1. İdarəetmə strukturunda təsdiqlənmiş mehmanxana işinin təşkilinin əsas modelləri



Yüklə 47,98 Kb.
səhifə1/46
tarix11.05.2022
ölçüsü47,98 Kb.
#86618
  1   2   3   4   5   6   7   8   9   ...   46
aydın mlm.imtahan


1. İdarəetmə strukturunda təsdiqlənmiş mehmanxana işinin təşkilinin əsas modelləri.Dünya mehmanxana sənayesində hələ xx əsrin 50-ci illərindən idarəetmə strukturunda mehmanxana işinin təşkilinin əsas iki modeli təsdiqlənmişdir. I model-Rits modelidir.Rits modeli Avropa nəzakət və zadəgan ənənələrinə əsaslanır. Hazırda bu model böhran keçirir. II model – amerikali sahibkar Kemons Uilsonun adı ilə bağlıdır. “Holiday Inn” mehmanxana şəbəkəsi bu modellə işləyir.Bu modellə müştərilərin ehtiyac və arzularının ödənilməsinə üstünlük verməkə xidmətin yüksək standartlarına riayət olunur. Mehmanxananin geniş dəhlizindən başlamış interyerinə xeyli diqqət verilir. Bu model üzrə fəaliyyət göstərən mehmanxanlara aşağıdakı tələbər qoyulur: - mehmanxanada isifadə olunmuş üslubun vəhdəti;- mehmanxana nişanlarının və reklamlarının eyniliyi; Geniş və funksional vestibül; - daimi müştərilər üçün nəzərdə tutulmuş nömrələr; Müştərilərin cəld və çevik qeydiyyatı; ikinci model üzrə dünyada 50%-dən çox mehmanxan şəbəkəsi fəaliyyət göstərir.III model də mövcuddur. “Könüllü” adlanan mehmanxana şəbəkələri bu qəbildəndir.Bu modelə görə eyni ticarət nişanı altında, hansı ölkədə yerləşməsindən asılı olmayaraq, oxşar əlamətlər üzrə bir standart və xidmətlərə riayət edərək mehmanxanalar birləşir. Mehmanxanalar vahid fonda üzvulük haqqı ödəyirlər.Bununla bərabər mehmanxanaların iqtisadi maliyyə və idarəetmə müstəqillikəri tamamilə saxlanılır. Mahiyyatcə bu şəbəkələr bir müqavilə altında birləşmiş assosasiyalardır. 2. Mehmanxana şəbəkələri onun mahiyyəti. Mehmanxana təsərrüfatının gələcək inkişafı onun qloballaşması ilə bağlıdır. Bu sahədə fəaliyyət göstərən şirkətlər öz ölkələri sərhədlərindən xaricə çıxmadan inkişaf edə bilməz. Beynəlxalq mehmanxana korporasiyalarının inkişafı 70-ci illərin axırında «Boinq-707» və «Boinq-747» təyyarələrinin meydana çıxması ilə əlaqədardır. O zaman beynəlxalq turizmdə sürətli inkişaf var idi ki, bu da beynəlxalq mehmanxana şəbəkələrinin yaranmasına səbəb olmuşdur. Mehmanxana şəbəkələri mehmanxana qruplarından ibarət olur, kollektiv biznesi həyata keçirir və vahid rəhbərliyin nəzarəti altında fəaliyyət göstərir. Mehmanxana şəbəkələrinin rəhbərliyi mehmanxanaların hər hansı bir fəaliyyətindən gəlir götürərək üstünlük əldə edir, eyni zamanda, iş prosesində nöqsanların məsuliyyətini də daşıyır.Turist xarici ölkədə ona tanış olan şirkətin mehmanxanasında özünü rahat və evindəki kimi hiss edir. 3. ABŞ - da mehmanxana şəbəkələrinin yaranması. Beynəlxalq mehmanxana şəbəkələrinin böyük bir qismi ABŞ-a məxsusdur. ABŞ 1948-ci ildə Latın Amerikası ölkələrinin iqtisadiyyatının inkişafı məqsədilə bu ölkələrdə öz filiallarını açmaq və otellər tikmək üçün bir neçə mehmanxana şirkətinə müraciət edir. Yalnız 1950-ci illərin axırlarında «Pan American Airways» şirkəti buna razılıq verir.Artıq 1981-ci ildə dünyanın 50 ölkəsində bu tipli 85 otel yayılmışdı.Konrad Hilton beynəlxalq mehmanxana bazarını mənimsəyən ilk liderlərdən biri idi. O, 1948-ci ildə San Xuanda «Caribe Hilton» otelinin idarəçiliyini ələ keçirir.ABŞ mehmanxana şəbəkələri sistemindən başqa, dünyanın mehmanxana şəbəkələrinə aşağıdakı şirkətlər daxildir: «Accor»,«Trunsthouse Fort» (Böyük Britaniya),«Club Meditrans».   


Yüklə 47,98 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə