№1 Humanitar elml



Yüklə 241,16 Kb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü241,16 Kb.
#55076


71 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elml

ər seriyası   

 

2012 

 

 

 

 

UOT 821 (091) 

 

AZƏRBAYCAN-ALMAN ƏDƏBİ ƏLAQƏLƏRİNİN  

TƏDQİQİ MƏSƏLƏLƏRİNƏ DAİR  

 

H.D.

FƏRHADOVA  

Bakı Dövlət Universiteti 

hicranfarhad@mail.ru 

 

Bu  m

əqalədə Azərbaycan-alman ədəbi əlaqələri araşdırılır. Bunun üçün, ilk növbədə, 

ədəbi əlaqələr üzrə aparılan tədqiqatlar nəzərdən keçirilir. Beləliklə, Azərbaycan-alman ədəbi 

əlaqələrinin tədqiqi məsələləri aydınlaşdırılır və əlaqələrin tədqiqinin perspektiv istiqamətləri 



əyyənləşdirilir. 

 

Açar sözl

ər: Azərbaycan, alman, ədəbiyyat, əlaqə, tədqiq 

 

Az



ərbaycan-Avropa  ədəbi-mədəni  əlaqələrinin  araşdırılmasının  ümumi 

m

ənzərəsində  də  hətta  koordinasiya  edilməmiş  şəkildə  olsa  belə  tədqiqat 



yönüml

ərinin  tənzimlənməsi  mövcuddur.  Belə  ki,  Azərbaycan-alman  ədəbi-

m

ədəni  əlaqələrinin  tədqiqi  sahəsində  Ə.Sultanlı,  Ə.Ağayev,  R.Qayıbova, 



İ.Salmanova,  A.Kazımova,  Ü.Bədəlbəyli,  İ.Rəhimov,  Ş.Xəlilov,  Q.H.Bayra-

mov,  B.Q.Hüseynov,  Z.

Ağayev,  Ə.Rzayev,  A.Ağayev,  L.Əliyeva,  A.Bayra-

mov, F.Mustafayeva v.b. 

əsərləri bu mənzərəni əks etdirir [1; 3; 4; 6; 7 və s. ]. 

Alman-Az


ərbaycan  ədəbi-mədəni  əlaqələri  haqqında  görkəmli  ədəbiy-

yat


şünaslarımızdan  Ə.Sultanlı,  Ə.Ağayev,  M.Rəfili,  C.Cəfərov,  N.Ağazadə, 

Ə.İsmayılov çox qiymətli fikirlər söyləsələr də, həmin əlaqələri  müxtəlif as-

pektl

ərdə  Aqil  Ağayev  («Nizami  alman  dilində»  Bakı,  Gənclik,  1992)  [1], 



H.Arzulu («Alman klassik 

poeziyasının azərbaycan dilinə tərcüməsinin nəzəri 

v

ə praktik prinsipləri» Bakı, Elm, 2003) [16], Flora Əlimirzəyeva-Mustafaye-



va  («Kitabi  D

ədə-Qorqud  dastanın  alman  dilinə  tərcümə  sənətkarlığı»  Bakı, 

Ozan,  1999) (14),  Akif  Bayramov  («Mirz

ə  Şəfi  Vazehin  ədəbi  irsi»,  Bakı, 

Yazıçı, 1980) [4] geniş araşdırmışlar. 

Y.

Mürşüdovun «Alman dilində atalar sözləri və məsəllər və onların ingi-



lis, Az

ərbaycan və rus dillərində qarşılıqları» (Bakı, 1997) [10], Ş.Balakişiye-

vin  «

Koroğlu  dastanı  Avropada» (Bakı,  2005)  [11],  Flora  Əlmirzəyevanın 



«Kitabi-D

ədə Qorqud» dastanlarının alman dilinə tərcüməsi və tədqiqi (Bakı, 

2008) (14), 

adlı doktorluq dissertasiyasında abidənin alman dilinə tərcüməsi, 

n

əşri və tədqiqi məsələləri araşdırılmışdır. 




72 

Yuxarıda adları çəkilən tədqiqatçıların dediklərinə əsaslanaraq XIX əsrin 

əvvəllərində, daha doğrusu məşhur alman şərqşünas alimi və diplomatı Yozef 

fon  Hammer 

Purqştalın  (1774-1886) 1881-ci  ildə  çap  etdirdiyi  «Geschichte 

der  schönen  Redekünste  Persiens» 

kitabı  ilə  başlayır,  desək  səhv  etmərik. 

Düzdür,  burada  Nizami  alman  oxucusuna  fars 

şairi  kimi  təqdim  olunur  və 

ondan 


əlavə  digər  Azərbaycan  şairləri  Əbül-Üla  Gəncəvinin,  Fələki  Şirvani-

nin, 


Marağalı Əhvədinin, Zülfüqar Şirvaninin də haqqında bəhs edilir, ancaq 

h

ər  halda  bunu  alman  oxucusunun  Azərbaycan  ədəbiyyatı  ilə  ilk  və  ətraflı 



tanışlığı  hesab  etmək  olar.  Alman  şairi  Fridrix  fon  Bodenştetin  Mirzə  Şəfi 

Vazehin 


şerlərini  alman  dilinə  tərcümə  etməsini  və  məhz  bu  tərcümələrdən 

sonra  Az

ərbaycan  şairinin  Qərbdə  (M.Şəfi  Şərqdə  yaxşı  tanınırdı)  şöhrətlən-

m

əsini  də  bu  ədəbi  əlaqələrin,  bütün  mübahisəli  cəhətlərinə  baxmayaraq, 



parlaq s

əhifələrindən hesab etmək olar. 

 «Kitabi-D

ədə Qorqud» dastanının, eləcə də şifahi ədəbiyyatımızın, folk-

lorumuzun  dig

ər  nümunələrinin  alman  dilinə  çevirilməsi  XIX  əsrə  təsadüf 

edir. 1815-ci ild

ə H.F.Von Dits «Kitabi-Dədə Qorqud»un VIII boyunu, 1922-

ci  ild

əsə Y.Kunoş «Şah İsmayıl və Gülzar xanım», «Aşıq Qərib», «Tahir və 



Zöhr

ə»  dastanlarını  alman  oxucusuna  çatdırmışlar.  Maraqlıdır  ki,  bu  söz  in-

cil

əri  sonralar  da  alman  şair-filosoflarının,  tərcüməçilərinin  diqqətini  cəlb 



etmiş, XX əsrdə onların tərcüməsinə yenidən qayıdılmışdır. Məsələn, şərqşü-

nas  alim  G.Hayn  1958-ci  ild

ə  «Kitabi-Dədə  Qorqud»u  tam  şəkildə  alman 

dilin


ə  tərcümə  edərək  nəfis  şəkildə  çap  etdirmişdir.  1995-ci  ildə  isə 

Az

ərbaycan  ədəbiyyatının  Almaniyada  yayılmasında  əvəzsiz  xidmətləri  olan 



H.

Əhməd Şmide dastanı yenidən alman dilinə tərcümə etdirmişdir. 

M

əlumdur ki, «Kitabi-Dədə Qorqud»un əlyazmasını 1815-ci ildə Alma-



ni

yanın  Drezden  şəhərindəki  kitabxanada  alman  alimi  F.Dits  aşkarlamış  və 

onun  üz

ərində  ilk  tərcümə  və  tədqiqatı  da  o  aparmışdır.  Təpəgözü  «Oğuz 

siklopu»  olaraq  s

əciyyələndirmiş  və  bununla  da  Qorqudşünaslığın  əsası  Al-

maniyada  qoyu

lmuşdur.  İtalyan  alimi  Ettore  Rossinin  italyan  dilində  Dədə 

Qorqud 

boylarını  tanıtması  ilə  Azərbaycan-italiyan  folklor  əlaqələrində  yeni 



bir  s

əhifə açılmış olur. Abidənin bir nüsxəsinin də Vatikanda saxlanması bu 

əlaqələrə  mənəvi  bir  məna  və  məzmun  əlavə  edir.  Əlyazma  Türkiyədə  elmi 

dövriyy


əyə  yalnız  1915-ci  ildə  daxil  olmuşdur.  Qeyd  edim  ki,  Kilisli  Rifət 

əllim bir çox abidələrdə olduğu kimi bu əlyazmanın da üzünü köçürmüş və 



onu  n

əşr  üçün  hazırlamışdır.  Abidə  Azərbaycanda  1939-da  Həmid  Araslı 

t

ərəfindən ilk dəfə nəşr edilmişdir.  



Türk 

xalqlarının  ortaq  abidəsi  olan  «Divani-Lüğət-it-türk»  də  1915-ci 

ild

ə  Kilisli  Rifət  müəllim  tərəfindən  üzü  köçürüldükdən  sonra  yazma  nüsxə 



300 nüsx

ə olmaqla nəşr olunmuşdur. Artıq 1920-ci illərdə abidə haqqında Av-

ropada  ay

dın təsəvvür yaranmışdır. Alman alimi Karl Vrokkelman «Divan»-

dakı atalar sözlərini seçib alman dilində qarşılıqlarını da verməklə 1922-ci ildə 

n

əşr edib. Bununla da «Divani-lüğət-it-türk» və əski türk atalar sözləri Avropa 



t

ədqiqatları  dövriyyəsinə  qoşulub.  Abidə  1982-ci  ildə  inğilis  alimi  Robert 




73 

Dankof  t

ərəfindən  inğilis  dilinə  tərcümə  edilib  və  Ceyms  Kellinin  redak-

torluğu ilə Londonda nəşr edilib. 

İtaliya alimi Aleççio Bombaçinin məşhur «Türk ədəbiyyatları tarixi» də 

ümumtürk-Avropa 

əlaqələri kontekstini zənginləşdirən faktlardan biridir. 

1975 v


ə 1977-ci illərdə alman dilində nəşr olunan 2 cildlik Azərbaycan 

nağıllarının tərcüməçisi də H.Ə.Şmide olmuşdur. Eləcə də, Hans Fişer 1929-

cu  ild

ə  J.Kapoşun  tərcüməsini  bəyənmədiyi  üçün  «Şah  İsmayıl  və  Gülzar 



xanım» dastanını bütöv şəkildə alman dilinə yenidən tərcümə edərək, ona təx-

min


ən 60 səhifə həcmində elmi təhlil də vermişdir. Ümumiyyətlə, XX əsrdə 

alman oxucusunda Az

ərbaycan ədəbiyyatına maraq böyük olmuşdur. Klassik-

l

ərimizdən  M.F.Axundovun  məşhur  «Müsyö  Jordan  və  dərvişi  Məstəli  şah» 



komediya

sı hələ 1852-ci ildə alman dilinə tərcümə olunmuşdu, lakin XX əsrin 

əvvəllərində alman alim-şərqşünaslarının onun komediyalarına marağı təzədən 

artır. Q.Yakob və T.Mepdel kimi alim-tərcüməçilər Axundovun komediyaları-

na yenid

ən müraciət edərək onların elmi təhlilini də verməyə çalışmışlar. 

Az

ərbaycan ədəbiyyatı nümunələrinin alman dilinə tərcüməsi XX əsrin 



50-ci  ill

ərindən daha da intensivləşmişdir. Ədəbiyyatımızın o dövr üçün orta 

n

əsli hesab olunan M.Hüseyn, S.Vurğun və M.İbrahimovun bir neçə əsəri ilə 



b

ərabər 60-cı illərin nümayəndələri hesab olunan Anarın, Elçinin, M.İbrahim-

b

əyovun  əsərlərinin  alman  dilinə  bir  neçə  dəfə  tərcümə  olunması  bunu  bir 



daha sübut edir. 

Az

ərbaycan ədəbiyyatının alman oxucusuna geniş spektrdə təqdim olun-



ma

sı  baxımından  iki  kitabı  xüsusi  qeyd  etmək  lazımdır.  Bunlardan  birincisi 

«Der  Cranatapfelbaun  Modeme  Azerbaidschanische 

Erzahlinğen»  adlanır  və 

1961-ci ild

ə Berlinin «Volk und Welt» nəşriyyatında çapdan çıxmışdır. Kitab-

da  Sabir 

Əhmədovun,  Ə.Əylislinin,  Anarın,  İlyas  Əfəndiyevin,  Elçinin,  İsa 

Hüseynovun v

ə diğər XX əsr Azərbaycan ədəbiyyatı nümayəndələrinin heka-

y

ələri çap olunmuşdur. 



İkinci kitab isə «Verschlossen mit silbernem Schlüssel» («Gümüş açarla 

bağlanmış») adlanır və 2000-ci ildə Avstriyada nəşr olurmuşdur. Cənubi Qaf-

qaz 

respublikalarının ədəbiyyatına həsr olunmuş bu kitabda hər respublikanın 



ədəbiyyatına,  o  cümlədən  Azərbaycan  ədəbiyyatına  100  səhifə  ayrılmışdır. 

Bölm


əyə  qısa,  lakin  tutumlu  ön  sözündən  sonra  «Kitabi-Dədə  Qorqud»dan 

başlayaraq bugünkü gənc nəslə qədər Nəsimi, S.Vurğun, R.Rza kimi tanınmış 

Az

ərbaycan şairlərinin, C.Məmmədquluzadə, Anar, Y.Səmədoğlu, B.Azəroğlu 



kimi nasirl

ərin yaradıcılığından nümunələr verilmişdir. 

T

ədqiqatlardan  məlum  olur  ki,  alman  ədəbiyyatının  Azərbaycan  dilinə 



t

ərcüməsi, əsasən, XIX əsrin sonlarından başlayır. Azərbaycan oxucusuna təq-

dim olunan ilk alman  mü

əllifi Fridrix Şiller olmuşdur. Ünsizadə adlı bir şəxs 

onun «M

əkr və məhəbbət» faciəsini «Xadə və eşq» adı ilə «Kəşkül» qəzetində 



çap 

etdirmişdir.  Əsrin  əvvəllərində  dahi  Qötenin  «Faust»  əsərinin  ayrı-ayrı 

parça

ların  tərcüməsi  nəzərə  alınmazsa,  deyə  bilərik  ki,  alman  ədəbiyyatının 



Az

ərbaycan dilinə tərcüməsi XX əsrin 30-cu illərindən başlanmışdır. Məhz bu 




74 

ill


ərdə A.Zeğersin «Balıqçıların üsyanı», B.Kellermanın «9 noyabr», E.M.Re-

mark


ın «Qərb cəbhəsində təbəddülat yoxdur» romanları Azərbaycan dilinə tər-

cüm


ə olunmuşdur. 30-40-cı illərin dövrü mətbuatında o dövrün ideologiyasına 

uyğun  olaraq  alman  inqilabçı-demokratları  kimi  təqdim  olunan  Q.Herveqin, 

Q.Veertin 

şerlərinə də rast gəlmək olur. Lakin bütün bunlarla bərabər tərəddüd 

etm

ədən demək olar ki, Azərbaycan oxucusu, ölkəsinin Sovet ittifaqının tərki-



bind

ə olduğu 70 il ərzində, ən çox alman ədəbiyyatının klassiklərini – Qöteni, 

Şilleri, Heyneni tanınmışdır. Bu siyahıya o dövrun idealogiyasına uyğun ola-

raq sosializm realizmi üslubunda yazan A.Zeqers, B.Brext d

ə əlavə olunur. 

Qeyd etm


ək lazımdır ki, bu tərcümələrin hamısı Azərbaycanda xarici dil 

bil


ən  peşəkar  tərcüməçilərin  olmadığı  üçün  rus  dilindən  olunurdu.  Əslində 

burada 


peşəkar tərcüməçilərə ehtiyac da yox idi, çünki bütün sahələrdə olduğu 

kimi 


ədəbiyyatda da hər şeyə ideoloji çərçivədə yanaşılırdı. Yalnız senzuradan 

keç


ən alman müəllifləri Azərbaycan ədəbiyyatına yol tapa bilərdi. 

Yalnız  70-ci  illərdən  sonra  Azərbaycanda  orijinaldan  tərcümə  sənətinə 

xüsusi diqq

ət yetirilməyə başlanmışdır. Dövrü mətbuatda klassiklər, ADR ya-

zıçıları ilə bərabər Henrix Böll, Ziqfrid Ğents, V.Borxert kimi Qərbi Almaniya 

ya

zıçılarının adları da görünməyə başlayır.   



Bizim  milli 

folklorşünaslıqda  «Paris  nüsxəsi»  kimi  tanınan  A.Xodzko-

nun 

yazıya aldırtdırdığı «Koroğlu» variantı ilk dəfə 1842-ci ildə Londonda in-



gilis  dilind

ə  nəşr  edilib.  Bu  nəşrdə  «Koroğlu»  dastanı  ilə  yanaşı  Xəzərətrafı 

xalqla

rın  folklor  nnümunələri  də  təqdim  olunmuşdur.  Xodzkonun  bu  kitaba 



yaz

dığı ön sozlə daştanın bu variantının tədqiqinin əsası qoyulur. Polyak maa-

rifçisi v

ə ədibi T.Lada-Zablotski A.Bakixanovun köməyi ilə «Koroğlu»dan bir 

hiss

əni polyakcaya çevirib və «Şərq» məcmuəsində nəşr edib. 



1842-1843-cü  ill

ərdə  məşhur  fransız  yazıçısı  J.Sand  Xodzkonun  xahişi 

il

ə dastandan 7 məclisi tərcümə edib «Müstəqil icmal» jurnalında hissə-hissə 



çap etdirmişdir. Ümumiyyətlə, 70-80-ci illəri alman dilindən Azərbaycan dili-

n

ə birbaşa tərcümə fəaliyyətinin ən yüksək dövrü hesab etmək olar. S.Sveyqin 



«Novellalar»

ı (tərcümə edənlər Z.Məmmədov, H.Arzulu), E.M.Remarkın «Zə-

f

ər tağı» (tərcümə edəni V.Hacıyev), H.Hessenin «Yalquzaq» (tərcümə edəni 



V.Na

cıyev), L.Feyxtvanqerin «Lautenzak qardaşları» (tərcümə edəni V.Hacı-

yev),  F.

Kafkanın  «Qəsr» (tərcümə  edəni  Ç.Qurbanlı)  romanları  Azərbaycan 

dilin

ə məhz həmin dövrdə tərcümə olunmuşdur. Bu illərdə, rus dilindən olunsa 



da,  E.T.A.

Hofmanın  romantik  nağılları,  S.Hüseynovanın  H.Böllin  «O  illərin 

çör

əyi» povesti isə Ə. Əylislinin tərcüməsində böyük uğur qazandı.  



M

əşhur fransız alimi J.Dümezil osetin erosuna aid əsərində Koroğlu ilə 

əyyən müqayisələr aparmış və bəzi motiv və süjetlərin eyniliyini (məsələn, 



«korun 

övladı») beynəlxalq süjetlər kimi səciyyələndirmişdir. 

İngiliscə nəşrindən bir il sonra Veymar Universitetinin fəxri professoru, 

ədəbiyyatşünas O.Volf eposu alman dilinə tərcümə və Vyanada nəşr etdirib.  

«Kitabi-D

ədə Qorqud»un elm aləminə aşkarlanması və tədqiqi Avropa-

da, 1815-ci ild

ə alman alimi Fridrix fon Ditslə başlanır (Dietz F.Neuentdeskte 




75 

oughusichen Ciklop-Halle und ... Berlin, 1815). Dits VIII Boyu t

ərcümə etmiş 

v

ə  bu boyun əsasında  da  «Oğuz  Siklopu»  adlı  bir məqalə  yazmışdır.  Son 



ill

ərdə H.Arzulunun, Ə.Şirvanlının, Y.Savalanın. Ə.Qubatovun alman dilindən 

t

ərcüməsində H.Heynenin, Y.V.Qötenin, F.Şillerin şeir kitabları alman-Azər-



baycan 

ədəbi əlaqələrinə çox gözəl töhfə hesab oluna bilər. 

Bu  m

əqalədə alman-Azərbaycan ədəbi-mədəni əlaqələrinin tədqiqi mə-



s

ələləri ümumiləşdirilir. Məlum olur ki, bu əlaqələrin öyrənilməsi üçün zəngin 

material 

vardır. Amma bu materialların ədəbi əlaqələr səviyyəsində daha geniş 

v

ə əhatəli tədqiqinə ehtiyac vardır. Bu xüsusilə, XX əsrin birinci yarısına aid 



olan dövr üçün daha da 

aktualdır. Ona görə də, bu əlaqələrin XX əsrin birinci 

ya

rısı dövrünün ətraflı tədqiqi filologiyamızın qarşısında duran vacib məsələ-



l

ərdən biridir. Bu əlaqələrin tədqiqi gələcəkdə Azərbaycan-Avropa elmi-mədə-

ni 

əlaqələrinə öz töhfələrini verəcək, xalqlarımızın ədəbiyyatları arasında mü-



nasib

ətləri daha da yaxınlaşdıracaq. 



 

ƏDƏBİYYAT 

1.

 



 «Nizami v

ə alman ədəbiyyatı», fil.e.d. alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dis-

ser

tasiyanın avtoreferatı. Bakı, 1977, 22 s. 



2.

 

Ağayev Ə. Nizami və dünya ədəbiyyatı. Bakı: Azərnəşr, 1964, 122 s. 



3.

 

Bayramov  A.  Mirz



ə  Şəfi  haqqında  sovet  və  alman  mənbələri  əsasında  tədqiqlər.  Fil.e.n. 

alimlik d

ərəcəsi almaq ücün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı, 1978, 22 s. 

4.

 



X

əlil A. Mahmud Kaşqarlının Türk dillərinin divani kitabında ədəbi mətnlər. Bakı: Səda, 

2001, 128 s. 

5.

 



Sultanlı Ə. Nizaminin «Leyli və Məcnun» poeması və Qərbi Avropa ədəbiyyatı // Azər-

baycan m


əktəbi jur., № 4. Bakı, 1947, s.38-46. 

6.

 



Bombacie A. Histoire de la Litterature turque. Paris, 1968, 144 s. 

7.

 



Woolf V. Moments of Beinq. Unpublished 

autobioğraphical writing. Sussex, 1976, www. 

kirjasto.sci.fi/vwolf.htm.  

8.

 



Хялил А. Азярбайъан-Авропа фолклор ялагяляри. Bak

ı: Elm, 2003, 256 s. 

 

К ВОПРОСУ ИССЛЕДОВАНИЯ АЗЕРБАЙДЖАНО-НЕМЕЦКИХ 

ЛИТЕРАТУРНЫХ СВЯЗЕЙ 

 

Х.Д.ФАРХАДОВА  

 

РЕЗЮМЕ 

 

Статья  посвящена  истории  развития  и  исследования  азербайджано-немецких 



литературных связей. Здесь рассматриваются основные этапы и направления исследова-

ния  этих  связей  как  азербайджанскими,  так  и  немецкими  учеными,  литераторами, 

видными общественными деятелями. Особое место в статье отводится переводам на не-

мецкий  язык  азербайджанских  эпосов  «Китаби-Деде  Коркуд»  и  «Кероглу»,  степени 

исследованности  этих  памятников  не  только  со  стороны  немецких,  но  и  других  евро-

пейских  ученых,  перспективы  их  изучения.  В  заключение  подчеркивается,  что  такие 

взаимосвязи способствуют дальнейшему укреплению и развитию не только литератур-

ных, но и, в целом, культурных связей между Азербайджаном и Германией.  



 

Ключевые слова: Азербайджан, немецкий, литература, связь, исследование 


76 

RESEARCH OF AZERBAIJANI-GERMAN  

LITERARY RELATIONS  

 

H.D.FARHADOVA  

 

SUMMARY 

 

The article is devoted to the history of development and research of Azerbaijani-Ger-

man literary relations,  and studies  basic stages and study methods  of these relations both by 

Azerbaijani, and German scientists, writers and public figures. The article focuses on the study 

of  translations into German of such  Azerbaijani eposes as "Kitabi-Dede  Gorgud" and 

«Koroghlu» into German, the study of researching these monuments not only by German, but 

also  by  other European scientists, and prospects  of their studying. It is concluded, that such 

interrelations promote the further strengthening and development of not only literary, but also 

cultural ties between Azerbaijan and Germany. 

 

Key words: Azerbaijan, German, literature, relations, researching  

 

 



Yüklə 241,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə