1 müəllimin Peşəkarlıq Standartı İctİmaİ Elmlər



Yüklə 78,29 Kb.
Pdf görüntüsü
tarix17.10.2017
ölçüsü78,29 Kb.
#5493


İctİmaİ  Elmlər

1

müəllimin  

Peşəkarlıq Standartı

İctİmaİ  Elmlər

(baza və orta pillə)

2008-ci il

(birinci redaksiya)


m

üəll

İm

İn P

Eşəkarlıq St

andartı

2


İctİmaİ  Elmlər

3

Baza və/ya orta Pİllənİn GürcüStan tarİxİ, GürcüStan 

coğrafİyaSı və dİGər İctİmaİ Elmlər üzrə müəllİmİnİn 

PEşəkarlıq vərdİş-Bacarıqları

tarİx

İstiqamət: tarixi zaman

Xronoloji vahidlər sistemindən istifadə etmək; tarixi hadisə və faktları müvafiq tarixi dövrlə 

əlaqələndirmək.

tarixi interpretasiya

Tarixi  hadisələrin  (şəxsiyyətlərin)  fərqli  interpretasiyalarının  olması  səbəbləri  üzərində 

müzakirələr aparmaq;

Eyni bir tarixi hadisə (şəxsiyyətin) fərqli interpretasiyalarının təhlili və qiymətləndirilməsi.



İstiqamət: tarixi araşdırma

İlkin  və  başqa  mənbələrin  təhlili.  Tarixi  araşdırmaların  planlaşdırılması  və  həyata 

keçirilməsi.

İstiqamət: kommunikasiya

Müxtəlif dövrlərdə Gürcüstanda və dünyada baş verən mühüm siyasi, sosial, iqtisadi və 

mədəni dəyişikliklər barədə müzakirələr aparmaq.

Yer  üzərindəki  dini  etiqadların  mahiyyəti  və  müxtəlif  dövrlərdə  dinin  ictimai  həyatda  rolu 

haqqında müzakirələr aparmaq.

Müasir  dövrdə  və  keçmişdə  müxtəlif  mədəni  əlaqələr  və  qarşılıqlı  təsirlər  haqqında 

müzakirələr aparmaq.

Bu və ya digər konkret dövrdə Gürcüsanda və dünyada baş verən siyasi, iqtisadi, sosial və 

mədəni-dini proseslərin qarşlıqlı əlaqələri barəsində müzakirələr aparmaq.

Hər hansı bir tarixi mətn üzərində əsaslandırılmış esse yazmaq.

Sərbəst araşdırma aparmaqla tarixi mövzu yazmaq.



m

üəll

İm

İn P

Eşəkarlıq St

andartı

4

coğrafİya

İStİqamət: zaman və məkan

Xəritə dilini anlamaq; xəritə, tarixi-coğrafi vasitələrin (sxema, diaqrama, fotoşəkil, cədvəl, 

qrafik) və coğrafi ləvazimatlardan istifadə etməklə məlumat toplamaq. 

Məkanda  istiqamət  –  horizontun  tərəflərini,  dərəcə  torunu  tanımaq;  yeri  müəyyən 

• 

etmək;


Coğrafi formalardan istifadə etməklə simvolları təsvir etmək; 

• 

Miqyasın təsviri – miqyasdan istifadə etməklə yer və məsafənin müqayisəsi, kartoqrafik 



• 

proeksiyaları fərqləndirmək. 

Xəritə  və  digər  coğrafi  vəsaitlərdən  (şəkillər,  qrafiklər,  cədvəllər,  diaqramlar  və  s.)  əldə 

edilən məlumatları coğrafi biliklərlə əlaqələndirmək və bunların əsasında yeri, hadisəni və 

prosesləri xarakterizə etmək, qanunauyğunluğu təyin etmək.  

Relyef,  hidroqrafik  şəbəkə,  resurslar,  yaşayış  yerləri,  əhali,  sosial  və  iqtisadi  sistemlər, 

nəqliyyat sistemi haqqında məlumatları axtarıb təhlil etmək. 

Tarixi-coğrafi vasitələrin mətni analoqlarını tərtib etmək.



İStİqamət: coğrafİ tədqİqat

Mövzuya uyğun olaraq coğrafi tədqiqatları (eləcə də, sahəni) planlaşdırmaq; problemi, coğrafi 

tədqiqatın məqsədini, onun həlli yolları və istiqamətlərini müəyyən etmək; coğrafi tədqiqat 

üçün lazımi informasiyaları toplamaq, göstərişləri formalaşdırmaq; coğrafi tədqiqatı həyata 

keçirmək üçün əldə olunan informasiyanı təhlil etmək və hazırlamaq; coğrafi problemin həlli 

yolu, tədqiqatın nəticələrini dəlillər əsasında təqdim etmək. Coğrafi mövzunun quruluşu.



İStİqamət: coğrafİ İntErPrEtaSİya

Coğrafi terminlər və anlayışlardan düzgün şəkildə istifadə etmək

Geniş yayılmış coğrafi stereotiplərin əks-sübutu;

Coğrafi faktların mülahizələrdən fərqi;

Coğrafi  informasiya  əsasında  proqnozlaşmanı  həyata  keçirmək  və  hadisələr  yaratmaq 

(coğrafi mövzuda);

Müxtəlif formatlarda (yazılı, şifahi, vizual) təqdim olunan informasiya üzərində düşünmək və 

təsvir olunan formatda təqdim etmək.



İStİqamət: kommunİkaSİya

Xəritə və digər coğrafi vasitələrdən istifadə etməklə öz fikrini ifadə etmək;

Coğrafi tədqiqat nəticələrini göstərmək üçün lazımi vərdiş-bacarıqları üzərə çıxarmaq;

Hadisələr və proseslər arasında məqsəd-nəticə əlaqələri barədə müzakirələr aparmaq;



coğrafİ mövzu yazmaq;

coğrafİ taPşırıqların xüSuSİyyətlərİnİ nəzərə almaqla İşİ 

hİSSələrə Bölmək, müzakİrə Etmək və S.;

İşlənib hazırlanmış coğrafi mövzunun təqdimatı.




İctİmaİ  Elmlər

5

mülkİ təhSİl

İstiqamət: tədqiqat

İctimai həyatda şəxsi imkanları, yeri və əhəmiyyəti təhlil etmək;

İctimai həyat üçün mühüm hadisələri və prosesləri anlamaq və təhlil etmək;

İctimai, dini, təhsil, hüquq, dövlət və iqtisadi institutlarının funksiyaları və mahiyyətlərini təhlil 

etmək.  Ölkənin  maraqları,  adətləri  və  dəyərləri  istiqamətində  demokratik  təcrübəni  təhlil 

etmək.


İstiqamət: qiymətləndirmə

İcitmai hadisələr və proseslərlə əlaqədar mövqeni hazırlamaq və dəlillər əsasında müdafiə 

etmək;

İcitmai  hadisələr  və  proseslərlə  əlaqədar  müxtəlif  yanaşma  və  mövqeni  tənqidi 



qiymətləndirmək;

Hadisələr,  proseslər  və  mövqelərin  qiymətləndirilməsində  uyğun  meyarlardan  istifadə 

etmək.

İstiqamət: kommunikasiya

İctimai maraqları həyata keçirmək üçün şagirdlər, həmkarlar, valideynlər, hökümət və qeyri-

hökümət təşkilatları ilə əməkdaşlıq etmək;

İctimai  məsələlər  üzərində  müzakirələr  apararkən  dəlillər  və  ifadə  formalarından 

məqsədəuyğun şəkildə istifadə etmək;

Şagirdlər və onların şəxsi inkişafına, valideynlər və məktəbin, cəmiyyətin maraqlarına aid 

olan proseslərdə və ya qərar qəbulunda iştirak etmək.

Baza və/ya orta Pİllənİn GürcüStan tarİxİ, GürcüStan 

coğrafİyaSı və dİGər İctımaİ Elmlər müəllİmİn PEşəkar 

bİlİyİ

tarİx

tarixə giriş

Tarixə köməkçi fənnlər; tarixi mənbələr: yazılı, əşyalar, etnoqrafik, şifahi, linqvisitk, kino-, 

foto- fonosənədlər; dünyada və Gürcüstanda tarixi düşüncənin təkamülü (qədim zaman  və 

orta əsr salnamələri, yeni dövrün tarixçiləri, XIX-XX əsr tarixçiləri).



zaman və təqvim

Tarixi  zaman  vahidləri:  il,  əsr,  minillik,  tarixi  hesab  sistemi;  təqvim  və  zaman  qeydiyyat 



sistemləri (Yulian və Qriqorian təqvimləri).

      


qədim tarix dövrü

İnsanın meydana gəlməsi və təkamülü; onun dünyada məskən salması; neolit inqilabı; ən 

qədim dini təsəvvürlər; Gürcüstan ərazisində ən qədim insanlar.



m

üəll

İm

İn P

Eşəkarlıq St

andartı

6

Gürcü xalqının meydana gəlmə məsələsi

qədim şərq

Mesopotamiya    (ərazisi,  əhalisi  və  əhalinin  məşğuliyyəti,  əfsanələr  və  allahlar,  Qədim 

Babilon, Hamurapi qanunları; Yeni Assuriya çarlığı); Əhəmənilər İmperiyası (ərazisi, II Kir 

və I Dara; dövlət idarə sistemi, yazı və din).

Cənubi-Qərbi Gürcüstanın qədim icma birlikləri. Kolxa və Diaox.

qədim yunanıstan, Ellinizm və roma

Yunanıstanın  təbii  şəraitləri,  əhalisi  və  əhalinin  məşğuliyyəti;  Qədim  Yunanıstanda  dini 

təriqat; Afina, Sparta; Böyük Yunan Kolonizasiyası; Yunan-Iran müharibələri; Makedoniyalı 

İsgəndərin  imperiyası  və  onun  süqutu;  Qədim  Yunanıstanın  mədəniyyəti  (təhsil,  elm, 

memarlıq, ədəbiyyat, teatr, idman). Romanın əsasının qoyulması; İtaliyanın təbii şəraitləri 

və əhalisi; patrisilər və plebeylər; Roma respublikası (onun əsasının qoyulması, idarəçilik 

sistemi,  karfagenlərlə  müharibə,  vətəndaş  müharibələri,  Yuli  Sezar);  Roma  İmperiyası 

(imperator  hakimiyyətinin  əsasının  qoyulması  –  Avqustos;  imperiyanın  ərazisi  və  onun 

idarəçilik  sistemi;  xristianlıq  təriqatı  və  onun  fəlsəfi  mahiyyəti;  xristianlığın  yayılması  və 

xristianlığın təqib edilməsi; xristianlığın dövlət dini elan edilməsi; Roma İmperiyasının iki 

yerə parçalanması; Roma və varvarlar; Qərbi Roma İmperiyasının süqutu); Qədim Romada 

mədəniyyət (memarlıq, ədəbiyyat).



Gürcüstan antik dövrlərdə

VI-III əsrlərdə Kolxeti çarlığı; Kartli (İberiya) çarlığının yaranması; II-I əsrlərdə İberiya çarlığı 

və romalıların Gürcüstana yürüşü; I-II əsrlərdə Gürcüstan və Roma əlaqələri.

ıv-xv əsrlərdə vizantiya İmperiyası

Dövlət idarəçiliyi sistemi; Əzəmətli Yustinian və “Roma Hüquq Toplantısı”; Herakl Qeysər. 

İran-Vizantiya  qarşıdurmasında  Gürcüstan;  ərəblər  və  Vizantiya  İmperiyası;  III  Leon; 

ümumdünya kilsəsinin parçalanması; səlcuq türkləri və Vizantiya; Vizantiya və Gürcüstan 

səlcuq türklərinə qarşı mübarizədə; Vizantiyanın zəifləməsi və süqutu (XII-XV əs.).

orta əsrlərdə qərbi avropa (v-xıv əs.)

İnsanların məskən salmaları; frankların çarlığı (Böyük Karl, Frank İmperiyasının süqutu), 

Qərbi Avropada feodalizm; xaç yürüşləri; Orta Əsr şəhərləri (şəhərlərin meydana gəlməsi, 

sənət,  ticarət,  şəhər  idarəçiliyi  və  təbəqələr;  məişət);  kilsə  və  rahiblik;  XII-XIV  əsrlərdə 

İngiltərə və Fransa (Böyük Azadlıq Xartiyası, İngiltərə parlamenti, baş qərargahlar, yüzillik 

müharibələr – Janna Dark).



Gürcüstan ıv-xıv əsrlərdə 

Gürcüstanda feodal münasibətlərinin meydana gəlməsi;  Gürcüstanda xristianlığın dövlət dini 

elan edilməsi; Vaxtanq Qorqasali; “Böyük müharibələr”; Gürcüstanda ərəblərin hökmranlığı 

(islam dini və onun fəlsəfi mahiyyəti, Həbib İbn Salamın “Müdafiə Fərmanı”. Gürcüstanda 

ərəblərin  idarəçilik  sistemi);  Gürcüstanda  vahid  feodal  dövlətinin  yaranması  (yeni  feodal 

dövlətlərinin  əmələ  gəlməsi;  Davit  Kurapalat;  III  Baqrat;  I  Qiorqi;  IV  Baqrat;  II  Qiorqi;  IV 

Davit); Gürcüstan XII əsrin ikinci yarısında (III Qiorqi, Çariça Tamara); XII-XIII əsrlərdə dövlət 

quruculuğu və mədəniyyət; Gürcüstanda monqol hökmranlığı (monqolların iqtisadi və sosial 

məişətləri,  monqolların  Gürcüstanda  idarəçiliyi,  əhalinin  qeydiyyatı  və  monqol  vergiləri, 

Fədakar Dmitri, V Qiorqi); Teymur Ləngin Gürcüstana hücumları və onların nəticələri.




İctİmaİ  Elmlər

7

qərbi avropa, şimali amerika, rusiya yeni tarixdə (xv-xıx əsrlər)

Böyük coğrafi kəşflər (Vasko De Qama, Kolumb, Magelann); İntibah Dövrü (dünyaya baxış, 

elm, sənət); reformasiya (Martin Lüter, Kalvinizm, İngiltərədə reformasiya, kontrreformasiya); 

absolyutizm  (XIV  Lui  merkantelizm);  İngiltərə  inqilabı  (vətəndaş  müharibəsi,  Kromvel, 

inqilabın  nəticələri);  maarifçilik  (fransız  maarifçiləri,  iqtisadi  nəzəriyyələr,  fiziokratlar, 

Adam Smit); Böyük Fransa İnqilabı (absolyutizm böhranı, monarxiyanın süqutu, yakobist 

diktaturası,  inqilabın  nəticələri);  Şimali Amerika  (müstəqillik  uğrunda  mübarizə, Amerika 

Birləşmiş Ştatlarının yaranması, Corc Vaşinqton, 1787-ci il Konstitusiyası); Rusiya çarlığı 

(Moskvada mərkəzləşdirilmiş çarlığın yaranması – III İvan və IV İvan, I Pyotr, II Yekaterina); 

Napoleon  dövrü  (Napoleonun  xarici  siyasəti  və  müharibə  kampaniyaları;  Kontinental 

Blokada 1812-ci il Rusiyaya müharibə kampaniyası, Leypsiq yaxınlığında vuruş, Vaterloo 

mübarizəsi);  industrial  inqilab  (İngiltərədə  industriya,  urbanizasiya,  sosial  dəyişikliklər); 

imperializm  dövrü  (imperialistik  ideologiya  –  İngiltərə  və  Rusiya;  kolonializm  –  İngiltərə, 

Fransa, Rusiya, marksizm);



xv-xıx əsrlərdə Gürcüstan

Böyük Aleksandrın  çarlığı  və  ölkənin  çarlıq-hakimiyyətlərə  bölünməsi;  XVI-XVII  əsrlərdə 

İran  və  Osmanlıya  qarşı  mübarizə  (Sioxi  yaxınlığında  döyüş, Amasya  dənizi,  I  Luarsab 

və  I  Simon,    Samsxe-Saatabaqo  və  Acarıstanın  Osmanlı  hakimiyyətinə  keçirilməsi,  I 

Teymuraz və II Luarsab, Qiorqi Saakadze); VI Vaxtanq; II Teymuraz və II İrakli; Solomon 

I;  XVI-XVIII  əsrlərdə  Gürcüstan-Rusiya  əlaqələri;  XVI-XVIII  əsrlərdə  gürcü  mədəniyyəti; 

Rusiya  tərəfindən  gürcü  çarlıqlarının  ləğv  edilməsi;  Kartlinin  Mtianeti,  Kaxeti,  İmereti  və 

Quriya ərazilərində təşviqatlar, 1832-ci il razılığı; Rusiya hakimiyyətinin 1830-1850-ci illərdə 

Gürcüstanda siyasəti; Rusiya-Türkiyə  müharibələri və Gürcüstan; Gürcüstanda təhkimçilik 

sisteminin ləğv olunması; 60-70-ci illərin islahatları; “Terqdaleulebi”; Gürcüstanda marksist 

hərəkatı; siyasi hərəkatlar və partiyaların formalaşması; XIX əsrdə gürcü mədəniyyəti.

xx əsr

XX əsrin əvvəlində Gürcüstan və dünya; I dünya müharibəsi və Paris sülh konfransı; 1918-

1921-ci illərdə Gürcüstan; 1921-1939-cu illərdə Gürcüstan və dünya; II dünya müharibəsi 

və Gürcüstan; 1945-1985-ci illərdə dünya və Gürcüstan; “Perestroyka” və SSRİ-nin süqutu; 

dünya və Gürcüstan postsovet dövründə.



m

üəll

İm

İn P

Eşəkarlıq St

andartı

8

coğrafİya

coğrafiyaya giriş

Coğrafiyanın tədrisi obyekti və məqsədləri; coğrafi ideyaların formalaşma tarixi; səyahətçilər 

və  səyahətlər;  coğrafi  anlayış  və  terminlər;  coğrafiyanın  və  coğrafi  biliyin  əhəmiyyəti; 

müasir coğrafiya alimlərinin sistemləri; coğrafi araşdırma metodları: ənənəvi (təsviri, coğrafi 

müqayisəli,  kartoqrafik)  və  müasir  (riyazi,  aerokosmik,  geoinformatik,  modelləşdirmə); 

coğrafi proqnozlaşdırma; dəyişməyən inkişaf konsepsiyası.



məkanda səmtləşmə

Xəritə, xəritə dili; qlobus; yerin planı; kompas; horizontal tərəflər, dərəcə toru; coğrafi uzunluq 

və coğrafi enlik, tropiklər və qütb dairələri, ilin fəsilləri və gecə-gündüz əvəzolunması; saat 

qurşaqları; vaxtın dəyişmə xətti; miqyas; kartoqrafik proeksiyalar; müxtəlif ölçülər aparmaq 

(xəritədə və yerdə).

fiziki-coğrafi xarakterlər

Hava və iqlim; temperaturun coğrafi uzunluq və coğrafi enliyə əsasən dəyişilməsi; küləklər, 

onların əmələ gəlmə və yayılma qanunauyğunluqları; yağıntılar, onların əmələ gəlmə və 

yayılma  qanunauyğunluqları;  hava  proqnozu;  metereoloji  təchizatlardan  istifadə  prinsipi; 

iqlimin  torpaq  işlərinə,  nəqliyyata,  insanın  sağlamlığına  göstərdiyi  təsir;  atmosferin 

mühafizəsi. Atmosferlə əlaqədar təbii fəlakətlər.

Hidroqrafiya (çaylar, göllər, buzlaqlar, yeraltı sular, quyular, su anbarları), relyefə, iqlimə, 

təsərrüfata  təsir;  su  resurslarının  tutumu,  istifadəsi,  mühafizəsi.  Su  ilə  əlaqədar  təbii 

fəlakətlər; dəniz və okeanların yerləşməsi; duzluluq, dərinlik, körfəzlər, boğazlar, qabarma-

azalma,  axınlar,  təsərrüfatda  istifadə,  çirkləndirilmə,  mühafizə;  Yer  kürəsinin  qabığı,  lay 

qatları; Yer kürəsinin səthi dəyişiklikləri; relyef, geoloji mərhələlər, tektonika, endogen və 

eqzogen proseslər; yeraltı resurslar; absolyut və nisbi yüksəklik, relyefin formaları, onların 

iqlimə,  bitkilərə,  heyvanlara  və  təsərrüfata  göstərdikləri  təsir.  Torpaq  növləri  və  torpağın 

münbitliyi, bitki və heyvanat aləmi. Bioloji  çoxluq. Onların mühafizəsi.



İctimai coğrafiya

Coğrafi ərazi və sərhədlər; xarakteristik təbii landşaft; təbii resurslar (yayılması, əhəmiyyəti, 

istifadəsi); təbii resurslar və təsərrüfat sahələri; saxlanılmasına görə resursların təsnifatı: 

torpağın,  suyun,  aqroiqlimin,  meşənin.  Dünya  okeanının  resursları;  əhali,  dünyanın 

demoqrafik vəziyyəti (tarixi keçmişdən bu günə qədər); ölkələrə əsasən oxşarlıq və fərqlər; 

irqlər, etnik və dini quruluş.

Doğum sayı, ölüm, cinsi və yaş strukturu, əmək ehtiyatları; regionlar və ölkələrin sosial-

demoqrafik  təsnifatı  (ömrün  uzunluğu,  doğum,  ölüm,  sağlamlıq  və  təhsil  səviyyəsi); 

demoqrafik keçidlər; demoqrafik siyasət; miqrasiya; urbanizasiya və köçmə; əhalinin sıxlığı, 

məskunlaşma  növləri;  böyük  coğrafi  kəşflər;  səyahətlər;  təsərrüfat  sahələri  (nəqliyyat, 

energetika,  ticarət,  turizm,  kənd  təsərrüfatı,  sənaye,  kommunikasiyalar);  coğrafi  siyasət 

və geosiyasət; idarəçilik forma və inzibati-ərazi təşkilatına əsaslanan ölkələr; beynəlxalq 

status və xarici siyasi kurslara əsaslanan ölkələr; mühüm beynəlxalq hərbi-siyasi və iqtisadi  

təşkilatlar (ittifaqlar).

Sosial-iqtisadi  inkişaf  səviyyəsinə  əsaslanan  ölkələr  (humanistik  inkişaf  kodeksi);  BMT 

ölkələrinin tipologiyası; qloballaşma prosesi; bəşəriyyətin dəyişməyən inkişaf perspektivi; 

çox mühüm qlobal problemlər.



İctİmaİ  Elmlər

9

Gürcüstan coğrafiyası

Ərazi forması ; ərazi və sərhədləri ; Gürcüstan və Qafqaz ; inzibati-ərazi təşkilatı ; təbiəti 

(əsas fiziki-coğrafi xüsusiyyətləri) ; təbii resursları, əhalisi (coğrafiya, təsvir, demoqrafiya, 

miqrasiya, urbanizasiya) ; əhalinin etnik və dini quruluşu ; təbii (dağlıq, aran, dənizətrafı, 

meşə)  və  antropologen  (rural,  urbanik)  landşaftları  ;  infrastrukturu  ;  təsərrüfat  sahələri  ; 

mədəni  rəngarəngliyi  ;  Gürcüstanın  humanistik  inkişaf  indeksi  ;  ətraf  mühitin  mühafizəsi 

problemləri və təbii fəlakətlər; təbiətin mühafizəsi (hökümət və qeyri-hökümət təşkilatlarının 

rolu, qoruqlar, Qırmızı Kitab və s.) .




m

üəll

İm

İn P

Eşəkarlıq St

andartı

10

mülkİ təhSİl

İctimai elmlərin əsasları və əsas anlayışlar.

Dünya, insan və cəmiyyətin meydana gəlməsinin əsas nəzəriyyələri;

Cəmiyyətin təkamül qanunauyğunluğu haqqında əsas nəzəriyyələr ;

Mədəniyyətin mahiyyəti və onun rəngarəngliyi;

Elm və elmi düşüncənin başlıca xüsusiyyətləri;

Din mədəni bir fenomen olaraq;

İctimai elmlərdə tətbiq olunan əsas istiqamət və obyektlər.

İctimai elmlərdə tətbiq olunan əsas metodlar.

Müşahidə və eksperiment;

Mülahizə - fakt və düşüncə;

Statistika və analiz;

Nəzəriyyə və nəticələr.

İnsan hüquqları və azadlıqlar

İnsan hüquqları və azadlıqların əsasları;

Onların inkişafının əsas tarixi mərhələləri;

Hüquq və azadlıqların mahiyyəti;

İnsan hüquqları və azadlıqlarını müəyyən edən əsaslı sənədlər.

münaqişə və sülhün quruluşu

Münaqişə: onun idarəsi, həlli, transformasiya, münaqişə təhlilinin texnikaları;

Münaqişə vəziyyətində özünü aparmaq strategiyaları və növləri;

Sülh təhsili;

Sülh, bir proses kimi; onun mahiyyəti və tədrisi strategiyaları;

Sülhün formal və qeyri-formal tədrisi; 



Sülh şəraitində yaşamaq və rəngarəng ətraf mühit

Çoxluq, azlıq təşkil edən qruplar;

Bərabərhüquqluluq və diskriminasiya;

İnteqrasiya və assimilyasiya;

Stereotiplər;

Tolerantlıq: onun mahiyyəti və ölçüləri.




İctİmaİ  Elmlər

11

demokratiyanın mahiyyəti və onun başlıca institutları

Demokratiyanın inkişafının əsas tarixi mərhələləri;

Demokratik institutlar və onların ictimai inkişaf  əhəmiyyətləri.

əsas ictimai institutlar və onların qarşılıqlı fəaliyyətləri

Vətəndaş cəmiyyəti: qeyri-hökümət sektoru, media, maraqlı tərəflər və ictimai birliklər;

Vətəndaşlıq və onun aspektləri;

Vətəndaşların sosial rolları;

Vətəndaş hüquqları, borcları və məsuliyyətləri;

İctimai həyatda vətəndaşın iştiraketmə formaları.



qlobal problemlər və onların həlli yolları

Yaşama hüquqları və uşaq ölümləri;

Sosial xəstəliklər – alkoholizm və narkomoniya;

Azyaşlılar arasında cinayət;

Təhsil və onun mümkünlüyü;

Qaçqın və köçkünlər;

Yoxsulluq və onun aradan qaldırılma yolları;

İnsan və Ətraf Mühit;

Stabil inkişaf və onun aspektləri;

Qeyri-bərabər inkişaf və korrupsiya;

Trefikinq;

Dövlət gücünün müasir xarakterləri və qloballaşma;

Beynəlxalq dövlətlərarası və qeyri-hökümət təşkilatları.

dövlət və hüquq inkişafının əsas nəzəriyyələri

Əsas siyasi nəzəriyyələr və onların mahiyyətləri;

Dövlət işarələri, funksiyaları, quruluşu;

Hökümətin növləri: idarəçilik formaları, ictimai qayda-qanunlar və siyasi rejimlər;

Gürcüstanda dövlətçiliyin yaranması və onun inkişaf mərhələləri;

Ədalətin meydana gəlməsi və inkişafı;

Hüquqi dövlət və onun xüsusiyyətləri;

Qanunun aliliyi və hüquqiliyi;




m

üəll

İm

İn P

Eşəkarlıq St

andartı

12

Beynəlxalq hüquq (humanitar, ətraf mühitin mühafizəsi, insan hüquqları, əmək və s.) və 

onun mahiyyəti;

Gürcüstan  Dövlət  Qanunvericiliyi  və  onun  beynəlxalq  hüquqla  əlaqəsi  (Gürcüstan 

Konstitusiyası).

əsas iqtisadi anlayışlar, kateqoriyalar və nəzəriyyələr

Əsas iqtisadi sistemlər;

İqtisadi kateqoriyalar və qanunauyğunluqlar;

Bazar və onun növləri;

İqtisadi məşğuliyyət növləri, stimul və  firavanlıq;

Pul və onun funksiyaları;

Biznesin quruluşu və onun maliyyəsi;

İctimai faydalanma üçün məhsul və xidmət;

Sosial-iqtisadi təhlükəsizlik və siyasət;

İqtisadi əlaqələr mühiti;

Dövlətin iqtisadi funksiyaları.



İctİmaİ  Elmlər

13

tədrİS mEtodları

müəllım şaGİrdə və nətİcəyə yönələn dərS ProSESİnİ 

Planlaşdıra Bİlİr:

Uzunmüddətli və qısamüddətli dərs məqsədlərini, uyğun məsələlər və onların gözlənilən 

nəticələrini müəyyən etmək;

Dərs  mövzusunu  dərs  prosesinin  tələbləri  ilə  uyğunlaşdırmaq;  ictimai  elmlərin  fənn 

proqramlarına  əsaslanan  şagirdlərin  maraqları,  yaş  xüsusiyyətləri,  bilikləri,  imkanları  və 

təcrübələrini nəzərə alan tədris planını tərtib etmək;

Biliyin verilməsi, vərdiş-bacarıqların işlənib hazırlanması və inkişafı üçün tədris strategiyalarını 

təyin etmək;

Şagirdin  həm  biliyi  və  həm  də  vərdiş-bacarıqlarını  qiymətləndirə  bilən  qiymət  tiplərini 

(inkişafetdirici və təyinedici) işləyib hazırlamaq;

Problemin  identifikasiyası,  informasiya  axtarışı,  problemin  həllinin  alternativ  yollarını 

təyin  etmək  və  onları  effektiv  şəkildə  qiymətləndirmək,  tarixi-coğrafi  vasitələrdən  istifadə 

etmək; tarixi-coğrafi mənbələri təhlil etmək; tarixi-coğrafi tədqiqatları planlaşdırmaq, həyata 

keçirmək və təqdim etmək; ictimai elmlər üzrə sinif diskusiyalarında iştirak etmək, müxtəlif 

növ yazılı tapşırıqları yerinə yetirmək və s. kimi fəallıqlar üçün qiymətləndirmə meyarlarını 

təyin etmək və qiymətləndirmə cədvəlini tərtib etmək.

Digər fənn qrupu müəllimləri ilə qarşılıqlı əməkdaşlıq əsasında fənn tədrisi strategiyalarını 

hazırlamaq və fəallıqları planlaşdırmaq.



dərS ProSESİnİ aParmaq:

İctimai elmlər üzrə tədris motivasiya üsullarından istifadə etmək;

Şagirdlərin tarix, coğrafiya və mülki təhsil üzrə savadlarının zənginləşməsi və təkmilləşdirilməsi 

üçün  müasir pedaqoji metodlar və fəallıqlardan istifadə etmək;

Şagirdlər arasında təcrübə vərdişlərinin təkmilləşdirilməsi üçün imkanlar yaratmaq;

İctimai elmlər məsələlərini müzakirə etmək və yazı vərdişlərini təkmilləşdirmək məqsədilə 

şagirdlər üçün imkanlar yaratmaq;

İcitmai  elmlərin  tədris  prosesində  bütün  şagirdlərin  (onların  fərdi  xüsusiyyətlərini  nəzərə 

almamaq şərtilə) dərsə cəlbolunmalarını təmin etmək;

şaGİrdlərİn əldə Etdİklərİ Bİlİyİ Gündəlİk həyatla əlaqələndİrə 

bİlİr 

fəallıqlar keçirmək; 

Şagirdlər  üçün  mümkün  və  əlverişli  olan  tarixi-coğrafi  vasitələrdən,  media-  və  texnoloji 

resurslardan istifadə etmək (lazım gələrsə müəllim özü hazırlayır);

Şagirdlərin  öz  tədqiqatlarına  tənqidi  yanaşma  vərdişlərini  təkmilləşdirə  biləcək  fəallıqlar 

həyata keçirmək.




m

üəll

İm

İn P

Eşəkarlıq St

andartı

14

qİymətləndİrmə 

Meyarlar  və  sxemləri  tərtib  etmək  və  onlardan  istifadə  etməklə  ictimai  elmlərin  dərs 

məqsədlərini lazımi şəkildə qiymətləndirmək;

İcitmai elmlər üzrə şagirdlərin tərəqqi və nailiyyətlərini göstərən monitorinqlər təşkil etmək;

İcitmai elmlər üzrə şagirdlərin tələbləri, tərəqqi və nailiyyətlərini qeydə almaq və hesabat 

şəklində onları təqdim etmək;

Gələcək dərs prosesini planlaşdırmaq üçün qiymət göstəricilərindən istifadə etmək;

Şəxsi tədris formasını qiymətləndirmək;

Onun  (müəllim)  üçün  təklif  olunan  müasir  tədris  konsepsiyaları,  metodları  və  texnikanı 

tənqidi qiymətləndirmək. 



şaGİrdİn şəxSİ, mədənİ tərəqqİSİ və EStEtİk təlİmİnİ təmİn Etmək 

məqSədİlə tarİx, coğrafİya və mülkİ təhSİl fənnlərİnİ tədrİS 

Etmək

Şagirdlərin yaradıcılıq qabiliyyətini təkmilləşdirə biləcək tapşırıq və fəallıqlar seçmək və ya 

düşünüb tərtib etmək;

Şagirdlərin tənqidi düşünmə qabiliyyətini təkmilləşdirə biləcək tapşırıq və fəallıqlar seçmək 

və ya düşünüb tərtib etmək;

Şagirdlər arasında yüksək əxlaqi dəyərlər və yüksək zövqü təkmilləşdirə biləcək tapşırıq və 

fəallıqlar seçmək və ya düşünüb tərtib etmək;

Şagirdlər  arasında  biliyə  əsaslanan  vətənpərvərlik  duyğularının  təkmilləşdirilməsi  üçün 

uyğun  tapşırıq və fəallıqlar seçmək və ya düşünüb tərtib etmək;

Şagirdlərin  peşə  istiqamətində  formalaşmalarının  təkmilləşdirilməsi  məqsədilə  tapşırıqlar 



və fəallıqlar seçmək və ya düşünüb tərtib etmək.

Yüklə 78,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə