1 İqtisadiyyatın kredit yükü: “qızıl orta” axtarışında



Yüklə 88,63 Kb.
Pdf görüntüsü
tarix04.04.2018
ölçüsü88,63 Kb.
#35868


 

İqtisadiyyatın kredit yükü: “qızıl orta” axtarışında 



(Müəllif: Bəhruz Əhmədov, ABA-nın eksperti) 

 

*** 


Müasir banklar, sələfi olduqları orta əsr Venesiya, Florensiya və Genuya 

banklarından istər göstərdikləri xidmətlər, istərsə də iqtisadiyyatda oynadıqları 

rol baxımından əhəmiyyətli dərəcədə fərqlənir. Hazırda kommersiya bankları öz 

müştərilərinə  çox  geniş  çeşidli  xidmətlər  təklif  edir  və  əməliyyatlar  yerinə 

yetirir. Ayrılıqda hər bir bank əməliyyatı lokal səciyyə daşısa da, banklar ümumi 

iqtisadi  inkişafda,  onun  yönləndirilməsi  və  idarə  olunmasında  son  dərəcə 

mühüm rol oynayır.  

Kommersiya  bankları  iqtisadiyyatdakı  sərbəst  vəsaitləri  investisiyaya 

çevirməklə,  iri  biznes  layihələrinin  gerçəkləşdirilməsi  üçün  kapitalın 

təmərküzləşməsini,  bəzənsə  kiçik  layihələrin  həyata  keçirilməsi  üçün 

parçalanmasını  təmin  edir.  Eyni  zamanda,  banklar  maliyyə  resurslarının 

sahələrarası  axınına  və  bu  yolla  iqtisadi  artımın  balanslaşdırılmasına, 

resurslardan  daha  effektiv  istifadə  olunmasına  yardım  edir,  həmçinin  pul 

tədavülünü  sürətləndirir,  dövlət  orqanlarının  pul  siyasəti  sahəsindəki 

qərarlarının real iqtisadiyyata ötürülməsində əhəmiyyətli rol oynayır. 

Bütün  bunlar  o  zaman  baş  verir  ki,  bankların  iqtisadi  proseslərdə  iştirak 

payı  -  nə  az,  nə  də  ki  çox  -  yetərli  səviyyədə  olsun.  Banklar  vasitəçilik 

funskiyalarını  aşağı  səviyyədə  yerinə  yetirdikdə  iqtisadiyyatda  formalaşan 

sərbəst  pul  vəsaitlərinin  investisiyalara  çevrilməsi  ləngiyir  və  ya  ümumiyyətlə 

baş vermir, nəticədə iqtisadiyyatın artım potensialı reallaşmamış qalır. Banklar 

iqtisadiyyatı  həddən  artıq  kreditləşdirdikdə  isə  onun  borc  yükünü  artırmaqla 

maliyyə  stabilliyinə  təhlükə  yaradır  və  bu  yolla  iqtisadiyyatın  uzunmüddətli 

artım tempini zəiflətmiş olur.  Deməli, əsas məsələ imkanlarla risklərin arasında 

“qızıl orta”nı tapmaqdır. 

*** 


 

Kredit yükü və onun ölçülməsi haqqında 

Kommersiya banklarının müxtəlif məqsədlərlə verdiyi kreditlər bir tərəfdən 

ayrı-ayrı  şirkətlərin  və  şəxslərin  biznes  fəaliyyətinin  genişləndirilməsinə,  digər 

tərəfdən  insanların  həyat  şəraitinin  yaxşılaşdırılmasına  (ev,  avtomobil,  ev 

əşyaları və s. alınmasına) şərait yaradır.  

Əlbəttə,  kredit,  özlüyündə  borcun  bir  növü  olduğundan,  həm  ayrılıqda 

fərdlər və şirkətlər, həm də bütövlükdə iqtisadiyyat üçün onun bəlli bir səviyyəsi 

mövcuddur  ki,  bu  səviyyədən  artıq  kreditlə  yüklənmə  sonrakı  dövr  üçün 

müəyyən problemlər yarada bilir: fərdlər üçün həyat standartının aşağı düşməsi, 

şirkətlər  üçün  defolt  (müflisləşmə),  iqtisadiyyat  üçün  isə  krizis  və  ya  maliyyə 

turbulensi. Sözsüz ki, bu riskli səviyyə zamana və ölkənin xüsusiyyətlərinə görə 

dəyişə bilir.  

Hazırda  iqtisadçılar  tərəfindən  kredit  yükünün  ölçülməsində  müxtəlif 

göstəricilərdən istifadə edilməkdədir ki, bunların ən geniş yayılanı (elə həm də 

ən  sadəsi)  iqtisadiyyatın  və  ev  təsərrüfatlarının  (ailələrin)  kredit  yükü 

göstəriciləridir.  İqtisadiyyatın  kredit  yükü  iqtisadiyyata  məcmu  kredit 

qoyuluşlarının  ümumi  daxili  məhsula  (ÜDM-ə)  nisbəti,  ev  təsərrüfatlarının 

kredit  yükü  isə  fiziki  şəxslərə  verilən  kreditlərin  onların  gəlirlərinə  nisbəti  

şəklində ifadə olunur. Belə sadə ifadə forması iqtisadiyyatın kreditlə yüklənmə 

səviyyəsinin  dinamikasını  izləmək  və  təhlil  etmək,  eyni  zamanda    beynəlxalq-

müqayisəli təhlillər aparmaq üçün də kifayət qədər əlverişlidir.  

 

Dünya iqtisadiyyatında kredit yükü mənzərəsi 

Bütövlükdə  dünya  iqtisadiyyatında  1980-ci  illərdən  başlayaraq  kredit 

yükündə  sürətli  artım  müşahidə  edilmişdir.  Xüsusilə,  1980-99-cu  illərdə  artım 

daha kəskin xarakterli olmuş, bu illər ərzində dünya iqtisadiyyatının kredit yükü 

91.5%-dən 

168.1%-ə 

qədər 

yüksəlmişdir.  90-cı  illərin  sonlarında, 



formalaşmaqda olan bazar iqtisadiyyatı ölkələrində (FBÖ) baş verən böhranlar - 

1997-98-ci  illər  Cənub-şərqi  Asiya,  1998-ci  il  Rusiya,  1999-cu  il  Braziliya  və 




 

Türkiyə  böhranları  -  və  2001-ci  ildə  ABŞ  iqtisadiyyatındakı  durğunluq  1999-



2002-ci  illərdə  kredit  yükünün  azalması  (156.6%-ə  düşmüşdür),  daha  sonra  isə 

2003-2007-ci  illərdə  stabilləşməsi  (159-161%  aralığında)  ilə  nəticələnmişdir. 

Ardınca  2008-ci  ildə  baş  verən  qlobal  maliyyə  böhranının  təsirilə  155.7%-ə 

qədər  azalan  kredit  yükü,  əsas  hissəsi  2009-cu  ildə  reallaşdırılan  “xilas 

paketləri”nin  nəticəsi  kimi  yenidən  kəskin  artaraq  2009-cu  ildə  169.4%-ə 

çatmışdır. Sonrakı dövrdə nisbətən stabilləşən bu göstərici 2014-cü ildə 172.6% 

təşkil etmişdir. 

Ayrılıqda ölkələr və ölkə qrupları üzrə kredit yükü göstəricisinə gəldikdə, 

burada dünya ölkələrinin iqtisadi inkişaf səviyyəsinə görə dəyişkənlik müşahidə 

olunmaqdadır.  Yüksək  gəlirli  ölkələrin  daha  yaxşı  inkişaf  etmiş  maliyyə 

bazarlarına  və  bank  sisteminə,  həmçinin  daha  müasir  risk  menecment  və 

informasiya  sistemlərinə  malik  olması  həmin  iqtisadiyyatlara  daha  çox  kredit 

reallaşdırmaq imkanı verir. Nisbətən aşağı və orta gəlirli ölkələrdə isə sadalanan 

faktorların  formalaşma  mərhələsində  olması  kredit  yükünün  daha  aşağı 

səviyyəsini  şərtləndirir.  Başqa  ifadə  ilə  desək,  kredit  yükü  ilə  iqtisadi  inkişaf 

səviyyəsi  arasında  müsbət  xətti  əlaqə  mövcuddur  –  iqtisadiyyat  inkişaf  etdikcə 

onun kreditlə  yüklənmə  səviyyəsi  də  artır, təbii ki, hər  sonrakı  mərhələdə  daha 

az sürətlə. 

Dünyanın  148  ölkəsinin  kredit  yükü  və  inkişaf  səviyyəsi  (burada  inkişaf 

səviyyəsi  hər  ölkə  üzrə  adambaşına  düşən  ÜDM-lə  ölçülmüşdür)  göstəriciləri 

arasındakı  əlaqələrin  təhlili  göstərir  ki,  sözügedən  göstəricilər  arasında  orta 

səviyyəli  müsbət  xətti  bağlılıq  mövcuddur  (korrelyasiya  əmsalı  0.66-ya 

bərabərdir). Qiymətləndirmələrə görə adambaşına düşən ÜDM-in hər 1000 ABŞ 

dolları artması ölkənin kredit yükünün orta hesabla 2.6 faiz bəndi yüksəlməsi ilə 

müşaiyət olunur. (Diaqram 1.) 

 

 

 



 

Diaqram 1. İqtisadiyyatın kredit yükü ilə adambaşına ÜDM əlaqəsi  

(müxtəlif inkişaf səviyyəli 148 ölkə üzrə

1

)  



 

Mənbə: Dünya Bankının məlumatları (World Development Indicators) əsasında tərtib edilmişdir. 

 

Adambaşına düşən ÜDM-in ən yüksək olduğu Avstraliyada iqtisadiyyatın 



kredit  yükü  169%  təşkil  edir.  Sözügedən  göstərici  adambaşına  ÜDM  həcminə 

görə  ikinci  yerdə  dayanan  Danimarkada  230.8%,  üçüncü  yerdəki  İsveçdə  isə 

daha aşağı, 149%-dir. Adambaşına ÜDM göstəricisinə görə ilk beşliyi Sinqapur 

və ABŞ tamamlayır ki, adıçəkilən ölkələrdə kredit yükü, uyğun olaraq, 126.3% 

və 234.5% təşkil edir. Göründüyü kimi, ilk beşlikdə olan yüksək gəlirli ölkələrin 

hamısında kredit yükü iqtisadiyyatın öz ölçüsündən xeyli böyükdür, xüsusilə də 

ABŞ və Danimarkada. 

Kreditlə  ən  çox  yüklənmiş  iqtisadiyyat  Yaponiyanındır.  Burada 

iqtisadiyyatın  kredit yükü  fantastik ölçüdədir  -  ölkə  ÜDM-nin  374.2%-i.  Təbii 

ki, bu səviyyədə kreditlə yüklənmə iqtisadiyyat üçün böyük risk mənbəyidir və 

bu,  haqqında  bir  az  sonra  danışacağımız  “faydalı  hədd”dən  xeyli  yüksəkdir. 

Üstəlik Yaponiya dövlət borcu səviyyəsinə görə də dünya “lideri”dir. Məhz bu 

                                                           

1

 Başqa qeyd olmadığı halda, təhlillərdəki məlumatlar 2014-cü ilin sonuna olan vəziyyəti əks etdirir. 



Yaponiya 

Kipr 

ABŞ 

İspaniya 

Danimarka 

Niderland 

Hong Kong (Çin) 

Portiqaliya 

Livan 

İslandiya 

Tayland 

Avstraliya 

Çin 

İsveç 

Yunansıtan 

Avstriya 

Belçika 

Sinqapur 

BƏƏ 

Rusiya 

Azərbaycan 

Bruney Darr. 

y = 0.0026x + 39.749 

R² = 0.4348 

0.0


50.0

100.0


150.0

200.0


250.0

300.0


350.0

400.0


0.0

10000.0


20000.0

30000.0


40000.0

50000.0


60000.0

Kredit yükü  

(ÜDM-də %) 

Adambaşına ÜDM  

(cari ABŞ dolları) 


 

səbəbdən  bəzi  iqtisadçılar  bu  ölkənin  iqtisadiyyatını  partlamağa  hazır  “saatlı 



bomba” adlandırırlar. 

Kreditlə  yüklənmə  səviyyəsinə  görə  308.6%-lə  ikinci  yerdə  dayanan 

Cənubi Kipr isə artıq böhran vəziyyətindədir. Avropa borc böhranının başladığı 

2010-cu ildən etibarən, Cənubi Kipr banklarının maliyyə vəziyyətində də kəskin 

pisləşmə  müşahidə  edilməkdədir.  Təkcə  onu  demək  kifayətdir  ki,  qeyd  olunan 

dövrdə (2010-2014-cü illərdə) ölkə bank sisteminin kredit portfelində qeyri-işlək 

kreditlərin  payı  5.8%-dən  45.4%-ə  qədər  yüksəlmişdir.  Avropa  borc 

böhranından digər zərərçəkənlər, daha dəqiq desək böhran ocaqları – İspaniya, 

Portuqaliya  və  Yunanıstan  da  kredit  yükü  yüksək  olan  ölkələr  sırasındadır, 

uyğun olaraq, 207.1%, 174.3% və 137.5%. 

İnkişaf  etməkdə  olan  ölkələrdə  isə  kreditlə  yüklənmə  səviyyəsi  xeyli 

aşağıdır.  Adambaşı ÜDM-i  20  min  ABŞ  dollarından  az olan ölkələrin  (burada 

119  ölkə)  70%-ə  yaxınında  (82  ölkədə)  kredit  yükü  ölkə  ÜDM-nin  60%-ni 

keçmir.  Ümumilikdə,  bu  qrup  ölkələrin  106-sında  kredit  qoyuluşlarının  həcmi 

iqtisadiyyatın ölçüsündən kiçikdir, yəni kredit yükü 100%-dən azdır. 

 

Diaqram 2. Dünya iqtisadiyyatında kredit yükü mənzərəsi:  

müxtəlif ölkə qrupları və Azərbaycan 

Mənbə: Dünya Bankının (World Development Indicators) və Azərbaycan Mərkəzi Bankının məlumatları 

əsasında tərtib edilmişdir. 

172.6 

210.8 


157.4 

65.2 


55.5 

48.1 


33.8 

0.0


50.0

100.0


150.0

200.0


250.0

Dünya üzrə  OECD ölkələri 

(34) 

Avropa Birliyi 



ölkələri (28) 

MŞA ölkələri 

(11) 

Azərbaycan 



(qeyri-neft 

sektoru üzrə) 

MDB və Baltik 

ölkələri (12) 

Azərbaycan 



 

Dünyanın  ən  inkişaf  etmiş  ölkələrini  özündə  birləşdirən  OECD  (The 



Organisation  for  Economic  Co-operation  and  Development  -  İqtisadi 

Əməkdaşlıq  və  İnkişaf  Təşkilatı)  üzrə  kredit  yükünün  orta  göstəricisi  210.8% 

təşkil edir ki, bu təhlil edilən ölkə qrupları üzrə ən yüksək göstəricidir. Avropa 

Birliyinə  daxil  olan  28  ölkə  üzrə  isə  orta  kredit  yükü  nisbətən  aşağı,  157.4% 

təşkil edir. Mərkəzi-şərqi Avropanın (MŞA) 11 inkişaf etməkdə olan ölkəsində

2

 



(Türkiyə  də  şərti  olaraq bu qrupa  daxil edilmişdir)  sözügedən  göstərici inkişaf 

etmiş  ölkələrdəkindən  xeyli  aşağı,  65.2%-dir.  MDB  və  Baltik  ölkələrində  (12 

ölkə

3

)  isə  iqtisadiyyatın  kredit  yükü  MŞA  ölkələrindəkindən  də  aşağıdır  – 



ÜDM-in təqribən yarısına yaxın, 48.1%. (Diaqram 2.

 

Cədvəl 1. MŞA, MDB və Baltik ölkələrində kredit yükü (ÜDM-də %-lə) 



Sıra 

Ölkə adı 

Kredit 

yükü 

Sıra 

Ölkə adı 

Kredit 

yükü 



Ukrayna 

96,6 


13 

Latviya 


52,9 

Türkiyə 


88,0 

14 

Serbiya 


52,8 

Çexiya 


73,4 

15 

Rusiya 

52,4 


Estoniya 

72,0 

16 

Gürcüstan 

48,5 


Polşa 


70,7 

17 

Rumıniya 

48,2 

Sloveniya 

68,7 

18 

Litva 


45,6 

Albaniya 

67,3 

19 

Belarus 

42,8 


Slovakiya 

66,0 

20 

Moldova 

39,0 


Bolqarıstan 

63,6 

21 

Qazaxıstan 

37,6 


10 

Bosniya və Herzeqovina 

60,8 

22 

Azərbaycan (ümumi) 

33,8 


11 

Monteneqro 

57,9 

23 

Tacikistan 

19,6 


12 

Azərbaycan (q.n.* sektoru üzrə) 

55,5 


24 

Qırğızıstan 

15,9 


Mənbə:  Dünya  Bankının  (World  Development  Indicators)  və  Azərbaycan  Mərkəzi  Bankının  məlumatları 

əsasında tərtib edilmişdir. 

*Qeyd: q.n. - burada qeyri-neft sektorunu ifadə edir. 

                                                           

2

 Albaniya, Bolqarıstan, Bosniya və Herzeqovina, Çexiya, Monteneqro, Polşa, Rumıniya, Serbiya, Slovakiya, 



Sloveniya və Türkiyə. 

3

 Bu qrupa 8 MDB ölkəsi (Türkmənistan və Özbəkistanda kredit yükü ilə bağlı məlumatlar əlçatan 



olmadığından, Azərbaycan isə müqayisə üçün ayrı göstərildiyindən qrupa daxil edilməmişdir), Gürcüstan və 3 

Baltik ölkəsi daxil edilmişdir. 




 

Azərbaycana  gəldikdə,  burada  kredit  yükü  təhlil  edilən  ölkə  qruplarının 



hamısının orta göstəricisindən aşağıdır. Azərbaycan iqtisadiyyatında kredit yükü 

ölkə  ÜDM-nin  təqribən  1/3-i  qədərdir  (33.8%).  Azərbaycan  iqtisadiyyatı,  eyni 

inkişaf  pilləsində  dayandığı  Mərkəzi-şərqi  Avropa,  MDB  və  Baltik  ölkələrinin 

(23  ölkə)  demək  olar  ki,  hamısından  (Tacikistan  və  Qırğızıstan  xaric)  daha  az 

kreditlə  yüklənib  ki,  bu  iqtisadiyyatın  makro-maliyyə  stabilliyi  baxımından 

xüsusi  önəm  daşıyır,  eyni  zamanda  bank sektorunun  gələcək iqtisadi  inkişafda 

daha aktiv rol oynaya biləcəyinə işarədir. 

Təbii  ki,  Azərbaycan  neftlə  zəngin  iqtisadiyyat  olduğundan  burada  qeyri-

neft  sektorunun  kredit  yükü  ayrıca  nəzərdən  keçirilməlidir.  Hazırda  (2014-cü 

ilin  sonuna  olan  məlumatlara  əsasən)  ölkənin  qeyri-neft  iqtisadiyyatının  kredit 

yükü 55.5% təşkil edir. Bu göstəriciyə görə Azərbaycan Mərkəzi-şərqi Avropa 

ilə MDB və Baltik ölkələrinin arasında, qeyd olunan qruplara daxil olan 23 ölkə 

üzrə  orta  göstəriciyə  (56.3%)  yaxın,  həmçinin  dünya  trendindən  (dünya 

ölkələrinin  adambaşı  ÜDM-nə  uyğun  kredit  yükü  trendi  –  Azərbaycan  üçün 

uyğun nöqtə təqribən 60%-dir) azacıq aşağıda yerləşir.          

Ev  təsərrüfatlarının  kredit  yükü  göstəricisi  üzrə  də  bənzər  meyllər 

müşahidə  edilməkdədir.  OECD  ölkələrində  ev  təsərrüfatlarının  orta  borc  yükü 

gəlirlərin  128.4%-i  qədərdir:  təşkilata  üzv  inkişaf  etmiş  ölkələr  üzrə  152.5%, 

inkişaf  etməkdə  olan  ölkələr  üzrə  63%.  Azərbaycanda  isə  ev  təsərrüfatlarına 

verilən kreditlər əhalinin nominal pul gəlirlərinin 19.6%-i qədərini təşkil edir. 

 

Kreditlə yüklənmənin faydalı həddi və ya “qızıl orta” haradadır?   

Təhlillərdən  aydın  şəkildə  görünür  ki,  son  bir  neçə  dekadada  dünya 

iqtisadiyyatında kredit yükü əhəmiyyətli dərəcədə artmışdır və ayrı-ayrı ölkələr, 

eləcə  də  inkişaf  səviyyəsinə  görə  müxtəlif  ölkə  qrupları  arasında  sözügedən 

göstərici  üzrə  kəskin  fərqlər  müşahidə  olunmaqdadır.  Xüsusilə,  inkişaf  etmiş 

ölkələrin daha çox kreditlə yüklənmiş olduğu və yüklənmənin artmaqda davam 

etdiyi  də  bir  gerçəkdir.  Nəzəri  cəhətdən  o  da  bilinir  ki,  kredit  yükü  qeyri-



 

məhdud şəkildə  artırıla bilməz. Bəlli bir  həddə qədər iqtisadiyyat üçün faydalı, 



hətta  zəruri  olan  kredit  qoyuluşları, həmin  həddən  sonra  iqtisadi  artımı  ləngidə 

və  maliyyə  sektorunda  (daha  sonra  həm  də  real  sektorda)  qeyri-stabillik 

mənbəyinə çevrilə bilər. 

Bu nəzəri mülahizəni sübut edən bir sıra empirik tədqiqatlar da mövcuddur. 

Həmin tədqiqatların bəzilərinin

4

 nəticələrinə görə maliyyə dərinliyinin “tədricən 



itən effekt”i (vanishing effect), əsasən, daxili kreditlərin ÜDM-ə nisbəti - kredit 

yükü 100%-ə yaxınlaşdıqda hiss edilməyə başlayır.  

Başqa cür desək, kredit yükü ÜDM-in 100%-i həddini aşdıqda, iqtisadiyyat 

kredit  qoyuluşlarından  fayda  əldə  edə  bilmir,  əksinə,  bu  səviyyə  iqtisadiyyat 

üçün ağır yükə çevrilə və həmin kreditlərin geri ödənməsində çətinliklər yarana 

bilir. Belə olan halda isə iqtisadi artım tempi zəifləyir, qeyri-işlək kreditlər artır 

və  bank  sektorunun  maliyyə  stabilliyinin  pozulma  ehtimalı  yüksəlir. 

İqtisadiyyatın kredit yükü ilə qeyri-işlək kreditlərin əlaqəsinin təhlili də bənzər 

nəticələr verir. (Diaqram 3.) 

 

 



 

                                                           

4

  Daha  ətraflı:  Jean  Louis  Arcand,  Enrico  Berkes,  Ugo  Panizza.  (2012).  “Too  much  finance?”  IMF  Working 



Paper  /12/161/.  49  s..  Həmçinin:    Leonardo  Gambacorta,  Jing  Yang,  Kostas  Tsatsaronis.  (2014).  “Financial 

structure and growth”. BIS Quarterly Review, March 2014. s.21-35.  

 



 

Diaqram 3. İqtisadiyyatın kredit yükü ilə qeyri-işlək kreditlərin əlaqəsi 

(müxtəlif inkişaf səviyyəli 94 ölkə üzrə)  

 

Mənbə: Dünya Bankının məlumatları (World Development Indicators) əsasında tərtib edilmişdir. 



 

Müxtəlif  inkişaf  səviyyəli  87  ölkə  üzrə  (kənar  nöqtələrə  düşən  7  ölkə 

diaqramda təsvir edilsə də, hesablamalarda nəzərə alınmamışdır) kredit yükü və 

qeyri-işlək  kreditlər  arasında  əlaqənin  təhlili  göstərir  ki,  adıçəkilən  indikatorlar 

arasında  çox  sıx  olmasa  da,  U-vari  (kvadratik  funksiya  əsaslı)  əlaqə  müşahidə 

edilməkdədir:  kredit  yükünün  101.5%-ə  qədər  artması  qeyri-işlək  kreditlərin 

azalması,  qeyd  olunan  səviyyədən  sonrakı  kredit  yükü  artımı  isə  qeyri-işlək 

kreditlərin  də  artması  ilə  müşaiyət  olunur.  Yəni,  bu  nəticə  də  kredit  yükünün 

“qızıl orta”sı (optimal nöqtəsi) kimi təqribən 100% həddinə işarə edir.  

Əlbəttə  ki,  optimal  nöqtənin  bütün  ölkələr  və  bütün  dövrlər  üçün  keçərli 

olduğunu iddia etmək yanlış olardı. Ən azı ona görə ki, dünyanın heç bir ölkəsi 

istər  iqtisadi  model,  istərsə  də  mental  xüsusiyyətlər  baxımından  bir-birini 

təkrarlamır.  Digər  tərəfədən,  iqtisadiyyatın  inkişafı,  maliyyə  bazarlarının 

dərinləşməsi,  kredit  məhsullarının  çeşidinin  genişlənməsi,  risk  menecment  və 

kredit informasiya sistemlərinin inkişafı “qızıl orta”nın tədricən sağa sürüşməsi 

(artması)  ilə  nəticələnməlidir.  Yəni,  sadalanan  istiqamətlərin  inkişafı  banklara 

kredit  qoyuluşlarını  artırmaqla  iqtisadi  inkişafa  daha  çox  töhfə  vermək  imkanı 

Cənubi Kipr 

Yunanıstan 

Qazaxıstan  Serbiya 

Albaniya 

Tacikistan 

Ukrayna 

İrlandiya 

İtaliya 

Portuqaliya 

S.Leone 

Azərbaycan 

Danimarka 

Niderland 

ABŞ 

Yaponiya 



S.Ərəbistanı 

Hong Kong, Çin 



y = 0.0007x

2

 - 0.1421x + 12.203 

R² = 0.2376 

0.0


5.0

10.0


15.0

20.0


25.0

30.0


35.0

40.0


45.0

50.0


0.0

50.0


100.0

150.0


200.0

250.0


300.0

350.0


400.0

Qeyri-işlək  

kreditlər (cəmi 

kreditlərdə 

%-lə) 

Kredit yükü 

(ÜDM-də %-lə) 


10 

 

yaradır.  ABŞ,  Avstraliya,  Niderland,  Danimarka  kimi  inkişaf  etmiş  ölkələr  bu 



yolda uğura nail olanlardır. 

Diaqram  3.-dəki  təsvirdən    göründüyü  kimi,  Dünya  Bankının 

məlumatlarına  əsasən,  Azərbaycanda  qeyri-işlək  kreditlər  təhlil  edilən  ölkələr 

üzrə ümumi inkişaf meylindən (burada polinomial trenddən) nisbətən yuxarıdır 

–  kredit  portfelinin  12,7%-i  (hərçənd  bir  çox  ölkələr  üzrə  trenddən  bənzər 

kənarlaşmalar  müşahidə  olunmaqdadır).  Ancaq  bu  rəqəm  Azərbaycan  Mərkəzi 

Bankının  (AMB)  vaxtı  keçmiş  kreditlərlə  bağlı  açıqladığı  rəqəmdən  xeyli 

fərqlənir. AMB-nin məlumatına əsasən vaxtı keçmiş kreditlərin ümumi portfeldə 

payı  həmin  dövr  üçün  cəmisi  5.3%  təşkil  etmişdir  ki,  bu  da  ümumi  inkişaf 

meylinə yaxın, hətta ondan aşağıdadır.    

 

Azərbaycan bank sektoru üçün bəzi nəticələr 

Aparılan  təhlillər  Azərbaycan  bank  sektoru  üçün  bir  sıra  nəticələr 

çıxarmağa imkan verir: 

1.

 

Azərbaycan  iqtisadiyyatının  (həmçinin,  qeyri-neft  sektorunun)  kredit 



yükü  onun  inkişaf  səviyyəsinə  uyğundur  və  hazırda  iqtisadiyyat  kreditlə 

çox  yüklənməmişdir.  2014-cü  ilin  yekunlarına  əsasən,  qeyri-neft 

iqtisadiyyatı üzrə kredit yükü 55.5% təşkil etmişdir ki, bu göstəriciyə görə 

Azərbaycan, Mərkəzi-şərqi Avropa ilə MDB və Baltik ölkələri qruplarının 

arasında  yerləşir.  Bu  mövqe  ölkənin  inkişaf  səviyyəsinə  və  gələcək 

hədəflərinə tam uyğun gəlir; 

 

2.

 



Kredit  yükü  çox  olmasa  da,  mümkündür  ki  (bu  barədə  rəsmi  məlumat 

olmadığından  yalnız  ehtimal  etmək  olar),  kredit  yükünün  paylanması, 

xüsusilə  son  dövrlərdə,  ödəniş  qabiliyyəti  aşağı  olan  müştərilərə  doğru 

“sürüşmüşdür”  və  bu  da  kredit  risklərinin  nisbətən  yüksəlməsinə  səbəb 

olmuşdur.  AMB-nin  kommersiya  banklarına  tətbiqini  tövsiyə  etdiyi 



11 

 

məsuliyyətli  kreditləşdirmə  haqqında  “Metodoloji  rəhbərlik”,  məhz  artan 



kredit  risklərinin  məhdudlaşdırılması  məqsədi  daşıyır  və  artıq  bu 

istiqamətdə  ilkin  müsbət  nəticələr  əldə  edilməkdədir.  Bununla  yanaşı 

banklarda daxili dərəcələndirmə sistemlərinin formalaşdırılması, həmçinin 

skorkardlardan  istifadə  kredit  layihələrinin  qiymətləndirilməsində 

subyektivliyi  azaltmaq  və  kredit  yükünü  ödəniş  qabiliyyəti  yüksək  olan 

müştərilərə doğru “sürüşdürmək”lə, kredit risklərini əhəmiyyətli dərəcədə 

azalda bilər; 

 

 



3.

 

Risk  menecment  və  kredit  informasiya  sistemlərinin  inkişafı,  eyni 



zamanda  biznes  mühitinin  təkmilləşdirilməsi  istiqamətində  işlər  davam 

etdiriləcəyi halda banklar kredit qoyuluşlarının iqtisadiyyatdakı payını iki 

dəfəyə  yaxın  artırmaqla,  post-neft  dövründə  davamlı  iqtisadi  artımın  və 

inkişafın təmin olunmasında çox vacib missiyanı yerinə yetirə bilər. 



 

 

Yüklə 88,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə