyulur. Məhz bu əsas üzərində  isə  müasir oxucular öz 

zövql

ərini inkişaf etdirir və formalaşdırır. Nəsr əsərlərinin şagirdlər tərəfindən 



d

ərk  olunmasının  təşkili  bir  sıra  amillərlə  bağlıdır.  Bunlardan  ən  başlıcası 

odur ki, mü

əllim mütaliə zamanı dərk olunmanın psixoloji məsələlərinə xü-

susi fikir versin. Unutmamalıdır ki, məktəb, həmişə olduğu kimi, öz inkişafı-

nın müasir mərhələsində də psixoloji tədqiqatlara böyük ehtiyac hiss edir və 

onun köm

əyinə, elmi nəticələrinə arxalanır. Məktəbdə verilən biliklərin möh-

 

218 



k

əm və davamlılığı, həyatla, quruculuq işi ilə bağlılığının təmin olunmasını 

şərtləndirmək üçün indi psixoloji problemlərlə  yalnız  bu  sahənin mütə-

x

əssisləri deyil, daha başqa ixtisas sahibləri də maraqlanır və məşğul olurlar 



(1, 156). H

əmin psixoloji problemlərdən biri də məktəbdə məqsəd onların sə-

ciyy

ələrində olan zidd cəhətləri, hər birinin dünyagörüşünü, həyata baxışlarını 



müqayis

əli surətdə  daha  yaxşı  öyrənməkdən ibarətdir. Müqayisə  surətlərin 

s

əciyyəsini  qarşılıqlı  öyrənmək üçün çox əlverişli  və  maraqlıdır.  Təcrübə 



göst

ərir ki, V-IX  sinif  şagirdləri surətləri müqaiysə  etməyə  böyük meyl 

göst

ərir, işə həvəslə girişirlər.  



Şagirdlərdə surətləri müqayisə etmək bacarığı yaratmaq üçün elə əsərlər 

götürülm


əlidir ki, o, təhlil üçün münasib və əlverişli olsun, müqayisə etmək 

z

əruriyyəti tələb etsin. Surətin səciyyəsini  tamamlamağa  kömək edən vasi-



t

ələrdən biri də təbiət təsvirləridir. Təcrübə göstərir ki, bəzi müəllimlər V - IX 

sinifl

ərdə  əsərin süjeti ilə  bağlı  olan  surətlərin səciyyəsini  başa  düşməyə 



köm

ək edən bədii təsvirlərin əhəmiyyətinə az diqqət yetirir, təbiət təsvirinin 

əsərdə nə münasibətlə və necə verildiyini çox zaman nəzərdən qaçırırlar. Bu 

is

ə  ciddi səhvdir. Nəsr  əsərlərində  təbiət (peyzaj) və  əşya  təsviri  əsərdəki 



hadis

ə  və  məfkurə  ilə  sıx  surətdə  bağlıdır.  Ədəbiyyat dərslərinin  əsas vəzi-

f

ələrindən biri də  bu  əlaqəni konkret misaIlarla göstərməkdir. Bədii  əsərdə 



göz

əl  bir  bağın,  ətəyi güllü-çiçəkli,  başı  isə  qarlı  dağın,  şiddətli  yağışın  və 

bora

nın,  soyuq  qış  gecələrinin, gözəl  baharın  və  s. təsviri təsadüfi verilmir. 



Bu t

əsvir insan taleyini və İnsan səciyyəsini açmağa kömək edir, onlarla bağlı 

olur. M

əsələn, C.Məmmədquluzadənin «Poçt qutusu» hekayəsinin sonunda 



oxuyuruq:  «Hava  qaranlıqlaşmışdı.  Novruzəli ac-acına  çuvallarını  ac  ulağın 

üstün


ə salıb, qatdı qabağına və zoğal ağacı ilə  döyə-döyə  getdi kəndə». Bu 

t

əsvir surətin keçirdiyi həyəcanı və düşdüyü vəziyyəti tamamlayır. Müəllim 



çalışmalıdır ki, V-IX sinif şagirdlərini bu cür əsərlər üzərində işlədərkən onlar 

t

əbiət tasvirlərini  oxumağa  meyl  etməklə  kifayətlənməsinlər, təbiət təsvirlə-



rinin  hansı  məqsədlə  işlənildiyini, nəyə  xidmət etdiyini əsərin  ideyası  ilə 

əlaqədar olaraq mənimsəsinlər.  

S

əciyyə  tərtibi.  Əsərdə  iştirak  edən surətlərin səciyyəsini müəyyən-



l

əşdirmək çox əhəmiyyətli bir məsələdir. Bu, şagirddən xüsusi hazırlıq, baca-

rıq və vərdiş tələb edir. Təcrübə göstərir ki, bəzi məktəblərdə şagirdlər səciy-

y

ə tərtib etməyi bacarmır və bu sahədə iki cəhəti – surətin həyatı ilə səciy-



y

əsini bir-birindən fərqIəndirməkdə  çətinlik çəkir və  ya  qarışdırırlar.  Mə-

s

ələn,  Novruzəli surətinin  hansı  səciyyəvi sifətləri  vardır?  soruşduqda  bəzi 



şagirdlər Novruzəlinin İtqapan kəndinin sakini olduğunu, onun kənddən xana 

sovqat g


ətirdiyini,  xanın  təkidi ilə  poçtxanaya getdiyini, verilən məktubu 

qutuya atdığını, divanxanaya düşdüyünü və s.-ni axıra qədər sadalayırlar.  

Çox t

əəssüf ki, bəzi müəllimlər şagirdlərin bu cür cavabları ilə razılaşır, 



h

ətta yeri gəldikcə özləri də surətlərin səciyyəsini, onun həyat yolunu da və 

ya başına gələnləri sadalamaqda görürlər.  

-F

ərdi səciyyə.  



 

219 



-Mü

əllimin verdiyi plan üzrə səciyyə.  

-Müqayis

əli səciyyə.  

F

ərdi səciyyə.  Ədəbiyyat  materiallarının  xüsusiyyətindən  asılı  olaraq 



b

ədii əsərin surətlərini müxtəlif şəkildə səciyyələndirmək olar.  

Sur

əti fərdi səciyyələndirmək işinin daha düzgün təşkili üçün müəyyən 



plan üzr

ə hərəkət etmək lazımdır.  

əllim fərdi səciyyə zamanı şagirdlərin diqqətini təhlil olunan surətin 



əsas cəhətlərinə cəlb etməlidir. Çünki şagirdlər surətin əsas əlamətlərini yaxşı 

öyr


əndikdə  onu həm düzgün səciyyələndirər, həm də  əsərdə  iştirak  edən 

başqa şəxslərin və hadisələrin mövqeyini düzgün təyin edə bilərlər.  

əllimin verdiyi plan üzrə səciyyə. Təcrübə göstərir ki, şagirdlər su-



r

ətləri fərdi surətdə  səciyyələndirməyi öyrəndikdən sonra, bu sahədəki  işi 

onlara müst

əqil icra etdirmək də olar. Odur ki, müəllim şagirdlərin surətləri 

f

ərdi səciyyələndirmək haqqındakı bilik və vərdişlərində istifadə edib, əvvəl-



c

ədən verdiyi plan üzrə  də  onları  işlədə  bilər.  Şagirdlərin  əsər üzərində 

müst

əqil işlərini təşkil etmək üçün bu, ən faydalı bir üsuldur.  



əllimin verdiyi plan üzrə səciyyə tərtib edərkən mətndən nümunələr 

seçm

ək və  planın  maddələrini bu nümunələr  əsasında  aydınlaşdırmaq  çox 



vacibdir.  

Müqayis


əli səciyyə. Səciyyə  tərtibində  ən mükəmməl üsul müqayisəli 

s

əciyyədir. Müqayisə  təlimdə  əsasdır.  K.D.Uşinski  müqayisə  vasitəsinin 



əhəmiyyətindən danışaraq demişdir: «Müqayisə hər cür anlamanın başqa cür 

t

əfəkkürün əsasıdır» (2,  95) 



Müqayis

ə üsulu o zaman yaxşı nəticə verir ki, təbii və yerində olsun.  

Süni v

ə  yersiz müqayisələr nə  müqayisə  edilən surətlərin səciyyəsini 



başa düşməyə kömək edir, nə də şagirdə yeni bilik verir.  

əllim surətləri səciyyələndirərkən həm  bir  əsərin surətləri, həm də 



müxt

əlif  əsərlərdəki surətləri (bu surətlər  oxşar  və  zidd səciyyəli ola bilər) 

bir-biri il

ə qarşılaşdırıb səciyyələndirə bilər.  

Sur

ətlərin səciyyəsini müqayisə edərkən, müqayisə olunan surəti şagird-



l

ərin vaxtilə  öyrəndikləri  əsərlərdəki surətlərlə  də  müqayisə  etmək olar. 

M

əsələn, «Məktub  yetişmədi» hekayəsindəki Qurban surətindən  danışarkən 



onun s

əciyyəsini  şagirdlərin bundan əvvəl öyrəndikləri Novruzəli (“Poçt 

qutusu”) sur

əti ilə müqayisə etmək faydalıdır. Bu üsül həm keçmiş materialı 

möhk

əmləndirmək, həm də yeni materialı aydınlaşdırmaq və yaxşı başa düş-



m

ək üçün şagirdlərə çox kömək edir.  

S

əciyyə tərtibi mürəkkəb bir işdir. Bu sahədə şagirdlərin aldıqları bilik, 



qazandıqları  vərdiş  tədrici yolla inkişaf  edir  və  dərinləşir. Müəllim  bu  işi 

sad


ədən mürəkkəbə, asandan çətinə  doğru  davam  etdirməli,  genişləndirməli 

v

ə tamamlamalıdır. Təbiidir ki, şagird V sinifdə əsərdə iştirak edən surətlərin 



s

əciyyəsinin ən ümdə cəhətlərini izah etməkdə çətinlik çəkməzsə, VI sinifdə 

o, bu sah

ədə qazandığı vərdişləri genişləndirər, VII-IX siniflərdə isə tamam-

layar. Bel

əliklə, doqquzillik məktəbi qurtaran şagird səciyyə tərtibi haqqında 

 

220 



əyyən vərdiş qazanar.  

1.M

əktəbin  yuxarı  siniflərində  bədii  obrazların  təhlili. Bədii  əsərlərin 



m

ətni üzərində şagirdlərin fəallığını təmin edərkən çalışmaq lazımdır ki, onlar 

ayrı-ayrı  yazıçının  özünəməxsus sənətkarlıq  xüsusiyyətlərini,  yaradıcılıq 

nailiyy


ətlərini mükəmməl mənimsəsin və qiymətləndirməyi bacarsınlar. Təc-

rüb


ə göstərir ki, bəzi müəllimlər əsərin ideya məzmunu, bədii xüsusiyyətləri 

üz

ərində  şagirdlərin sinifdə  və  sinifdənxaric müstəqil  işlərini,  onların  fikri 



f

əallığını  təmin etmədən özləri  əsər  haqqında  ümumi  mülahizə  söyləməklə 

kifay

ətlənirlər. Belə olduqda, şagirdlər obrazın necə yaradıldığını, məktəbdə 



t

əhlil olunan obrazlar silsiləsində  ayrı-ayrı  qəhrəmanın  yerini  və  mövqeyini 

əyyənləşdirməkdə çətinlik çəkirlər.  



Obrazın  portreti.  Bədii  əsərdə  portret yaratmaq əsil sənətkarlıq  tələb 

ed

ən mühüm məsələlərdən biridir. Portret  fransızca partrait sözündən  alın-



mışdır. Mənası insanın xarici əlamətlərini, geyimini, görkəmini təsvir etmək 

dem


əkdir. Bəzən portretə «qəhrəmanın mənəvi portreti» də deyilir. Bu zaman 

əsərin qəhrəmanın mənəvi keyfiyyətləri nəzərdə tutulur. Görkəmli sənətkarlar 

h

əmişə təsvir etdikləri obrazların yalnız zahiri görkəmini yaratmaqla kifayət-



l

ənmir. onların daxili aləmini də əlvan boyalarla əks etdirirlər. Bu xüsusiyyət 

b

ədii əsərlərdə, əsasən, aşağıdakı kimi özünü göstərir: a) obrazın zahiri əla-



m

ətləri gözəl, xoşagələn, cazibədar olduğu kimi, mənəvi aləmi, işi, əməli də 

göz

əl nəcib olur. Məsələn, «Firuzə» hekayəsinin qəhrəmanı Firuzənin zahiri 



görk

əmi ilə  mənəvi aləmi  arasında  belə  əlaqə  və  vəhdət  vardır;  b)  obrazın 

zahiri göz

əlliyi və  səliqəsi mənəvi aləmi ilə  ziddiyyət təşkil  edir:  «Sevil» 

pyesind

ə Dilbərin zahiri səliqəsi və gözəlliyi «öz yerində» olsa da, bu, onun 



çürük 

əməllərini,  pozğunluğunu gizlədə bilmir.  

B

ədii  portret,  xarakteri  daha  yaxşı  başa  düşmək  və  möhkəm yadda 



saxlamaq üçün bir vasit

ə rolunu oynayır. Bədii portret xarakteri tamamlayır, 

onun  canlı  və  dolğun  çıxmasına  səbəb  olur.  Əlbəttə, bədii  portret  haqqında 

m

əlumat verərkən bütün əsərlərə eyni tələblə  yanaşmaq olmaz. Çünki bədii 



portret 

əsərin janr xüsusiyyətlərindən  asılı olaraq müxtəlif cür yaranır.  

T

əcrübə göstərir ki, portret haqqında şagirdlərə məlumat vermək üçün 



əvvəlcə nəsr əsərlərindən istifadə etmək daha faydalıdır. Məlumdur ki, bədii 

portret yaratmaq sah

əsində nəsr əsərlərinin imkanları çox genişdir. Görkəmli 

nasirl


ər öz əsərlərində təhkiyə yolu ilə qəhrəmanların bədii portretlərini bütün 

cizgil


ərilə  yaradırlar.  C.Məmmədquluzadənin  «Danabaş  kəndinin  əhvalat-

ları», S.S.Axundovun «Qaraca qız», C.Cabbarlının «Firuzə» və s. əsərlərində 

ustalıqla  yaradılmış  bədii portretlər  şagirdlərə  geniş  məlumat vermək üçün 

əhəmiyyətlidir. Bədii portret yaratmaq sahəsində  dram  əsərlərinin məhdud 

imkana malik olduğunu başqa janrlarla müqayisəli surətdə öyrətmək də bədii 

ədəbiyyatda portret yaratmağın mürəkkəb və rəngarəngliyini aydınlaşdırmaq 

üçü

n  faydalıdır.  Təcrübə  göstərir ki, dram əsərlərində  dramaturqun bədii 



portret yaratmaq sah

əsində qarşısına çıxan çətinlikləri, ayrı-ayrı sənətkarların 

bu işdəki müvəffəqiyyətlərini nəsr və nəzm əsərləri vasitasilə şagirdlərin əv-

 

221 




v

əllər  aldıqları  bilik  və  bacarıqdan  sonra,  əsasən, X-XI siniflərdə  öyrətmək 

lazımdır. Yuxarı siniflərdə keçilən dram əsərlərində obrazın portreti səhnədə 

canlanır,  rejissor,  onun  işinə, sənətinə  müvafiq geyimdən, qrimdən və  s. 

istifad

ə edir. Bu əsərlərdə dramaturq həm də remarkalar və obrazların repli-



kaları vasitəsilə öz qəhrəmanının bədii portretini yaratmaq imkanına malikdir. 

Görk


əmli sənətkarlar  bu  imkanlardan  bacarıqla  istifadə  edir,  tamaşaçını  və 

rejissoru obrazın xarakterini, onun təbliğ etdiyi ideyanı düzgün başa düşməyə 

istiqam

ətləndirir. 



Bu m

əqsədlə  M.F.Axundovun  komediyaları  zəngin material verir.  

M.F.Axundov öz ölm

əz  komediyalarında  Molla  İbrahim  Xəlil kimyagər, 

d

ərviş Məstəli şah, Hacı Qara və s. obrazların xarakterlərini yaradarkən onla-



rın  portretini  məharətlə  çəkməyə  müvəffəq  olmuşdur.  Müəllim  çalışmalıdır 

ki, şagirdlər Hacı Qaranın hadisədən-hadisəyə, məclisdən-məclisə dəyişdiyini 

görsün, bu sah

ədə  sənətkarın  böyük  məharət göstərdiyini düzgün qiymət-

l

əndirsinlər.  Hacı  Qaranın  portreti  üzərində  aparılan  bu  cür  işlər vasitəsilə 



şagirdlər möhkəm başa düşəcəklər ki, M.F.Axundov bununla, eyni zamanda, 

göst


ərmək istəyir ki, Hacı Qara yalnız pul düşkünü deyil, həm də tədbirli və 

zir


əkdir, çətin vəziyyətdən çıxmağı bacarır. O. hər şeyi ölçüb-biçir, ehtiyatla 

h

ərəkət edir.  



Obrazın  həyat yolu. Bədii  əsərdəki  obrazları  fərdiləşdirmək,  onların 

xarakterini  daha  canlı  şəkildə  ümumiləşdirmək üçün görkəmli sənətkarlar 

q

əhrəmanların  özlərinə  məxsus həyat yolunu, tərcümeyi-halını  da  konkret-



l

əşdirməyə xüsusi əhəmiyyət verirlər. Şagirdlər  «Hacı Qara» komediyasının 

t

ədrisi zamanı əyani olaraq başa düşürlər ki, dramaturq əsərin baş qəhrəmanı 



Hacı Qaranın  xarakterini dolğun və tipik yaratmaq üçün onun məşğuliyyəti-

ni, ail


ə tərkibini, fərdi xüsusiyyətlərini təsvir etməyə xüsusi fıkir vermişdir. 

Bel


əliklə, dramaturq təsvir obyektinin konkretliyi və  həyatiliyi  haqqında 

oxucuya - 

tamaşaçıya aydın məlumat və canlı təsəvvür verməyə müvəffəq ol-

muşdur ki, bu da Hacı Qaranın tipik xarakter kimi yaranmasına kömək etmiş-

dir.  Hacı  Qara  sövdəgərdir. M.F.Axundov pyesdə  replikalar vasitəsilə  onun 

sövd


əgərliyi haqqında məlumat verir: «Bazarın bir küncündə tikilmiş dükanın 

içind


ə  qədəkdən, bezdən,  şilədən, alçaq çit1ərdən  tökülübdür.  Hacı  Qara 

yarımarşın əlində bikef oturubdur».  

Göründüyü kimi, 

remarkadan Hacı Qaranın məşğuliyyəti, dükanındakı 

mallar, xüsusil

ə onun alış-verişdən götürdüyü «qazanc» haqqında lazımi mə-

lumat öyr

ənmək olur.  

1.Dem

əli, müəllim bədii  obrazların  məhz  hansı  ustalıqla  yaradıldığı 



haq

qında şagirdlərə məlumat verərkən əsərdəki qəhrəmanların həyat yolunu, 

peşə və sənəti, ünvanı (əgər əsərdə bunlar vardırsa) ilə vəhdətdə götürməli və 

t

əhlil etməlidir. Bu, xarakter yaradan hər bir yazıçının özünəməxsus sənətkarlıq 



bacarığını meydana çıxarmaq və qiymətləndirmək üçün, şübhəsiz, faydalıdır. 

2.H


ər bir müsbət obrazın mənəvi siması, onun əsərdəki obrazlar silsilə-

sind


əki yeri, yazıçının bu obrazı yazanadək əxlaqi keyfiyyətlərinin məhz han-

 

222 




sı cəhətlərini əsas götürdüyü və s. tələblər baxımından qiymətləndirilməlidir.  

N

əsr  əsərlərindən fərqli olaraq, dramatik və  lirik  əsərlərdə  obrazların 



yaradılması  sənətkardan  daha  başqa  bədii vasitələrdən istifadə  tələb edir. 

M

əsələn,  şagirdləri  dram  əsərlərindəki  obrazların  təhlili üzərində  işlədərkən 



müqayis

ə  yolu ilə  başa  salmaq  lazımdır  ki, nəsr  əsərlərindən fərqli olaraq, 

dram 

əsərlərindəki obrazların xarakterləri, əsasən, onların öz danışığı və əsər-



d

ə iştirak edən başqa obrazların sözləri vasitəsilə yaradılır. Nəsr əsərlərində 

gördüyümüz xüsusiyy

ət - obraz haqqında müəllifin geniş mülahizə söyləməsi 

burada mümkün deyildir. Oxucu  tamaşaçı dram əsərlərində obrazların xarak-

teri haqqında müəllif remarkalarından məlumat alır ki, bu da kifayət deyildir.  

3.  Dem

əli, bədii  əsərlərdəki müsbət  xarakterli  obrazların    təhlili  zamanı 



çalışmaq lazımdır ki, bu obrazların mənəvi aləmini yaradan sənətkarların özlə-

rin


ə məxsus bədii boyalardan necə istifadə etdiklərini əsərin janr xüsusiyyətləri, 

orada t


əsvir olunan konkret tarixi şərait və s. əsasını  şagirdlər möhkəm mənim-

s

əsinlər. Bu, əsərin ideya və dəyərini başa düşmək üçün də əhəmiyyətlidir.  



M

ənfi xarakterli obrazların mənəvi aləmi. Əsil sənətkarlar yalnız müs-

b

ət qəhrəmanları deyil, mənfi obrazlarını da realistcəsinə təsvir edir, bu sahə-



d

ə  öz bədii  boyalarını  tündləşdirməkdən çəkinmirlər. Bu cür sənətkarların 

əsərlərini oxuyanda görürsən ki, müsbət obrazlar ona görə dolğun və xarak-

terc


ə mükəmməldir ki, ona qarşı qoyulan mənfi obrazlar da həyati, canlı təs-

vir  edilmişdir.  Təhlil  zamanı  çalışmaq  lazımdır  ki,  şagirdlər  ədəbi  əsərlərə 

düzgün qiym

ət versin, bir-biri ilə  üz-üzə  gələn müxtəlif  görüşlü,  müxtəlif 

əqidəli ədəbi qəhrəmanların dıinyagörüşlərindəki fərqləri ayıra bilsin və öz-

l

ərində elmi dünyagörüşü tərbiyə etsinlər. Bu, obrazların xarakterini yaradan 



s

ənətkarın qüdrətini, bu sahədəki bədii imkanlardan istifadə etmək məharətini 

aydınlaşdırmaqla  bərabər,  onun  dünyagörüşünü,  yaşayıb  yaratdığı  dövrün 

ictimai hadis

ələrinə münasibətlərini öyrənmək üçün də çox vacibdir.  

 Mü


əllimin yekun sözü və ya yekun məşğələsi. Müəllimin yekun sözü 

v

ə  yekun məşğələlərinin də  ciddi  əhəmiyyəti  vardır.  Dərsin bu mərhələsi



görül

ən işləri düzgün yekunlaşdırmaqda çox lazımdır.  

4.  Mü

əllim mətnin məzmunu və təhlili üzərində apardığı işləri qurtar-



dıqdan sonra şagirdlərin biliyinə yekun vurmalı, mübahisəli məsələləri aydın-

laşdırmalı və lazımi nəticələr çıxarmalıdır.  

Yekun m

əşğələsində  görüləcək  işlər  bunlardır:  keçilənlərin təkrarı; 



alınmış biliyin möhkəmləndirilməsi; müvafiq nəticənin çıxarılması və biliyin 

hesaba  alınması.  Keçilənlərin təkrarı  alınan  biliyin möhkəmləndirilməsinə 

köm

ək edir. Odur ki, müəllim mətnin oxusu və təhlili üzərində apardığı işləri 



qurtardıqdan  sonra,  keçdiyi  materialları  təkrar etməlidir. Tədris prosesində 

t

əkrarın  təşkili  müəllimdən pedaqoji-metodik  bacarıq  tələb edir. Təkrar  o  



zaman s

əmərəli olar ki, müəllim təkrarı ümumiləşdirmə yolu ilə aparsın, şa-

girdl

ərin yeni bilikləri köhnə  biliklərini, yeni məlumatları  köhnə  məlumat-



larını tamamlasın və dərinləşdirsin. Keçilənləri müqayisə yolu ilə təkrarlamaq 

alınan biliyin möhkəm olmasına çox kömək edir (3, 158).   

 

223 



Əsərləri janr üzrə müqayisə etmək də şagirdlərə yaxşı təsir bağışlayır. 

T

əkrar  zamanı  müqayisəni elə  qurmaq  lazımdır  ki,  o,  təbii və  canlı  olsun, 



müqayis

ə  olunan obyektlər bir-birini  tamamlasın  və  s. Süni və  yersiz mü-

qayis

ələr şagirdlərə heç bir yeni şey öyrətmir, təsiri də az olur.  



Şagird əgər mövzu bir neçə saat içərisində keçilərsə, o zaman ayrı-ayrı 

hiss


ələri təkrarlamalı, onlar arasında əlaqə yaratmalı, əsər üzərində bütün işlər 

qurtardıqdan sonra isə onu ümumilikdə təkrar etməlidir.  

 

ƏDƏBİYYAT 

1. Yusifov F. Az

ərbaycan dili və ədəbiyyatı tədrisinin bəzi problemləri. Bakı: 2010, s.156.

 

2.  Paşayev  A.,  Soltanova Q.,  Həşimova  L.  Azərbaycan dili və  ədəbiyyat təliminin bəzi 



probleml

əri. Bakı: 2002, s. 95. 

3. Paşayev A., Cəfərova E. İnteraktiv təlim Azərbaycan dili və ədəbiyyat dərslərində. Bakı: 

2008, s. 158. 

 

МЕТОДИКА ПРЕПОДАВАНИЯ ПРОИЗВЕДЕНИЙ ПРОЗЫ В СРЕДНЕЙ ШКОЛЕ 

 

Ш.Н.АЛИЕВА 

 

РЕЗЮМЕ 

 

В  процессе  изучения  художественных  произведений  в  старших  классах  особое 

внимание  должно  уделяться  проблемному  анализу.  В  старших  классах  нельзя  ограни-

чиваться только средствами и объектом анализа, свойственными младших классов. Как 

известно,  в  V-IX  классах  больше  всего  внимания  уделяется  характеристике  образов. 

Анализ образов находится в центре внимания также в X-XI классах. Профессиональный 

мастер слова не дает решение проблемы в готовом виде, а посредством образов. Учени-

кам старших классов не так легко направить на оценку прочитанного произведения, вы-

разить свое отношение к нему. Преподавателю следует также помнить о том, что в таком 

возрасте ученики старших классов должны уметь правильно выражать свое собственное 

мнение об окружающем мире, в том числе о произведениях литературы. 

 

Ключевые слова: старшие классы, преподавание литературы, техника, средняя 

школа, произведения прозы 

                                                                                               



METHOD OF TEACHING PROSE AT SECONDARY SCHOOLS 

 

Sh.

N.ALIYEVA 

 

SUMMARY 

 

In the course of studying of art works in senior  forms special attention should be fo-

cused on the problem analysis. In senior forms it is impossible to be limited only to means and 

object of analysis, peculiar to elementary grades. As is known, in V-IX forms most attention is 

given to the characteristics of images. The analysis of images is the center of attention in X-XI 

forms as well. A professional master does not give the problem decision in a ready form, or by 

means of images. The teacher should also  remember that at such age pupils of senior forms 

should be able to express correctly their own opinions on the world around, including literary 



works. 

 

Key words: senior forms, teaching literature, a technique, secondary school, prose works 



 

224 


Yüklə 251,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə