1. Mərhəmətli və Rəhmli Alla­­hın adı ilə



Yüklə 318,6 Kb.
tarix21.10.2017
ölçüsü318,6 Kb.
#6182




Surə 1

Cüz 1




الجزء 1

سورة الفاتحة 1



\[




1. Mərhəmətli və Rəhmli Alla­­hın adı ilə!

ﭑ ﭒ ﭓ ﭔ ﭕ

2. Həmd olsun aləmlərin Rəbbi Allaha,

ﭖ ﭗ ﭘ ﭙ ﭚ

3. Mərhəmətli və Rəhmliyə,

ﭛ ﭜ ﭝ

4. Haqq-hesab gününün Hökm­da­rına!

ﭞ ﭟ ﭠ ﭡ

5. Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək dilə­yirik.

ﭢ ﭣ ﭤ ﭥ ﭦ

6. Bizi doğru yola yönəlt –

ﭧ ﭨ ﭩ ﭪ

7. nemət bəxş etdiyin şəxs­lə­rin yolu­na, qəzəbə uğramış­la­rın və az­mışların yoluna deyil!

ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ


\^


Mərhəmətli və Rəhmli

Allahın adı ilə!



ﭑ ﭒ ﭓ ﭔ

1. Əlif. Ləm. Mim.

ﭑ ﭒ

2. Bu, qətiyyən şübhə do­ğur­ma­yan, müttəqilərə doğru yol gös­tərən bir Ki­tabdır.

ﭓ ﭔ ﭕ ﭖﭗ ﭘﭙ ﭚ ﭛ ﭜ

3. O kəslər ki, qeybə iman gə­tirir, namaz qılır və Bizim on­lara verdiyi­miz ruzidən Allah yolunda xərcləyir­lər;

ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ

4. O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olan­lara iman gəti­rir, axirətə də yə­qin­liklə inanır­lar.

ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ

5. Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar ni­cat tapan­lar­dır.

ﭳ ﭴ ﭵ ﭶ ﭷﭸ ﭹ ﭺ ﭻ ﭼ

6. Həqiqətən, kafirləri qor­xut­san da, qorxutmasan da, on­lar üçün fərqi yox­dur, iman gətir­məzlər.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ

7. Allah onların qəlblərini və qu­laqla­rını möhürləmiş, göz­lə­rinə də pərdə çəkmişdir. On­lar üçün böyük bir əzab vardır.

ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩ ﭪ ﭫ

8. İnsanlar arasında elələri də vardır ki, mömin olmadıq­ları halda: “Allaha və Axirət gü­nünə inanı­rıq”– deyirlər.

ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ

9. Onlar Allahı və iman gə­ti­rənləri aldatmağa çalışır­lar. Hal­buki yalnız öz­lərini aldadır və bunu anlamırlar.

ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ

10. Onların qəlblərində xəs­tə­lik var­dır və Allah da onların xəs­təliyi­ni artır­mışdır. Yalan söylə­diklərinə görə də üzücü bir əzab çəkəcəklər.

ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ

11. Onlara: “Yer üzündə fə­sad törət­məyin!”– deyildiyi za­man: “Biz ki, ancaq xeyir­xah­lıq edən­lərik!”– deyirlər.

ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ

12. Sözsüz ki, onlar fəsad törə­dən­lərdir, amma bunu başa düş­mür­lər.

ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ

13. Onlara: “Bu insanlar iman gə­tir­diyi kimi siz də iman gə­tirin!”– de­yil­diyi zaman: “Biz də səfehlərin iman gə­tirdikləri kimi iman gəti­rək?”– deyirlər. Doğru­su, onlar öz­lə­ri səfeh­dir­lər, lakin bunu bilmirlər.

ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ

14. Onlar möminlərlə rastlaş­dıqda: “Biz iman gətirdik!”– de­yirlər, öz şey­tanları (azmış dost­ları) ilə təklik­də qal­dıqda isə: “Biz sizinləyik. Biz mömin­lərə ancaq istehza edirik!”– de­yirlər.

ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ

15. Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artı­rar ki, sərgər­dan gəzərlər.

ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ

16. Onlar, doğru yolu verib az­ğın­lığı satın almış kimsə­lərdir. Amma onların ticarəti qa­zanc gə­tir­mədi və özləri də doğru yola yönəl­mədilər.

ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ

17. Onların məsəli zülmət ge­cədə od qalayan kimsənin məsə­linə bənzər. Alov onun ət­rafında­kıları işıqlandırdı­ğı za­man Allah onların nurunu apa­rar, özlərini də heç bir şey görə bil­məyə­cəkləri zülmətlər içəri­sində buraxar.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ

18. Onlar kar, lal və kor ol­duq­larına görə doğru yola qa­yıtmaz­lar.

ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ

19. Yaxud onların məsəli zül­­mət için­də göy gurultusu və şim­şəklə yağan leysana düşən­lərin məsəlinə bənzəyir ki, il­dı­rımdan ölmək qor­xu­su ilə bar­maq­larını qulaqla­rına tıxa­yır­lar. Şübhəsiz ki, Allah ka­fir­ləri hər tərəfdən əhatəyə al­mışdır.

ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹﭺ ﭻ ﭼ ﭽ ﭾ

20. Şimşək az qalır ki, onla­rın gözlə­rini çıxartsın. Şimşək hər dəfə onların yo­lunu işıq­landır­dıq­da onun­la gedirlər, zül­mət on­ları bü­rüdükdə isə daya­nıb durur­lar. Əgər Allah is­tə­səydi, onları eşit­məkdən və gör­məkdən məh­rum edərdi. Şübhəsiz ki, Allah hər şeyə qa­dirdir.

ﭿ ﮀ ﮁ ﮂﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ

21. Ey insanlar! Sizi və siz­dən ön­cə­kiləri yaratmış Rəb­binizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız.

ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ

22. O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göy­dən su endirib onunla sizin üçün növbə­növ məhsullar­dan ruzi ye­tişdi­rdi. Siz də bunu bil­di­yiniz halda heç kəsi Allaha tay tut­ma­yın.

ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ

23. Əgər qulumuza nazil et­di­yi­mizə şübhə edirsinizsə və doğru de­yirsiniz­sə, onda ona bən­zər bir surə gətirin və Allah­dan sava­yı bü­tün şahidlə­rinizi kö­məyə çağı­rın!

ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ

24. Əgər siz bunu edə bil­mir­siniz­sə, – heç edə də bilməz­si­niz – onda yanacağı insanlar­dan və daşlardan olan, kafirlər üçün ha­zır­lanmış oddan çəki­nin.

ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁﰂ ﰃ ﰄ ﰅ

25. İman gətirib saleh əməl­lər edən­lərə müjdə ver ki, on­lar­dan ötrü üçün ağacları al­tından çaylar axan Cənnət bağ­ları var­dır. Hər dəfə onun mey­və­lə­rindən onlara ruzi veril­dikcə: “Bu ki, əvvəlcə dün­yada bizə verilən ruzidir!”– deyə­cəklər. Halbu­ki onlara dünyadakı­nın oxşarı verilə­cəkdir. On­lardan ötrü orada pak zövcələr var və onlar ora­da əbədi qala­caqlar.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪﭫ ﭬ ﭭ ﭮﭯ ﭰ ﭱ ﭲ ﭳﭴ ﭵ ﭶ ﭷ ﭸ

26. Həqiqətən, Allah ağca­qa­nadı və (istər böyüklükdə, istərsə də ki­çiklikdə) ondan da üstün olanı məsəl çəkmək­dən utanmaz. İman gətirənlər bilir­lər ki, bu, on­ların Rəbbindən gələn haqdır. Küfr edən­lər isə deyir­lər: “Bu mə­səllə Allah nə demək istədi?” Hal­buki O bu­nun­la bir çox­larını azdı­rır və bir çoxla­rı­nı da haqq yoluna yö­nəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır.

ﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂ ﮃ ﮄﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ

27. O kəslər ki, Allahla əhd-pey­man bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulma­sını əmr etdi­yi şeyləri (qohum­luq əla­qələrini) kəsir və yer üzündə fitnə-fəsad törə­dirlər. Məhz onlar ziyana uğrayan­lardır!

ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛ ﯜ

28. Allahı necə inkar edir­siniz ki, siz ölü idiniz, O sizi diriltdi? Sonra O sizi öldürə­cək və yenə dirildəcək, daha sonra isə siz Ona qaytarılacaq­sınız.

ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ

29. Yer üzündə olanların ha­­mısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur. O, hər şeyi bilir.

ﯬ ﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵ ﯶ ﯷﯸﯹﯺﯻﯼ ﯽﯾﯿ ﰀ

30. Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bər­qərar edəcə­yəm!”– dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflə­diyimiz və Səni müqəd­dəs tut­du­ğumuz halda, Sən orada fəsad tö­rədib qan salacaq bir kəsmi yerləş­dirəcəksən?”– söy­lədilər. O dedi: “Şüb­həsiz ki, Mən sizin bilmədik­lərinizi bi­lirəm!”

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ

31. Allah Adəmə bütün şey­lə­rin adla­rını öyrətdi. Sonra onları mə­lək­lərə gös­tərib dedi: “Doğru danı­şan­larsınızsa, bun­ların adla­rını Mənə deyin!”

ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ

32. Onlar dedilər: “Sən pak və mü­qəddəssən! Sənin bizə öyrət­dik­lərindən başqa bizdə heç bir bilik yoxdur! Hə­qi­qə­tən, Sən Bilənsən, Müdrik­sən!”

ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ

33. Allah dedi: “Ey Adəm, bun­la­rın adlarını onlara bildir!” O, bunla­rın adla­rını onlara bil­dir­dikdə Allah dedi: “Mən sizə demə­dim ki, göy­lərdə və yerdə olan qeybi, aşkara çıxartdığı­nızı və gizli saxladığınızı bili­rəm?”

ﮎ ﮏ ﮐ ﮑﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ

34. Bir zaman Biz mələk­lə­rə: “Adə­mə səcdə edin!”– de­dikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib tə­kəbbür göstərdi və kafir­ oldu.

ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ

35. Biz dedik: “Ey Adəm! Sən zöv­cənlə birlikdə Cən­nətdə sakin ol və ora­da rahat­lıqla nemətləri­miz­dən istə­diyi­niz yerdə yeyin için, təkcə bu ağaca ya­xınlaşma­yın! Yoxsa zalımlardan olarsı­nız”.

ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ

36. Şeytan isə ağaca yaxın­laş­dır­maqla onları aldadıb ol­duqları yer­dən çıxart­dı. Biz de­dik: “Bir-biri­nizə düşmən ola­raq aşağı enin! Yerdə sizin üçün müəy­yən olunmuş vaxta­dək məskən və gün-güzəran vardır”.

ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ

37. Adəm tövbə etmək üçün Rəb­bin­dən kəlmələr öyrəndi, O da onun töv­bəsini qəbul etdi. Doğru­dan da O, töv­bələri qəbul edəndir, Rəhmlidir.

ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ

38. Biz dedik: “Hamınız ora­­dan yerə enin! Mənim tərə­fim­dən sizə doğru yolu göstərən rəhbər gəldik­dən sonra Mənim yol gös­tərənimin ardınca ge­dən­lərə axi­rətdə heç bir qorxu yox­dur və onlar kədərlən­mə­yə­cəklər”.

ﭑ ﭒ ﭓ ﭔﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ

39. Kafir olub ayələrimizi ya­lan sa­yanlar isə Od sakinlə­ridir­lər. Onlar ora­da əbədi qa­lacaqlar!

ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪﭫ ﭬ ﭭ ﭮ ﭯ

40. Ey İsrail oğulları! Sizə ba­ğış­la­dı­ğım nemətimi yadı­nıza sa­lın və Mənə verdiyiniz əhdə sadiq olun ki, Mən də sizə verdiyim əhdi yerinə ye­tirim. Təkcə Mən­dən qorxun!

ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ

41. Sizdə olanı təsdiqləyici ki­mi na­zil etdiyimə (Qurana) iman gəti­rin və onu inkar edən­lərin ən birin­cisi olma­yın! Mənim ayələ­rimi ucuz qiymətə satmayın və yalnız Mən­dən qorxun.

ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ

42. Özünüz də bilə-bilə haq­qa batil donu geyindirmə­yin və haqqı giz­lət­məyin.

ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ

43. Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!

ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ

44. Siz Kitab oxuyub insan­lara xeyir­xahlığı əmr etdiyinizi halda, özünüz bu­nu unudursu­nuz? Mə­gər anlamır­sı­nız?

ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ

45. Səbir etmək və namaz qıl­maqla Allahdan kömək di­ləyin! Hə­qiqətən, bu, Allaha itaət edən­lərdən başqa hamıya ağır gəlir.

ﮰ ﮱ ﯓﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ

46. Çünki onlar öz Rəbbi ilə qar­şıla­şacaqlarını və Ona qayı­da­caqla­rını yəqin bilirlər.

ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ

47. Ey İsrail oğulları! Sizə bəxş etdi­yim nemətimi və sizi aləmlər­dən üstün etdiyimi xa­tır­layın.

ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ

48. Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bil­mə­yəcək, heç kəsdən şəfaət qəbul olun­mayacaq, heç kəsdən bir fidyə alın­mayacaq və günah­karlara kömək göstə­rilməyəcək­dir.

ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ

49. Bir zaman Biz sizi Firo­nun tə­rəf­dar­larından xilas et­dik. O vaxt onlar sizə ağır əzablar verir, oğlan uşaq­ları­nı­zı öldürür, qadın­larınızı isə sağ bura­xırdılar. Bun­da Rəbbi­niz tərəfindən sizin üçün bö­yük bir sınaq var idi.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ

50. O zaman Biz sizə görə də­nizi yardıq, sizi xilas etdik və Fironun tə­rəf­dar­larını gözü­nüzün qabağın­da dənizdə ba­tırdıq.

ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ

51. O zaman Biz Musaya vəhy üçün qırx gecəlik vədə verdik. Sonra siz onun ardın­dan buzovu özünüzə mə­bud qəbul edərək zalım oldu­nuz.

ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ

52. Sonra bunun ardınca Biz sizi ba­ğışladıq ki, bəlkə şükür edəsiniz.

ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ

53. O zaman Biz Musaya Kitab və haqqı batildən ayıran Furqan verdik ki, bəlkə doğru yolla gedə­siniz.

ﮆﮇﮈﮉﮊﮋﮌﮍ

54. O zaman Musa öz qöv­mü­nə dedi: “Ey qövmüm! Siz buzo­vu ilah qəbul etməklə özü­nüzə zülm et­diniz. Odur ki, Yara­danı­nıza tövbə edin və özünüzü (siz­lərdən özlərinə zülm edən­ləri) öl­dürün. Bu, Yaradanını­zın yanında sizin üçün xeyir­lidir”. O, sizin töv­bənizi qəbul etdi. Doğ­rudan da O, tövbələri qəbul edən­dir, Rəhm­lidir.

ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ

55. O zaman siz: “Ey Musa! Biz Alla­hı açıq-aşkar gör­mə­yincə sənə iman gətirməyə­cə­yik!”– de­diniz və gözünüz görə-görə sizi ildırım vurdu.

ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ

56. Ölümünüzdən sonra Biz sizi di­riltdik ki, bəlkə şükür edəsiniz.

ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟﯠ ﯡ

57. Biz sizin üs­tünüzə bu­ludla kölgə saldıq, sizə manna və bil­dirçin endirdik və: “Sizə ruzi ola­raq ver­diyimiz pak şey­lərdən ye­yin!”– dedik. Onlar Bizə deyil, təkcə özlərinə zülm etdilər.

ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ

58. O zaman Biz dedik: “Bu kəndə daxil olun və orada istə­di­yiniz yerlər­də, rahatlıqla ye­yin için. Qapıdan səcdə edərək daxil olun və: “Bizi bağış­la!”– deyin ki, sizin günahlarınızı bağışla­yaq”. Biz yaxşı işlər gö­rənlərə müka­fat­larını artırarıq.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ

59. Zülm edənlər özlərinə de­yilən sözü başqası ilə dəyiş­dilər. Biz də zülm edənlərə et­dikləri günaha görə göydən əzab gön­dərdik.

ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ

60. O zaman Musa öz xalqı üçün su istədikdə, Biz: “Əsan­la daşa vur!”– de­dik. Daşdan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbi­ləyə su içə­cəyi yer müəy­yən­ləş­dirildi. Onlara de­dik: “Allahın sizə verdiyi ruzi­dən yeyin-için və yer üzün­də fəsad yayıb pis işlərə qurşan­mayın!”

ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ

61. Onda siz dediniz: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcə­yik. Ona görə də bizim üçün Rəbbi­nə bizə yerin bitirdik­lərin­dən – tərə­vəzin­dən, xiyarın­dan, sarımsağın­dan, mər­ciməyin­dən və soğanından ye­tirməsi üçün dua et!” O dedi: “Siz xeyirli olan şey­lərin daha də­yərsiz şeylərlə əvəz olunma­sınımı istə­yir­siniz? Şəhərə girin! Şübhəsiz ki, ora­da istə­diyinizi taparsınız!” Onlara zə­lil­lik və düşgünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldu­lar. Bu cəza ona görə idi ki, on­lar Allahın ayələrini inkar edirdilər və bəzi peyğəmbər­ləri haqsız yerə öl­dürürdülər. Bu həm də onların asi olduqlarına və həddi aşdıq­la­rına görə idi.

ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ

62. Şübhəsiz ki, möminlə­rin, yə­hudi, nəsrani və sabiilər­dən Al­laha və Axirət gününə iman gəti­rənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanın­dadır. Onlara heç bir qor­xu yoxdur və onlar kədərlən­məyəcəklər.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ

63. Bir zaman sizdən əhd-pey­man aldıq, dağı başınız üstünə qal­dırdıq və buyurduq: “Sizə verdiyi­mizdən möh­kəm yapışın və onun için­dəkiləri yada salın ki, bəlkə Allahdan qorxasınız!”

ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ

64. Sonra bunun ardınca siz yenə üz döndərdiniz. Əgər sizə Allahın lütfü və rəhmi olma­saydı, əlbəttə, ziyana uğra­yan­lardan olar­dınız.

ﭺ ﭻ ﭼ ﭽ ﭾﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ

65. Siz artıq içərinizdən şənbə günü həddi aşanları tanı­yır­sınız. Biz də on­la­ra: “Mən­fur mey­mun­lar olun!”– dedik.

ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ

66. Biz bunu onlarla bir dövr­ olanlar və onlardan sonra gə­lənlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik.

ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ

67. Bir zaman Musa öz xal­qı­na dedi: “Allah sizə bir inək kəs­mənizi əmr edir!” Onlar: “Sən bizi ələ salırsan?”– dedi­lər. Musa: “Cahil ol­maqdan Allaha sığı­nıram!”– dedi.

ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬ ﮭﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ

68. Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür inək oldu­ğunu bizə bildirsin!” Musa dedi: “Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasın­da olan orta yaşlı bir inək­dir. Sizə nə əmr edilirsə, onu da ye­rinə yeti­rin!”

ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ

69. Onlar dedilər: “Rəbbinə dua et ki, onun rəngini də bizə bildir­sin!” Musa dedi: “Allah bu­yurur ki, o, sarı rəngli parlaq bir inək­dir. Ona baxan­ları se­vin­dirir”.

ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ

70. Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bil­dirsin! Çünki bu inək bizə (başqa inək­lərə) bənzər görünür. Əgər Allah istəsə, biz düz yolda olarıq”.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ

71. Musa dedi: “Allah bu­yu­rur ki, o, nə yer şumlamağa, nə də əkin su­var­ma­ğa ram edilmə­miş bir inəkdir. O, sağ­lamdır və onda heç bir ləkə-qüsur yox­dur”. Onlar: “İndi sən əsl həqi­qəti bil­dirdin!”– dedilər və onu kəsdilər. Hal­buki az qala bunu yeri­nə yetirməyə­cək­dilər.

ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲﭳ ﭴ ﭵ ﭶ ﭷﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ

72. O zaman siz bir nəfəri öldür­müş­dünüz və onun qatili barə­sində müba­hisə edirdiniz. Allah isə sizin gizlətdik­lərinizi aşkara çıxarar.

ﭾ ﭿ ﮀ ﮁ ﮂﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ

73. Biz dedik: “İnəyin bir par­çası­nı ona (ölüyə) vurun!” Allah ölüləri bu cür dirildir və Öz ayə­lərini sizə göstərir ki, bəlkə anla­yasınız.

ﮊ ﮋ ﮌﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ

74. Sonra bunun ardınca si­zin qəlb­ləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu. Həqi­qə­tən, daş­lardan eləsi var ki, içəri­sindən çaylar qaynayıb çı­xar. On­lardan elə­si də var ki, yarılar, içərisindən su çıxar. Eləsi də var ki, Allahın qorxu­sundan yuvarla­nıb yerə dü­şər. Allah sizin nə etdiklərinizdən xəbərsiz de­yil­dir.

ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ

75. Siz yəhudilərin sizə ina­na­caq­la­rınamı ümid edirsiniz? Hal­buki on­lar­dan bir zümrə var idi ki, Allahın Sö­zü­nü eşi­dib anla­dıq­dan sonra, bilə-bilə onu təhrif edirdilər.

ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ

76. Onlar möminlərlə rast­la­­şan­da: “Biz iman gətirdik!”– de­yir, bir-birləri ilə xəlvətdə qalan­da isə: “Allahın sizə bil­dirdiyini onlara danışırsınız ki, Rəb­bi­nizin yanında bunu sizə qarşı dəlil gə­tirsinlər? Məgər başa düşmürsü­nüz?”– deyir­lər.

ﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋﰌ ﰍ ﰎ ﰏ

77. Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıq­la­rını və aşka­ra çıxartdıqlarını bilir?

ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚ

78. Onların arasında Kitabı bil­mə­yən elə savadsızlar vardır ki, onlar an­caq xülyalara dalar və ancaq zənnə uyarlar.

ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ

79. Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allahın vəh­yi­dir!”– deyir­lər ki, onunla cüzi miqdarda pul əldə edə bilsin­lər. Öz əlləri ilə yaz­dıq­larına görə vay onların halına! Qazan­dıq­ları şeyə görə vay onların halına!

ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ

80. Onlar dedilər: “Od bizə ancaq bir neçə gün toxuna­caq!” De: “Məgər siz Allahdan əhd al­mışsı­nızmı? Allah ver­diyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Alla­ha qarşı bilmədi­yi­nizi danışırsı­nız?”

ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ

81. Xeyr! Günah qazanan və xə­taları özlərini bürüyən kim­sə­lər – məhz onlar Od sakinlə­ridir və ora­da əbədi qalacaq­lar!

 ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤﮥ ﮦ ﮧ ﮨ ﮩ

82. İman gətirib yaxşı işlər gö­rənlər isə Cənnət sakinləri­dir­. Onlar orada əbə­di qala­caqlar!

ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰﮱ ﯓ ﯔ ﯕ ﯖ

83. Bir zaman Biz İsrail oğul­­ları ilə: “Allah­dan qeyrisinə iba­dət etməyə­cək, vali­deyn­lərə, qo­hum-əq­rəbaya, yetimlə­rə və ka­sıblara xeyirxahlıq edəcək, in­san­lara xoş söz deyəcək, na­maz qıla­caq və zəkat verəcək­siniz!”– deyə əhd bağ­ladıq. Sonra az bir qismi­niz istisna olmaqla, haqdan üz çevirib döndünüz.

ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ

84. O zaman Biz sizinlə: “Bir-biri­ni­zin qanını tökməyə­cəksiniz, bir-birinizi yurd­ları­nızdan çıxarmaya­caqsınız!”– deyə əhd kəsdik. Sonra da siz özünüz şahidlik edə­rək bu əhdi təsdiqlədiniz.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ

85. Siz o kəslərsiniz ki, bir-birini­zi öldürürsünüz, özünüz­dən olan bir dəs­təni öz yurd­undan çı­xarırsı­nız, onlara qarşı pislik və düşmənçi­lik etməkdə bir-birinizə kömək edir­siniz. Onlar əsir tutu­lub yanınıza gə­tiriləndə, fidyə ve­rib onları azad edirsiniz. Hal­buki onları yurdların­dan çıxartmaq sizə haram edil­mişdi. Yoxsa siz Kitabın bir qisminə inanıb, di­gər qis­mini inkarmı edirsi­niz? Siz­lər­dən bunu edənin cəzası dünya hə­yatında rüsvay olmaq, Qi­yamət günü isə ən şiddətli əzaba məh­kum olmaqdır. Allah sizin etdik­lə­riniz­dən bixəbər de­yil­dir.

ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ

86. Onlar axirəti verib dünya hə­ya­tını satın aldılar. Ona görə də on­ların nə əzabı yüngülləş­dirilə­cək, nə də on­lara kömək göstəri­ləcəkdir.

ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ

87. Biz Musaya Kitab ver­dik və on­dan sonra bir-birinin ardınca elçi­lər gön­dərdik. Biz Məryəm oğlu İsa­ya da açıq-aydın dəlillər verdik və onu mü­qəddəs ruhla (Cəbrail ilə) qüvvətləndir­dik. Mə­gər hər dəfə sizə göndərilən elçi ürəyi­nizə yatmayan bir şey gəti­rəndə siz təkəbbür gös­tərmədi­niz­mi? On­ların bir qismini yalançı hesab edib, bir qis­mini də öldür­mə­dinizmi?

ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ

88. Onlar dedilər: “Qəlblə­ri­miz qa­palıdır!” Xeyr, Allah onları məhz küfrlərinə görə lə­nətləmiş­dir. Odur ki, onlar ol­duqca az inanırlar.

ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ

89. Onlara Allah tərəfindən özlə­rin­də olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə onu inkar etdilər. Halbuki əv­vəl­lər ka­firlər üzərində qələ­bə dilə­yir­di­lər. On­lara tanıdıq­ları pey­ğəm­bər gəldik­də isə onu inkar et­di­lər. Allah kafirlərə lənət etsin!

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ

90. Allahın Öz qullarından istədi­yi kimsəyə Öz lütfündən bəxş etmə­sinə həsəd aparmaq və Onun nazil etdiyini inkar et­məklə nəfs­lərini satıb əvəzində aldıqları şey necə də pisdir! On­lar Alla­hın on­lara bəslədiyi qə­zəbi daha da şid­dətləndir­di­lər. Kafirlərə alçaldıcı bir əzab vardır.

ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ ﮊ

91. Onlara: “Allahın nazil etdiyi­nə inanın!”– deyildikdə, onlar: “Biz özü­müzə nazil edi­lənə ina­nırıq”– deyib onun ar­dınca gələni inkar edirlər. Hal­buki Quran on­ların ya­nında olanı təs­diqləyən bir həqiqət­dir. De: “Əgər siz inanan idi­nizsə, bəs nə üçün əvvəllər Al­lahın pey­ğəmbərlərini öldürür­dü­nüz?”

ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ

92. Musa sizə açıq-aydın də­lil­lər gə­tirmişdi. O getdik­dən sonra siz buzovu ilahiləş­dirib özünüzə zülm etdiniz.

ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ

93. O zaman Biz sizinlə əhd bağ­layıb dağı başınızın üstünə qal­dır­dıq: “Sizə verdiyimizdən möh­kəm yapışın və eşi­din!”– deyə əmr etdik. Onlar: “Eşitdik və asi ol­duq!”– de­dilər. Küfr­lərinə görə buzova olan məhəb­bət onların qəlblərinə yeridildi. De: “Əgər siz möminsinizsə, ima­nınızın sizə əmr etdiyi şey necə də pisdir!”

ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ

94. De: “Əgər Allah yanın­da Axi­rət yurdu digər insanlara deyil, yalnız si­zin üçün hazır­lanıbsa və doğru deyir­siniz­sə, onda özünüzə ölüm diləyin!”

ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙ ﭚ ﭛﭜﭝﭞﭟﭠﭡ ﭢ

95. Onlar öz əllərinin etdi­yinə görə bunu heç vaxt dilə­məzlər. Allah zalım­ları tanıyır.

ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ ﭭ

96. Sən onların həyatına bü­tün in­sanlardan, hətta müşrik­lərdən də daha həris olduqla­rını görəcək­sən. Onlardan hər biri min il ömür sür­məsini istər. Halbuki uzun ömür belə onu əzabdan uzaqlaşdıra bil­məz. Allah onların nə et­diklə­rini görür.

ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ

97. De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özün­dən əvvəlkiləri təs­diq­ləyən, möminlərə doğru yol gös­tə­rən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmiş­dir”.

ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ

98. Kim Allaha, Onun mə­lək­­ləri­nə və elçilərinə, Cəb­railə və Mikailə düşmən­dirsə, şüb­həsiz ki, Allah da o kafirlərə düşməndir.

ﮝﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ

99. Biz sənə aydın başa dü­şü­lən də­lillər nazil etdik ki, onları da yalnız fa­siqlər inkar edərlər.

ﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ

100. Onlar hər dəfə əhd bağ­la­dıqda içərilərindən bir dəstə onu pozmurmu? Həm də on­ların çoxu buna inanmır.

ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ

101. Onlara Allah tərəfin­dən öz­lə­rində olanı təsdiqləyən bir elçi gəl­dik­də Kitab verilən­lərdən bir dəstə guya həqiqəti bil­mirmiş kimi Allahın Kita­bına arxa çevir­dilər.

ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ

102. Onlar Suleymanın səl­tə­nə­tində şeytanların oxuduq­larının ar­dınca get­dilər. Süley­man kafir ol­madı. Lakin şey­tanlar sehri və Ba­bildə Harut və Marut adlı iki mə­ləyə nazil olanı insan­lara öyrə­dərək kafir oldular. Mələklər: “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– de­məmiş onu heç kəsə öyrət­mirdilər. Yəhudilər ərlə arvadı bir-birin­dən ayıracaq işləri on­lardan öyrənir­di­lər. Lakin on­lar Allahın izni olma­dan heç kəsə zə­rər verə bilməzlər. On­lar öz­lərinə zərər verən, fay­dası olmayan şey­ləri öyrənir­di­lər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axi­rətdə heç bir pay yoxdur. Nəfs­lərinin əvə­zində satın aldıqları şey necə də pisdir! Kaş bunu bi­ləydilər!

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞﮟ ﮠ ﮡ ﮢ ﮣ

103. Onlar iman gətirib Al­lah­dan qorxsaydılar, Allahın verdiyi müka­fat onlar üçün daha xeyirli olardı. Kaş bunu biləy­dilər!

ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬﮭ ﮮ ﮯ ﮰ ﮱ

104. Ey iman gətirənlər! Pey­ğəm­bərə: “Bizə qayğı göstər!”– deməyin; “Bizə nəzər yetir!”– deyin və (Allahın əmrini) eşi­din! Kafirləri üzücü bir əzab gözlə­yir.

ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟ ﯠ

105. Nə Kitab əhlinin kafir olan­ları, nə də müşriklər sizə Rəb­bi­niz­dən bir xeyir nazil olma­sını istəmir­lər. Allah isə mərhə­mətini dilədiyi şəxsə məx­sus edir. Allah böyük lütf sahibidir.

ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ

106. Biz hər hansı bir ayəni dəyiş­dirir və ya onu unutduru­ruq­sa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk. Mə­gər bil­mirsən ki, Allah hər şeyə qa­dir­dir?

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ

107. Bilmirsənmi ki, göy­lər­də və yerdə hökmranlıq təkcə Allaha məx­sus­dur? Sizin Allah­dan başqa nə bir hima­yəçiniz, nə də bir kö­məkçiniz vardır.

ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮﭯ ﭰ ﭱ ﭲ ﭳﭴﭵ ﭶ ﭷ ﭸﭹ

108. Yoxsa bundan əvvəl Mu­sa­dan tələb olunduğu kimi siz də Pey­ğəm­bə­rinizdən mö­cüzə tələb etmək istəyir­si­niz? İmanı küfrə dəyişən kəs, əl­bəttə, doğru yoldan azmışdır.

ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ

109. Kitab əhlindən bir çoxu həqi­qəti bildikdən sonra da, pa­­xıllıqları üzün­dən sizi, siz iman gətirdikdən sonra ka­fir­liyə qay­tarmaq istəyərlər. Allah Öz əmri ilə gəlin­cəyə qədər onları bağış­la­yın və onlara baş qoş­mayın. Həqi­qətən, Allah hər şeyə qa­dirdir.

ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ

110. Namaz qılın, zəkat ve­rin! Qa­baqcadan özünüz üçün nə xe­yir hazır­lasanız onun əvə­zini Alla­hın yanında tapa­caq­sanız. Şübhəsiz ki, Allah nə et­diklərinizi görür.

ﯓ ﯔ ﯕ ﯖﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ

111. Onlar dedilər: “Yəhu­di­­lər­dən və xaçpərəstlərdən baş­qa­ heç kəs Cənnətə daxil olma­ya­caq!” Bu onla­rın xam xə­yal­la­rıdır. De: “Əgər doğ­ru deyir­si­niz­sə, dəlilinizi gəti­rin!”

ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰﯱ ﯲ ﯳﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ

112. Xeyr! Kim yaxşı işlər gö­­rüb Allaha təslim olarsa, Rəbbi yanında onun mü­kafatı olar. On­lara heç bir qorxu yox­dur və onlar kədərlənmə­yə­cəklər.

ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ

113. Yəhudilər: “Xaçpərəst­lər heç bir şeyə əsaslanmır­lar!”– de­yir, xaç­pərəstlər isə: “Yəhu­dilər heç bir şeyə əsas­lanmır­lar!”– de­yirlər. Hal­buki onlar Kitab oxu­yan­dırlar. Ca­hil­lər də onların da­nış­dığı kimi danı­şırlar. Allah ixti­lafa düş­dük­ləri şey barəsində Qiyamət günü on­ların arasında hökm verə­cəkdir.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ

114. Allahın məscidlərində Onun adının zikr edilməsinə ma­neçilik törə­dənlərdən və on­ların viranə qal­masına çalışan­lardan daha zalım kim ola bi­lər? Əslində onlar oraya qorxa-qorxa daxil ol­malı idilər. Onlar üçün dünyada rüs­vayçılıq, axi­rətdə isə böyük bir əzab vardır.

ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ

115. Məşriq də, məğrib də Alla­hın­dır! Hansı səmtə yönəl­səniz, Allahın Üzü orada olar. Həqiqə­tən, Allah hər şeyi Əhatə­edəndir, Bilən­dir.

ﮔ ﮕ ﮖﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ

116. Onlar dedilər: “Allah Özü­nə öv­lad götürmüşdür!” Hal­­buki O, pakdır, müqəddəs­dir! Həqiqə­tən, göylərdə və yerdə nə varsa, Ona məxsus­dur. Hər şey Ona baş əyir.

ﮣ ﮤ ﮥ ﮦﮧ ﮨﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ

117. Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədik­də ona ancaq: “Ol!”– deyər, o da olar.

ﯖ ﯗ ﯘﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ

118. Cahillər dedi­lər: “Bəs nə üçün Allah bizi danışdırmır, ya­xud bizə bir ayə gəlmir?” Onların əc­dadları da elə onlar kimi danışır­dılar. Onların qəlb­ləri bir-biri­nə oxşayır. Biz, yə­qinliklə inanan bir xalqa dəlil­lərimizi bəyan et­mişik.

ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ

119. Biz səni haqq ilə müj­də­lə­yən və xəbərdarlıq edən bir pey­ğəmbər göndər­dik. Cə­hən­nəm sakinləri ba­rəsində isə sən sorğu-sual olunma­yacaqsan.

ﯿ ﰀ ﰁ ﰂ ﰃﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ

120. Sən onların dininə tabe ol­ma­yınca, nə yəhu­dilər, nə də xaç­pərəstlər səndən razı qal­mayacaq­lar. De: “Yalnız Alla­hın haqq yolu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istək­lərinə uysan, səni Allahdan nə bir qo­ru­yan, nə də bir xilas edən olar.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ

121. Kitab verdiyimiz kəs­lər onu layi­qincə oxuyurlar. Onlar ona iman gəti­rənlərdir. Onu inkar edən­lər isə ziyana uğra­yanlardır.

ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ

122. Ey İsrail oğulları! Sizə bəxş et­diyim ne­mətimi və vaxtı ilə sizi aləm­lərdən üstün etdi­yimi xatırla­yın.

ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ

123. Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilmə­yəcək, heç kəsdən bir fidyə qəbul edilməyə­cək, heç kəsin şə­faəti fayda ver­mə­yəcək və onlara kömək göstə­rilməyəcək.

ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ

124. Rəbbi İbrahimi bəzi kəl­­mələrlə sı­nadığı zaman o, bun­ları tamamilə yeri­nə yetirdi. Allah: “Mən səni in­sanlara imam edəcə­yəm!”– dedi. İb­ra­him: “Nəs­lim­dən də (imam et)!”– dedi. Allah: “Zalımlar Mənim onlarla əhd bağ­lama­ğıma nail olmazlar!”– dedi.

ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ

125. Biz evi (Kəbəni) insan­lar üçün zi­yarət və əmin-aman­lıq yeri etdik. “İb­ra­himin da­yandığı yeri na­mazgah edin!” Biz İbrahimə və İs­mailə: “Evimi təvaf edənlər, eti­kafa girənlər, rüku və səcdə edən­lər üçün təmizləyin!”– dedik.

ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ

126. Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükə­siz bir şəhər et, onun əhalisinə, – on­lardan Alla­ha və Axirət gü­nünə iman gətirən­lərə – hər növ məh­sullardan ruzi ver!” Allah dedi: “Mən kafir olan­lara bir qədər zövq al­mağa izn ve­rərəm, sonra da on­ları Cə­hən­nəm əzabına giriftar edə­rəm. Ora necə də pis dönüş yeridir!”

ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑﰒ ﰓ ﰔ ﰕ

127. O zaman İbrahim və İs­mail evin (Kəbənin) bünöv­rəsini qaldı­rarkən belə dua etdi­lər: “Ey Rəbbimiz! bunu biz­dən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilən­sən!

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ

128. Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəsli­mizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydala­rını göstər və bizim tövbələri­mizi qəbul et! Həqi­qətən, Sən tövbələri qəbul edənsən, Rəhm­lisən!

ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ

129. Ey Rəbbimiz! Onların içəri­sin­dən özlərinə elə bir elçi gön­dər ki, Sənin ayələrini on­lara oxu­sun, Kitabı və hikməti onlara öy­rətsin və onları gü­nah­lardan tə­mizləsin! Həqi­qə­tən, Sən Qüd­rət­lisən, Müdrik­sən!”

ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ

130. Səfeh olanlardan başqa kim İb­rahimin dinindən üz çe­vi­rər? Biz onu dünyada elçi seçdik. Şübhəsiz ki, o, axi­rətdə də əməli­salehlərdən olacaqdır.

ﮆﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎﮏ ﮐ ﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚ

131. Rəbbi ona: “Təslim ol!”– dedik­də, o: “Aləm­lərin Rəbbinə təslim oldum!”– demişdi.

ﮛ ﮜ ﮝ ﮞ ﮟﮠ ﮡﮢﮣ ﮤ ﮥ

132. İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdi­lər: “Ey oğulla­rım! Həqiqətən, Allah bu dini sizin üçün seç­mişdir. Siz də ancaq müsəl­man olaraq ölməli­siniz!”

ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰﮱﯓﯔ ﯕﯖﯗ

133. Yoxsa siz Yaquba ölüm gəl­dikdə onun yanında idiniz? O zaman o, öz oğullarına dedi: “Mən­dən sonra nəyə ibadət edə­cək­siniz?” Onlar dedilər: “Sə­nin İla­hına, ataları­nın – İbrahimin, İs­mai­lin və İshaqın İlahı olan Tək İlaha ibadət edə­cəyik. Biz yalnız Ona təslim olanlarıq!”

ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ

134. Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazan­dıq­­ları özlə­ri­nə, sizin qazan­dı­ğınız isə sizə aid­dir. Siz onla­rın etdik­ləri barədə sor­ğu-suala tu­tulma­yacaqsınız.

ﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ

135. Onlar dedilər: “Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönə­ləsi­niz!” De: “Ək­sinə, biz hənif İbra­himin dinin­dəyik. O, müşriklərdən deyil­di”.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ

136. Deyin: “Biz Allaha, bizə nazil ola­na, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəs­linə nazil olana, Mu­sa və İsa­ya veri­lənlərə, özlərinin Rəbbi tə­rə­fin­dən peyğəmbərlərə ve­rilən­lərə iman gə­tirdik. Biz onların ara­sında fərq qoy­mu­ruq. Biz yalnız Ona təslim olanla­rıq!”

ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ

137. Əgər onlar da siz iman gətir­di­yinizə iman gətirsələr, doğ­ru yola yö­nəlmiş olarlar. Yox, əgər üz dön­dər­sə­lər, müt­ləq ixti­lafa düşmüş olarlar. On­lardan qo­runmaq üçün Allah sənə kifa­yət edər. O, Eşidən­dir, Biləndir!

ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑﮒ ﮓ ﮔﮕ ﮖ ﮗ ﮘ ﮙ

138. De: “Budur Allahın dini! Kimin dini Allahın dinindən daha doğru ola bilər? Biz yal­nız Ona iba­dət edənlərik!”

ﮚ ﮛﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ ﮥ ﮦ

139. De: “Allah barəsində bi­zimlə mübahisəmi edirsiniz? Hal­buki O, bi­zim də Rəbbi­miz, sizin də Rəbbi­nizdir! Bi­zim əməlləri­miz bizə, sizin əməl­ləriniz isə sizə aiddir. Biz Ona sadiq olan­larıq!”

ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ

140. Yoxsa siz İbrahimin, İs­mai­lin, İshaqın, Yaqubun və onun nəs­linin yə­hudi və yaxud xaç­pərəst olduğunu de­yirsiniz? De: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Allahın onlara nazil et­di­yi şəha­dəti gizlədən kimsələr­dən daha zalım kim ola bilər? Allah sizin et­dik­lə­rinizdən xəbər­siz deyildir­.

ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ

141. Onlar bir ümmət idi ki, gəlib getdi. Onların qazandıq­ları özləri­nə, sizin qazandığı­nız isə sizə aid­dir. Siz onların etdikləri barədə sorğu-sual olun­mayacaq­sınız.

ﯹ ﯺ ﯻ ﯼﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ




Yüklə 318,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə