1 İqtisadın



Yüklə 445 b.
tarix27.10.2017
ölçüsü445 b.
#7091





1



İqtisadiyyat (economy). . .

  • . . . İqtisadiyyat (economy) qədim Yunan sözü olub “ev təsərrüfatını idarə edən” və ya “ev təsərrüfatının idarə edilməsi” mənasını daşıyır.



İQTİSADIN ON PRİNSİPİ

  • Ev təsərrüfatı və iqtisadiyyat müxtəlif qərarlarla üzləşir:

    • Kim işləməlidir?
    • Hansı məhsuldan, nə qədər istehsal edilməlidir?
    • İstehsalda hansı resurslardan istifadə edilməlidir?
    • Məhsullar hansı qiymətlə satılmalıdır?


İQTİSADIN ON PRİNSİPİ

  • Cəmiyyət və resursların məhdudluğu:

    • Resurslar məhdud və ya qıt olduğundan cəmiyyət resurslarının idarə edilməsi əhəmiyyət daşıyır.
    • Qıtlıq (Scarcity). . . cəmiyyətin məhdud resurslara malik olmasından irəli gələrək arzu etdiyi bütün əmtəə və xidmətləri istehsal edə bilməməsidir.


İQTİSADIN ON PRİNSİPİ

  • İqtisad (Economics) cəmiyyətin qıt resurslarını necə idarə etdiyini öyrənir.



İQTİSADIN ON PRİNSİPİ

  • İnsanlar necə qərar verir.

    • İnsanlar seçimlərlə (tradeoffs) üzləşirlər.
    • Bir şeyin dəyəri onu əldə etmək üçün imtina etdiklərimizdir.
    • Rasional insanlar marjinalı fikirləşir.
    • İnsallar stimullara cavab verir.


İQTİSADIN ON PRİNSİPİ

  • İnsanlar öz aralarında necə münasibət qurar.

    • Ticarət hər kəsə fayda gətirə bilər.
    • Bazar çox vaxt iqtsiadi fəaliyyətlərin təşkilinin yaxşı yoludur.
    • Hökumətlər bəzən iqtisadi fəaliyyətlərin nəticələrini yaxşılaşdıra bilər.


İQTİSADIN ON PRİNSİPİ

  • İqtisadiyyatın ümumi fəaliyyətinə təsir göstərən güclər və meyllər:

    • Həyat standartı ölkənin istehsalından asılıdır.
    • Hökumət hədsiz pul kəsdiyi zaman qiymətlər yüksəlir.
    • Cəmiyyət qısa müddətli dövrdə inflyasiya ilə işsizlik arasında seçimlə üzləşir.


Prinsip 1: İnsanlar seçimlərlə üzləşir.

  • “Pulsuz qəlyanaltı kimi bir şey yoxdur!”



Prinsip 1: İnsanlar seçimlərlə üzləşir.



Prinsip 1: İnsanlar seçimlərlə üzləşir.

  • Səmərəlilik və Bərabərlik

    • Səmərəlilik (Efficiency) cəmiyyətin malik olduğu məhdud resurslarla mümkün olan ən çoxu əldə etməsidir.
    • Bərabərlilik (Equity) resurslardan əldə edilən faydaların cəmiyyət üzvləri arasında ədalətli şəkildə bölüşdürülməsidir.


Prinsip 2: Bir şeyin xərci onu əldə etmək üçün imtina vəya fəda etiklərimizdir.

  • Qərar vermə alternativlərin fayda (benefits) və xərclərinin (costs) müqayisə edilməsini tələb edir.

    • Kollecə, yoxsa işə getmək?
    • Oxumaq, yoxsa gəzməyə çıxmaq?
    • Məktəbə getmək, yoxsa yatmaq?
  • Alternativ dəyər (opportunity cost) bir şeyi əldə etmək üçün fəda və ya imtina etdiyimizin dəyəridir.



Prinsip 2: Bir şeyin xərci onu əldə etmək üçün imtina vəya fəda etiklərimizdir.

  • LA Laker basketbol ulduzu Kobe Bryant kollecə getməkdənsə profesional idmanı seçmiş və bu ona milyonlarla dollar qazandırmışdır.



Prinsip 3: Rasional insanlar marjinalı fikirləşir.

  • Marjinal dəyişmələr (Marginal changes) kiçik ölçülü olur, mövcud fəaliyyət planını dəyişdirə bilir.



Prinsip 4: İnsanlar stimullara (incentives) cavab verir.

  • Xərc və ya faydalardakı marjinal dəyişmələr insanları hərəkət etməyə sövq edir (motivləşdirir).

  • Alternativin marjinal faydası onun marjinal xərcindən çox olduqda alternativin seçiminə qərar verilir!



Prinsip 5: Ticarət hər kəsə fayda verir.

  • İnsanlar digərləri ilə ticarət edə bilmələrindən fayda əldə edirlər.

  • Rəqabət ticarətdən faydaları artırır.

  • Ticarət, insanların daha yaxşı çalışa biləcəkləri işlərdə ixtisaslaşmasına səbəb olur.



Prinsip 6: Bazar çox vaxt iqtisadi fəaliyyətlərin təşkilinin yaxşı yoludur.

  • Bazar iqtisadiyyatı (market economy) çoxlu sayda firma və ev təsərrüfatlarının qarşılıqlı təsirdə olduqları əmtəə və xidmət bazarlarında verdikləri desentralizasiya xarakterli qərarlarla resursların bölgüsünü (allocate) təmin edən iqtisadiyyatdır.

    • Ev təsərrüfatları (households) nə satın almaq və kimi çalışdırmaqla bağlı qərar verirlər.
    • Firmalar (firms) kimi işə götürmək və nə istehsal etməklə bağlı qərar verirlər.


Prinsip 6: Bazar çox vaxt iqtisadi fəaliyyətlərin təşkilinin yaxşı yoludur.

  • Adam Smith firma və ev təsərrüfatlarının “görünməz əl” (“invisible hand”) prinsipi əsasında bazar fəaliyyətlərində qarşılıqlı əlaqədə olduqlarını göstərmişdir.

    • Çünkü firmalar və ev təsərrüfatları alış-veriş qərarı qəbul edərkən yalnızqiymətlərə fikir versələr də, öz fəaliyyətlərinin sosial xərclərini də bilmədən hesaba alırlar.
    • Nəticədə, qiymətlər fəaliyyətləri nəticəsində sosial rifahı maksimumlaşdıran qərar verənlər üçün bir bələdçi rolunu oynayır.


Prinsip 7: Hökumətlər bəzən bazar nəticələrini yaxşılaşdırırlar.

  • Bazar uğursuzluğu (market failure) bazarın resursları səmərəli bir şəkildə bölüşdürə bilməməsi nəticəsində ortaya çıxır.

  • Bazarın uğursuzluğu zamanı hökumət müdaxilə edərək səmərəliliyi və bərabərliyi təşviq edir.



Prinsip 7: Hökumətlər bəzən bazar nəticələrini yaxşılaşdırırlar.

  • Bazar uğursuzluğuna aşağıdakılar səbəb ola bilər:

    • Xarici effekt (externality) bir fərd və ya firmanın fəaliyyətlərinin onunla əlaqəsi olmayan digərləri üzərində yaratdığı təsirdir.
    • Bazar gücü (market power) bir fərd və ya firmanın bazar qiymətlərinə ciddi şəkildə təsir edə bilmə bacarığıdır.


Prinsip 8: Həyat standartı ölkənin istehsalından asılıdır.

  • Həyat standarı (Standard of living) aşağıdakı yollarla ölçülə bilər:



Prinsip 8: Həyat standartı ölkənin istehsalından asılıdır.

  • Həyat standartlarındakı bütün fərqliliklər ölkələrin məhsuldarlıqları arasındakı fərqlərlə izah olunur.

  • Məhsuldarlıq (productivity) işçi vaxtının hər saatında istehsal olunan əmtəə və xidmətlərin məcmusudur.



Prinsip 9: Hökumət hədsiz pul kəsdiyi zaman qiymətlər yüksəlir.

  • İnflyasiya (inflation) iqtisadiyyatda məcmu qiymətlərin artmasıdır.

  • İnflyasiyanın bir səbəbi pul həcmindəki artımdır.

  • Nə vaxt hökumət dövriyyədəki pulun həcmini artırır, o zaman pulun dəyəri azalır.



Prinsip 10: Cəmiyyət qısamüddətli dövrdə inflyasiya ilə işsizlik arasında seçimlə üzləşir.

  • Filips Əyrisi (the Phillips Curve) inflyasiya ilə işsizlik (unemployment) arasında seçimi əks etdirir:

  • İnflyasiya  İşsizlik

  • Qısamüddətli dövrdə seçim budur!



Xülasə

  • Fərdlər qərar vermə prosesində alternativ məqsədlər arasında seçmilə üzləşirlər.

  • Hər hansı bir fəaliyyətin xərci əldən çıxarılmış imkanlarla ölçülür.

  • Rasional insanlar qərar qəbulu prosesində marjinal xərc və marjinal faydaları müqayisə edərlər.

  • İnsanlar qarşılaşdıqları stimullara cavab olaraq öz davranışlarını dəyişdirirlər.



Xülasə

  • Ticarət əsasən hər kəs üçün faydalıdır.

  • Bazarlar insanlar arasındakı ticarət münasibətlərinin kordinasiya edilməsində əsasən yaxşı yoldur.

  • Əgər bazar uğursuzluğu varsa və ya bazar nəticələri ədalətsizdirsə, hökumət potensial olaraq bu nəticələri yaxşılaşdıra bilər.



Xülasə

  • Məhsuldarlıq həyat standartlarının sonsuz mənbəyidir.

  • Pulun artımı inflyasiyanın sonsuz mənbəyidir.

  • Cəmiyyət qısamüddətli dövrdə inflyasiya və işsizlik arasında seçimlə üzləşir.



Yüklə 445 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə