1. Kreditləşmə mərhələləri


Kreditlarin geri qaytarılmasının təminatlılığı



Yüklə 41,59 Kb.
səhifə5/9
tarix11.05.2022
ölçüsü41,59 Kb.
#86512
1   2   3   4   5   6   7   8   9
MÖVZU 5 - Bank işi

2. Kreditlarin geri qaytarılmasının təminatlılığı.

Bank kreditləşməsinin vacib prinsiplərindən biri də təminatlılıqdır. Kreditləşmə müxtəlif təminat formaları əsasında aparılmalıdır ki, bu da kreditlərin ödənilməsinin ikinci mənbəyi kimi qəbul edilir. Kredit teminatı kimi:

- girov - zəmanət - himayadarlıq - kredit riskinin sığortalanması istifadə edilir.

Kredit təminatının nisbətən geniş yayılmış forması girovdur. Girov o deməkdir ki, girov ilə təmin olunmuş öhdəlik yerinə yetirilmədikdə kreditor bu girovla öz borcunu ödəyə bilər. Girov predmeti kimi qanunla müəyyən edilmiş istənilən əmlak və qiymətli kağızlar çıxış edir. Girov münasib və yetərli olmalıdır. Münasiblik girovun keyfiyyət tərəfıni, yetərlilik isə onun miqdar tərəfıni ifadə edir. Girov kimi əsas fondlar, mal material, valyuta vəsaitləri, qiymatli kağızlar, əmlak hüququ çıxış edə bilar. Girov girov müqaviləsi əsasında rəsmiləşdirilir. Girovun iki növündən istifada olunur.



  1. girov əşyasının girov qoyanda saxlanılması

  2. girov əmlakının girov götürənin sərancamına verilməsi.

Birinci halda girov kimi girov qoyanın dövriyyəsinda və istehsalında olan mallar çıxış edir.

Zəmanət müqavilə ila rəsmiləşdirilir və ondan yalnız hüquqi şəxslər arasındaki öhdəçiliyin təmin olunmasında istifadə olunur. Təminatın bu formasında bank va ya digər kredit idarələri digər şəxsin xahişi ilə pul məbləğinin kreditora ödənilmasinə yazılı öhdəlik verir. Zəmanətçi kimi bankda daxil olmaqla digər təşkilatlar çıxış edə bilərlər. Bu zaman vacib şərt kimi zamin təşkilatın maliyyə vəziyyətinin möhkəmliyi qəbul edilir. Zəmanət müqavilə ilə yanaşı zəmanət məktubu ilə rəsmiləşdirilir. Borcun ödənilmə müddəti çatdıqda borcalanın hesabında vəsait olmadıqda borc zəmanətçinin hesabından silinir.

Himayəçilik - müqavilə ilə rəsmiləşdirilir. Müqaviləyə əsasən üçüncü şəxs himayəçi kimi bank qarşısında borc alanın götürdüyü öhdəliyi yerinə yetirməyə cavabdehlik qəbul edir. Borc alan öhdəliyi yerinə yetirdikdə himayədarlıq müqaviləsi öz qüvvəsini itirir.

Yüklə 41,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə