1 namiZƏDƏ qadağandir



Yüklə 29,75 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü29,75 Kb.
#1604


                                                              

4

 



 

 

 



                      

1

 

NAMİZƏDƏ QADAĞANDIR: 

-  imtahana  mobil  telefon,  konspekt,  lüğət,  cədvəl,  məlumat  kitabçası  və  digər  yardımçı 

vasitələr gətirmək və onlardan istifadə etmək; 

- yandırıcı, partlayıcı, kəsici, deşici və digər bu növ əşyalarla imtahan binasına girmək; 

- imtahan başladıqdan hər hansı bir səbəbə görə imtahan zalını tərk edib yenidən geri dönmək

- nizam-intizam qaydalarını pozmaq;  

-  zalda  yerini  dəyişmək,  gəzişmək,  yerindən  durmaq  və  bu  kimi  hallarla  imtahanın  gedişinə 

mane olmaq; 

-  başqasının  komputerinə  baxmaq  və  ya  öz  komputerinə  başqasının  baxması  üçün  şərait 

yaratmaq;  

- imtahan nəzarətçisinə test tapşırıqlarının həllində kömək üçün müraciət etmək; 



Belə hallar aşkar olunarsa, namizəd test imtahanından xaric olunacaq və onun imtahan  

nəticələri ləğv olunacaqdır. 

 

 



Əgər siz imtahan zamanı qaydaların pozulması halları ilə rastlaşsanız, mütləq nəzarətçiyə 

müraciət  edin.  Test  imthan  ilə  bağlı  Sizi  maraqlandıran  hər  hansı  suallarla,  o  cümlədən 

test imtahanın gedişi ilə bağlı 012-521-15-85 nömrəsi ilə əlaqə saxlaya və ya 

tt@socar.az

 

elektron poçt ünvanına məktub göndərə bilərsiniz.  



 

Nəzarətçinin  vəzifəsi  imtahanın  gedişi  zamanı  nizam-intizam  yaratmaqdır.  İmtahanın 



başlandığı elan edildikdən sonra vaxt itirmədən test tapşırıqlarının cavablandırın. İmtahan 

qaydalarına zidd hər hansı hərəkətə yol verməyin.  

 

Nəzarətçinin fəaliyyəti imtahan prosesinin tələblərinə uyğun olmazsa, bu barədə imtahan 



başa  çatdıqdan  sonra  İnsan  Resursları  Departamentinin  Testləşdirmənin  təşkili  şöbəsinə 

məlumat  verin.  Test  imtahan  zalından  çıxdıqdan  sonra  test  imtahan  proqramının  işi  ilə 

əlaqədar şikayətlərə baxılmayacaqdır. 

 

Sizə müvəffəqiyyətlər arzulayırıq! 

 

 

 

 

  

 

     2016 

 

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ

 

www.socar.az 

 

YADDAŞ 

   KİTABÇASI 

       (SOCAR-ın təlim mərkəzlərinə şagird qəbulu üzrə test imtahanı) 

Aşağıdakıları imtahana gətirmək qəti QADAĞANDIR! 

 

 

 

 

İmtahan nəticələrinizi  



www.socar.az  

internet səhifəsindən öyrənə bilərsiniz! 



BAKI – 2016 

 

İMTAHANDA İŞTİRAK ETMƏK ÜÇÜN AŞAĞIDAKILARA  

ƏMƏL ETMƏLİSİNİZ: 

1.Siz  test  imtahanına  dəvət  edilən  vaxtdan  ən  azı  1  saat  əvvəl  imtahanın  keçiriləcəyi  binanın 

qarşısına gəlməlisiniz. Test imtahan zalına şəxsiyyəti təsdiq edən sənədi təqdim etdikdən sonra 

buraxılırsınız.  




                                                              

2

 



 

 

 



         

3

 



 

DİQQƏT!  

Şəxsiyyəti təsdiq edən sənəd təqdim edilmədikdə və ya təyin edilən vaxtda 

gəlmədikdə imtahana buraxılmayacaqsınız! 

2.Şəxsiyyəti  təsdiq  edən  sənədinizi  imtahan  binasının  giriş  qapısında  sənədləri  yoxlayan 

mühafizə əməkdaşlarına təqdim edib, müvafiq siyahıda imza etdikdən sonra test imtahan zalına 

dəvət ediləcəksiniz.  

 

İDDİAÇININ İMTAHAN ZALINDA GÖRƏCƏYİ İŞLƏR: 

1.Test  imtahan  zalında  göstərilən  yerdə  oturduqdan  sonra  nəzarətçinin  izahatını  və  təlimatı 

diqqətlə  dinləyin.  Təlimatla  bağlı  hər  hansı  sualınız  olduqda  əlinizi  qaldırıraq  nəzarətçiyə 

müraciət edin.  

2.Test  imtahanı  başlamazdan  əvvəl  vətəndaşlar  test  tapşırıqlarının  yerinə  yetirilməsi  şərtləri, 

hüquq  və  vəzifələri,  auditoriyada  davranış,  eləcə  də  texniki  təhlükəsizlik  qaydaları  haqqında 

(elektron və ya şifahi) habelə imtahan prosesinin test otağında quraşdırılan kamera vasitəsi ilə 

çəkilişi  barədə  təlimatlandırılırlar.  Test  imtahanı  zamanı  vətəndaşların  köməkçi  vasitələrdən 

istifadə etməsi və kənardan hər hansı müdaxilənin edilməsinə yol verilmir.  

DİQQƏT! 

Bu  prosedur  tələbinə  riayət  olunmadıqda  vətəndaş  imtahan  zalından 

kənarlaşdırılır  və  nəticələri  ləğv  olunur.  Test  imtahan  tapşırıqlarının  surətini  imtahan 

zalından kənara çıxarıla bilməz.  

3.Təlimat  bitdikdən  sonra  Sizə  təqdim  edilmiş  FİN  vasitəsilə  test  imtahan  proqramına  daxil 

olacaqsınız.  

DİQQƏT! 

Sizə təqdim edilən test tapşırıqları ilə bağlı hər hansı uyğunsuzluk olarsa dərhal 

nəzarətçiyə müraciət edin. Unutmayın ki, məzmununda səhv getmiş hər hansı bir test tapşırığı 

cavablandırmanızdan asılı olmayaraq düzgün cavab kimi xeyrinizə qiymətləndiriləcəkdir.   

4.Test imtahan proqramına daxil olduqdan sonra test tapşırıqlarına cavab vermək üçün ayrılan 

vaxtdan səmərəli istifadə edin.  

5.Hər  bir  test  tapşırığının  düzgün  cavabı  bir  balla  qiymətləndirilir.  Səhv  cavablar  ümumi 

nəticəyə təsir göstərmir.  



Ballarınız hesablanarkən yalnız cavablandırdığınız cavablar nəzərə alınır. 

Hər bir test tapşırığında verilmiş beş cavabdan (bunlar A, B, C, D, E hərfləri ilə işarələnmişdir) 

düzgün hesab etdiyiniz yalnız bir cavabı seçin.   

Test  imtahan  proqramında  yaranan  hər  hansı  texniki  çatışmazlığa  görə  dərhal  nəzarətçiyə 

müraciət  edin.  Sizdən  asılı  olmayan  səbəblərdən  test  imtahanından  ayrılmış  vaxtdan  tez 

çıxarsınızsa, bu barədə nəzarətçiyə dərhal məlumat verin. Bu zaman istifadə edə bilmədiyiniz 

müddət  bərpa  olunacaqdır.  İmtahan  bitdikdən  sonra  müddətin  bərpası  ilə  bağlı  müraciətiniz 

təmin edilməyəcəkdir.  



DİQQƏT! 

Başqasının  cavablarını  köçürməyin.  Özünüz  də  diqqətli  olun  ki,  sizin 

cavablarınızı  heç  kim  köçürməsin.  Hər  hansı  köçürmə  faktı  aşkar  edilərsə,  imtahan 

nəticələriniz ləğv olunacaqdır.  

6.Test  imtahan  zamanı  Sizə  orta  məktəb  fənn  proqramlarını  tam  əhatə  edən  70  test  tapşırığı 

təqdim olunur: 

 

Riyaziyyat  



 

 

- 25 test tapşırığı; 



 

Fizika 



 

 

 



- 15 test tapşırığı; 

 



Kimya 

 

 



 

- 15 test tapşırığı; 

 

Milli dövlətçilik və Azərbaycan tarixi - 10 test tapşırığı; 



 

Məntiq 



 

 

 



- 5 test tapşırığı. 

7.Hesablamaları  və  qeydləri  aparmaq  üçün  Sizə  boş  kağızlar  verilməsi  nəzərdə  tutulmuşdur. 

Buna görə də əlavə kağızdan istifadə etməyə icazə verilmir. 

Qaralama üçün Sizə verilmiş kağızların zaldan çıxarılmasına görə namizəd şəxsən  

məsuliyyət daşıyır. 

8. Hər hansı sualınız olduqda, nəzarətçinin sizə yaxınlaşması üçün əlinizi qaldırın. 

9.Vaxtından  əvvəl  imtahanı  tərk  etmək  istəyisinizsə,  elektron  təlimata  uyğun  olaraq  test 

imtahanını yekunlaşdırmalı, öz imtahan nəticələrinizi test imtahan proqramında tanış olduqdan 

sonra zalı tərk etməlisiniz. 

10.İmtahan zalını tərk edərkən səssizliyə əməl etməli, digər namizədlərə mane olmamalısınız. 



 

Yüklə 29,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə