№1 Humanitar elml



Yüklə 230,33 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü230,33 Kb.
#76862


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

UOT: 5704,01 

 

TÜRKOLOGİYADA FELİN ANALİTİK FORMALARININ  

TƏDQİQİ TARİXİ 

 

A.A.HÜMBƏTOVA 

Az

ərbaycan Dillər Universiteti 

aynurahumbatova@yahoo.com 

 

Bu m

əqalədə  analitik  formaların  dörd  əsirlik tədqiqi  tarixi  qısaca  gözdən keçirilərək, 

əsasən, bu tədqiqatların üç inkişaf mərhələsinə bölünməsinə gətirib çıxarır. Hər bir mərhələdə 

dilçil

ərin müxtəlif fikirlərinə  nəzər salınaraq,  analitik  formaların,  nəticə  etibarilə  hələ  də 

t

ədqiq  mövzusu  olması  vurğulanır.  Bütün  türk  dillərində  feli sözyaratma prosesinin əsas 

hiss

əsini təşkil edən analitik fel formalarına daha çox önəm verilməsi nəticəsinə gəlinir. 

 

Açar sözl



ər: türkologiya, analitik formalar, analitik fellər 

               

Türk dill

ərində analitik fel və felin analitik formalrının tədqiqi çox qədim 

tarix

ə  malikdir.  Amma bu  formaların  geniş  və  hərtərəfli tədqiqinə  XIX  əsrin 



ortalarından  başlanmışdır.  O  zaman  bu  formalar  haqqında  hətta indi də  öz 

n

əzəri əsaslarını qoruyub saxlayan bir  çox irihəcmli  əsərlər  yazılmışdır. Bəzi 



türk dill

ərində  bu formalar dərindən öyrənilmiş,  bəzilərində  isə  səthi tədqiq 

olunmuşdur. Bütün türk dillərində bu formaların tam eyni struktura malik ol-

madığını nəzərə alaraq, bir çox oxşar xüsusiyyətlərini əsas götürərək, quruluşca 

b

ənzər olan bəzi  analitik  formaları  ilk  dəfə  sistemləşdirən  A.A.Yuldaşev,  ilk 



olaraq, bu formalrın tədqiqi tarixinə xüsusi önəm vermişdir. 

       Ümumiyy

ətlə, türk dillərində  analitik  formaların  dörd  yüz  illik  tədqiqi 

tarixi n


əticəsində bu formalar haqqında önəmli fikirlər irəli sürülsə də, bir çox 

fikir ayrılıqlarına da tez-tez rast gəlmək mümkündür. Bu tədqiq tarixinin XVIII 

əsrdən başlandığı qeyd olunsa da, türk dillərində analitik formaların özləri çox 

q

ədim tarixə malikdir. Belə ki, bəzi türk dillərində bu formaların sayının 50-



d

ən artıq olması bu fikrin doğruluğuna dəlalət verir. 

       Ümumiyy

ətlə, analitik dillər və  onunla  bağlı  hesab  olunan  anlayışlar  - 

“analitik for

malar”, ”analitik quruluş” dilçilikdə  XIX əsrdən məhşur alman ali-

mi A.Şleyxerin dillərin morfoloji təsnifatının tərtibatında istifadə etdiyi  “ana-

litik dill

ər” termini ilə  məlum  olmuşdur.  O,  müqayisəli dilçiliyin digər klas-

sikl


əri kimi  hesab edirdi ki, mükəmməl insan və onun dili dünya tarixinin elə 

 

40 




ilk çağlarında mövcud olmuşdur. İnsan cəmiyyətinin inkişafı bu alimlər tərə-

find


ən  özünəməxsus tənəzzül kimi qəbul olunur və analitik dillər hesab olunan 

yeni hind-avropa dill

ərinə isə öz təbiiliyini itirmiş dillər kimi baxılırdı [6, 11]. 

       P.O.Musayev

ə görə insan dilinin təkamül yolu, təxmini olaraq, aşağıdakı 

şəkildə götürülür: 

tam t

əcrid olma –  dilin analitikliyi, hər  hansı  morfoloji  əlamətlərin və  ya 



nişanələrin olmaması; 

analitik formalar (analiz)  –  dild

ə  morfoloji mənaların  əsas ifadə  üsulu kimi 

analitik  konstruksiyaların,  daha  sonra  isə  sözlərin  analitik  formaların  əmə-

l

əgəlməsi; 



sintez  –  analiz v

ə  sintez  arasındakı  aralıq  mövqe  və  ya hissə  -  aqqlütina-

tivl

əşmə; xüsusən daha çox möhkəm bütövlüyə  xarakterik olan fleksiya – 



şəkilçi və əsasın, kökün birləşməsi [6, 54]. 

       Onu da qeyd etm

əliyik  ki,  yuxarıda  qeyd  olunmuş  inkişaf  yolu  dillərin 

inkişaf  tarixi  nəticəsində, bəlkə  də  bir neçə  min illər  ərzində, qüvvətli olan 

dill

ərin  başqa  dillərin quruluşuna  təsiri ilə  morfoloji cəhətdən  qarışıq  tip 



dill

ərin və  ya müxtəlif tip dillərin xüsusiyyətlərinin hər  hansı  bir  dildə 

c

əmlənməsinə  səbəb olur. Buna görə  də,  dilin təkamül prosesi və  bu proses 



zamanı  bir  neçə  mərhələlər  keçmiş  dillər və  bu mərhələlərdə  digər dillərin 

t

əsirinə  məruz  qalmış  dillərdən biri hesab olunan Çin dili  tipoloji cəhətdən 



analitik  dil  olmasına  baxmayaraq,  morfoloji  cəhətdən daha çox aqqlütinativ 

xarakter


ə malikdir. Belə ki, Çin dilində analitik formalar aqqlütinativ dil hesab 

olunan Az

ərbaycan dilindən kəmiyyət etibarilə qat-qat azdır. 

       


Türkologiyada  analitik  yolla  sözyaratma  prosesi  geniş  yayılsa  da,  türk 

dill


ərinin  ayrı-ayrı  yarımqruplarında    o  özünü  müxtəlif  şəkildə  biruzə  verir. 

Başqa sözlə, bu prosesin yayılma sahəsi, əhatə dairəsi, ayrı-ayrı türk dillərində 

müxt

əlif həcmdə, fəallıqdadır. Məsələn: analitik fellər miqdar etibarilə qıpçaq 



qrupu dill

ərində (kumık, tatar, başqırd, qazax, özbək, noqay və s.) oğuz qrupu 

dill

ərinə (türk, Azərbaycan, türkmən, qaqauz, krım tatarları və s.) nisbətən qat-



qat çoxdur. Qıpçaq qrupu dillərində geniş yayılmış “-p yat, -p yür, -p utira və 

s.” bu q


əbildən olan qrammatik formantlarla yaranan analitik fel formaları isə 

oğuz qrupu dillərində, demək olar ki, yox dərəcəsindədir [1, 3].  

       Ümumiyy

ətlə, türk dillərində fellərin analitik formalarının tədqiqi ilə məş-

ğul olan müasir dilçilər analitik formaların tədqiqi tarixini 3 tarixi mərhələyə 

bölür:  


1.XVII 

əsrdən XIX əsrin ortalarınadək olan müddət

2.XIX 

əsrin ortalarından XX əsrin 20- ci illərinə qədər olan müddət; 



3. XX 

əsrin 20-ci illərindən indiyədək olan müddət. 

       

İlk iki mərhələdə felin analitik formaları zəif tədqiq olunur. Belə ki, XVII 



v

ə XVIII əsr qrammatikləri analitik formaları morfoloji vahidlərə aid edir və 

onları  şəkilçi  formaları  sırasında  tədqiq edirdilər. XVIII əsrdə  tatar dilinin 

qrammatikasında “edi” ilə 12 və “bol-, kel-, al-“ ilə 3 analitik formalrın möv-

cudluğunu qeyd  edən  İ.Qiqanov da analitik formalar haqqında bu fikirdə idi. 

 

41 




Felin analitik formaları haqqında olan bu fikirlə XIX əsrin əvvəllərində  razı-

laşılsa da, bəzi yeni mövqelər və vəziyyətdən asılı olaraq müxtəlif yanaşmalara 

da rast g

əlinməyə başlanılırdı. Amma artıq XIX əsrin ortalarından başlayan II 

m

ərhələdə  felin  analitik  formalarının  yeni  adlı  forması, mürəkkəb və  tərkib 



sözü ifad

ə edən, feli sifət və köməkçi feldən ibarət olan - perifrastik formalar 

haqqında ilk fikirlər irəli sürülərək, german tədqiqatçılarının ənənəsi ilə, onları 

yanlış  olaraq  sintaktik  birləşmələr hesab edirdilər. Bəzi Azərbaycan dilçiləri 

“idi” yarımçıq felini kömkçi fel hesab edərək, onları mürəkkəb fel formasının 

düz


əlməsində istifadə edirdilər (M.A.Quliyev, D.A.İbrahimova, T.A.Hacıyev). 

Bu zaman onlar unudurdular ki, mür

əkkəb söz komponentləri arasında elə bir 

əlaqəni təşkil edir ki, bu əlaqə onların leksik mənasının özünəməxsus şəkildə 

yaranmasına və bunun nəticəsində də  yeni bir leksik vahidin əmələ gəlmsinə 

g

ətirib  çıxarır;  mürəkkəb  sözün  yaranmasının  vacib  şərtlərindən biri hesab 



olunan, yeni semantik sferada komponentl

ərin mənalarının realizə imkanları və 

komponentl

ər arasında sintaktik əlaqənin pozulması ilə müşayiət olunma im-

kanlarıdır. Mürəkkəb sözün komponentləri  həmişə leksik vahidlər - öz leksik 

m

ənasını yalnız qismən realizə edən söz kimi dərk olunur, mürəkkəb söz özü 



is

ə bütövlükdə hər hansı bir cümlə üzvü ilə sintaktik əlaqəsi nöqteyi-nəzərdən 

xarakteriz

ə  edilməyən komponentlərin  leksik  vahidi  kimi  qavranılır.  Onu  da 

qeyd etm

əliyik ki, bu ən azından türk dillərində bu qaydadadır [8, 9].  

        

Bununla  yanaşı,  bu  zaman rus dilçiliyində  analitik  formalar  haqqında 

mübahis

əli məsələləri türk dillərinə təsirsiz ötüşmürdü. Belə ki, XIX əsrin ilk 



yarısından  “стать,  начать,  начинать  (başlamaq),  хотеть  (istəmək),  мочь 

(bilm


ək, bacarmaq)“ kimi feli köməkçi fellər hesab olunaraq, felin analitik 

formalarını  düzəldən formalar kimi bir çox dilçilər tərəfindən, xüsusən də, 

Az

ərbaycan dilçiləri tərəfindən,  əsasən, mürəkkəb fel əmələ  gətirən formalar 



kimi q

əbul olunurdu. Bəzi dilçilərimiz isə A.A.Potebniya ilə həmfikir olaraq, 

bu f

ormaları  qramatik  kateqoriya  kimi  deyil,  hər  hansı  başlanğıc  ifadə  edən 



m

əntiqi formalar kimi qəbul edirdilər.  

       Bel

əliklə, II mərhələ dövrü, gördüyümüz kimi, analitik formalar haqqında 

qarışıq  fikirlərlə  zəngindir və  ümumiyyətlə, səhvən analitik formaların  hamı-

sını mürəkkəb və tərkibi fellərin daxilində şərhinə daha çox yer verilir, buna 

gör

ə də bu formaların tədqiqi gecikərək, onların tədqiqinin III mərhələsinin ya-



ranmasına  gətirib  çıxarır.  Bu  mərhələdə  türk dillərində  felin analitik forma-

larının bir çox yeni xüsusiyyətləri üzə çıxarılaraq, onların dildə daşıdığı önəm 

v

ə  mahiyyət daha çox dərk olunur. Ümumiyyətlə, XX əsrin 50-ci illərində 



ümumi dilçilikd

ə, xüsusən də  türkologiyada  “analitik  quruluş”  anlayışı  fəal 

müzakir

ə mənbəyi olub, müxtəlif dillərdə analitik formalar haqqında müəyyən 



fikirl

ər irəli sürülürdü.  

       Bu m

ərhələdə  türkologiyada ilk ən böyük, iri həcmli  əsər  A.A.Yuldaşev 

t

ərəfindən  (Аналитические  формы  глагола  в  тюркских  языках,  1965) 



q

ələmə  alınmışdır.  O,  əsərində  türk dillərində  felin  formalarının  elmi-nəzəri 

əsaslarını  tədqiq edərək,  onları  bir  neçə  növə  bölərək,  xüsusi  şəkildə  sis-

 

42 




teml

əşdirir. 

       Mü

əllif qeyd edirdi ki, qədim türk runik abidələrində  analitik fellər 

k

əmiyyət etibarilə  bəzən  çox  hesab  olunmağına  baxmayaraq,  onların  quruluş 



etibaril

ə,  əsasən, hal-hazırda  işlənən  felin  analitik  formalarından  fərqləndiyi 

üçün o, müasir türk dill

ərinin  leksik  bazası  əsasında  tədqiqata  başlanmasını 

daha m

əqsədəuyğun hesab edərək, bu formaların kəmiyyətini aşağıdakı şəkildə 



şərh edərək, dəqiqləşdirir. 

       


A.A.Yuldaşev  hesab  edir  ki,  analitik  formaları  bir  konkret  əlamətə 

əsaslanıb təyin etmək mümkün deyil. Belə ki, eyni dil qrupuna aid olan dillərdə 

bel

ə bir çox hallarda analitik formalar  bir-birindən fərqlənir. Bəzən kəmiyyət, 



b

əzən forma və  bəzən də  tərkib  baxımından  fərqli  olan  bu  formaları  türk 

dill

ərində  də  müəyyənləşdirmək  imkanının  olduğunu  vurğulayaraq,  onları 



k

əmiyyət etbarilə belə müəyyənləşdirməyə çalışır. O, bəzi türk dillərində (türk, 

Az

ərbaycan,  yakut, kumık) bu formaların 50-dən artıq daimi formasını, bəzi-



l

ərində (noqay, qırğız və qaraçay-balkar) 40-50 civarında olan formasını, bəzi 

yerd

ə qalan türk dillərində, xüsusilə də, tuvin dilində, təqribi olaraq, onların 30 



formasını qeyd edir [8, 28]. 

      Gördüyümüz kimi, burada Az

ərbaycan  dili türk dilləri içərisində  felin 

analitik formalarının zənginliyi etibarilə üstün mövqe tutduğu nəzərdən yayın-

mır. Bu da bir daha dilimizin türk dilləri arasında da qədimliyi ilə seçildiyinə 

d

əlalət verir.  



       Onu da qeyd etm

əliyik ki, A.A.Yuldaşev özü də əsərində vurğulayırdı ki, o, 

bütün türk dill

ərində olan analitik fel formalarının ayrı-ayrılıqda malik olduğu 

xüsusiyy

ətləri dərindən tədqiq etməyə çalışmamışdır [8, 15]. O, sadəcə olaraq, 

ümumtürk dilind

ə  bu formalara xas struktur cəhətləri  şərh etməyə  önəm 

vermişdir.  

       


Ondan başqa bir çox dilçilər felin analitik formalarına qrammatikanın bir 

t

ərkib hissəsi kimi yanaşır, bəziləri isə onu frazeoloji vahidlər – sərbəst və sabit 



söz birl

əşmələri kimi qəbul edir. Bir çox dilçilər, ümumiyyətlə, söz birləşməsi 

il

ə  analitik  fel  arasında,  demək olar ki, heç bir sərhəd qoymurlar. Məsələn: 



A.N.Kononov  yazır:  “Fellərin sintaktik-morfoloji  yaranma  üsulundan  başqa, 

tamamil


ə  sintaktik yaranma üsulu da mövcuddur. Bu növ fellər sabit söz 

birl


əşmələridir ki, tamamlıq, zərflik və ya bəzən də mübtəda və feli xəbərdən 

ibar


ətdir və tam vahid bir məfhum ifadə edir. Məsələn: iş görmək, hesab etmək 

v

ə  s.  Başqa  sözlə, müəllifin fikrincə,  “iş  görmək” həm sabit söz birləşməsi, 



h

əm də feldir [5, 278]. 

      Bu zaman onu da qeyd etm

əliyik ki, yalnız bir məfhum ifadə etməsinə, yəni 

bir 

əlamətə  əsaslanaraq, analitik formaları  sabit söz birləşmələrinə  aid etmək 



doğru sayılmaz. Belə ki, sözləri yalnız onların semantik mənalarına əsaslanaraq, 

qruplaşdıraraq sistemləşdirmək dildə  qarma-qarışıqlıq  törədir. Hətta tərkibi 

fell

əri də belə, yalnız bir vahid məna ifadə etməsinə görə qruplaşdırıb, ayrıca 



bir morfoloji vahid kimi göst

ərmək dilin tədqiqi nöqteyi nəzərdən düzgün deyil. 

H

ər bir sintaktik və yaxud da morfoloji tərkiblərin, onu başqa tərkiblərdən fərq-



 

43 



l

əndirən bir çox xüsusiyyətləri olur. Bu xüsusiyyətləri tam müəyyən etdikdən 

v

ə onlara məxsus spesifik cəhətləri göstərdikdən sonra, bu tərkibləri qruplaş-



dırmaq haqqında danışmaq olar.            

         

A.M.Şerbak analitik formaları morfologiyaya aid edirdi. O, qeyd edir ki, 

türk dill

ərində fel düzəltmədə analitik formaların rolu olduqca böyükdür. “Et, 

kıl, bol, ur” və bu kimi başqa analitik formaların köməkçi fel komponenti kimi 

işənən formalarına, demək olar ki, bütün türk dillərində rast gəlinir. Məsələn: 

az

ərb. “ele-“, türkmən “eylə-“, uyqur “ayli-“,  başqırd  “yasa-“, türkcə  “yap-, 



buyur-“

, çuvaş “tu-“, yakut “qin” [7,153]. 

       Bel

əliklə, türk dillərində felin analitik formaları haqqında yazılmış əsərlərə 

əsaslanaraq, onlar haqqında aşağıdakı nəticəyə gəlmək olar: felin analitik for-

maları bütöv mənalı felin və ilk olaraq, heç bir birləşmə strukturlu elementlərdə 

götürülm

əyən və həmin birləşmələrdən yalnız kənarda meydana çıxan; ikincisi, 

bu birl

əşmənin leksik əsasını təşkil edən elementin məntiqi hallarda tam başqa 



element

ə  tətbiq  olunması;  üçüncüsü,  başqa  formanın  mənasının  və  ya felin 

qrammatik sistemd

ə müstəqil, heç nə ilə əvəz olunmayan məna vahidinin üs-

lubi  variantını  təşkil  edən, qrammatik məna  ilə  bağlanmış  müəyyən bir 

köm


əkçi felin hissələrə ayrılmış sintez forması kimi ifadə olunur [8, 26]. 

                                              



ƏDƏBİYYAT 

1. Mirz


əzadə H.İ. Azərbaycan dilinin tarixi morfologiyası. Bakı: 1962, 372 s. 

2. Zeynalov F.R. Müasir türk dill

ərində analitik yolla yaranan fel formaları / Elmi əsərlər. Dil 

v

ə Ədəbiyyat, № 4. Bakı, 1977, 70 s. 



3. Zeynalov F.R. Türk dill

ərinin  müqayisəli  qrammatikası.  I  hissə  (fonetika, leksika, 

morfologiya). Bakı: Maarif, 2008, 353 s. 

4. 


Будагова З.И. Основы грамматики современного азербайджанского языка. 

5. 


Кумахов  М.А.  О,  так  называемых,  аналитических  глаголов.  Академия  Наук  СССР. 

Аналитические конструкции в языках различных типов. М.: Наука, 1965, 343 с. 

6. 

Мусаев П.О. Аналитические формы глагола в языках различных типов. Дис. ... канд. 



филол. наук. Баку, 1996, 145 с. 

7. 


Щербак  А.М.  Очерки  по  сравнительной  морфологии  тюркских  языков  (Глагол).  Ле-

нинград: Наука, 1981, 183 с. 

8. 

Юлдашев  А.А.  Аналитические  формы  глагола  в  тюркских  языках.  М.:  Наука, 1965, 



275 

с. 


 

ОБ ИСТОРИИ ИССЛЕДОВАНИЙ АНАЛИТИЧЕСКИХ  ГЛАГОЛЬНЫХ ФОРМ  

В ТЮРКОЛОГИИ 

 

А.А.ГУМБАТОВА  

 

РЕЗЮМЕ 

 

В этой статье приводим краткий обзор исследований, проведенных за четыре века 

и это, в основном, приводит к трехэтапному развитию. Взглянув на различные мнения 

каждого  лингвиста  на  каждом  этапе,  в  конечном  счете,  можно  прийти  к  мнению,  что 

аналитические формы все еще являются предметом исследований. В результате прихо-

дим  к  выводу,  что  в  словообразовании  глагольных  форм    всех  тюркских  языков  все 

 

44 



больше нужно уделять внимание на исследование аналитических глагольных форм. 

 

Ключевые слова: тюркология, аналитические формы, аналитические глаголы. 

 

 



 

 

ON THE HISTORY OF INVESTIGATION  

OF ANALYTICAL VERB FORMS IN TURKOLOGY 

 

A.A.HUMBATOVA 

 

SUMMARY 

 

In this paper, the four century investigation process of analytical verbs is briefly studied 

and the very investigation leads to their division into three development stages. Taking a look 

at different views of linguists on each stage, analytical forms are still  ultimately emphasized as 

the subject of research. As a result, it is mentioned that a higher priority must be given to the 

analytical verb formations, as they are the main part of the verbal word formation in the Turkic 

languages.  

 

Key words: turkology, analytic forms, analytic verbs.   



 

 

45 



Yüklə 230,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə