1. Kreditləşmə mərhələləri


risklərinin minimuma endirilməsi üçün



Yüklə 41,59 Kb.
səhifə9/9
tarix11.05.2022
ölçüsü41,59 Kb.
#86512
1   2   3   4   5   6   7   8   9
MÖVZU 5 - Bank işi

risklərinin minimuma endirilməsi üçün banklar bir neçə üsullardan istifadə edirlər.

  1. ssuda portfelinin diversifikasiyası

  2. borcalanın kredit qabiliyyətinin ilkin təhlili

  3. kreditin qaytanlmasını təmin edən üsullardan istifadə

  4. ssuda üzrə itgilərin ödənilməsi üçün ehtiyatın yaradlıması.

Bank öz aktivlərini kənar dövlətin bankında yerləșdirə bilər. Vəziyyət itgilərə gətirə bilər ki, bu da kənar risk adlanır.

Bank daxili nəzarətin və bank idarəçiliyinin pozulması və eləcə də bank daxili əməliyyatlardakı pozuntularla əlaqədar bank itgilərə məruz qala bilər ki, bu da əmaliyyat riski hesab edilir. Bank əməliyyatları üzrə faizlərin bankin zərərinə dəyișilməsi banka zərər gətirə bilər ki; bu da faiz riski adlanır. Bank likvidliyinin itirilməsi riski ilə də uzləșə bilər. Bu risk bankin tələbi ilə öhdəliklərinin həm vaxt həm də məbləğ baxımından biri birinə uyğun gəlmədikdə meydana çıxır. Bank əsasən cəlb olunmuș vəsaitlərlə ișlədiyindən, onları öz adından və öz hesabına yerləșdirməklə vasitəçi rolunu oynadığından bu risk bankın baza riski hesab edilir.

Bank riskləri idarə olunandır. Bankın etibarlılığı bir növ risklərin idarə oluna bilinməsi ilə müəyyən edilir. Risklərin idarə olunması risklərin minimuma endirilməsi üçün tədbirlərin məcmusudur. Bank risklərinin idarə olunması üçün: diversifikasiya, keyfiyyətin idarə edilməsi; xüsusi kapitaldan istifadə, xarici risklərin nəzərə alınması, müştərinin maliyyə vəziyyətinin müntəzəm təhlili, risklərin bölüşdürülməsi, sürüşkən faizlərdən tətbiqi, kreditlərin və depozitlərin sığortalanması və s. üsullardan istifadə olunur.

İqtisadi șəraitin qeyri sabit olduğu və inflyasiyanın tərədüd etdiyi zaman banklar kredit və faiz riskinin azaldılması üçün sürüşkən faizlərdən istifadə edirlər. Belə faizlərin həcmi həmən anda maliyyə bazarının vəziyyətindən asılı olaraq müəyyən edilir. Bank inflyasiya səviyyəsi yüksəldikcə faiz dərəcələrini də artırır.



Risklərin idarə edilməsində banklar müștərilərin maliyyə vəziyyətini müntəzəm olaraq təhlil edirlər. Kredit verilməzdən əvvəl müștərinin kredit qabiliyyətinin müəyyən edilməsi və kredit verən zaman bu göstəricinin nəzərə alınması kredit risklərini xeyli azaldılmasına təsir göstərir.
BANK - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən maliyyə-kredit təşkilatıdır. Hüquqi status baxımından hüquqi şəxsdir.
Yüklə 41,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə