№1 Humanitar elml



Yüklə 72,9 Kb.

tarix26.10.2018
ölçüsü72,9 Kb.


 

120 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elml

ər seriyası   

 

2013 

 

 



 

 

UOT 94 (979.24) 



 

İSLAM DİNİ MONQOL İŞĞALI DÖVRÜNDƏ 

 

L.A.ƏLİYEVA  

Bakı Dövlət Universiteti 

lale_agamirze@yahoo.com 

 

Monqol istilası başlıca olaraq tarixçilər tərəfindən mənfi qiymətləndirilsə də, əslində bu 

istila Azərbaycanda etnik və dini proseslərə kifayət qədər müsbət təsir göstərmişdir. Monqol 

hökmdarları  işğaldan  az  sonra  müxtəlif  səbəblərdən,  ilk  növbədə  siyasi  səbəblərdən  islam 

dinini qəbul etmişdilər. Lakin məsələ yeni dinə keçidlə bitmir. Monqol istilası təkcə təsərrüfat 

həyatını deyil, köhnə ehkamları da dağıtmış, daha doğrusu həmin ehkamların dağılmasına yol 

açmışdır  və  islam  dünyasına  ciddi  təsir  göstərmişdir.  Nəticədə  müxtəlif  dini-mistik,  bidətçi 

təlimlər meydana gəlmiş, fəlsəfi fikrin geniş inkişafına səbəb olmuşdur. Belə bidətçi təlimlər-

dən biri hürufilik təlimidir ki, bu da təkcə Azərbaycanda deyil, bir sıra Yaxın Şərq ölkələrində 

də  yayılmışdır.  Həmçinin  bu  dövrdə  yeddi  imam  şiəliyindən  oniki  imam  şiəliyinə  keçid  baş 

vermiş, İslamda yeni böyük məzhəbin yaranması başa çatmışdır. 

 

Açar sözl

ər: monqol istilası, islam, yeddi imam şiəliyi, ismaililik, isna-aşari (oniki imam) 

şiəlik, məzhəb, hürufilik 



     

Monqol işğalı, adətən dünya tarixşünaslığında, eləcə də Azərbaycan ta-

rixçil

əri tərəfindən mənfi hadisə kimi qiymətləndirilir. Təkcə tanınmış tarixçi 



John  K.  Fairbankın  əsərini buna bir misal olaraq göstərmək kifayət edər (4). 

Tarixçil


ər  arasında  bu  proseslərin qiymətləndirilməsi demək olar ki, eynidir: 

monqol istilası Azərbaycanda, eləcə də digər ölkələrdə əhalinin iqtisadi, sosial 

v

ə  mədəni həyatını  məhv  etmişdir.  Lakin  bu  istila  dövrü  Azərbaycanda həm 



etnik v

ə  həm də  dini proseslərə  çox ciddi təsir göstərmişdir.  Digər tərəfdən, 

XIII-  XIV 

əsrlər mədəniyyətinin, ilk növbədə, fəlsəfi fikrin araşdırılması bizə 

f

ərqli bir mənzərə göstərir. Bu işğalın, hər hansı digər işğal kimi, iqtisadi həyat 



üçün dağıdıcı xarakterini təsdiq edərək vurğulamaq lazımdır ki, o, eyni zamanda 

monqol  istilasınadək  toxunulmaz  olan  İslam  ehkamlarının    dağıdılmasına  və 

müxt

əlif bidətçi  təlimlərin meydana çıxmasına səbəb olmuşdur. Məhz XIII-XIV 



əsrlərdə  müxtəlif dini-fəlsəfi təriqətlər üzə  çıxmış,  çoxsaylı  fəlsəfi və  tarixi 

ədəbiyyat da ərsəyə gəlmişdir. Təsadüfi deyildir ki, tanınmış rus və sovet şərq-

şünası V.V.Bartold bu dövrü "İran ədəbiyyatının qızıl dövrü" (16, 84) adlan-

dırmışdır. Çingiz xan və onun varisləri müsəlman dünyasının tarixində real bir 

d

əyişiklikliyə səbəb olmuşlar. Bundan əlavə, biz Azərbaycanda, eləcə də bütün 




 

121 


Yaxın  və  Orta  Şərq regionunda nəzərə  çarpacaq etnik dəyişikliklər verdiyini 

qeyd etm


əliyik. Mərkəzi Asiyadan monqollarla birgə gətirilmiş köçəri və ya-

rımköçəri  türk  tayfalarının  ölkəmizdə  məskunlaşması  Azərbaycanda türk 

amilinin daha da gücl

ənməsinə səbəb olmuşdur. 

M

əlumdur ki, Çingiz xan hələ Xarəzmə yürüşündən öncə türk müsəlman-



lar

la yaxşı əlaqədə olmuş və 1218-ci ildə iki müsəlman səfiri- Mahmud Buxari 

v

ə Yusuf Kanka Otrarini oraya göndərmişdi (16, 270). Çingiz xan və müsəl-



man tacirl

ər  arasında  mehriban  əlaqələr  monqol  hökmdarı  üçün  bir  sıra  üs-

tünlükl

ərə gətirib çıxarmışdı. Bu müsəlman tacirlərin Qaşğar, Yarkand və Xo-



tanda öz müs

əlman qardaşlarının məruz qaldığı zülmün sonunu görmək üçün 

h

ər cür motivi var idi. Görünür ki, Çingiz xan bu tacirlər vasitəsilə  Kuçluğa 



qarşı mübarizə üçün lazım olan bütün kəşfiyyat məlumatını əldə edə bilmişdi 

(5, 88). V.V.Bartold v

ə onun ardınca Leo de Hartog, Abbasi xəlifəsinin Çingiz 

xandan II Sultan M

əhəmmədə qarşı hücuma keçməyi xahiş etməsi ehtimalını 

ir

əli sürürlər (5, 92). Əgər belədirsə, onda xəlifə ən-Nasir özü də bilmədən Ab-



basi xilaf

ətinin sonunu yaxınlaşdırmışdır. 

S

ərkərdə  Cormoğunun  başçılığı  ilə  monqol  ordusu  ikinci  yürüş  zamanı 



Az

ərbaycanı işğal edir və ölkə Böyük Monqol Imperiyasına qatılır. Bu hadisə 

Əlaəd-din Ata-Məlik Cüveyninin “Tarixe-Cahanguşa” əsərində təsvir olunmuş-

dur (14, 501).  

Geniş əraziyə və çoxsaylı qarışıq əhaliyə malik olan Böyük Monqol im-

periya


sı uzun müddət vahid dövlət kimi qala bilməzdi. Mirqasım Usmanovun 

fikrinc


ə, təqribən 20-30 il ərzində  mövcud  olmuş  super-imperiyasının  super-

gen


iş  əraziyə  malik  olması  onun  az  sonra  parçalanmasını  şərtləndirmişdi. 

Desinteqrasiya prosesi n

əticəsində, onun yerində həm ərazi, həm də əhalisinin 

srtukturu baxımından nəhəng olan yeni dövlətlər – Böyük Xan (sonralar Yunan 

dövl

əti), Caqatay, Cuçi və Hülakü ulusları meydana gəlmişdir. (15, 835). XIII 



əsrin  ortalarında  Çingiz  xanın  nəvəsi  Hülakü  xan  Yaxın  və  Orat  Şərqi  əhatə 

ed

ən beşinci ulus- Hülakülər və ya İlxanilər dövlətini yaradır ki, buraya eləcə 



d

ə Azərbaycan ərazisi də daxil idi və üstəlik Azərbaycan bu dövlətin mərkəzi 

vilay

ətini təşkil etmiş, onun bütün paytaxt şəhərləri- Marağa, Təbriz və Sulta-



niyy

ə  kimi Azərbaycan  şəhərləri  olmuş,  Azərbaycanın  şimalındakı  Şirvan-

şahlar dövləti isə Hulakülərin vassalına çevrilmişdilər. Bu imperiya yaranışın-

dan erk


ən Monqol dövləti  institutları  ilə  yerli,  daha  çox  inkişaf  etmiş  oturaq 

mus


əlman cəmiyyəti təsisatlarının konqlameratı kimi meyadana çıxmış, mon-

qol 


Yasası  ilə musəlman Şəriətinin bir-biri ilə ziddiyyət təşkil edən qaydaları 

əsasında idarə olunmuşdur (2, 251). Zaman keçdikcə Yasa ilə Şəriət arasındakı 

balans şəriətin xeyrinə dəyişmişdir.  

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  monqol  istilası  əsasən,  tarixşünaslıqda 

m

ənfi qiymətləndirilir, lakin son tədqiqatlar bunun tam tərsini sübut edir. Belə 



t

ədqiqatlardan  Judit  Kolbasın  araşdırmaları  misal  göstərilə  bilər.  O,  yazır  ki, 

mon

qollar  İranda  iqtisadi  inkişafa  əngəl olan ətalətli və  arxaik pul sistemini 



dağıtdılar. Onlar ekstensiv ticarəti genişləndirmək, elmi, xüsusilə astronomiya 


 

122 


v

ə ali riyaziyyatı praqmatik və tətbiqi vasitə kimi inkişaf etdirməklə buna nail 

oldular (1, 1). 

Monqol hökmdarları çox keçmədən müxtəlif səbəblər, ilk növbədə siyasi 

s

əbəblərlə əlaqədar olaraq islam dinini qəbul etmişdilər: Hülakü imperiyasında 



Əhməd  adı ilə  də tanınan  Teguder xan  (2,  15),  sonra  Qazan  xan,  Qızıl  Orda 

dövl


ətində  əvvəlcə  Bərkə  xan,  sonra  Əhməd  xan  islamı  qəbul  etmişdilər. 

Tanınmış monqol tarixçisi Seçin Jadçid islama keçmə faktına başqa bir nəzər-

nöqt

ədən yanaşır və yazır ki, monqol hökmdarları hiss etməyə başlayırlar ki, 



on

ların  mahiyyətcə  sadə  və  primitiv dinləri  işğal  etdikləri ölkələrin dərin 

f

əlsəfə və mürəkkəb ibadət sisteminə malik olan dinləri ilə yarışa bilməz və aid 



olduqları  din  dünya  fatehlərinin  ruhi  ehtiyaclarına  cavab  verə  bilməz. Bu, 

görünür ki, monqol hakim t

əbəqəsinin müxtəlif dövrlərdə buddizm, xristianlıq 

v

ə  islam kimi dinləri qəbul etməsinə  səbəb  olmuşdur  (12,  84).  Başqa  sözlə, 



Yaxın və Orta Şərqin tabe edilmiş əhalisi ilə hakim monqol sülalələri arasın-

dakı  etnik,  mədəni və  ideoloji ziddiyyətlər  onları  islamı  qəbul etməyə  sövq 

etmişdi. Lakin onlar xristianlığı və ya iudaizmi də qəbul edə bilərdilər, necə ki, 

Teguder 


əvvəlcə  xristianlığı  qəbul  etmiş,  sonra  islama  keçmişdi.  Bu  fakt 

Reuven Amatai t

ərəfindən tədqiq  edilmişdir.  XIV  əsrin  əvvəllərində  erməni 

tarixçisi Hetum m

əlumat  verir  ki,  kiçik  yaşlarında  Tegüder,  xristianlığın 

nestorian t

əriqətinə aid olaması güman edilən anası Qutui Xatun tərəfindən xaç 

suyuna salınmışdır. Bir qədər sonra isə o, islamı qəbul etmiş və Əhməd adını 

götürmüşdü  (11,17).  Monqol  hökmdarlarının,  xüsusən də  Hülakülərin  islamı 

q

əbul etmələri regionda bu dinin mövqeyinin möhkəmlənməsinə səbəb olmuş-



dur.  Bunda  başqa,  islam  dininin  iki  böyük  qanadından  biri  olan  oniki  imam 

şiəliyinin – istna- aşari şiə islamının formalaşması məhz bu dövrdə başa çat-

mışdır. Orta əsr tarixşünaslığında bu məsələ əvvəlcə M.Mazzaui (6), sonra isə 

E.Nyuman (9) t

ərəfindən  aparılan  araşdırmalar  nəticəsində  belə  fikir hasil 

olmuşdur ki, XIII-XIV əsrlərdə gedən proseslər oniki imam şiəliyinin yaranma-

sına  səbəb  olmuşdur. Qeyd etmək  lazımdır  ki,  yeddi  imam  şiəliyindən oniki 

imam şiəliyinə keçid prosesində Hülakü xanın məsləhətçisi, Abaqa xanın vəziri 

olan görk

əmli alim Nəsrəddin Tusinin müstəsna rolu olmuşdur.   

M

əlum  olduğu  kimi,  1258-ci ildə  Hülakü  xan  Bağdada  daxil  olaraq  o 



zaman üçün artıq hakimiyyəti nominal olan sonuncu Abbasi xəlifəsi Mötəsimi 

edam etm


əklə Abbasi xilafətinə son qoymuş, İslam aləminin birliyini təcəssüm 

etdir


ən formal hakimiyyəti  bitirmişdi.  O  da  məlumdur ki, Abbasi xilafətinin 

real siyasi hakimiyy

əti çox əvvəl başa çatmış, onların əvəzinə regionda hakim 

siyasi qüvv

ə  isə  Səlcuq  sultanları  olmuşdular.  Quranın  mətni Məhəmməd 

peyğəmbərin ölümündən  sonra  yazıya  alınaraq  tamamlanmış  və  o zamandan 

x

əlifələrin tam nəzarəti  altında  toxunulmaz saxlanan bir mətnə  çevrilmişdir. 



Bundan 

əlavə, ilk dövrlərdə  onun fəlsəfi təhlili,  izahı  da  qadağan  edilmişdi. 

S

əlcuq imperiyası dövrü Quran mətinin fəlsəfi-dini baxımından interpretasiya 



edilm

əsi  üçün  meydan  açdı  və  digər tərəfdən, dini hökmdar hakimiyyətini 

əslində sekulyar olan hərbiçi türklərin hakimiyyəti əvəz etdi. Bu proses həm də 



 

123 


öz b

əhrəsini onda göstərdi ki, yeni dini-mistik fəlsəfi cərəyanlar meydana gəldi 

v

ə  bunlardan biri də  yeddi  imam  şiəliyinə  əsaslanan  İsmaili  təriqəti oldu. 



Bundan 

əlavə, monqol  istilasından öncə XIII  əsrin  əvvəllərində İbn Ərəbinin 

f

əlsəfı məktəbi xüsusilə qeyd edilməlidir. Monqol istilası isə bu xüsusda ikinci, 



h

əm də radikal addım oldu. Yeni monqol hakimləri ilk dövrdə müsəlman deyil-

dil

ər və ona görə də, Quran mətni üzərində diskussiya onları maraqlandırmırdı. 



İslamı  qəbul etdikdən sonra isə  İlxanilər dövləti dərhal ciddi və  fundamental 

islami d


əyərlərə  malik dövlətə  çevrilməmişdi.  Biz  islamı  qəbul etmə  aktı  ilə 

bütün dövl

ət və inzibati-məhkəmə sisteminin islamlaşması arasında fərqi qeyd 

ed

ərək  onu  vurğulamalıyıq  ki,  İslam  hüquqi  təsisatlarının  dövlət idarə  sis-



temind

ə oturuşması, Hülakü dövlətitnin müsəlman dövlətinə çevrilməsi məhz 

XIV 

əsrin  əvvəllərində Qazan xanın islahatları nəticəsində baş vermişdir. Bu 



prosesin izl

ənməsi üçün ən yaxşı mənbə həmin islahatların əsas ideoloqu olan 

F

əzlullah Rəşidəddin Təbibin “Cəmi-ət-təvarix”  əsəri (3) və “Mükəttibatı”dır 



(17).  Diqq

əti cəlb edən məsələlərdən biri Fəzlullah Rəşidəddinin müsəlman 

al

əminin gözündə Çingiz xan imicini dəyişdirmək cəhdidir. O, yazır ki, Allah 



Çingiz xanın, onun əcdadlarının, övladlarının və onların törəmələrinin gücünü 

v

ə şöhrətini ona görə yüksəltdi ki, onlar islamı gücləndirdilər və şəriəti təbliğ 



etdil

ər (3, 9:1:6). Məhəmməd Ulcaytunun ölümündən dərhal sonra müxtəlif 

feodal  qrupları  arasında  başlayan  hakimiyyət  uğrunda  mübarizə  Hulakülər 

dövl


ətinin zəifləməsinə gətirib çıxarır (10, 16). Monqol hökmranlığı müxtəlif 

dini bid


ətçi cərəyanların,  mistik  sufi  ənənələrinin  yaranmasına  səbəb olur  ki, 

bunlardan biri hürufilik t

əriqəti idi. Bəşir  Şahzad  bu  dini  doktrinanı  öz  yeni 

çapdan çıxmış əsərində geniş təhlil etmişdir (16). Monqol mənşəli Cəlairi sü-

lal

əsinin hakimiyyəti dövründə 1370-ci illərin ortalarından başlayaraq hürufilik 



t

əliminin banisi Fəzlullah Nəimi öz mistik sufi baxışlarını təbliğ etməyə baş-

layır və bu təlim tezliklə Azərbaycanda və İranda yayılır. Məlum olduğu kimi, 

ərəbcə huruf, yəni hərflər sözündən yaranmış bu mistik təlimə görə, ərəb hərf-

l

əri ilə insanın simasına Allah kəlməsi yazılmışdır, demək, Allah insan sima-



sında  təcəlla  edir,  insan  Allahın  Yer  üzündə  mücəssiməsidir. Hürufilərin bu 

b

əyanı islam ehkamlarına qarşı olub bir bidəti ifadə edirdi. Nəiminin ən gör-



k

əmli  ardıcıllarından  olan  məşhur  Azərbaycan  şairi  Nəsimi öz  divanında  bu 

ideyaları vəsf etmişdir.  

Artıq yuxarıda qeyd edildiyi kim, XIII əsrdə Nəsrəddin Tusi yeddi imam 

şiəliyindən oniki imam şiəliyinə keçidin dini əsaslarını hazırlamışdır. Təbii ki, 

şiə  islamının  inkişafında  ən pik nöqtə  XVI  əsrin  əvvəllərində  Şah  İsmayıl 

S

əfəvi tərəfindən şiəliyin rəsmi məzhəb elan edilməsi dövrüdür. Bu məzhəbin 



S

əfəvilər tərəfindən dövlət  quruculuğunda  bir  instrument  olaraq  istifadə edil-

m

əyə başlanmasında çox-çox əvvəl şiəlik Azərbaycanın müxtəlif ərazilərində 



h

ənəfi və şafii məzhəbləri ilə bərabər yayılmışdı. XIII-XIV əsrlərin hüdudla-

rında Ərdəbildə  istna-aşari şiə təlimi əsasında Şeyx Səfiəddin İshaq tərəfindən 

s

əfəviyyə  sufi ordeninin əsası  qoyulur.  Onun  müəllimi  -  mürşidi-kamil  Şeyx 

Zahid Gilani (1216-

1301)  İlxani  sultanlarına  ciddi  dini  və  mədəni təsir gös-



 

124 


t

ərmişdir.  Buna  görə  də,  o,  İlxanilər tərəfindən yüksək qiymətləndirilmiş  və 

mükafatlandırılmışdır.  V.Minorski  Hulakü  hökmdarı  Əbu  Səid  xanın  1320-ci 

ild


ə Şeyx Zahid Gilaninin ailəsi haqqında verdiyi fərmanı üzə çıxarmışdır (8, 

515).  Lakin  İlxanilər dövləti Qazan xan və  Ulcaytu  xanın  zamanında oniki 

imam şiəliyinin təsiri altında olsalar da, Ulcaytu hökmranlığının son illərində, 

Əbu Səid isə bütün hökmranlığı dövründə şiəliyin sünni sintezinə keçmişdilər. 

Bununla bel

ə  faktik olaraq Çobanilərin və  Cəlairilərin  zamanında  istna-

aşariyyə ideyası daha da möhkəmlənmişdir (6, 40).  

Bel


əliklə, monqol istilasının təsərrüfat və mədəni həyatına vurduğu dağı-

dıcı zərbəyə rəğmən, o, müsəlman dünyası üçün heç də neqativ olmamış, onla-

ra islam dini ehkamlarını yenidən nəzərdən keçirməyə, yeni dini fəlsəfi cərə-

yanla


rın yaranmasına meydan açmışdır. Bu, həm də qeyri-ərəb müsəlmanlarına 

ortodoksal islamdan f

ərqli özlərinin mental dəyərlərinə uyğun folk islam -xalq 

is

lamı yaratmağa imkan vermişdir. 



 

ƏDƏBİYYAT 

1.

 



Judith Kolbas. The Mongols in Iran. Chingiz Khan to Uljaytu 1220-1309. London and 

New York. Oxford Press, 2006, 283 pp. 

2.

 

Khazanov A. M. Nomads and outside world. Madison: University of Wisconsin Press, 



1994, 315 pp. 

3.

 



Fazlullah Rashid ad-Din Tabib. Jami’ at-Tawarikh.  Cambridge, Mass.] : Harvard Uni-

versity, Dept. of Near Eastern Languages and Civilizations, 1998, 420 pp. 

4.

 

 Fairbank, John King. East Asia: tradition and transformation. Boston, Houghton Mifflin 



co., 1978, 982 pp. 

5.

 



Leo de Hartog. Genghis Khan. Conqueror of the World. I.B. Tauris & Co. Ltd publisher. 

London, 1989, 386 pp. 

6.

 

Michel M. Mazzaoui. The origins of the Safavids. Shiism, Sufism, and the Gulat. Franz 



Steiner Verlag GMBH. Wiesbaden, 1972, 157 pp. 

7.

 



Michal Biran. Chinggiz Khan. The Hebrew University of Jerusalem. Published by 

Oneworld Book Publications. Oxford, 2007, 346 pp. 

8.

 

 Minorsky V. The Turks, Iran and the Caucasus in the Middle Ages. Variorum Reprints. 



London, 1978, ii-960 pp. 

9.

 



Newman Andrew J. Safavi

d Iran: Rebirth of a Persian Empire. İ.B.Tauris Press, London- 

New-York, 2006, 281 pp. 

10.


 

 Piriyev V.Z. Az

ərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə (1316-1360 –cı illər). 

Bakı, Elm, 1978, 163 s. 

11.

 

Reuven   Amitai. The Mongols in the Islamic lands : studies in the history of the Ilkhanate. 



Alershort (England) : Burlington,VT: Ashgate/Variorum, 2007, 247pp. 

12.


 

Sechin Jadchid. Essay in Mongolian studies. Provo, Utah : David M. Kennedy Center for 

International Studies. Brigham Young University, 1988, v.3, 339 pp. 

13.


 

Shahzad, Bashir. Fazlullah Astrabadi and Hurufis. Oxford Press: Oneworld, 2005, 142 pp.  

14.

 

 The History of the World-conqueror /Tharikh-e-Jahangusha/ by Ala-ad-Din Ata-Malik 



Juvayni. Translated text of Mirza Muhammad Qazvini by John Andrew Boyle, PhD. V.I, 

V.II. Harvard University Press. Cambridge, Mass.,1958, 267 pp. 

15.

 

The Turks. Middle ages. Volume 2. Editor Hasan Celal Guzel, C.Gem Oguz, Osman Ka-



ratay. Printed at Semih Ofset and Bounding house Balkan Ciltevi. Ankara, 2002, 1028 pp. 

16.


 

Бартольд В.В. Сочинения. М.: Восточная лит-ра, 1963-1977. T.1, 760 стр. 




 

125 


17.

 

Фазлуллах Рашид ад-Дин Табиб. Мукаддибат//Перкписка. Перевод, введение и ком-



ментарии А.И.Фалиной. М.: Наука, Глав.редакция вост.лит., 1971, 341 стр. 

                                              



ИСЛАМ В ПЕРИОД МОНГОЛЬСКОГО НАШЕСТВИЯ 

 

Л.А.АЛИЕВА 

 

РЕЗЮМЕ 

 

В основном, монгольское завоевание историками оценивается как негативное со-



бытие, однако оно оказало весьма позитивное влияние как на этнические, так и на рели-

гиозные процессы в Азербайджане. В результате различных причин, прежде всего поли-

тических, монгольские правители приняли ислам вскоре после завоевания. Монгольское 

завоевание уничтожило исламские догматы и привело к развитию философской мысли. 

В результате этого появилось много работ с новым толкованием исламских догм, и как 

результат  этого  мы  можем  подчеркнуть  появление  новой  исламской  секты  как  хуру-

физм, который существовал как движение ереси не только в Азербайджане, но и в дру-

гих  странах  Ближнего  Востока.  Кроме  того,  в  период  монгольского  завоевания  были 

созданы условия для появления большого исламского мазхаба - шиитского ислама две-

надцати имамов. 

 

K

лючевые  слова:  Монгольское  завоевание,  ислам,  шиизм  семи  имамов,  исмаи-

лизм, исна-ашари двенадцать имамов, шиизм, мазхаб, хуруфизм                 

 

İSLAM DURING THE MONGOLIAN CONQUEST 

 

L.A.ALIYEVA 

 

SUMMARY 

 

Mainly, Mongolian conquest is evaluated as a negative event by the historians, however 

the Mongolian conquest had a quite positive impact on both ethnic and religious processes in 

Azerbaijan. As a result of different reasons, first of all political, the Mongolian rulers adopted 

Islam soon after the conquest. But things didn’t end with the  adoption of a new religion, 

moreover this conquest had  influence on the Islam world. The Mongolian conquest destroyed 

the Islamic dogmas and sparked off the various disputes over both the Islamic law and 

philosophy. As a result of this, many works with the new interpretation of Islamic dogmas 

appeared;  we should underline the appearance of a new Islamic Hurufid sect, existed as a 

heresy movement not only in Azerbaijan, but also in other counties of Middle East. Moreover, 

in  the Mongolian period there were created conditions for the rising of a big Islamic sect  - 

Twelver Shia Islam. 

 

Key  words:  Mongolian conquest, Islam, sevener Shia Islam, Ismailism, Isna-ashari 

Shia Islam, madhab, hurufism  



: Xeberler%20Jurnali -> Humanitar%20%202013%20%202
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Humanitar%20%202013%20%202 -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elml
Humanitar%20%202013%20%202 -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elml
Humanitar%20%202013%20%202 -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elml
Humanitar%20%202013%20%202 -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elml
Humanitar%20%202013%20%202 -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elml
Humanitar%20%202013%20%202 -> №2 Humanitar elml


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə