1. İqtisadi diplomatiya fənninin predmeti, rolu və əhəmiyyəti



Yüklə 25,7 Kb.
tarix07.01.2022
ölçüsü25,7 Kb.
#82654
İqt.Diplomatiya 1


1. İqtisadi diplomatiya fənninin predmeti, rolu və əhəmiyyəti

İqtisadi diplomatiya dövlətlərarası iqtisadi münasibətlər yarandığı dövrdən formalaşmağa başlamış və tarixi mərhələlər keçməklə müasir dövr üçün yeni tədqiqat sahəsi olmuşdur.

İqtisadi diplomatiya çox tərkibli mürəkkəb katеqoriya malik sahələrdən sayılır.

İqtisadi diplomatik fəaliyyət üsul və vasitələrini sеçərkən xarici iqtisadi siyasətin maraqlarını da nəzərə almalıdır. Hər bir dövlətin beynəlxalq iqtisadi problemləri kompleks şəkildə mürəkkəb olmaqla yanaşı, həmin problemlərin ayr-ayrı strukturlara təsiri mövcuddur.

İqtisadi diplomatiyanın ən qabarıq vəzifələrindən başlıcası isə iqtisadi böhran və vəziyyətlərin effektiv şəkildə nizamlanmasıdır. Beynəlxalq münasibətlər sistemində dünyanın iqtisadi dəyərlərindən bərabər səviyyədə istifadə olunma mexanizmiüçün iqtisadi layihələr hazırlanır.

Bəşəriyyətdə insan resurslarının sayı artdıqca qlobal problemlər də genişlənməkdə davam edir. Qlobal problemlər isə birbaşa və yaxud dolayı yolla iqtisadi məsələlərlə bağlılıq təşkil edir.

Qlobal iqtisadi problemlərin sülh yolu ilə həll olunması üçün iqtisadi diplomatiyanın üsul və vasitlərinə bəşəriyyətin geniş miqyaslı ehtiyacı vardır.

Azərbaycanın İqtisadi diplomatiyasının qarşısında duran ənbaşlıca problem isə “Dağlıq Qarabağ” münaqişəsidir. Münaqişənin diplomatik yolla həll edilməsi xarici siyasətin prioritet istiqamətlərindəndir.

Həmçinin Azərbaycan hal-hazırda uğurlu iqtisadi diplomatik əlaqələr sayəsində regionda lider dövlət çevrilərək, beynəlxalqtəşkilatlar və qurumlarda öz mövqeyini gücləndirməkdə davamedir.

Son illər ərzində ölkədə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında böyük əhəmiyyətəmalikdir.

Diplomatiya beynəlxalq münasibətlərlə sıx əlaqədar olduğundan tarixə nəzər salsaq, erkən dövlətlərin arasında dadiplomatik münasibətlərin mövcudluğunu görə bilərik.

Dövlətlərarası müqavilələr beynəlxalq münasibətlər tarixində, beynəlxalqhüquq nəzəriyyələrində tədqiq edilməklə yanaşı diplomatiya elmində də mühüm araşdırma elementidir.

Diplomatiya ilkin olaraqinsan cəmiyyətləri arasında qarsılıqlı əlaqənin imzasız formasi kimi yaranmışdır. Dünya diplomatiyasının fəaliyyət metodikasındada hər zaman dəyişikliklər baş verməkdə davam edir.

Diplomatiya öz inkişaf bünövrəsini qədim Roma və Yunanıstanda tapmışdır. Qədim Romada diplomatik yığıncaqlarda əsasən hərb və sülh məsələri müzakirəyə çıxarılırdı.

Diplomatiyadövlət fəaliyyətinin gündəlik forması kimi XVI-XVII əsrlərdəmeydana çıxmışdır.

Diplomatiya anlayışı müasir anlamda tarixi mənbələrdə ilkdəfə Fransa diplomatı Fransua Kalyerin 1716-cı ildə çap olunmuş“Hökmdarlarla danışıqlar aparılmasının üsulları” adlı kitabındaistifadə edilmişdir. I Napoleon isə “diplomatiya”-nı «təmtəraqlı libas geyinmiş siyasət» adlandırırdı.

Rus dilli mənbələrdə “diplomatiya” terminin ən optimal izahı belə verilir: «Diplomatiya – həll edilən məsələlərin xarakteri vəkonkret şərtlərini nəzərə alaraq, tətbiq edilən qeyri-hərbi praktikitədbirlər, metod və üsulların məcmusundan ibarət dövlətin xaricisiyasətini həyata keçirmə vasitəsidir; dövlətin xarici siyasətininməqsəd və vəzifələrinin həyata keçirilməsi, dövlətin hüquq və maraqlarının, onun xaricdəki qurumlarının və vətəndaşlarının müdafiəsi üzrə dövlət başçıları və hökümətlərin, xarici işlər nazirliklərinin, xarici işlər qurumlarının, xaricdəki diplomatik nümayəndəliklərinin, beynəlxalq konfranslarda nümayəndə heyətlərininrəsmi fəaliyyətidir».

İngilis diplomatı E.Sataunun fikrincə isə «Diplomatiya –müstəqil dövlətlər və hökümətlər arasında rəsmi əlaqələrin formalaşması üçün ağıl və taktikanın tətbiq olunmasıdır».

Martensisə “diplomatiya” belə tərif verirdi: «Dövlətlərin xarici əlaqələri,yaxud xarici işləri haqqında elm, daha dar mənada isə danışıqlaraparmaq elmi və məharətidir».

Margentauna görə isə diplomatiya ixtiyarında üç vasitə(kompromis, güclə hədələmə, inandırmaq) vardır. “Diplomatiyamədəniyyəti o deməkdir ki, ixtiyarda olan bu üç vasitədən lazımolan konkret zamanda düzgün seçim edilsin”. İtalyan diplomat

“Hökümdar” əsərində belə deyir. “Mübarizə iki cür olur: birisi –qanun, o birisi isə güc vasitəsi ilə. Birinci yol insanlara, ikinci yolisə heyvanlara xasdır, lakin çox vaxt birinci vasitə kifayət etmədiyi üçün ikinci üsula əl atmaq məcburiyyəti yaranır. İlanları yaxşıtanımaq üçün tülkü olmaq lazımdır; qurdlarla hesablaşmaq üçünisə aslan olmaq lazımdır. Xeyirxahlıq yolundan dönməmək, amma lazım olanda pislik, şər yoluna da qədəm basmağı bacarmaqvacibdir”.

Həmçinin Margentau belə hesab edir ki, diplomatiya birelm kimi 4 elementi nəzərə almalıdır.

1. Diplomatiya ixtiyarında və potensialında həqiqətən olanüvvəni hesaba almaqla öz məqsədini müəyyənləşdirməlidir.

2. Diplomatiya digər ölkələrin də məqsədlərin qiymətləndirməli və həmin məqsədi həyata keçirmək üçün həqiqətən də potensialgücü də qiymətləndirilməlidir.

3. Diplomatiya müəyyənləşdirilməlidir ki ,fərqli olan bu məqsədlər hansı səviyyədə bir-birilə uyğunlaşırlar.

4. Diplomatiya bu məqsədlərin reallaşması üçün lazım olanvasitələrdən istifadə etməlidir.

Qədim Şərq də diplomatiya özünəməxsus inkişaf yolu keçmişdir. Dövlətlər yarandığı vaxtdan diplomatik münasibətlərmüxtəlif formalarda təkamül tapmışdır. Tarixi mənbələrə görəMisirdə erkən dövlət birləşmələri eradan əvvəl dördüncü min illiyin birinci yarısında meydana gəlmişdir. Assuriya dövləti isə eradan əvvəl XXIII əsrdə yaranmışdır. Manunun Hind qanunlarınagörə “Diplomatiya məharəti sülhü möhkəmləndirmək və müharibənin qarşısını almaq bacarığından ibarətdir.”

Diplomatiya bir anlayış olaraq həmçinin özündə təmsilçilik,vasitəçilik, əlaqələndiricilik anlayışlarının üniversal ifadəsidir.

Diplomatiyanın hamı tərəfindən qəbul edilən vahid tərifi isə yoxdur. Diplomatiya ölkənin milli maraqlarını nəzərə almaqla daxiliqurumları ilə xarici ölkələrin qurumları arasında əlaqə yaradan birsahədir. Hər bir dövlətin və ya qurumun baş diplomatı həmin dövlətin və ya qurumun rəhbəri hesab olunur. Həmin şəxslər daxildəvə xaricdə diplomatiyanın perspektiv inkişaf istiqamətlərinimüəyyən edir və bu barədə sazişlər, müqavilələr imzalayırlar. Hərbir diplomat rəhbərlik etdiyi dövlət və ya qurumun mənafeyiniqoruyan onun milli maraqlarını beynəlxalq aləmdə müdafiə edənvasitəçi rolunu oynayır.

Diplomatiyada həmçinin köhnə və yеni diplomatiya anlayışları da ayırd еdilir. Ötən əsrin əvvəllərində “köhnədiplomatiya” öz gücünü itirdi və “yeni diplomatiya” meydana

gəldi. Köhnə diplomatiya əsasən iri dövlətləri o cümlədən əsasənAvropa dövlətlərini əhatə edirdisə, yeni diplomatiya qlobaldünyanın bütün dövlətlərini əhatə edirdi.

Köhnə diplomatiyanın qalıqlarından olan din amili müasirdiplomatiyanın perspektiv inkişafı üçün mənfi impuls verici qüvvələrdən sayılır. Avropa diplomatiyasında hələ də mövcud olanbu amil ölkəmizin, həmçinin Türkiyə Respublikasının AvropaBirliyinə daxil olması üçün yaranan əngəllər siyahısındadır.

“Nigah diplomatiyası”da köhnə diplomatiyanın qalıqlarındandır. Dövlətlərarası diplomatik əlaqələri tənzimləmək üçün orta əsrlər dövründə diplomatiyanın bu amilindən istifadə daha çox

rast gəlinir. Azərbaycanda mövcud olmuş dövlətlərdə də “nigahdiplomatiyasından” istifadə olunması barədə məlumatlar arxiv sənədlərdə mövcuddur.

Diplomatiya sözünün hərfi mənası haqda isə bir sıra müxtəlif fikir və mülahizələr mövcuddur. Diplomatiyanın “diplom” (yunan dilində diploma-ikiqat yığılmış sənədlər deməkdir) sözündənolduğunu qeyd etmək daha dolğundur. Fransızca isə “la diplomatique” (diplomatika) termini qədim sənədlərin şifrlərini açma mənasını verir.

«Diplomatiya» sözü dar mənada isə dövlətlərin və ya qurumların xarici siyasətinin həyata keçirmə vasitəsi kimi də ifadəedilir.

Diplomat peşəsi isə XV əsrdə ilk daimi diplomatik missiyaların yaranması ilə yaranmışdır. Tarixdə ilk daimi diplomat Milanhersoqu Françesko Sfortso tərəfindən 1455-ci ildə

Genuyada təsisedilmişdir. Bu dövrdən başlayaraq daimi fəaliyyət üçün səfirliklərvə missiyalar açılması prosesi sürətləndi. Hər bir diplomat seçilərkən onun peşəkarlığı ilə yanaşı mənəvi keyfiyyətlərə malik olmalısı ilə də seçilirdi. Zaman keçdikcə diplomatik iyeraxiya da formalaşmışdır.

Tanınmış fransız diplomat Taleyranın fikrincə isə diplomat3 keyfiyyətə malik olmalıdır:

a) vətənpərvər;

b) peşəkar;

c) əxlaqlı.

XVI əsr Venetsiya diplomatı Ottaviano Madci ideal diplomat haqqında düşüncələrini bölüşərək yazır:

“Diplomat gözəlalim olmalı, fəlsəfəni gözəl bilməli, Ərəstunu və Əflatunu dərindən öyrənməlidir. O hər an ən mücərrəd problemləri dialektik ardıcıllıqla şərh etməyi bacarmalıdır. Diplomat klassiklərə bələdliklə yanaşı, riyaziyyatdan, fizikadan və hüquq elmindən xəbərdarolmalıdır. Latın dilinin incəliklərini bilməklə yanaşı, yunan,ispan, fransız və türk dillərində danışmağı bacarmalıdır.Diplomatın tarix, coğrafiya, hərb sənəti sahəsində bilikləri olmalı,şairləri inkar etməməli, yanında Homerin əsərlərinigəzdirməlidir”.

Diplomatların səfərlər zamanı öz qadınlarını özləri ilə birgəaparması məsələsi diplomatiyada fikir ayrılığıdır. Bəzi analtiklərhesab edir ki, qadınlar söz tutmaqda etibarlı olmadığı üçün həyat yoldaşları ilə birgə səfərdə olması düzgün deyil. Müasir diplomatiya isə bunu inkar edir.

Q.Flober « Hamıya məlum həqiqətlərin leksikonu » əsərində diplomatlar barədə ironiya işlədərək fikrini belə qeyd edir:

«Gözəl karyeradır, lakin təhlükələr və çətinliklərlə doludur. Yalnız əsilzadə şəxslərə məxsusdur. Qeyri-müəyyən əhəmiyyətliməşğuliyyətdir, lakin kommersiyadan yüksəkdir. Diplomat həmişə incə və səmimidir.»

Diplomatiyada beynəlxalq konfransların, seminarların, təcrübə proqramlarının və s. həyata keçirilməsi və təşkili mühümkomponentlərdən sayılır. Belə tipli tədbirlər həyata keçirilərkənəsas nəzərə çarpacaq elementlər aşağıdakılardır:

a) düzgün yer seçimi;

b) tədbirin iş və rəsmi dili;

c) vizitkaların cəlb ediciliyi;

ç) dəvət olunanlara verilən imtiyaz və immunitetlər ;

d) tədbirin açılış və bağlanış mərasimləri ;

e) tədbirə dəvət alanların düzgün əyləşdirmə mexanizmi;

ə) qəbul ediləcək qətnamə və qərarların legitimliyi ;

x) müşahidəçilərin tədbirdə iştirakının müəyyən edilməsi ;

f) vizitkalar təqdim ediləcək şəxslərin nüfuzu;

g) düzgün sədr seçimi ;

ğ) tədbir zamanı maksimum səviyyədə təhlükəsizliyin təmini;

h) KİV-ın tədbiri optimal səviyyədə işiqlandırması;

i) tərcüməçilərin və ya draqomanların ideal səviyyədə olmasıvə sair.

Beynəlxalq münasibətlərini araşdıran bəzi tarixçilər hesabedir ki, “klassik diplomatiya” 1815-ci ildə Vyana konqresindənBirinci Dünya müharibəsinə qədər mövcud olmuş, kardinal Rişelyenin “siyasi vəziyyətində” işlənib hazırlanan “daimi danışıqlar”nəzəriyyəsi isə müasir diplomatiyanın əsasını təşkil etmişdir.

Dövlətlər və ya qurumlar üçün diplomatik tanınma məsələsinin siyasi əhəmiyyəti böyük dərəcədədir. Beynəlxalq təcrübəyə uyğun olaraq yeni dövlətin və ya qurumun tanınmasının aşağıdakıiki forması mövcuddur:

a) de-fakto-natamam tanınma ;

b)de-yure-tam şəkildə diplomatik tanınma.

Azərbaycanda diplomatik münasibətlərin inkişafının özünəməxsus tarixi inkişaf mərhələri mövcuddur. Tarixə nəzər salsaqgörərik ki, hətta Sara Xatun kimi azərbaycanlı qadın diplomatlarolmuşdur. Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində Sara xatunun rolu daha mühüm idi. Uzun Həsən bütünxarici siyasət məsələlərini onunla məsləhətləşir, ən məsul diplomatik danışıqlar üçün onu göndərirdi. Qaffari, Tarixi Cahan Araəsərində deyir:

“Uzun Həsənin anası Sara Xatun olduqca adil,muşfiq və işini bilən bir hakim idi”.

Həmçinin Venesiyadan Ağqoyunlu dövlətinə göndərilən,demək olar ki, bütün diplomatik sənədlərdə Sara Xatununadı çəkilir, ondan bəhs olunur. Bunlardan birində deyilir: “Hökmdar Uzun Həsənin anası Sara Xatuna da ehtiram göstər, hədiyyələr ver, Azərbaycanda qəbul olunmuş şəkildə ad və sanına layiqtərzdə çıxışlar edib onu Türkiyə (Osmanlı) ilə müharibəyə davametdirməyə çağır. Oğlanları, qardaşı və nəvələri üçün bu işin nəqədər vacib olduğunu şəxsiyyətinə uyğun olan ifadələrlə izah et.”

Şərqdə yaranmış ilk demokratik respublika olan -Azərbaycan Xalq Cumhuriyyəti (AXC) dövründə müstəqiliyimizin tanınması üçün böyük diplomatik zəfərlər əldə edilmişdir. 1918-ci ilin4 iyun tarixində Osmanlı ilə Cumhuriyyət arasında “Sülh və dostluq haqqında” müqaviləyə əsasən isə Osmanlı Cumhuriyyətinmüstəqiliyini tanıyan ilk dövlət oldu. Diplomatik zəfərlərin sayəsində Bakıda bir sıra dövlətlərin konsulluqları açılmış və ABŞ, İngiltərə, İtaliya kimi dövlətlərlə iqtisadi diplomatik əlaqələr qurulmağa başlamışdır. Daha sonra İranla bağlanan sazişlərə əsasənTehranda Azərbaycan səfirliyi, Təbriz şəhərində isə baş konsulluqaçılmışdır. Həmçinin Cumhuriyyətin yeritdiyi xarici siyasət dövlət quruculuğuna əsaslı töhvə verməklə yanaşı Azərbaycan diplomatiyasi üçün böyük əhəmiyyət kəsb edirdi.

Lakin 1920-ci ilin aprel ayının 28-də Azərbaycanın XI Qızıl ordu tərəfindən işğalı

ilə ölkəni beynəlxalq aləmdə suverən bir dövlət kimi siyasət yeritməsinə xitam verildi. Xarici iqtisadi əlaqələr SSRİ-nin dövlətinhisarı altında cəmləşdi. Sovet Rusiyasının əsarəti dövründəCumhuriyyət ərazisinin 27 min kvadrat kilometrdən bir qədərçox hissəsi Azərbaycanın əlindən alındı.

Daha sonra Sovetlər birliyinin tərkibindən çıxaraq 1991-ciil 18 oktyabrda yenidən müstəqillik qazanan Azərbaycan beynəlxalq münasibətlər sistemində diplomatik əlaqələrin qurulmasıüçün öz məqsəd və mənafelərini ortaya qoydu. Lakin həmin zaman ölkədə gedən müharibə, hakimiyyət uğrunda mübarizə vəmövcud iqtisadi həyat tərzinin aşağı səviyyəsi, böhran şəraiti diplomatik əlaqələrin genişlənməsinə maneə olurdu.

1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətəgəlişi ilə güclü inkişaf strategiyasının əsası qoyuldu. AzərbaycanRespublikası ilə digər dövlətlər və beynəlxalq təşkilatlar arasında

diplomatik əlaqlələr yeni mərhələdə inkişaf etməyə başladı və ölkənin qloballaşan dünya iqtisadiyyatına birbaşa real inteqrasiya(sözü latınca («integro») - «bərpa olunma», «tamamlanma» və yaxud [«intager»] «bütöv», «bütünləşmə» mənalarını verir.) imkanları genişləndi. Azərbaycanın dünyanın bir neçə ölkəsində diplomatik nümayəndəlikləri (konsulluqlar, səfirliklər), bir sıra xaricidövlətlərin diplomatik nümayəndəlikləri isə Azərbaycan Respublikasında fəaliyyətə başladı.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan MuxtarRespublikasının hüquqi statusu ilə bağlı məsələlər isə 16 mart1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars müqavilələrinə əsaslanır.

Lakin 1929-ci il 18 fevral tarixində həminbeynəlxalq müqavilələrin şərtləri kobud şəkildə pozularaq 657kvadrat kilometr ərazi (Muxtar Respublikanın Qurdqulaq, Xaçik,Horadiz, Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy, Qorçevankəndləri və Kilit kəndinin bir hissəsi) Ermənistana verilib.

Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin təsis edildiyi gün - “9 iyul” tarixi Azərbaycanda DiplomatiyaGünü kimi qeyd olunmaqla, diplomatik xidmət orqanlarının peşəbayramıdır.

Cümhuriyyətin ilk xarici işlər naziri MəmmədhəsənHacınski, daha sonra isə Əlimərdan bəy Topçubaşov, Fətəli xanXoyski, Məmməd Cəfərov olmuşdur.

Kuinsi Rayt isə diplomatiyanı iki səviyyədə - ümumi düşüncə və xüsusi düşüncə olaraq müəyyən еdirdi. Ümumi düşüncəyəgörə, diplomatiya "danışıqlarda və ya qarşılıqlı əlaqə zamanı taktın, fərasətin və ya bacarığın istifadəsıdir", xüsusi düşüncəyə görəisə diplomatiya "müharibənin mümkün olduğu siyasət sistеmi daxilində minimum xərclərlə maksimum qrup məqsədlərinə nail olmaq üçün danışıq sənətidir."

Müasir dövrdə həmçinin dövlətlər öz mövcudluğunu ikiyolla təsdiq etdirir.

1) ikitərəfli diplomatiya - dövlətlər arası münasibətlər;

2) çoxtərəfli diplomatiya - beynəlxalq təşkilatlar və qurumlarvasitəsi ilə tanınma.

Diplomatiya tədqiqatçılar tərəfindən hərbi, siyasi, ictimai,iqtisadi və s qollara ayrılır.

Hərbi diplomatiya - dövlətlərin silahlı qüvvələrinin qüdrətliolması və perspektiv inkişafı üçün hərbi diplomatik əlaqələrə zərurət vardır. Hərbi attaşe silahların alınıb satılmasında eləcə dəbirgə keçirilən hərbi təlimlərdə iştirak üçün hərbi diplomatlarınrolu böyükdür. Hətta qədim Misirdə köçəri tayfalar arasında müharibələrə başlamazdan qabaq diplomatik danışıqlar aparmaq kimi praktika mövcud idi.

İctimai diplomatiya (xalq diplomatiyası) - Qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunub saxlanmasında, o cümlədəntəbliğ edilməsində, insanlar və ictimai xadimlər arasında olan təmasın optimallığına ictimai diplomatiya böyük töhfə verir.

Hərbir ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyət prinsiplərinəuyğun olaraq öz ölkəsinin haqq səsini dünyaya çatdırmaq və ictimai mediada geniş şəkildə təbliğ və təşviq etmək qarşıya qoyulanməqsədlərdəndir. Müasir informasiya və kommunikasiya texnologiyalarının inkişafı nəticəsində son illər ərzində ictimai diplomatiyanın inkişaf tempində interaktivlik müşahidə olunmaqdadır.

İctimai diplomatik əlaqələrin inkişafının müasir forması beynəlxalqticarət sazişlərinin operativliyinə və cəldliyinə şərait yaratmaqladiplomatiyada yeni mexanizmlərin meydana gəlməsi üçün realfaktorlara effektiv təsir edir. Modernləşən xarici siyasətin həyatakeçirilməsində diplomatik əlaqələr zamanı ictimai diplomatiyanınoynadığı rol aktual görünür.

Hər bir diplomat öz növbəsində şəxsi mənfəətini düşünməlideyil, təmsil etdiyi xalqın, dövlətin, qurumun fikirini ifadə etməlidir. Həmçinin Vyana konvensiyasının 42-ci maddəsinə əsasən isədiplomatik agent yerləşmə dövlətində şəxsi mənfəət məqsədiləpeşə və kommersiya fəaliyyəti ilə məşğul olması qadağan olunur.

Azərbaycan torpaqlarının daşnak Ermənistan tərəfindən işğalı və onların törətdikləri insanlığa sığmayan ağır tərkibli cinayətləri beynəlxalq ictimai diplomatiya vasitəsi ilə dünyada çatdırmaq hər bir ölkə vətəndaşının borcudur. Ermənistanın yeritdiyiqeyri-konstruktiv xarici siyasət təkcə Azərbaycan üçün yox bütünregion üçün ciddi təhlükə mənbəyidir. Dünya azərbaycanlılarınınhər zaman vahid bir halda öz fikrini bildirməsi təqdirə layiq arzuolunan haldır.

Müasir informasiya mühitində xaricdə yaşayan azərbaycanlıların övladlarının azərbaycan dilində biliklərə yiyələnməsi üçünvirtual olaraq Azərbaycan dilinin tədrisi məktəbi yaradılması dünya azərbaycanlılarının birlik və həmrəyliyi üçün effektiv hal olabilər.

Siyasi diplomatiya - Dövlət hakimiyyətinin bütövlüyün qorunub saxlanmasında və dövlətlər arasında əlaqələrin qurulmasında şəxslərin siyasi fəaliyyəti mövcuddur. Siyasi diplomatik əlaqələrin qurulmasında siyasi partiyalar, siyasi ideyalar və nəzəriyyələr mühüm rol oynayır.

Mədəni diplomatiya - Beynəlxalq münasibətlər sistemindədövlətlərin xarici mədəniyyət siyasəti dövlət siyasətinin tərkibhissəsini təşkil edir. Mədəni əlaqələr xalqlar,millətlər və dinlər arası irqi, dini ayrı seçkiliyin aradan qaldırmasında mühüm amilkimi təzahür edir. Dünya mədəniyyətinin kompleks şəkildə formalaşmasında beynəlxalq təşkilatların (qurumların ) rolu vardır.

BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO mədəni irsin qorunub saxlanması üçün atdığı addımlar təqdirə layiq hesab olunur.

Ötən əsrin doxsanıncı illərində “TÜRKSOY”-un yaradılması da türkdilli dövlətlərin mədəniyyət əlaqələrinin yeni müstəvidə möhkəmlənməsinə zəmin yaratdı.Azərbaycanda isə tolerantlığın və mültikulturalizmin inkişafı digər türk dövlətləri ilə mövcud olan diplomatik əlaqələrə öz müsbət təsirini göstərməkdə davam edir. “TÜRKSOY”-un türk dünyasının həmrəyliyi istiqamətində fəaliyyət intensivliyi iqtisadi əlaqələrdə də öz əksini tapır.

Bəzi tədqiqatçılar isə mədəni diplomatiyanı ictimai diplomatiyanın tərkib hissəsi kimi qeyd edirlər.

Gizli diplomatiya - Diplomatiyanın bu qolunu “səssiz diplomatiya” da adlandırırlar. Tarixə nəzər salsaq hələ qədim dövrlərdə Avropada Roma və Yunanıstda dövlətlər arası yazışmaların birneçəsi saraylarda gizli şəkildə aparılırdı. Həmçinin yəhudi əsilli,ötən əsrdə ABŞ-ın Xarici İşlər Naziri postunu tutmuş amerikandiplomat Henri Kissincer diplomatiya ilə məşğul olarkən ehtiyyatlılıq və praqmatizm tövsiyyə edirdi. Onun fikrincə təktərəfliqalibiyyət uzun müddət davam edə bilməz, çünki qarşı tərəfin dəmaraq və mənafeləri vardır. Nəticə etibarı ilə diplomatik qalibiyyətlər gələcəyi ipoteka altına alır. Bu səbəblərdən də dolayı “gizlidiplomatiya” ehtiyac vardır.




Yüklə 25,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə